BƏNNALIQ
BƏNÖVŞƏLİK
OBASTAN VİKİ
Bənövşə
Bənövşə (lat. Viola) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinə aid bitki cinsi. == Yayılması == Şimal yarımkürəsində dağlarda və mülayim iqlim zonalarında bitən 681 bioloji növü məlumdur. Bu cinsin növünə görə ən çox yayıldığı yer mülayim iqlim zonalarından Şimali Amerika, And dağları və Yaponiyadır. Bir çox növü Cənubi Amerikada olan And dağları üçün xarakterikdir. Bir neçə növü Braziliyanın subtropik zonalarında, Cənubi Afrikada, Avstraliyada, Yeni Zelandiyada, Cənubi Sandviç adalarında yayılıb.
Bənövşə (bitki)
Bənövşə (oyun)
Bənövşə — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış qədim uşaq oyunu növüdür. == Ümumi məlumat == Yaz fəslinin gəlişi ilə əlaqədar uşaqların, cavanların həyatında yeni bir gün başlayır – "Bənövşə günü". Üz tuturlar bənövşə ətirli dağ ətəklərinə, dərələrə, güney yamaclarına, bulaqların yan-yörəsinə, minbir həvəslə gül-çiçək toplayırlar. Qız-gəlinlər tellərinin uclarına bənövşə düzər, yaxalarına bənövşə taxar, saçlarına minbir rəngli, minbir ətirli çiçəklərdən çələng hörürlər. Bənövşədən dəstə tutub "yaz nübarı"dır, – deyə ana və bacılarına, qohum-qonşuya paylayar, nişanlı qızları sevindirər, şənlik edər, mahnı oxuyarlar: Bu zaman yaz çiçəyi bənövşənin adından götürülən sözlü-nəğməli "Bənövşə" oyunu oynayarlar. Novruz bayramında da "Bənövşə" oyunu oynamaq adətdir. Bənövşə oyunu zamanı gənclər iki dəstəyə ayrılır və bir dəstə o biri dəstəyə müraciət edərək deyir: Bənövşə, sizdən bizə kim düşə? == Oyunun qaydaları == Bu oyun uşaqlar arasında iki qrupa ayrılaraq oynanan oyundur. Bir qrupdan digər qrupa bir kişi qaçaraq gəlir əl-ələ tutan digər qrupun ən zəif yerindən keçməyə çalışır. Qrupu keçə bilirsə, o qrupda bir nəfəri öz qrupuna götürür (yalnız özünün yardığı əllərdən birini tuta bilər).
Bənövşə (rəqs)
Bənövşə — Azərbaycanın milli rəqsi. Olduqca zərif rəqsdir. Rəqs əsasən qadınlar tərəfindən həm aram, həm də cəld tempdə ifa olunur. 1910-cu ildə yaranmışdır.
Bənövşə Ağabalayeva
Bənövşə Mövlüd qızı Ağabalayeva — kolxozçu. == Həyatı == 1941-ci ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, bitərəfdir, orta təhsili var. 1961-ci ildən Xaçmaz rayonundakı M. Qorki adına sovxozun fəhləsi olmuşdur, 1974-cü ildən "Ukrayna" sovxozun fəhləsidir. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Xudat seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.
Bənövşə Daşdılı
Bənövşə Daşdılı (Bənövşə Heydər qızı İbadzadə; 29 aprel 1954, Laçınkənd, Laçın rayonu) — Azərbaycan Yazıçılar Birliyinin, "Vahid", "Araz", "Dirili Qurbani" ədəbi birliklərinin üzvü. "Qızıl Qələm" media mükafatı laureatı. == Həyatı == Bənövşə Daşdılı 29 aprel 1954-cü ildə Laçın rayonunda Qarıkaha sövetliyinin Laçın kəndində anadan olub. anadan olub. Atası Hüseynov Heydər Bahadur oğlunun işi ilə əlaqədər Laçın rayonunun Taxtazavodu adlanan Hacısamlı qəsəbəsinə köçüblər. İbtidai təsilini Hacısamlı kəndində alıb. Orta təhsilini Kürthacı kənd orta məktəbndə bitiribdir. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bititib. Uzun müddət Baki şəhərinin Yasamal rayonunda M.Müşfiq adına 18 saylı Pilot orta məktəbdə ibtidai sinif müəllimi vəzfəsində çalışıb. Bununla yanaşı yeni təhsil sistemi ilə əlaqədar olaraq Bakı Problemlər İnistitunun təşkil etdiyi Ümumtəhsil məktəblərinin 1–4 siniflər üçün fənn Kurrikulumlarında müəllimlərə dərslər keçib.
