BADİ-XƏRAC
BADİ-SƏHƏR
OBASTAN VİKİ
Badi Valastro
Bartolo "Badi" Valastro - italyan əsilli amerikalı tanınmış şef, televiziya veriliş qəhrəmanı. Özünün şəxsi Karlonun şirniyyat evi adlı mağazası vardır. Badi Valastro ilk dəfə 2009-cu ildən efirə çıxmış "Tort şefi"(Cake Boss) televiziya həyatına başlayıb. Daha sonra "Mətbəx şefi"(Kitchen Boss) (2011), "Şirniyyat evi xilasedicisi Badi" (Buddy's Bakery Rescue) (2013) verilişləri yayımlanıb.
Məhəmməd Badi
Məhəmməd Bədi (ərəb. محمد بديع‎; 7 avqust 1943, Əl-Məhəllə əl-Kübra, Misir krallığı[d]) — Misirli siyasətçi. Məhəmməd Bədi 7 avqust 1943-cü ildə Misirdə anadan olub.Qahirə universitetini bitirib.1965-ci ildə “Müsəlman qardaşlar” hərəkatının üzvü olduğu üçün həbs edilib. “Müsəlman qardaşlar” hərəkatının dini lideri Məhəmməd Bədi 2014-cü ildə avqustun 20-nə keçən Misirin paytaxtı Qahirədə həbs olunub. Məhəmməd Bədi iyulun 24-dən axtarışda idi.
Səba Surəsi
34-cü surə Səba surəsi (Məkkədə nazil olmuşdur, 54 ayədir). Surənin adı 15-ci ayədə rast gəlinən "Səba" sözündən götürülüb. Səba Yəməndə olmuş yer adı, eləcə də bir qövmün adıdır. Bu qövmün adı Səba Krallığı, əhalisi isə Səba xalqı adı ilə də tanınır.
Səba dövləti
Səba dövləti — Yəmən ərazisində bizim eradan əvvəl II minilliyin sonundan — 115-ci ilə qədər mövcud olmuş tarixi dövlət. Səba dövləti İncildə, əsasən, Kral Solomon və Səba (Şeba) kralliçası hekayələrində tez-tez xatırlanan, qədim Assur, Yunan və Roma mənbələrində adı çəkilən, Ərəbistan yarımadasının cənub qərbində eradan əvvəl 8-ci əsrdən eramızın təxminən 5-ci əsrinədək mövcud olan İslam öncəsi ərəb krallığıdır. Orta əsrlərdə krallığın mərkəzi Yəmənin paytaxtı Sənadan 120 km şərqdə yerləşən Mərib olmuşdur. Ərəb rəvayətlərinə əsasən, Mərib şəhərinin əsası Nuh peyğəmbərin böyük oğlu Sam tərəfindən qoyulub. İkinci böyük şəhəri isə Sirvah idi. Səba dövləti ədviyyat, buxur və mirra da daxil olmaqla ətriyyat, kənd təsərrüfatı məhsulları, quru və su yolları vasitəsilə daşınan ticarət malları ilə zəngin idi. Bu məhsullar Ərəbistan yarımadası daxilində dəvələr vasitəsilə, Hindistana isə dəniz yolu ilə ixrac olunurdu. Əsrlər boyu krallıq Qırmızı dənizdəki Bab əl-Məndəb boğazını idarə etmiş, Afrika sahillərində çoxlu sayda koloniyaların, Abissiniya (indiki Eritreya) krallığının əsasını qoymuşdur. Səba dövləti dövründə Yəməndə kənd təsərrüfatı dağlarda böyük su tunelləri və bəndlərdən ibarət qabaqcıl irriqasiya sistemlərinin mövcudluğu sayəsində çiçəklənmişdir. Bu sistemlərdən ən nəzərə çarpanı bizim eradan əvvəl 700-cü illərdə tikilən və eramızın 570-ci ilində baxımsızlıqdan dağılanadək əsrlərlə varlığını qoruyan Mərib su bəndidir ki, təxminən 100 km² ərazini su ilə təmin edirdi.
