BUN

Sıxıntı, əzab. (“Kitabi-Dədə Qorqud” leksikası)

BULUŞMAQ
BUNALMAQ
OBASTAN VİKİ
Bun (dairə, Kentukki)
Bun dairəsi (ing. Boone County) — ABŞ-nin Kentukki ştatının dairəsi.
Karla van der Bun
Karla van der Bun (d. 9 sentyabr 1968) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Karla van der Bun, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Euonymus bungeanus
Euonymus maackii (lat. Euonymus maackii) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Jurinea bungei
Jurinea bungei (lat. Jurinea bungei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Jurinea aspadana Bornm.
Luis Bunuel
Luis Bunyuel (Luis Bunuel Portoles, 22 fevral 1900[…], Kalanda[d], Araqon muxtar birliyi – 29 iyul 1983[…], Mexiko) — ispan rejissoru, kinematoqrafiyada sürrealizmin tanınmış nümayəndəsi. == Həyatı == Varlı ailədə doğulmuşdur. Katolik məktəblərində oxumuş, orta təhsilini Saraqosadakı dünyəvi liseydə başa vurmuşdur. 1917-ci ildən Madriddə yaşamışdır. Madrid Universitetində tarix, fəlsəfə və ədəbiyyatı öyrənmişdir. Bunyuelin baxışlarının formalaşmasına F. Qarsiya Lorka, S. Dali və R. Qomes de la Sernanın təsiri olmuşdur. Fəaliyyətə ədəbiyyatçı və kinotənqidçi kimi başlamışdır. 1920-ci illərin bədii avanqardist hərəkatı – ultraizmə qoşulmuşdur. 1925-ci ildən Parisdə yaşamış, rejissor J. Epşteynin yanında rejissor assistenti işləmişdir; sürrealistlər (L. Araqon, A. Breton, P. Elüar, R. Maqrit, J. Sadul və b.) dərnəyi ilə yaxınlaşmışdır. Bunyuelin rejissoru kinodebütü olan “Əndəlis köpəyi” (1928, ssenarist S. Dali ilə birgə) və “Qızıl əsr” (1930) filmləri kinoda sürrealizm örnəyi olmuşdur.
Luis Bunyuel
Luis Bunyuel (Luis Bunuel Portoles, 22 fevral 1900[…], Kalanda[d], Araqon muxtar birliyi – 29 iyul 1983[…], Mexiko) — ispan rejissoru, kinematoqrafiyada sürrealizmin tanınmış nümayəndəsi. == Həyatı == Varlı ailədə doğulmuşdur. Katolik məktəblərində oxumuş, orta təhsilini Saraqosadakı dünyəvi liseydə başa vurmuşdur. 1917-ci ildən Madriddə yaşamışdır. Madrid Universitetində tarix, fəlsəfə və ədəbiyyatı öyrənmişdir. Bunyuelin baxışlarının formalaşmasına F. Qarsiya Lorka, S. Dali və R. Qomes de la Sernanın təsiri olmuşdur. Fəaliyyətə ədəbiyyatçı və kinotənqidçi kimi başlamışdır. 1920-ci illərin bədii avanqardist hərəkatı – ultraizmə qoşulmuşdur. 1925-ci ildən Parisdə yaşamış, rejissor J. Epşteynin yanında rejissor assistenti işləmişdir; sürrealistlər (L. Araqon, A. Breton, P. Elüar, R. Maqrit, J. Sadul və b.) dərnəyi ilə yaxınlaşmışdır. Bunyuelin rejissoru kinodebütü olan “Əndəlis köpəyi” (1928, ssenarist S. Dali ilə birgə) və “Qızıl əsr” (1930) filmləri kinoda sürrealizm örnəyi olmuşdur.
Maliek Bundloss
Maliek Bundloss (21 mart 1995) — Yamaykalı peşəkar kişi BMX velosipedçisi. Maliek Bundloss Yamaykanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Maliek Bundloss 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 34.684 saniyəlik nəticəsi ilə 78-ci yeri tutdu.
