1. Taxılı, otu oraq, dəryaz, maşın və s. ilə kəsmək. Taxılı biçmək. Otu biçmək. Tarlanı biçmək.
– Biz məgər bilmirik taxıl biçmək.
// məc. Götürmək, əldə etmək mənasında.
Nə əkərsən, onu biçərsən. ( ).
Çün hər nə kim əkərsən, anı biçərsən, axır.
2. Parçadan boya, bədənə görə paltar və s. kəsmək. Şalvar biçmək. Palto biçmək.
// Ümumiyyətlə, kəsmək.
Sıxır bədənimi bu kor fələyin; Əynimə biçdiyi don aşkaraşkar.
3. məc. Qırxmaq.
Sübhanverdizadə üzünü kəsə-kəsə, dəryazla ot biçən kimi, tüklərini bir növ ala-yarımçıq biçib qurtardı.
4. məc. Kütləvi surətdə qırmaq, öldürmək, məhv etmək (bəzən “biçib-tökmək” şəklində işlənir).
[Həmzət:] İldırımmisal qılıncı ilə düşmənləri biçib-tökür.
5. Bəzi sözlərə qoşularaq, ifadələr düzəldilir; məs.: boğazını biçmək, divan biçmək və s.