bank sirri

Bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verməsi

bank olmayan kredit təşkilatı
banka aidiyyəti olan şəxslər
OBASTAN VİKİ
Bank
Bank (fr. Banque) — fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən maliyyə-kredit təşkilatı. Hüquqi status baxımından hüquqi şəxsdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə sərrafxana (صرافخانه) adlandırılmışdır. Bank – pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, pulun emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyalarını yerinə yetirən iqtisadi təşkilatlardır. Bankların əsas vəzifəsi kreditorlardan borc alanlara, alıcılardan satıcılara pul vəsaitinin yönəldilməsində vasitəçilik etməkdir. Bank halidən əmanət qəbul edir və eyni zamanda kreditlər verərkən tələb olunan depozit yaradır. Kredit fəaliyyəti birbaşa bank tərəfindən və ya dolayısı ilə kapital bazarları vasitəsilə həyata keçirilə bilər. Banklar keçirdikləri əməliyyatların xarakterinə görə emissiya və kommersiya, verilən kreditlərin xarakterinə görə uzunmüddətli və qısamüddətli, mülkiyyətin xarakterinə görə əsasən dövlət, səhmdar, kooperativ, bələdiyyə və qarışıq banklara bölünürlər.
Dövlət sirri
Dövlət sirri — Dövlət orqanının məxfiliyinin , bütövlüyünün və ya mövcudluğunun qorunmasını tələb edən həssas məlumatdır. Bu cür məlumatlara giriş qanun və ya qaydalarla məhdudlaşdırılır və yalnız icazəsi və səlahiyyəti olan şəxslər tərəfindən əldə edilə bilər. Dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır; Dövlət sirri təşkil edən məlumatların daşıyıcıları—dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələrdir; Dövlət sirrinin mühafizəsi sistemi—dövlət sirrini mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusudur;.. === Dövlət sirri təşkil edən məlumatların siyahısı === Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, başqa silahlı birləşmələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər qoşunlarının strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyatların hazırlanması və keçirilməsi üzrə strateji və əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrinin quruculuq planları, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və modernləşdirilməsi üzrə məqsədli proqramların, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında; Silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri, resepturaları və ya texnologiyaları haqqında; Milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq, yer təki və akvatoriyalar ayrılması haqqında; Qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında; Azərbaycan Respublikası ərazisinin müdafiə və mühüm iqtisadi əhəmiyyətli geodeziya məntəqələrinin və coğrafi obyektlərinin koordinatları haqqında.
Sirri adası
Sirri adası (fars. جزیره سیری‎) — Fars körfəzində İrana məxsus adalardan biri. Əbumusa adasından bir qədər qərbdə yerləşir. Hündürlük baxımından da ondan hündürdür. Ada trapesiya formasına malikdir. Onun sahəsi 17 km² təşkil edir. Farorv adası ondan şimalda yerləşir. Uzun zaman Sirri adası ilə əlaqədar olaraq Fars körfəzinin ərəb ölkələrilə İran arasında konflikt yaşanmışdır. Ancaq hazırda ada rəsmən İran ərazisi kimi tanınır. == Adı == Adanın farsca adı Razdır.
Təkbuynuzun sirri
Təkbuynuzun sirri — Belçikalı Hergénin komiksi Tintinin macəralarının 11-ci hissəsidir.
Ticarət sirri
Ticarət sirri (ing. Trade secret) — müəssisə və ya fərdi sahibkar üçün kommersiya dəyəri olan, ictimaiyyətə məlum olmayan və məxfi saxlanılan informasiya və ya biliklərdir. Ticarət sirləri biznes üçün rəqabət üstünlüyü təmin edən məlumatları qorumağa yönəlib. Ticarət sirlərə texniki, kommersiya, elmi məlumatlar, istehsal üsulları, formullar, müştəri siyahıları, marketinq strategiyaları və digər kommersiya əhəmiyyətli məlumatlar daxil ola bilər. == Əsas xüsusiyyətləri == Məxfilik — ticarət sirri ictimaiyyətə və ya rəqiblərə məlum olmayan və yalnız məhdud şəxslərin (məsələn, işçilərin və ya strateji tərəfdaşların) bildiyi məlumatlardır. Məlumatın məxfiliyinin qorunması üçün sahibkar xüsusi tədbirlər görməlidir. Kommersiya dəyəri — ticarət sirri sahibinə kommersiya üstünlüyü verir. Bu, məlumatın dəyərini artıran və onun açıqlandığı təqdirdə sahibinə ziyan gətirə biləcək məxfi biliklərdir. Müvafiq tədbirlərin görülməsi — ticarət sirrini qorumaq üçün sahibkarın məxfi məlumatın açıqlandığı zaman hüquqlarının müdafiəsi üçün hüquqi tədbirlər görməsi tələb olunur. Bu, məxfilik müqavilələri (Non-Disclosure Agreements – NDA) və işçilərə xüsusi təlimatların verilməsi kimi tədbirləri əhatə edir.