İbn Səba
Abdullah ibn Səba (ərəb. عبد الله بن سبأ‎; VII əsr) — Əli ibn Əbu Talibə qarşı “ifrat” fikirlər təbliğ edən ilk şiə məzhəblərindən biri olan səbailiyin eponimidir. Müsəlman mənbələrinə görə Abdullah ibn Səba əslən Səba (Yəmən) şəhərindən olmuş və İslama iudaizmdən gəlmişdir. Anası Efiopiyadan olduğuna görə "qaranın oğlu" (İbn əs-Sauda) ləqəbini almışdır. Həmçinin İbn Vəhb və İbn Hərb adı ilə də çağırılırdı. Üçüncü İslam xəlifəsi Osman ibn Əffanın (hakimiyyət illəri: 644-656) müasiri olmuşdur. Müsəlman tarixçiləri Abdullah ibn Səbanın İslamı qəbul etdiyini bildirən, lakin əslində müsəlman olmayan yəmənli yəhudi olduğunu bildirirlər. Onun haqqında həm süni, həm də şiə müəllifləri öz əsərlərində yazmışlar. Abdullahın yəhudi kökləri şiələrin əleyhdarlarına “rafizliyin əsaslarının yəhudilərdən götürüldüyünü” iddia etməyə əsas verirdi. O, Xilafətdə üçüncü xəlifə Osman ibn Affanın öldürülməsinə səbəb olan qarışıqlığın əsas təşkilatçılarından biri idi.
Səba Mahmud
Səba Mahmud (3 fevral 1961, Kvetta, Qərbi Pakistan – 10 mart 2018 və ya 18 mart 2018, Berkli, Kaliforniya) — Berkli Kaliforniya Universitetində antropologiya üzrə professor. Berklidə o, həmçinin Yaxın Şərq Araşdırmaları Mərkəzi, Cənubi Asiya Araşdırmaları İnstitutu və Tənqidi Nəzəriyyə Proqramı ilə əlaqəli idi. Onun elmi işi antropologiya və siyasi nəzəriyyədə müzakirələrə səbəb olub, diqqəti Yaxın Şərq və Cənubi Asiyanın müsəlman çoxluqlu cəmiyyətlərinə yönəldilib. Mahmud etika və siyasət, din və dünyəvilik, azadlıq və təslimiyyət, ağıl və təcəssüm arasındakı əlaqənin yenidən nəzərdən keçirilməsinə böyük nəzəri töhfələr vermişdir. Talal Əsədin əsərlərindən təsirlənərək, o, Yaxın Şərqdə gender, dini siyasət, dünyəvilik, müsəlman və qeyri-müsəlman münasibətləri mövzularında əsərlər yazıb. Mahmud 3 fevral 1961-ci ildə, atasının polis olduğu Pakistanın Kvetta şəhərində anadan olmuşdur.1981-ci ildə Vaşinqton Universitetində təhsil almaq üçün Sietle köçmüşdür. O, 1998-ci ildə Stanford Universitetində antropologiya üzrə fəlsəfə doktoru dərəcəsi alıb. O, həmçinin Siyasi Elm, Memarlıq və Şəhərsalma üzrə magistr dərəcəsi alıb. O, 2003-cü ildə UC Berkeley-də antropologiya professoru Çarlz Hirşkindlə evlənmişdir. 2004-cü ildə Berkliyə qoşulmazdan əvvəl o, Çikaqo Universitetində mühazirə demişdir.
