BASDIRMAQ

f.
1. Əkmək, sancmaq. Ağac basdırmaq. Dirək basdırmaq.
[Fəxrəddin:] Çox pakizə … sübh tezdən hamısını basdıraram. N.Vəzirov.

2. Quyulamaq, torpağa gömmək. Ölü basdırmaq.
– Biz onu [Azadı], öz vəsiyyətinə görə, uca bir yerdə basdırdıq. M.İbrahimov.
[Nəsib kişi:] Yeddi uşaqdan üçünü basdırmışam. Mir Cəlal.

3. Üstünü örtmək. [Sübhanverdizadə] yerə uzanıb yastığa söykəndi.
Nemətullayev onun yan-yörəsini basdırdı. S.Rəhimov.

// Məc. mənada. Cinayətin üstünü basdırmaq.
// Torpağın altında gizlətmək.
…Veylabad şəhəri elə bil dəyişmişdi, hərə bir tərəfə qaçıb dağılmaqda idi … Sərvətlilər qızıllarını basdırırdılar. Çəmənzəminli.

4. Qatlayıb tikmək. Paltarın ətəyini basdırmaq.
5. Dişi heyvanı erkək heyvanla cütləşdirmək.
6. Cücə çıxartmaq üçün yumurtaları kürt toyuğun altına qoymaq.
7. Otarmaq, tapdalatmaq, əzdirmək. Əkini mal-qaraya basdırmaq.
8. köhn. Dərc etdirmək, çap etdirmək.
İlk şerimi – məktəbimin qəzetində basdırdım. S.Rüstəm.

Синонимы

  • BASDIRMAQ əkmək — sancmaq
  • BASDIRMAQ tapdalatmaq
  • BASDIRMAQ örtmək — torpaqlamaq
  • BASDIRMAQ 1. BASDIRMAQ Mehralı bəyi imarətin həyətində, atası Pənah xanın yanında basdırdılar (Çəmənzəminli); DƏFN ETMƏK (ELƏMƏK) [Fəxrəddin bəy:] Ağlama, mərda

Антонимы

  • BASDIRMAQ BASDIRMAQ – ÇIXARTMAQ Çox pakizə... Sübh tezdən hamısını basdıraram (N.Vəzirov); O dirəkləri çıxartmaq lazımdır, əl-ayağa dolaşır
BASDIRMA₂
BASDIRMIŞ

Значение слова в других словарях