Bənövşə oyunu
Bənövşə — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış qədim uşaq oyunu növüdür. == Ümumi məlumat == Yaz fəslinin gəlişi ilə əlaqədar uşaqların, cavanların həyatında yeni bir gün başlayır – "Bənövşə günü". Üz tuturlar bənövşə ətirli dağ ətəklərinə, dərələrə, güney yamaclarına, bulaqların yan-yörəsinə, minbir həvəslə gül-çiçək toplayırlar. Qız-gəlinlər tellərinin uclarına bənövşə düzər, yaxalarına bənövşə taxar, saçlarına minbir rəngli, minbir ətirli çiçəklərdən çələng hörürlər. Bənövşədən dəstə tutub "yaz nübarı"dır, – deyə ana və bacılarına, qohum-qonşuya paylayar, nişanlı qızları sevindirər, şənlik edər, mahnı oxuyarlar: Bu zaman yaz çiçəyi bənövşənin adından götürülən sözlü-nəğməli "Bənövşə" oyunu oynayarlar. Novruz bayramında da "Bənövşə" oyunu oynamaq adətdir. Bənövşə oyunu zamanı gənclər iki dəstəyə ayrılır və bir dəstə o biri dəstəyə müraciət edərək deyir: Bənövşə, sizdən bizə kim düşə? == Oyunun qaydaları == Bu oyun uşaqlar arasında iki qrupa ayrılaraq oynanan oyundur. Bir qrupdan digər qrupa bir kişi qaçaraq gəlir əl-ələ tutan digər qrupun ən zəif yerindən keçməyə çalışır. Qrupu keçə bilirsə, o qrupda bir nəfəri öz qrupuna götürür (yalnız özünün yardığı əllərdən birini tuta bilər).
Bənövşə rəqsi
Bənövşə — Azərbaycanın milli rəqsi. Olduqca zərif rəqsdir. Rəqs əsasən qadınlar tərəfindən həm aram, həm də cəld tempdə ifa olunur. 1910-cu ildə yaranmışdır.
Çılpaq bənövşə
Çılpaq bənövşə (lat. Viola epipsila) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Çoxillik bitkidir. Hündürlüyü 8-15 sm olur. Yarpaqları azacıq dairəvidir. Yarpaqların yuxarı hissəsi daha çox hamardır. Çiçəkləri zəif iyli olur və rəngi göyə çalır, ölçüsü isə mahmızla birlikdə 1,5-2 sm olur. May-iyun aylarında çiçəkləyir. Vegetativ yolla çoxalır. Geniş yayılmasına baxmayaraq, çılpaq bənövşə Polşanın Qırmızı kitabına salınıb.
Üçrəng bənövşə
Üçrəng bənövşə (lat. Viola tricolor) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Jacea tricolor (L.) Opiz Mnemion tricolor (L.) Spach Viola tricolor subsp. erecta Ehrh. Viola tricolor var. major Roth Viola versicolor Salisb. Viola tricolor subsp. curtisii (E.Forst.) Syme Viola tricolor subsp. macedonica (Boiss. & Heldr.) A.F.W.Schmidt Viola tricolor subsp.
Ətirli bənövşə
Ətirli bənövşə (lat. Viola odorata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Hündürlüyü 3-22 sm, sürünən, yerüstü nazik zoğların qoltuğunda kök salan, gövdəsi olmayan çoxillik ot bitkisidir. Kökümsovu qalıntəhər, buğumlu, ağımtıldır. Yarpaqları uzun saplaq üzərində yerləşmiş, dəyirmi və ya enli yumurtaşəkillidir, qaidə hissəsi dərin ürəkşəkillidir, kənarları mişarvari-dəyirmi dişlidir, uc hissədə korbucaqlı və ya az sivriləşmiş və ya bəzən dəyirmiləşmişdir, demək olar ki, çılpaq və ya çox qısa tüklüdür. Çiçəkləri uzun saplaqda yerləşib, ətirlidir, tünd-bənövşəyi və ya bənövşəyi-göy rəngdədir; çiçəkaltlıqları çiçək saplağının ortasında və ya orta hissəsindən yuxarıda yerləşmişdir. Qutucuq şarşəkili və yarım şarşəkillidir, qismən sıx qısa tüklüdür. Mart-aprel (may) aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir. BQ (Quba), KQ şimal, KQ mərkəzi, Lənk. dağ., Nax.
