Bildi ki, rəqib bədgümandır.
□ Bədgüman etmək – şübhəyə salmaq, şübhələndirmək.
Şami-vüsal xali gərək xanə qeyrdən; Şəmi keçirmə, saqın, edər bədgüman məni.
Bədgüman olmaq – şübhələnmək, şübhə etmək, pis fikirdə olmaq.
[Şahbaz bəy:] Şərəfnisə, doğrudan sən məndən belə bədgüman olubmuşsan!
[Qazı:] Əgər səndən bədgüman və naümid olsa idim, heç bu qədər danışığa durmaz idim sənnən.
Ümumən kübarlar zümrəsinə qarşı bədgüman olan … Qəhrəmani belə bir qızı xoşlayırdı.
Özündən bədgüman – özü haqqında çox böyük fikirdə olan.