BƏHRƏ

i. 1. harvest, yield, crop; bu ilin ~si this year’s yield / harvest; bol / zəngin ~ rich / heavy harvest (crop); az / pis ~ poor / scanty harvest; ~ gətirmək 1) to yield / to bear* fruit; 2. məc. to bear* fruit; uzun illərin uzun illərin ~si fruit / result of many year’s labour; zəhmətinin ~sini görmək to reap the fruit of one’s labour

BƏHƏRSİZLİK
BƏHRƏLƏNMƏK
OBASTAN VİKİ
Bəhrə Biskvit Fabriki
Bəhrə Biskvit Fabriki — "UNİKAL" Yeyinti Məhsulları İstehsalı Müəssisəsi == Məlumat == 1992-ci ildən Azərbaycanda qida sənayesi üzrə şirniyyat sektorunda əsasən biskvit məhsulları istehsalı üzrə fəaliyyətə başlamışdır. 2006-cı ildən isə "UNİKAL" Yeyinti Məhsulları Müəssisəsi "Bəhrə" əmtəə nişanı adı altında biskvit fabriki kimi fəaliyyətə başlamış və ən qısa zamanda Azərbaycan şirniyyat sektorunda "Sağlam qida üçün sağlam məhsul" şüarı ilə sürətlə inkişaf edərək böyük alıcı və istehlakçı kütləsinin rəğbətini qazana bilmişdir. "Bəhrə Biskvit Fabriki hal-hazırda biskvit və digər şirniyyat məhsullarının topdan və pərakəndə satışı üzrə ixtisaslaşmışdır. Bəhrə Biskvit Fabrikinin satış nümayəndəlikləri Bakı, Sumqayıt şəhərləri, regionlarda isə Gəncə, Şəki, Ağsu, Quba, Masallı, Salyan, Hacıqabul və Naxçıvanda da "Bəhrə" əmtəə nişanı adı altında xalqa xidmət göstərir. Bəhrə Biskvit Fabrikinin məhsullarını Respublikamızın ən ucqar qəsəbə və kəndlərində belə istehlakçılarımız tərəfindən əldə etmək mümkündür. == İstehsal prosesi == Müəssisədə məhsul istehsalı qabaqcıl İtalyan və Alman şirkətləri tərəfindən hazırlanmış avadanlıqlarda hazırlanır. Bəhrə Biskvit Fabriki istehsal etdiyi yüksək keyfiyyətli məhsulların xammallarını əsasən Avropa ölkələrindən Türkiyə, Almaniya, İtaliya, Danimarka və Avstriyadan idxal edir. Bununla yanaşı Bəhrə Biskvit Fabriki Avstriyanın çörək-bulka istehsalı göstəricilərinə görə dünya markası olan Backaldrin şirkətinin də Azərbaycanda distribütorudur. Bəhrə Biskvit Fabrikinin istehsal etdiyi məhsullar təmiz, gigyenik normalara cavab verən, insan sağlamlığı üçün tam təhlükəsiz, yüksək keyfiyyətliliyi ilə digər firma və müəssisələrin məhsullarından həm əmtəə görünüşünə və həm də əmtəə bağlamasına görə çox fərqlənir. İstehsal olunan məhsullar sırasında biskvitli ruletlər, biskvitli pirojnalar, kekslər, müxrəlif növ laylı peçenyelər yer tutur.
Ataol Bəhrəmoğlu
Ataol Bəhrəmoğlu (d. 13 aprel 1942, İstanbul) — şair, yazıçı, tərcüməçi, ədəbiyyatşünas. == Həyatı == Ataol Bəhramoğlu 13 aprel 1942-ci ildə İstanbulda anadan olub. Əslən Azərbaycandan olan atası Hikmət Bəhramoğlunun şərəfinə şeirlərini "Bəhramoğlu" imzasıyla yazıb, amma onun ilk imzası atasının boya-başa çatdığı Gorus bölgəsinin şərəfinə Ataol Gorus olub.
Bəhrəbərdari-yi Şümare-yi çahar
Bəhrəbərdari-yi Şümare-yi çahar (fars. بهره برداري شماره 4‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır.
Bəhrəm
Bəhram, bəzən Bəhrəm — Kişi adı. I Bəhram — Sasani şahənşahı. II Bəhram — Sasani şahənşahı. Bəhram Gur — Sasani şahənşahı. Bəhram bəy — Şirvanşahlar dövlətinin otuz yeddinci hökmdarı, Bəhram Çələbi — Azərbaycan yazıçısı. Bəhram Əfşar — İran televiziyasının xəbər ankeri. Bəhram Bağırzadə — tanınmış Azərbaycan aktyoru, şoumen, naşir. Bəhram Mansurov — tarzən, Azərbaycanın xalq artisti. Bəhram Osmanov — Azərbaycan teatr rejissoru, aktyor.
Bəhrəm İlyasov
Bəhrəm Əliyev
Bəhrəm Əliyev (meliorator) — meliorator. Bəhram Əliyev (solist) — solist. Bəhram Əliyev (riyaziyyatçı) — riyaziyyatçı.
Bəhrəm Əliyev (meliorator)