Abdullah ibn Səba
Abdullah ibn Səba (ərəb. عبد الله بن سبأ‎; VII əsr) — Əli ibn Əbu Talibə qarşı “ifrat” fikirlər təbliğ edən ilk şiə məzhəblərindən biri olan səbailiyin eponimidir. Müsəlman mənbələrinə görə Abdullah ibn Səba əslən Səba (Yəmən) şəhərindən olmuş və İslama iudaizmdən gəlmişdir. Anası Efiopiyadan olduğuna görə "qaranın oğlu" (İbn əs-Sauda) ləqəbini almışdır. Həmçinin İbn Vəhb və İbn Hərb adı ilə də çağırılırdı. Üçüncü İslam xəlifəsi Osman ibn Əffanın (hakimiyyət illəri: 644-656) müasiri olmuşdur. Abdullah ibn Səbanın əslində həqiqətdən uzaq, xəyali bir obraz olduğunu tanınmış Misir alimi Taha Hüseyn “Böyük fitnə” kitabında qeyd etmişdir. Son onilliklərdə yaşamış cəfəri məzhəbli məşhur tədqiqatçı alim Əllamə Seyid Mürtəza Əsgəri “Abdullah ibn Səba əfsanəsi” adlı kitabında bu məsələyə aydınlıq gətirmişdir. Alim adıkeçən əsərdə sübuta yetirir ki, Abdullah ibn Səba adlı şəxsiyyətin və banisi hesab edildiyi Səbaiyyə firqəsinin mövcudluğunun heç bir əsası yoxdur. Abdullah ibn Səba haqqında bütün mövcud rəvayətlər Təbəri tarixindən götürülüb.
Əbülhəsən xan Səba
Əbülhəsən xan Səba (15 aprel 1902, Tehran – 19 dekabr 1957)— İranın ustad misiqiçisi, bəstəkar O,1902-ci ildə Əbülqasım xan Kamaləssəltənə bin Məhəmmədcəfər xan Sədrülhükəma bin Mahmud xan Məlikəşşüara, Səbaəlşüəara bin Məhəmmədhüseyn xan Məlikəşşüara Kaşinin ocağında dünyaya gəlmişdi. Əbülhəsən xan İranın böyük ustadları Mirzə Abdulla və Dərviş xanın yanında şərq musiqisinin sirlərini öyrənmişdi. Hacı xan Zərbidən dünbək çalmağı, Əliəkbərşahdan santur ifa etməyi əxz etmişdi. Sonra Hüseyn xan İsmayılzadənin yanında kamança çalmağı mənimsəmişdi. Skripkaya meyl salmış, bu aləti də Hüseyn Həngafərindən öyrənmişdi. Bunlara qane olmamış, ustad Əlinağı Vəzirinin musiqi məktəbinə yazılmışdı. Burda musiqi nəzəriyyəsini, ney, fleyta və başqa nəfəs alətlərini də tamam-kamal əxz etmişdi. Özü ustad dərəcəsinə çatandan sonra İran musiqisinin tacı sayılmışdı. Onun istedadını görən Əlinağı Vəziri dərs deməyə həvəsləndirmişdi. Səba 1927-ci ildə Rəşt şəhərində musiqi məktəbi yaratmışdı.
Mirzə İbrahim bəy Səba
Ağayev Mirzə İbrahim bəy Həsən ağa oğlu (Mirzə İbrahim bəy Səba) — şair. Mirzə İbrahim bəy Səba 1801-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxuyub dini və dünyəvi elmlərə yiyələnmişdi. Savadlı olduğundan dolayı "mirzə" ünvanı daşıyırdı. Müəllimliklə məşğul idi. Gözəl təbi və xətti vardı. Şeir yazırdı. Səba təxəllüsü ilə gözəl poeziya nümunələri yaratmışdı. Mir Möhsün Nəvvabyazır: "Mirzə İbrahim Həsən ağa oğlu Qarabağın Şuşa əhalisinin molla və şairlərindəndir.
Tərcümeyi-bəyani-usuli-ətvari-səba
Tərcümeyi-bəyani-usuli-ətvari-səba — Seyid Yəhya Bakuviyə məxsus olan bu əsərdə vəlinin yeddi seyri izah olunur. Həmin yeddi seyr bunlardır: Seyr ilallah, Seyr lillah, Seyr aləllah, Seyr məallah, Seyr fillah, Seyr anillah. Ehtimal edilir ki, əsli farsca olmuş, sonradan türkcəyə tərcümə edilmişdir. Əsərin yeganə əsli İstanbul Yapı Kredi bankı Sərmət Ciftər kitabxanasındadır.

Значение слова в других словарях