Nadya Sirri
Nadya Bahar Sirri Misirin Qahirə 1958-ci ildə şəhərində doğulan türk-livan əsilli rəssamdır. == Həyat == Sirri Ayn Şəms Universitetinin məzunudur. O, bir müddət Misirdəki Britaniya İnstitutunda çalışıb və özünü bədii karyerasına tam vaxt ayırıb. Hazırda Qahirədə yaşayır və işləyir. Beynəlxalq sərgilər: Torontoda, Kanadada Aborigen və Minillik İncəsənəti Qitələrarası Biennalesinin səyahət qalereyası – İyun 2013 Quitoda Yerli Millenar İncəsənətinin Beşinci Qitələrarası Biennalesi Ekvador Avqust 2014 IR-MANO Artistas Latinoamericanos Brazil və Uruqvay Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən "Recreando El Planeta" səyahət qalereyası 6 noyabr 2014-cü il tarixində Montevideo, Uruqvay, Santos Sarayında baş tutdu.
Bank Avrasiya
Bank Avrasiya (ASC) Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2007-ci il tarixli 251 saylı "Bank fəaliyyətinin həyata keçirilməsi barədə bank lisenziyası" əsasında fəaliyyətə başlamışdır. == Üzvlük == Bank Avrasiya ASC aşağıda sadalanan təşkilatlara və sistemlərə üzvdür: Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (dekabr, 2007); XÖHKS - Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (yanvar, 2008); Sahibkarlığa Kömək Milli Fondu (fevral, 2008); Bakı Banklararası Valyuta Birjası (iyun, 2008); SWIFT - Beynəlxalq Banklararası İnformasiyaların Ötürülməsi və Ödənişlər Sistemi (iyun, 2008); AZIPS - Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (iyul, 2008); "MasterCard İnternational"beynəlxalq ödəniş sistemi (avqust, 2008); Azərbaycan Banklar Assosiasiyası (fevral, 2009); Azərbaycan İpoteka Fondu (may, 2009). == Səhmdarları == 2024-cü il, oktyabrın 30-da "Bank Avrasiya" ASC-nin səhmdarları siyahısında dəyişiklik olub. Səhmdarların ümumi yığıncağının qərarına əsasən, bankın nizamnamə kapitalının 37.5 faiz hissəsinə malik "YevroStandart" MMC-nin payı "Top Properties" MMC-yə satılıb. Eyni zamanda, bankın digər səhmdarı - "PMD Group" MMC-nin nizamnamə kapitalındakı 37.5 faiz iştirak payının 12 faizi "Top Properties" MMC-yə, 24.5 faizi artıq 25 hissəyə sahib olan "Azbizneskom" MMC-yə və 1 faizi isə Rüstəm Eynullayevə satılıb. Bununla da bankın nizamnamə kapitalının 49.5 faizinə "Top Properties" MMC, 49.5 %-ə "Azbizneskom" MMC və 1 faizlik hissəsinə isə R.Eynullayev sahiblik edir.