Bənövşə (dəqiqləşdirmə)
Bənövşə — bənövşəkimilər fəsiləsinə aid bitki cinsidir. Həmçinin bu mənaları da ifadə edə bilər: Bənövşə (rəqs) — Bənövşə — Azərbaycanın milli rəqsi. Bənövşə (oyun) — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış oyun növü. Bənövşəkimilər — İkiləpəlilər sinfinin Malpiqaçiçəklilər sırasına aid bitki fəsiləsi. Bənövşəyi – rəng çaları. Bənövşələr — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində qəsəbə.
Açıq bənövşəyi
Açıq bənövşəyi — Bənövşəyi rəngin açıq çaları.
Bənövşədərə
Bənövşədərə (Çaroymaq)
Bənövşədərə (Bostanabad)
Bənövşədərə (fars. بنفشه درق‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 24 nəfər yaşayır (11 ailə).
Bənövşədərə (Çaroymaq)
Bənövşədərə (fars. بنفشه درق‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 105 nəfər yaşayır (23 ailə).
Bənövşədərə (Ərdəbil)
Bənövşədərə (fars. بنفشه درق‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 339 nəfər yaşayır (65 ailə).
Gecə bənövşəsi gecəgülü
Kristal bənövşəyi
Kristal bənövşəyi - əsas trifenilmetan boyasıdır. Parlaq yaşıl kristalların görünüşünə malikdir və biologiyada turşu-əsas göstəricisi və müxtəlif rəngli preparatlar üçün istifadə olunur. Bürünc parıltılı yaşıl kristallar susuz formada mavi rəngə malikdir. Molar kütləsi 407,99 q/mol təşkil edir. 215 °C-də parçalanır. spirtdə yaxşı həll olandan sonra, xloroformda və qliserində həll olur, efirdə həll olmur. Sulu məhlullar bənövşəyi rəngə malikdir, xlorid turşusu əlavə edildikdə rəngi dəyişir. Boya məhluluna natrium hidroksid əlavə edilməsi bənövşəyi çöküntünün əmələ gəlməsinə səbəb olur. Molar kütləsi 570,12 q/mol olan C25H30N3Cl•9H2O tərkibli kristalhidrat əmələ gətirir. Dimetilanilin və Mixler ketonundan fosfor oksixlorid vasitəsilə sintez edilir.
Qafqaz bənövşəsi
Qafqaz bənövşəsi (lat. Viola caucasica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B 2ab(ii,iii,iv). Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. Çoxillik ot bitkisidir, kökümsov nazik, sürünən, əyri və ya horizontaldır. Kökyanı yarpaqlar 12 sm uzunluğunda dairəvi tumurcuqlu, gövdə yarpaqları yumurtavari, əsasda oyuqlu və ya dərin ürəkvaridir, kənardan dişiciklidir, üst tərəfdə seyrək, alt tərəfdə çox tükcüklüdür. Çiçəklər iri, 6 sm uzunluğundadır. Kasacıqlar xətvari-lansetvari, çılpaq və ya seyrək tükcüklüdür. Ləçəklər sarı və ya açıq-sarı, qəhvəyi rəngli damarlar ilə uzunsov və ya rnli, tərs-yumurtavari, 1,5 sm uzunluğundadır.
Çəmənlik bənövşəsi
Çəmənlik bənövşəsi (lat. Viola arvensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Bir və ya ikiillik bitkidir. Gövdəsi sadə budaqlanan, dikduran və ya azacıq əyilmiş, qabirğalı və tükcüklü olub, hündürlüyü 10–45 sm-ə bərabərdir. Yarpaqları qısa yumurtavari-üçbucaqşəkilli və ya uzunsov-yumurtavari, dişcikli, dairəvi, pazşəkilli əsasa malik olmaqla, uzun saplaqlıdır. Yuxarı yarpaqları uzunsov-neştərvari, künclü, kənarları düyünlü, qısasaplaqlı olmaqla, demək olar ki, oturaqdır. Yarpaqları lələkşəkilli-bölünmüş olub, iri paycıqla qurtarır. Çiçəkləri tək, düzgün olmayan əyilmiş uzun çiçək ayaqcığından ibarətdir. Kasacığı 5, xətti-neştərvari yarpaqcıqlardan, əsası fırlı dişciklərdən, 2 yuxarı yumurtaşəkilli, 2 yan ellipsşəkilli, göyümtül-bənövşəyi, aşağı hissəsi isə iri, dairəvi tozcuqdan tərs üçbucaqşəklli sarı və kənarları bənövşəyi rənglidir. Çöl bənövşəsinin çiçəyinin kənarları kiçik, kasacıq ləçəkləri uzun olmayan, yuxarı ləçəkləri ağ, ortasındakılar isə parlaq-sarı olur.
