XƏSARƏT

is. [ ər. ] Ziyan, zərər.
[Züleyxa ilə Cəmilin] yaşadıqları kənd müharibə cəbhəsinə yaxın olduğundan böyük xəsarətlərə düçar olmuşdu. T.Ş.Simurq.

// Xarab olma, korlanma, zədələnmə, sınma.
[Zakirov:] Qəribədir, axşam mən bağı gəzəndə hasarda heç bir xəsarət görmədim. Ə.Məmmədxanlı.

□ Xəsarət vermək – ziyan vermək, zərər vermək.
Verməmişəm mən ki xəsarət sənə; Sən dəxi vermə əziyyət mənə. A.Səhhət.

Xəsarət yetirmək (eləmək) – ziyan vurmaq, zərər yetirmək, yaxud bir şeylə vurub yaralamaq, zədələmək.
[Sultan bəy:] …Dedim, gedim görüm, bəlkə qız, xudanəkərdə, özünə bir xəsarət yetirdi. Ü.Hacıbəyov.

Синонимы

  • XƏSARƏT xəsarət bax ziyan
  • XƏSARƏT zərər — ziyan
XƏRİTƏÇİLİK
XƏSİL

Значение слова в других словарях