Kapital Bank
Kapital Bank — Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı. == Tarixçə == 1874-cü ilin 24 iyulunda Bakıda əmanət kassası yaradılıb. İlk əmanət kassaları Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Şöbənin icraçı rəhbəri İvan Samsonoviç Xandojevski adlı şəxs idi. Uçot Komitəsinin tərkibində isə Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu. Azərbaycan Demokratik Respublikası elan edildikdən sonra 30 sentyabr 1919-cu ildə Azərbaycanda Dövlət Bankının açılışı oldu, 1 dekabr 1919-cu ildə əmanət kassalarının fəaliyyəti də bərpa edildi. 1920-ci ilin 28 aprelində ADR-in süqutunun ardınca Azərbaycan İnqilab Komitəsinin 9 iyun 1920-ci il tarixli qərarı ilə Rusiya Dövlət Bankının Bakı şöbəsi ləğv edildi və bütün bank-kredit təşkilatları kimi bu qurum da yeni yaradılmış Xalq Bankına birləşdirildi. 1924-cü ilin yanvarında Azərbaycanda SSRİ Dövlət Bankının tərkibində fəaliyyət göstərən dövlət əmək əmanət kassaları yaradıldı. 1988-ci ildə həmin kassalar SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankına çevrildi. 11 fevral 1992-ci ildə bu bankın bazasında Azərbaycan Respublikasının Əmanət Bankı formalaşdırıldı.
Kastodial bank
Depozitar bank və ya kastodial bank (ing. custodian bank) — müştərilərin qiymətli kağızlarının və digər maliyyə aktivlərinin saxlanmasını və idarə edilməsini həyata keçirən bank. Belə tip bank klirinq, valyuta əməliyyatları, qiymətli kağızlarla əməliyyat və s. operasiyalar həyata keçirir. == Bankın funksiyaları == Kastodian aşağıdakı vəzifələri həyata keçirir: kasdodial xidmətə verilmiş maliyyə vəsaitləri üzrə hesab açır xidmətə verilmiş maliyyə vəsaitləri üzrə uçot aparır nominal dəyər həyata keçirir əqd üzrə ödəmə agenti vəzifəsini həyata keçirir müştərinin əməliyyatları üzrə hüququnu təsdiq edir kastodial xidmətə verilmiş maliyyə imkanları üzrə gəlirlərin hesabını aparır və müştərilərin hesabına keçirir emitentin tapşırığı üzrə müştəriyə lazımi məlumatları çatdırır kastodil xidmət üzrə müştəriyə müqavilə üzrə digər xidmətlər göstərir hüquqi və maliyyə sənədlərinin saxlanmasını həyata keçirir == Depozit bankın vəzifələri == kastodial xidmətə görə müqavilə şərtlərini yerinə yetirmək depozitə verilmiş maliyyə resurslarının saxlanma və uçotunu şəffaf aparmaq qanuna uyğun olaraq müştərinin hesablarının aparılması texnologiyasına əməl etmək müştərinin tələbinə uyğun olaraq müştəriyə hesablarınının hesabatını vermək qanunla məxfi sayılan məlumatların qorunmasını təmin etmək == Kastodial xidmət göstərən məşhur banklar == JPMorgan Chase Bank of America Credit Suisse Citibank Brown Brothers Harriman Goldman Sachs Bank of Ireland Securities Services ICICI Bank Standard Chartered Bank Asia Pacific Banking Investment Group Bank of New York Mellon BNP Paribas Securities Services Banco de Oro Unibank CIBC Mellon Comerica Bank Fifth Third Bank Kasbank N.V. Arxivləşdirilib 2011-08-29 at the Wayback Machine KeyBank HSBC MAIC Northern Trust RBC Dexia Union Bank of California Standard Bank State Street Bank and Trust Company Wells Fargo Bank Deutsche Bank UBS HDFC Bank NAB Estrategia Investimentos Euroclear Japan Trustee Services Bank The Master Trust Bank of Japan UMB Fund Services == Həmçinin bax == Bank Qiymətli kağız == Ədəbiyyat == Wolfgang Gerke: Börsenlexikon. Gabler, 1. Auflage 2002. ISBN 3-409-14603-2 Hans E. Büschgen: Das kleine Bank-Lexikon. Verlag Wirtschaft und Finanzen im Schäffer-Pöschel-Verlag, 3. Auflage 2006.