Bənövşəyi sığırquyruğu
Bənövşəyi sığırquyruğu (lat. Verbascum phoeniceum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. İkiillik və ya çoxillik ot bitkisidir. Gövdəsi 37-60(100) sm hündürlükdədir. Yarpaqları aşağıdan tüklü, kökətrafı qısa saplaqlı, ellipsvari və ya uzunsov-yumurtavari, küt əsasında azacıq ürəkvari, kənarları qövsvari dişcikli, gövdə yarpaqları az sayda, xırda, uzunsov və ya lansetşəkilli, sivri; aşağıdakılar oturaq, gövdəni yarım bürüyən, azacıq ürəkvari dişciklidir. Çiçəkləri tək-tək, boş salxımdadır. Kasacıq 3–6 mm uzunluqda, ellipsvari və ya uzunsov-ellipsvari sivri hissəciklidir. Tac qırmızı-bənövşəyi, 25–30 mm diametrindədir. Qutucuq 5–7 mm uzunluqda, küt yumurtavari, kasacıqdan bir qıdır uzundur.
Bənövşəyi xətt (1914)
Bənövşəyi xətt —1914-cü ilin martında Britaniya ilə Osmanlı imperiyaları arasında razılaşdırılmış sərhəd xətti. 1913-cü il İngiltərə–Osmanlı Konvensiyasında razılaşdırılan Mavi xəttin dayandırılmasından başlayaraq Osmanlının Yəmən vilayəti ilə Britaniyanın Ədən protektoratı arasındakı sərhədə qədər uzanmışdır. Mavi xətt ilə birlikdə Bənövşəyi xətt Ərəbistan yarımadasını iki yerə bölmüşdür. Anscombe, Frederick F. The Ottoman Gulf: the creation of Kuwait, Saudi Arabia, and Qatar New York: Columbia University Press, 1997. Kelly, J. B. Eastern Arabian Frontiers New York: Frederick A Praeger, 1964. Kelly, J. B. Sovereignty and Jurisdiction in Eastern Arabia International Affairs (Royal Institute of International Affairs) 34.4 (1958): 16-24. Hurewitz, J. C., ed. The Middle East and North Africa in World Politics: A Documentary Record, 2nd edn. Vol. 1: European Expansion, 1535-1914.
"Bənövşəyi ürək" medalı
"Bənövşəyi Ürək" (ing. Purple Heart) — ABŞ Prezidenti adından 1917-ci il 5 aprel tarixindən bu günədək hərbi xidmət zamanı yaralanan və ya həlak olan şəxslərə təqdim olunan ABŞ hərbi medalıdır. Bənövşəyi Ürək Milli Şərəf Zalı Nyu-York ştatının Nyuburq şəhərində yerləşir. "Bənövşəyi Ürək" ABŞ hərbçilərinə təqdim olunan mükafatlar arasında ən uzunömürlüsüdür. "Purpur sözü" ingilis dilindən Azərbaycan dilinə "al qırmızı" kimi tərcümə olunsa da, konkret halda bu sözü "al bənövşəyi" kimi başa düşmək lazımdır. Medalın ilkin forması, 1782-ci il 7 avqust tarixində Kontinental Ordunun baş komandanı Corc Vaşinqton tərəfindən təsis edilmiş "Hərbi Xidmətlərə görə Nişan" (ing. Badge of Military Merit) hesab olunur. Lakin həmin mükafatla yalnız ABŞ İstiqlal müharibəsinin (1775-1783) 3 iştirakçısı təltif edilmişdi. 1932-ci ildə ABŞ prezidentinin Fərmanına əsasən Corc Vaşinqtonun 200 illik yubileyi şərəfinə "Bənövşəyi Ürək" medalı təsis edildi. Hərb Departamentinin 1932-ci il 22 fevral tarixində elan etdiyi meyarlara görə, bu medal ABŞ-nin Birinci dünya müharibəsinə qatıldığı 1917-ci il 5 aprel tarixindən sonrakı hərbi əməliyyatlarda yaralanmış və ya həlak olmuş hərbçilərə verilə bilər.
Kanada bənövşəsi
Kanada bənövşəsi (lat. Viola canadensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü.

Значение слова в других словарях