1. Binanın və s.-nin xarici; eşik, həyət, çöl, dişarı, kənar, açıq yer. Bayırda qar yağır. Bayırda hava necədir? İndicə bayırdan gəldi. Bayırdan musiqi səsi gəlir. Uşaqlar bayırda oynayırlar.
– Şəhabəddin Xədicəni bayıra çağırıb, ərinin atlıarabalı dərəyə uçub ölməyini xəbər verdi.
Bayırda bərk xəzri əsirdi.
Onların hər ikisi pəncərədən bayıra baxdı.
□ Bayıra atmaq (basmaq) dan. – qovmaq, çıxarmaq.
O katibi birdəfəlik bayıra atmaq lazımdır.
2. dan. Üz, zahir, xarici görünüş. İçərim özümü yandırır, bayırım özgəni. ( Ata. sözü ).
3. Adətən “sayır-bayır” şəklində dan. – boş, hədərən-pədərən, rabitəsiz, mənasız. Sayır-bayır danışmaq. Gecə-gündüz sayırbayır danışırdım.