Milli Bank
Mərkəzi Bank — ölkənin və ya ölkələr qrupunun pul-kredit sistemini tənzimləyən orqan. == Mərkəzi Bankın funksiyaları == dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir; nağd pul dövriyyəsini təşkil edir; pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir; yerli valyutanın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir; qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir; sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir; hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir; bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir; ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir. == Alternativ təriflər == Mərkəzi bankın institusional tərifi yoxdur, bütün təriflər funksionaldır, yəni mərkəzi bankı yerinə yetirdiyi funksiyalar vasitəsilə təsvir edirlər. Beynəlxalq Valyuta Fondu: mərkəzi bank maliyyə sisteminin əsas məqamlarına nəzarət edən daxili maliyyə qurumudur (rəsmi statistik məlumatların tərtib edildiyi zaman istifadə olunan tərif) Avropa Mərkəzi Bankı: bir ölkənin və ya bir qrup ölkənin valyutasını idarə edən və eyni zamanda pul kütləsini tənzimləyən bir dövlət qurumu . Beynəlxalq Hesablaşmalar Bankı: əsas hədəfləri pul sabitliyini qorumaq və maliyyə sabitliyini təşviq etmək olan dövlət siyasət qurumudur. Britannika Ensiklopediyası: milli pul kütləsinin həcmini, kreditin mövcudluğunu və dəyərini və valyutanın dəyərini tənzimləməkdən məsul qurum . Yeni Palqreyv:iqtisadiyyat lüğəti: pul siyasəti məqsədləri üçün pul təklifini, pul miqdarını və krediti idarə edən qurum; ölkənin beynəlxalq ehtiyatlarının meneceri. Bankçılıq və Maliyyə Lüğəti (London): Ölkədə əsas faiz dərəcələrini təyin etmək, pul buraxmaq, kommersiya banklarına nəzarət etmək və məzənnəyə nəzarət etmək istəyərək ölkənin maliyyə işlərini idarə edən əsas hökumət tərəfindən idarə olunan bank. «Financial Times» leksikonu: funksiyaları ölkənin valyutasını buraxmaq və idarə etmək, pul siyasətini həyata keçirmək və pul bazarında əməliyyatlara nəzarət etmək, qızıl və valyuta ehtiyatlarını idarə etmək, ticarət üçün son çarə verən kimi çıxış edən pul qurumları və ölkənin ən böyük tənzimləyici bankıdır. banklar və hökumətə bank xidmətləri göstərilməsi.
Mərkəzi Bank
Mərkəzi Bank — ölkənin və ya ölkələr qrupunun pul-kredit sistemini tənzimləyən orqan. == Mərkəzi Bankın funksiyaları == dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir; nağd pul dövriyyəsini təşkil edir; pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir; yerli valyutanın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir; qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir; sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir; hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir; bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir; ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir. == Alternativ təriflər == Mərkəzi bankın institusional tərifi yoxdur, bütün təriflər funksionaldır, yəni mərkəzi bankı yerinə yetirdiyi funksiyalar vasitəsilə təsvir edirlər. Beynəlxalq Valyuta Fondu: mərkəzi bank maliyyə sisteminin əsas məqamlarına nəzarət edən daxili maliyyə qurumudur (rəsmi statistik məlumatların tərtib edildiyi zaman istifadə olunan tərif) Avropa Mərkəzi Bankı: bir ölkənin və ya bir qrup ölkənin valyutasını idarə edən və eyni zamanda pul kütləsini tənzimləyən bir dövlət qurumu . Beynəlxalq Hesablaşmalar Bankı: əsas hədəfləri pul sabitliyini qorumaq və maliyyə sabitliyini təşviq etmək olan dövlət siyasət qurumudur. Britannika Ensiklopediyası: milli pul kütləsinin həcmini, kreditin mövcudluğunu və dəyərini və valyutanın dəyərini tənzimləməkdən məsul qurum . Yeni Palqreyv:iqtisadiyyat lüğəti: pul siyasəti məqsədləri üçün pul təklifini, pul miqdarını və krediti idarə edən qurum; ölkənin beynəlxalq ehtiyatlarının meneceri. Bankçılıq və Maliyyə Lüğəti (London): Ölkədə əsas faiz dərəcələrini təyin etmək, pul buraxmaq, kommersiya banklarına nəzarət etmək və məzənnəyə nəzarət etmək istəyərək ölkənin maliyyə işlərini idarə edən əsas hökumət tərəfindən idarə olunan bank. «Financial Times» leksikonu: funksiyaları ölkənin valyutasını buraxmaq və idarə etmək, pul siyasətini həyata keçirmək və pul bazarında əməliyyatlara nəzarət etmək, qızıl və valyuta ehtiyatlarını idarə etmək, ticarət üçün son çarə verən kimi çıxış edən pul qurumları və ölkənin ən böyük tənzimləyici bankıdır. banklar və hökumətə bank xidmətləri göstərilməsi.