Əliyev Bəhram Hüseyn oğlu — Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Görkəmli Meliorator Alim, Texnika Elmləri doktoru, professor. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini (2005–2013); Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik Agentliyi (MAKA) Ekologiya İnstitutunun Direktoru. == Həyatı == Bəhram Əliyev 2 sentyabr 1955-ci ildə Ermənistan SSR-nin Zəngibasar rayonunda anadan olmuşdur. 1973-cü ildə öz əmək və elmi fəaliyyətinə "VODQEO"-nun Bakı filialında laborant vəzifəsində başlamışdır. 1979-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun hidromeliorasiya fakültəsinin "mühəndis — hidrotexnik" ixtisası üzrə tam kursu bitirmişdir. Ailəlidir, iki övladı var. == Mükafatları == 2003-cü ildə "İlin ixtiraçı mühəndisi" adına layiq görülmüşdür. 2004-cü ildə BMT-nin ərzaq təhlükəsizliyi proqramı çərçivəsində FAO təşkilatı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi arasında imzalanmış memoranduma əsasən ərzaq təhlükəsizliyi layihəsi həyata keçirilmiş və FAO–nun yüksək medalı ilə təltif edilmişdir. 2005-ci ildə suya qənaət edən suvarma texnika və texnologiyalarının genişmiqyaslı tətbiqinin həyata keçirilməsində birbaşa rəhbərliyinə görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur. == Elmi fəaliyyəti == 1988-ci ildə Novoçerkask şəhərində namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək "Meliorasiya və suvarma əkinçiliyi" ixtisası üzrə texnika elmləri namizədi dərəcəsi almışdır.
Bəhrəmtəpə
Bəhrəmtəpə (əvvəlki adı: 1 May) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Əhalisinin sayı 7442 nəfərdir. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə İmişli rayonunun 1 May qəsəbəsi Bəhrəmtəpə qəsəbəsi adlandırılmışdır. == Toponimikası == Qəsəbənin keçmiş adı Ağaxanlı, Nərimanabad (1931-ci ildən), Bəhrəmtəpə, 1 May (1960-cı ildən) olmuşdur. 1992-ci ildən yenidən Bəhrəmtəpə adlandırılmışdır. Adını ərazidəki yüksəklikdən almışdır. == Coğrafiyası və iqlimi == Qəsəbə Araz çayı sahilində, Mil düzündə yerləşir. == İqtisadiyyatı == Ərazisindən qum, çınqıl kimi faydalı qazıntılar çıxır. Qəsəbədəki su anbarından bir sıra kanallar başlanğıc götürür.
Nadir Bəhrəmov
Nadir Bəhrəmov (tam adı:Bəhrəmov Nadir Rəhim oğlu) — tarixçi, tarix elmləri doktoru, professor Bəhrəmov Nadir Rəhim oğlu 15 mart 1929-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1947-ci ildə Naxçıvan Müəllimlər İnstitutunu qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, ikinci kursdan M. V. Lomonosov adına MDU-ya köçürülmüşdür. 1952-ci ildə həmin universiteti, 1953-cü ildə isə Moskvada ictimai elmlər üzrə müəllimlər hazırlayan kursları bitirmişdir. 14 iyul 2000-ci ildə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Sənaye İnsititutunda (indiki Neft Akademiyası) müəllim, baş müəllim, dosent və xarici tələbələrlə iş üzrə dekan müavini olmuşdur. 1965-ci ildən Azərbaycan Texniki Universitetinin (keçmiş Politexnik İnstitutu) fəlsəfə və politologiya kaferasında çalışmışdır. Azərbaycan neft sənayesinin tarixinə və inkişaf perspektivlərinə, texniki tərəqqiyə, Azərbaycan alim və mütəxəssislərinin keçmiş SSRİ-nin müxtəlif bölgələrində neftin kəşf edilməsində xidmətlərinə dair tədqiqatların, o cümlədən 6 kitab və elmi metodik əsərin müəllifidir.
Ələkbər bəy Bəhrəmbəyov
Ələkbər bəy Bəhrəmbəyov — Cəbrayıl qəzası rəisi (1919-1920). Ələkbər bəy Bəhrəmbəyov 1919-cu ilin dekabrınadək Bakı Mərkəzi Həbsxanasının (1888-ci ildə tikilib istifadəyə verilmişdi) rəisi işləyirdi. 1919-cu il dekabrın 12-də daxili işlər naziri Nəsib bəy Yusifbəylinin əmri ilə Ələkbər bəy Bəhrəmbəyov tutduğu vəzifəsindən azad olunaraq Qarabağa, Cəbrayıl qəzasının rəisi vəzifəsinə (1-ci dərəcə üzrə ayda 3.000 manat əmək haqqı ilə təyin edilmişdi (Bundan əvvəl həmin vəzifədə Hüseyn bəy Mahmudbəyov işləmişdi).

Значение слова в других словарях