Biarrits
Biarrits (fr. Biarritz) — Fransanın cənub qərbində dənizsahili iqlim və balneologiya kurortu.
== Əhalisi ==
Əhalisi 33,2 min (2005).
== Coğrafiyası ==
Atlantika okeanının Biskay körfəzi sahilində, Pireney dağlarının ətəklərində, Gümüş sahildə, Bayonna şəhərindən qərbdə yerləşir. Aeroport.
== Tarixi ==
12-ci əsrdən məlumdur. Kurort kimi 19-cu əsrin ortalarından inkişaf edir.
== Kurort xüsusiyyətləri ==
Çox mülayim qışı (yanvarın orta temperaturu təqribən 5°C) və ilıq yayı (iyulun orta temperaturu təqribən 20°C) olan dəniz iqlimi hakimdir. Geniş qumlu çimərliklər, həmçinin Briskudakı ( Biarritsin təqribən 20 km-liyində) xloridli–natriumlu mineral sular tənəffüs yolları, dayaq və hərəkət orqanları, periferik sinir sistemi xəstəliklərinin, maddələr mübadiləsi pozuntularının müalicəsi üçün əlverişlidir. Talassoterapiya mərkəzidir.