PAŞA Bank
2007-ci ildə yaradılmış "PAŞA Bank" ASC Azərbaycanın aparıcı korporativ maliyyə institutudur. PAŞA Bank, investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edir. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə — aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir. PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır və aktivlərinin həcminə görə TOP-3 özəl banklar siyahısına daxildir. 31 dekabr 2022-ci il tarixinə olan konsolidə olunmuş göstəricilərə görə Bankın kapitalı 648 mln AZN, aktivlərinin həcmi isə 9,218 mln AZN təşkil edib. Aparıcı banklardan biri olan PAŞA Bank, davamlı və sabit inkişaf göstəricilərini daha da möhkəmləndirməkdədir. PAŞA Bankın baş ofisi Bakıda yerləşir. Bankın paytaxtda və ölkənin bölgələrində ümumilikdə 5 biznes-mərkəzi, 3 filial və 1 mübadilə şöbəsi fəaliyyət göstərir. 2013-cü ildən etibarən Bank Gürcüstanda, 2014-cü ildən isə Türkiyədə təmsil olunur. Törəmə bankları vasitəsilə regional şəbəkə yaradan PAŞA Bank, beynəlxalq və regional əməkdaşlıq üçün bir sıra yeni imkanlar yaradıb.
Royal Bank
Royal bank – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli qərarı ilə "Royalbank" ASC-nin lisenziyası ləğv edilmişdir. Eyni zamanda, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 13 iyul 2012-ci il tarixdən "Royalbank" ASC-yə müvəqqəti inzibatçı təyin edilmişdir. Həmçinin, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədar bank barəsində iflas prosedurlarının başlanması üçün Mərkəzi Bank 16 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. Mövcud qanunvericiliyə əsasən, həmin andan bankın öhdəliklərinin icrasına moratorium qüvvəyə minmişdir. 25 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsnin qərarı ilə banka ləğvedici təyin edilmişdir. Hal-hazırda bankda ləğvedici fəaliyyətə başlamışdır. Qeyd olunan qərar kütləvi informasiya vasitələrinə açıqlanmışdır. == Tarixçə == Bakının royal bankası – nın rəsmi adı "Royal Bank of Baku Açıq Səhmdar Cəmiyyəti" dir. Bank 1993-cü ilin avqust ayında "ÖZ BANK" adı altında səhmdar kommersiya bankı kimi yaradılmışdır. Bank öz fəaliyyətini 2 avqust 1993-cü il tarixindən Milli Bank tərəfindən verilmiş 158-saylı lisenziyaya əsasən fəaliyyət göstərir.
TBC Bank
TBC Bank qərargahı Gürcüstanın paytaxtı Tblisi şəhərində yerləşən universal gürcü bankdır. TBC Bank adı, kökünü 1992-ci ildən bəri əsl adı olan Tbilisi Biznes Mərkəzi ilə əlaqələndirir. Hal-hazırda TBC bankın rəsmi adı olaraq qeyd olunur, beləki orijinal adın qısaldılması deyildir. London Fond Birjasında siyahılanmış və FTSE 250 İndeksinin tərkib hissəsidir . == Tarixi == TBC Bank 1992-ci ildən başlayaraq iki gürcü iş adamı Mamuka Khazaradze və Badri Japaridze, digər gürcü tərəfdaşları ilə birlikdə TBC olaraq qısaldılmış Tiflis Biznes Mərkəzini qurdular. 1990-cı illərin əvvəllərində Gürcüstanda bankın yaradılması üçün tələb olunan 500 ABŞ dollar məbləğində ilkin kapitalı ilə bankı qurdular. Banka 20 yanvar 1993-cü ildə NBG (85 №-li Baş bank lisenziyası) lisenziyası verildi və 1993-cü ilin mayında beynəlxalq əməliyyatlar aparmaq üçün başqa bir lisenziya verildi. 1995-ci ildə bank bir filialı və 29 işçisi ilə fəaliyyət göstərirdi, ümumi aktivləri 1.4 milyon dollar təşkil edir. 1993-cü ildə banka qoşulan Vaxtanq Butskhrikidze, 1995-ci ildə TBC-nin Baş İcraçı Direktoru (CEO) vəzifəsinə təyin edildi və təyin edildiyi gündən bu vəzifədə qaldı. 11 iyun 2014 tarixində London Fond Birjası, Qlobal Depozit Girişləri (GDR) siyahısından sonra TBC Bankı Əsas Bazarda qarşıladı.