Ornithogalum bungei
Hirkan quşsüdü (lat. Ornithogalum hyrcanum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin quşsüdü cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, prioritet endemik növüdür. Regional IUCN Status-VU D2. Çoxillik ot bitkisidir. Soğanağı yumurtvari, 1 sm enində, 2 sm uzunluğundadır. Gövdənin hündürlüyü 12–20 (26) sm-dir. Yarpaqları 2–4 (6) ədəd, enli, xətvari 5–12 (15) mm enində, ucu sivri, gövdədən uzundur. Çiçəkləri 2–4 96) ədəd, sıx ovaldır.
Phytoseius bunya
Phytoseius bunya (lat. Phytoseius bunya) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius bunya Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Pinus bungeana
Pinus bungeana (lat. Pinus bungeana) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Robert Vilhelm Bunzen
Robert Vilhelm Bunzen (31.3.1811, Göttingen – 16.8.1899, Haydelberq) — alman kimyaçısı, Peterburq Elmlər Akademiyasının əcnəbi müxbir üzvü (1862-ci ildən). Göttingen Universitetini bitirmiş (1830), təhsilini Fransada, İsveçrədə, Avstriyada, İtaliyada təkmilləşdirmişdir (1832–33), Göttingen Universitetində (1834–36), Kasseldə Ali Texniki Məktəbdə (1836–38) işləmiş; Marburq (1838–51), Breslau (1851–52) və Heydelberq (1852–89) universitetlərinin professoru olmuşdur Əsas tədqiqatları qeyri-üzvi, analitik və fiziki kimya sahələrinə aiddir. Arsen-üzvi birləşmələrini tədqiq etmişdir (1837–43). Kakodil As(CH3)2 radikalının formulunu müəyyən etmiş və onun oksidinin başqa maddələrlə reaksiyasını öyrənərək, radikallar nəzəriyyəsinin yaranması üçün zəmin hazırlamışdır. Karbon-sink qalvanik elementini ixtira etmiş (1841) və onun köməyi ilə əridilmiş xloridlərin elektrolizindən maqnezium (1852), litium, kalsium, stronsium və barium (1854–55) metallarını almışdır (1841). Domna sobalarında çuqunun əridilməsi prosesini və domna qazlarının tərkibini tədqiq etmişdir (1838 və 1845). “Qazometrik metodlar” (1857) əsərində təsvir etdiyi kimi qaz analizinin əsaslarını işləyib hazırlamışdır. Bunzen müxtəlif metal duzlarının buxarları ilə boyanan alovun spektrlərini öyrənmiş (1854, Q.R. Kirxhofla birlikdə) və bununla spektral analizin başlanğıcını qoymuşdur (1859), onun vasitəsilə Kirxhofla birlikdə sezium (1860) və rubidium (1861) elementlərini kəşf etmişdir. Kimyəvi proseslərə işığın təsirini tədqiq etmiş (ingilis kimyaçısı H. Rosko ilə birlikdə ) və fotokimyəvi reaksiyanın məhsulunun miqdarı ilə reaksiya sisteminə düşən şüalanma enerjisinin miqdarı arasında asılılığı kəşf etmişdir (1862, Bun zen–Rosko qanunu). Yağ ləkəli fotometri (1843), qazlampasını (1855), buz kalorimetrini (1870) ixtira etmiş, indiumun istilik tutumunu ölçmüşdür.
The Bugs Bunny Crazy Castle 2
Yaponiyada ミッキーマウスII ( Mickey Mouse II ) və Avropada Mickey Mouse və ya Hugo kimi tanınan Bugs Bunny Crazy Castle 2, ilk olaraq 1991-ci ildə Game Boy üçün Kemco tərəfindən hazırlanmış videooyundur.
Bununis abidəsi
Bununis abidəsi — Zəngəzur mahalının Qarakilsə (02.03.1940-cı ildən — Sisian) rayonunun Bununis kəndində yerləşən qəbirüstü daş abidədir. Abidə 1321-ci ildə knyaz Orbelianın xatirəsinə ucaldılmışdır.
