BACAQ
BACARIQLI
OBASTAN VİKİ
Bacarıq Ferması
Yeni istedadlar akademiyası — Zak və Kodinin gəmidəki macəralarının prodüserliyi ilə Den Siqner tərəfindən yaradılmış orijinal Disney Channel serialıdır. 2010-cu ilin noyabr ayının ortasında serialın anonsu verilmiş və çəkilişlər 2011-ci ildə başlanmışdır. Serial 17 iyun 2011 — də ekrana çıxmışdır. Serialın premyerası 6 may 2011-ci ildə Zak və Kodinin gəmidəki macəralarının final hissəsindən sonra olmuşdur.
Bacarıqlı insan
Homo habilis, bacarıqlı insan — əmək alətləri hazırlaya bilən, dik qamətlə yeriyə bilən ən qədim insan. == Ümumi məlumat == Kəllə sümüyünün həcmi Avstralopitekdən iki dəfə böyükdür.[mənbə göstərin] Şimpanzeyə bənzəyən meymun növü olan Avstralopitekdən bugünkü insandan fərqlənməyən skeletə malik Homo erectusa keçid isə təkamül nəzəriyyəsinə görə də mümkün deyil. Bu səbəbdən, "əlaqə"lər, yəni "ara keçid forma"lar lazımdır. Homo habilis anlayışı da məhz bu zərurətdən doğmuşdur. Bacarıqlı insanın beyin həcmi - 600—700 sm³,. boyu - 1,2 metrə qədər,, çəkisi -40-50 kq. təşkil edirdi.. Homo habilis 1960-cı ilin noyabrında "fosil ovçuları" olan Meri Liki və Luis Liki tərəfindən ortaya atıldı. Likilərə görə, Homo habilis kimi tərif etdikləri bu yeni canlı növü dik yerişə, nisbətən böyük beyinə, daş və taxtadan alət hazırlayıb istifadə etmək qabiliyyətinə sahib idi. Bu səbəbdən, insanın əcdadı ola bilərdi.
Bacarıqlı əllər (film, 1963)
Bacarıqlı əllər qısametrajlı sənədli filmi rejissor Əlihüseyn Hüseynov tərəfindən 1963-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film məşhur pambıq ustası Qüdrət Səmədova həsr olunmuşdur. == Məzmun == Film məşhur pambıq ustası Qüdrət Səmədova həsr olunmuşdur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Nurəddin Babayev Rejissor: Əlihüseyn Hüseynov Operator: Əlihüseyn Hüseynov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bacarıqsız oğrular (film, 2011)
30 dəqiqə və ya daha az (ingiliscə orijinal adı: 30 Minutes or Less) — 2011-ci ildə çəkilmiş Amerika komediya filmidir. Filmin rejissoru Ruben Fleischer olmuş, baş rollarda isə Cessi Ayzenberq, Denni Makbrayd, Əziz Ansari və Nik Svardson oynamışdır. O, Columbia Pictures tərəfindən çəkilmiş və Media Rights Capital tərəfindən maliyyələşdirilmişdir. == Süjet xətti == Nik (Jesse Eisenberg) pizza çatdıran kuryerdir. Təsadüfən bir gün o, iki quldur tərəfindən qaçırılır və 30 dəqiqə ərzində bank soymağa məcbur edilir.
Yetkinlik həyatının bacarıqları (film, 2016)
Yetkinlik həytının bacarıqları 2016-cı ildə "Kreativ İngiltərə" şirkəti tərəfindən maliyyələşdirilmiş Böyük Britaniya komediya filmidir. Filmin ssenari müəllifi olan Reyçel Tannardın bu ilk işidir. Həmçinin film 2014-cü ildə London Film Festivalında nümayiş edilmişdir. Film 29 yaşlı gənc xanımın həyatından bəhs edir. Anna, (Codi Uittaker — tərəfindən canlandırılmışdır) əkiz qardaşının ölümündən sonra anasının çardağında yaşamağa başlamış və buranı tərk etməkdən təkidlə imtina edir. Film 2016-cı ilin aprel ayında Tribeka Film Festivalında nümayiş edilmiş və ən yaxşı qadın rejisor adına görə top mükafatlardan biri olan Nora Efron mükafatını qazanmışdır. Film Böyük Britaniya kinoteatrlarında 24 iyun 2016-cı il tarixində nümayiş edilmişdir Anna sıxışmış vəziyyətdədir. O, 30 yaşına yaxınlaşır anasının bağında yerləşən çardaqda özünə qapannmış bir həyat tərzi sürür və sufrajistlərin bu zamana qədər niyə narahat edildiklərinin səbəbini bilmək istəyirdi. O, günlərini barmaqlarını aktyor kimi canlandıraraq videolar çəkməklə keçirir. Barmaqlar Yoqi ayının nihilist olub-olmaması ilə bağlı bir-birləri ilə münaqişə edirlər.
Yumşaq bacarıqlar
Çevik və ya yumşaq bacarıqlar (ing. soft skills) — şəxsi keyfiyyətlərlə sıx əlaqəli olan ümumi bacarıqlar kompleksi olub hər bir peşədə bu və ya digər şəkildə vacibdir. Yumşaq bacarıqlar tənqidi düşüncə, problem həll etmə, ictimai nitq, işgüzar ünsiyyət, komanda işi, rəqəmsal ünsiyyət, fəaliyyətin təşkili kimi qəbul edilir ki, bunlara da liderlik keyfiyyətlərinin səviyyəsi, əmək etikası üzrə biliklər, nizam-intizam, məsuliyyət hissi təsir edir. Hal-hazırda (2022-ci ilə qədər) gələcəyin dörd əsas yumşaq bacarığı (4K bacarıqları) ayırd edilir: yaradıcılıq, ünsiyyət, əməkdaşlıq, tənqidilik . Yumşaq bacarıqlardan fərqli olaraq, yüksək ixtisaslaşdırılmış peşəkar biliklər (ing. hard skills) də mövcuddur ki, bunlar mənimsənilməsi daha çətindir və o qədər də geniş istifadə olunmur. Yumşaq bacarıqların tərifinin xarakteri elədir ki, onları obyektiv şəkildə araşdırmaq mümkün deyil. Bir çox cəhətdən onlar müəyyən bir insanın şəxsi xüsusiyyətlərindən asılıdır: onun mentaliteti, düşüncə tərzi, digər insanlara münasibəti və ümumiyyətlə həyata baxışları . Bununla belə, müəyyən bir qrup bacarıqlar üçün bu gün onların inkişaf səviyyəsini qiymətləndirməyə kömək etmək üçün testlər və müsahibələr aparılır . Bu termin inkişaf etmiş ölkələrdə 2000-ci illərdən sonra geniş istifadə olunmağa başladı.

Значение слова в других словарях