Texnika Bank
"Texnika Bank" — Azərbaycan Respublikasında özəl bank. == Tarixi == Azərbaycanın özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən Texnikabank Açıq Səhmdar Cəmiyyəti 1993-cü ildə yaradılmış və universal bank olmaqla, geniş spektrda bank və maliyyə xidmətləri göstərir. ilk fəaliyyətə başladığı zaman "RəşadBank" adı ilə xidmət göstərib. Bank öz törəmə müəssisəsi olan Texnika Lizing vasitəsi ilə müştərilərə kredit xidmətlərindən istifadə etmək və Alfa İnsurans LLC vasitəsilə sığortalamaq imkanı da yaratmışdır. Texnikabank qiymətli kağızlar bazarında aktiv fəaliyyət göstərir və Bakı Fond Birjasının səhmdarıdır. Bankın törəmə müəssisəsi olan Kapital Menecment ən qabaqcıl brokerlər sırasındadır. == Göstəriciləri == Ölkə bankları arasında müştərilərin sayına görə də liderlər sırasında olan bank 150 min müştəriyə xidmət göstərir. Bankın 500 nəfərdən artıq işçisi baş ofis və filiallarda işləyir. Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq bankın strateji prioritetidir. Bu baxımdan Texnikabank Azərbaycanda ilk dəfə Qara Dəniz Ticarət və İnkişaf bankından ipoteka kreditlərinin verilməsi üçün 8 mln.
VTB Bank
VTB Bank rus. Банк ВТБ — Rusiya kommersiya bankı (60,9% — i dövlətə məxsusdur). Nizamnamə kapitalına görə Rusiyada birinci, aktivinə görə Sberbankdan sonra ikinci. Sankt-Peterburqda qeydiyyatdan keçsə də, baş ofisi Moskvada yerləşir.
Va-bank
Va-bank (fr. va banque) — 18-19-cu əsrlərdə Faro kart oyununda istifadə olunan məşhur qumar termini. Pokerdə analoji termin - ol-in (all-in) adlanır.
Xalq Bank
Xalq Bank (Azərbaycan) — Azərbaycanda fəaliyyət göstərən bank. Xalqbank (Türkiyə) — Türkiyədə fəaliyyət göstərən dövlət bankı.
Yelo Bank
Yelo Bank — Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı. Bank həm fiziki, həm də hüquqi şəxslərə xidmət göstərir. 28 ildən çoxdur ki, fəaliyyət göstərən Yelo Bank Lukoyl Azərbaycan ilə birgə əməkdaşlıq çərçivəsində bank sektorunda ilk özünəxidmət mərkəzini istifadəyə verib. "Caspian Energy Club" tərəfindən təşkil olunmuş "Caspian Business Award 2021" beynəlxalq mükafatının təqdimat mərasimində Yelo Bank "İlin bankı"ı seçilib. Bank həmçinin Capital Finance International (CFI.co) tərəfindən "Ən İnnovativ Korporativ Rebrendinq Strategiyası — Azərbaycan 2020" nominasiyası qalib seçilib. == Tarixçə == 1994-cü ildən fəaliyyət göstərən Yelo Bank ilk olaraq "Ülpər" kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək "Nikoil Bank" adlandırılıb. 2019-cu ildə hazırda da istifadə olunan Yelo Bank adına rebrending edilib. Bankın yeni adı Yelo – ingilis sözü Yellow-nun (sarı) sadələşdirilmiş formasıdır. Yeni ad göstərilən bank xidmətlərinin fərqli bir yanaşmasını, rəngarəngliyini, rahatlığını simvolizə edir və "Parlaq Bankçılıq" şuarı altında həyata keçir.