Catalpa bungei
Bunge katalpası (lat. Catalpa bungei) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin katalpa cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Çində yayılmışdır. == Botaniki təsviri == Yığcam yumru formalı, hündürlüyü 8–12 m olan, yarpağını tökən, dekorativ görünüşlü koldur. Yarpaq ayalarının uzunluğu 6–15 sm və eni 8 sm, i8ri, üçkünc-oval və ya uzunsov-oval, ürəkşəkilli, tünd-yaşıl, bünövrəsində enli, pazşəkilli, ucu uzun, biz, tükcüklüdür. Ətirli çiçəkləri iri, zəngvari, ağ və ya çəhrayı-bənövşəyi, düz dayanan süpürgələrə yığılmışdır. Çiçək qrupları qalxanvari-salxımşəkilli, ucda 2–12 çiçəklidir. Kasacığı 2 dodaqlı, ucunda 2 dişlidir. Çiçək tacı açıq-qırmızı, uzunluğu 3–3,5 sm, 2 sarı zolaqlı və boğazında tünd-qırmızıdır. May-iyun aylarında çiçəkləyir.
Celtis bungeana
Bunqe dağdağanı (lat. Celtis bungeana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Çinin mərkəzi və şəmal rayonlarını, Koreya yarımadasını əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 1,5 m olan kol və ya şarşəkilli, enli və sıx çətirli ağacdır. Qabığı açıq-boz və hamardır. Yarpaqları yumurtavari və ya uzunsov yumurtavari, uzunluğu 4-8 sm, orta hissədə mişarvari-dişli, yumru bünövrəli, ucu biz, açıq-yaşıl, üstü parlaqdır. Hər iki tərəfdən çılpaqdır, saplaqların uzunluğu 5-10 mm-dir. Meyvələri şarşəkilli, qara-qırmızı, diametri 6-7 mm-dir. == Ekologiyası == Şaxtaya, quraqlığa davamlıdır, daşlıq yamaclarda bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda, Lənkəranda mədəni halda rast gəlinir.
Buna çayı
Buna (alb. Buna,Bune və ya Boyana) — Balkan yarımadasının qərbində, Albaniya və Monteneqro ərazisindən keçərək Adriatik dənizinə tökülən çay. Çay Şkoder şəhəri yaxınlığındakı Şkoder gölündən çıxır və delta əmələ gətirərək Adriatik dənizinə tökülür. Çayın uzunluğu təxminən 40 kilometr, orta su axını 682 m³/s (2006-cı ilin illik məlumatlarına görə), Şkoder gölü və Drin çayı ilə birlikdə drenaj hövzəsinin sahəsi təxminən 20 min km²-dir ( 20,361 km², 18,884 km²), ayrıca - 361,04 km². Moraca çayının mənbəyindən hesablanmış uzunluğu 185 km, Moraca-Şkoder-Buna su sistemi üçün alt hövzə sahəsi isə 5190 km² (5187 km²) təşkil edir. Qısa müddət ərzində Buna çayı, Drin çayının şimal (əsas) qolu ilə birləşir. 1858—1859-cu ilin qışında güclü daşqın nəticəsində Drin çayının suyu daşaraq, şimal-qərbə, Şkoder gölünə doğru axsa da, lakin gölə çatmayıb və Buna çayına birləşib. Çay Albaniya ərazisindən keçdikdən sonra sərhəd çayına çevrilir. Çayın ağzı iki qola ayrılır: Ada — Boyana (Vada) adası hansında ki,turizm mərkəzi yerləşir. Çayda həmçinin başqa adalar da var.
