BEZDİRİCİ

BEZDİRİCİ Payız gecəsinin bezdirici uzunluğu sanki Şehli kəndinin üstündən çəkilmək istəmirdi (S.Rəhimov); BIQDIRICI [Günəş:] Özünün ilıq və munis şüasını ətrafa salmaqla, qışın bıqdırıcı və soyuq havasına qələbə çalmaqda idi (S.Hüseyn); ÇÜRÜKÇÜ Həmidə: Əşi, çürükçü olma, bir stəkan çay içsək dünya dağılmaz (Anar); QARAYAXA (dan.) İlk görüşdən qarayaxa təsiri bağışlayan Mirzə Vahid getdikcə Mişanın, elə Həmidin özünün de rəğbətini qazanırdı (H.Abbaszadə); USANDIRICI, CANSIXICI Hər şey cansıxıcıdır, usandırıcıdır, yorucudur (M.İbrahimov); ZƏHƏNDƏ (məh.) Nə zəhəndə adamdu bu (ADDL); ZƏHLƏTÖKÜCÜ Onun daş hasarları, tikanlı məftilləri, hündür qüllələri, sərt simalı nəzarətçiləri dustaq üçün zəhlətökücüdür (S.Vəliyev); ZIQQI (məh.) Zıqqı adam çox danışır, uzun danışır (ADDL); BEZİKDİRİCİ, ZƏHLƏAPARAN, ZƏHLƏTÖKƏN.

BEYTLƏŞMƏK
BEZDİRMƏK

Значение слова в других словарях