Ziraat Bank
Ziraat Bank — Türkiyədəki üç dövlət bankından biri. 1863-cü ildə Osmanlı İmperiyası dövründə Mithat Paşa tərəfindən qurulan Məmləkət Sandıqlarının bir hissəsidir. == Tarixçə == Türkiyə Respublikası Ziraat Bankı Anonim Şirkətinin 18 müxtəlif ölkədə 88 yerdə törəmə bankı, filial və nümayəndəlik ofisləri mövcuddur. Ziraat Bank ilk dəfə 1863-cü ildə “Milli Xəzinə” kimi fəaliyyətə başlamışdır. “Xəzinələr” 1883-cü ildə yardım fondları ilə əvəz edilmiş və Bank 1888-ci il tarixindən etibarən rəsmi olaraq "Ziraat Bank" kimi fəaliyyətə başlamışdır. 1923-cü ildə Türkiyə Respublikasının yaradılması ilə Bankın adı Türkiyə Respublikası Ziraat Bankı adlandırılmışdır. 2000-ci ilin noyabr ayında Ziraat Bankı dövlət bankı statusunu dövlətə məxsus birgə səhmdar cəmiyyəti ilə əvəzləmiş və onun yeni adı Türkiyə Cumhuriyeti Ziraat Bankası Anonim Şirkəti (“T.C. Ziraat Bankası AŞ”) olmuşdur. Türkiyə Respublikasının Xəzinə Katibliyi 100% səhmlərin tək sahibidir. Ziraat Bankının Baş Ofisi, Türkiyə Respublikasının paytaxtı olan Ankara şəhərində yerləşir və Baş Ofisin bir çox bölmələri ölkənin maliyyə mərkəzi olan İstanbul şəhərində fəaliyyət göstərir. Ziraat Bankı 2014-cü ildə də əvvəlki illərdə olduğu kimi inkişaf tempini yüksəltmişdir.
Ərəb Bank
Ərəb Bankı – 1930-cu ildə yaradılmış, may ayının 21-də qeydiyyatdan keçmiş təşkilat. == Haqqında == Ərəb Bankı 1930-cu ildə Yerusəlimdə təsis edilib. Zamanla banklar şəbəkəsi ərəb ölkələrinin böyük hissəsini əhatə etmişdir. Bankın baş ofisi 1948-ci ildə İordaniyanın Amman şəhərinə köçürülmüşdür. Ərəb Bank 1962-ci ildə ərəb banklarının beynəlxalq maliyyə bazarında yayılmasının əsasını qoymuşdur. Hal-hazırda 7 şöbəsi, köməkçi bankları və filialları dünyanın əsas maliyyə mərkəzlərində fəaliyyət göstərir. Bankın 40-dan çox ölkədə 350-dən çox şöbəsi fəaliyyət göstərir. Bank öz tərkibində 30 dövləti birləşdirir. Ərəb Bank Əmman birja fondunda qeydiyyatdan keçmiş ictimai səhmdar təşkilatdır. Bank Yaxın Şərqdə və Şimali Afrikada ən iri iqtisadi mühərrik rolunu oynayır.
Bank resursları
Bank resursları — maliyyə resurslarının spesifik tərkib hissəsidir, bankda mövcud olan və onun kredit və digər aktiv əməliyyatların aparılması üçün istifadə etdiyi vəsaitlərin məcmusudur. Bank resurslarının strukturu bankların ixtisaslaşmasından asılıdır. Bank resurslarının formalaşması maliyyələşdirmə adlanır. Bank resurslarının ümumiləşdirilmiş strukturu: kapital (nizamnamə kapitalı, əlavə kapital, ehtiyat fondları, əvvəlki illərin bölüşdürülməmiş xalis gəliri, bölüşdürülməmiş xalis gəlir (zərər)); cəlb edilmiş resurslar (tələbsiz depozitlər, müddətli depozitlər, əhalinin əmanətləri, veksellər, banklararası kreditlər, müxbir hesablar). Cəlb edilmiş resurslar kommersiya banklarının balansında 80%-ə qədərdir, ona görə də belə bankların maliyyə nəticələri əsasən onların cəlb edilmiş resursları nə dərəcədə səmərəli formalaşdırmasından asılıdır. == İstinadlar == == Ədəbiyyat == Банковское дело: учебник / под ред. д-ра экон. наук, проф. Г. Г. Коробовой. — 2-е изд., перераб.
