buludlaşmaq
buludlu-tutqun
OBASTAN VİKİ
Buludlu atlas (roman)
"Buludlu atlas" — romanı Britaniya yazıçısı David Mitçelin üçüncü kitabıdır. Roman 6 hissədən ibarət olub, oxucunu XIX əsr Sakit okean adalarından başlayıb postapokaliptik gələcəyədək aparır. == Sujet == Buludlu atlas bir-biri ilə bağlı altı hekayədən ibarətdir, XIX əsr Sakit okean adalarından başlayıb postapokaliptik gələcəkdə qurtarır. İlk beş hekayə əsas anda kəsilir. Altıncı hekayədən sonra, ilk beş hekayə, xronoloji ardıcıllıqla, yarımçıq qaldığı yerdən başlayaraq sona qədər davam edir. Sonda isə oxucu roman başlandığı yerə - XIX əsrdə Ada'm Yuinqlə Sakit okeanın cənubuna qayıdır. Adam Yuinqin sakit okean jurnalı. İlk hekayə Sakit okeanın arxipelaqlarından olan Çatem adasından başlanır. Kaliforniyada qızıl hərisliyi dövründə San-Fransiskolu notarius Ada'm Yuinq gəmisinin təmirə dayandığı vaxtda Henri Qus adlı həkimlə tanış olur. O adada sülhməramlı Moriori tayfasının döyüşkən Maori tayfası tərəfindən əsatirindən xəbər tutur.
Buludluluq
== Buludluluq == Buludluluğun rejiminə və paylanmasına daha çox sirkulyasiya prosesləri və mürəkkəb relyef quruluşu təsir göstərir. Buludluluğun yaranması, aydın və tutqun hava şəraitinin növbələşməsi həm frontal, həm də yerli atmosfer prosesləri nəticəsində baş verir. Daha çox buludlu günlər qış fəslində müşahidə edilir ki, bu da mülayim enliklərin dəniz hava kütlələrinin əraziyə daxil olmasını təkrarlanmasının intensivliyi və cənub siklonlarının Xəzər üzərindən keçərək gəlməsi ilə əlaqədardır. Yayda bu proseslərlə əlaqədar buludluluğun qısa müddətli artması baş verə bilir. Buludsuz günlərin çox təkrarlanması yerli hava prosesləri nəticəsində tez-tez antisiklonik vəziyyətin yaranması ilə əlaqədardır. İl və aylar üzrə buludluğun kəmiyyətinin paylaşmasına görə yüksək dağlıq, orta dağlıq və düzənliklər bir-birindən kəskin fərqlənir. Buna görə də respublikada hündürlük qradientlərini nəzərə almadan buludluluğun 3 tipini ayırmaq olar: Birinci tip — yüksəkdağlıq, dəniz səviyyəsindən 2000 m-dən yuxarıda müşahidə edilir, səmanın maksimum buludluğu yazda və yayın əvvəlində, minimum isə qış fəslində olur İkinci tip — ortadağlıq və qismən öndağlıq ərazilər üçün səciyyəvidir (təqribən 500–2000 m arasında). İki aydın müşahidə edilən maksimuma (payız və yaz) və iki aydın ifadə olunan minimuma (yay və qış) malikdir. Üçüncü tip — dənizsahili və düzənlik ərazilər üçün səciyyəvi olub, maksimum buludluq qışda və yazda. minimum isə yay aylarında müşahidə olunur.
Buludluğun fəsillər üzrə paylanması

Значение слова в других словарях