Bir Bank
Kapital Bank — Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı. == Tarixçə == 1874-cü ilin 24 iyulunda Bakıda əmanət kassası yaradılıb. İlk əmanət kassaları Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Şöbənin icraçı rəhbəri İvan Samsonoviç Xandojevski adlı şəxs idi. Uçot Komitəsinin tərkibində isə Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu. Azərbaycan Demokratik Respublikası elan edildikdən sonra 30 sentyabr 1919-cu ildə Azərbaycanda Dövlət Bankının açılışı oldu, 1 dekabr 1919-cu ildə əmanət kassalarının fəaliyyəti də bərpa edildi. 1920-ci ilin 28 aprelində ADR-in süqutunun ardınca Azərbaycan İnqilab Komitəsinin 9 iyun 1920-ci il tarixli qərarı ilə Rusiya Dövlət Bankının Bakı şöbəsi ləğv edildi və bütün bank-kredit təşkilatları kimi bu qurum da yeni yaradılmış Xalq Bankına birləşdirildi. 1924-cü ilin yanvarında Azərbaycanda SSRİ Dövlət Bankının tərkibində fəaliyyət göstərən dövlət əmək əmanət kassaları yaradıldı. 1988-ci ildə həmin kassalar SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankına çevrildi. 11 fevral 1992-ci ildə bu bankın bazasında Azərbaycan Respublikasının Əmanət Bankı formalaşdırıldı.
Bank qanunu
Bank qanunu — ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusundan ibarət müstəqil kompleks hüquq sahəsidir. Mərkəzi bank və kredit təşkilatları tərəfindən həyata keçirilməsi, habelə bank sisteminin tənzimlənməsi prosesində və bütün bank mübahisələrinin məcmusunda yaranır. Bank fəaliyyəti ilə bağlı münasibətlər müvafiq hüquq normaları vasitəsi ilə tənzimlənir; məhz belə normaların sistemi bank hüququ adlanır. Bank hüququ dedikdə bank fəaliyyəti ilə bağlı kredit təşkilatları və ayrı-ayrı şəxslər (müştərilər) arasında yaranan ictimai münasibətləri nizama salan hüquq normalarının məcmusu başa düşülür. Bu, obyektiv mənada bank hüququna verilən elmi (doktrinal) anlayışdır. Obyektiv mənada bank hüququnun əsas funksiyası bank fəaliyyətinin hüquqi tənzimlənməsini həyata keçirməkdən ibarətdir. Bank fəaliyyəti dedikdə məqsədyönlü şəkildə edilən elə hərəkətlər başa düşülür ki, bu hərəkətlər ayrı-ayrı şəxslərə xüsusi xarakterli əmtəə olan xidmət (bank xidməti) göstərilməsinə yönəlmişdir. Ayrı-ayrı şəxslərə göstərilən bank xidməti müxtəlif növlərdə olur. Söhbət bankların həyata keçirdikləri fəaliyyət növlərindən gedir. Bankların həyata keçirdikləri fəaliyyət növləri isə “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 32-ci maddəsində sadalanır.
Bank uçotu
Bank uçotu (banklarda mühasibat uçotu) — kredit təşkilatının əmlakı və öhdəlikləri, maliyyə və təsərrüfat əməliyyatları haqqında məlumatların toplanması və ümumiləşdirilməsi üçün nizamlı sistemdir. == Bank hesabı tarixi == Pulun meydana çıxması ilə onu dəyişdirmək, borc vermək (faizlə) və ödəmək ehtiyacı yarandı. Bu cür əməliyyat həm unutqanlıq halında, həm də borcun sübutu kimi qeyd tələb edirdi. O qədim dövrlərin əməliyyatları haqqında ritoriklərin - Demosfen və Aristotelin çıxışlarından bir şey öyrənmək olar. Yeməkxanalar/dəyişmə məntəqələri/banklar mühasibat kitablarını saxlayırlar. Kağız (papirus) və dəri baha idi. Planşetlərdə qeydlər aparmağa çalışdılar. Çox vaxt tabletlər mumla örtülmüşdür. Eramızdan əvvəl IV əsrdə hüquq, bankirlərin fəaliyyəti, ticarət əlaqələri haqqında əsas mənbə. e.

Значение слова в других словарях