Bunu özün et
Bunu özün et ( DIY və ya DIY, İngiliscə: Do It Yourself ) insanların, ekspertlərin və peşəkarların köməyi olmadan tikinti, təmir və təmir işlərinin özləri tərəfindən etməsidir. Xalq arasında həmçinin Əldəqayırma termini də işlənməkdədir. == Yaranış == "Bunu özün et" termini ilk dəfə 1950-ci illərdə insanların fərdi olaraq həyata keçirməyi seçdikləri ev abadlıq işlərini təsvir etmək üçün istifadə edilmişdir. 70-ci illərdə videoyazının yayılması ilə "DIY"çılar maarifləndirici videolar hazırlayıb bu anlayışın oturuşmasına can atdılar. 90-cı illərdə internetin inkişafı ilə "DIY" qızıl dövrünü yaşamağa başladı. == Musiqidə == Musiqidə "DIY" fərqlərin və ya musiqi qruplarının öz mahnılarının özləri tərəfindən, yəni böyük musiqi şirkətləri tərəfindən dəstək olmadan, yazmaları, onların yayımı və tanıtımı deməkdir. Üstəlik bəzi musiqiçilər və bu hərəkatla bağlı olanlar, özləri dərgilər və qəzetlər çap edir. Həmçinin bəzi musiqiçilər ifa elədiyi alətləri də özləri düzəldib istifadə edir. Bu həyat tərzi pank musiqisini yazan və bu submədəniyyətə ayıd olanlar arasında çox yayılıb, ümumiyyətlə, pank submədəniyyəti məhz bu hərəkat üzərində qurulur. Bu fikirləri ən aydın təsvir edən qruplardan biri də Fuqazi qrupudur.
Bunker-Hill döyüşü
Bunker-Hill döyüşü və ya Brid-Hill döyüşü — ABŞ İstiqlal müharibəsi zamanı, 17 iyun 1775-ci ildə On üç koloniya ilə Britaniya imperiyası arasında baş turan döyüş. Döyüş Bred-Hilldə getsə də, döyüş onun yanındakı təpənin (Bunker-Hill) adı ilə adlandırılmışdır. Britaniya tərəfi böyük itki ilə bölgəni ələ keçirməyə nail omuşdur. İtkilərə səbəb taktiki səhvlərdir.
Bundahişn
"Bundahişn" (pəhl. Bun-dahišn(īh), hərf. "İlkin yaradılış") —ənənəvi olaraq kitab pəhləvicəsində yazılmış zərdüşti kosmoqoniyası və kosmologiyasının ensiklopedik toplusuna verilən ad. Əsərin orijinal adı məlum deyil. "Bundahişn" toplusu "Avesta"dan istifadə etsə də və bu mətnlərdə qeyd olunan fikirləri inkişaf etdirsə də, onun özü müqəddəs kitab deyil. Məzmun zərdüştilik kitabəsini özündə daşıyır ki, bu da öz növbəsində həm qədim zərdüştilik, həm də zərdüştilikdən əvvəlki inancları əks etdirir. Bəzi hallarda mətn İranda VII əsrdən sonra islamın gözlənilməz hallarına, digər hallarda isə Ayın ulduzlardan daha uzaq olması fikrinə işarə edir.
Bundestaq (Alman konfederasiyası)
Bundestaq, Birlik seymi (alm. Bundestag, Bundesversammlung‎) — Alman Konfederasiyasının ali orqanı, Vyana Konqresi ilə Almaniyanın birləşməsi arasındakı dövrdə Alman dövlətlərinin nümayəndələrinin iclası. Görüşlər Frankfurt-Maynda keçirilirdi. 1815-ci ildən 1848-ci ilə qədər və 1851-ci ildən 1866-cı ilə qədər, 1804-cü ilə qədər Müqəddəs Roma İmperiyasının bir hissəsi olan bütün Alman dövlətlərinə cavabdeh olan yeganə mərkəzi qurum idi. 1816-cı il noyabrın 5-dən etibarən Bundestaq hər həftə iclas keçirirdi. Sədr Avstriyanın nümayəndəsi idi. 1848-ci ilin iyulunda mart inqilabından sonra Bundestaq öz səlahiyyətlərini ilk Almaniya parlamenti olan Milli Assambleyaya verdi. İnqilabın süqutundan sonra Bundestaq bərpa olundu. == İnkişafı == 12 iyul 1848-ci ildə günorta saatlarında Konvensiya öz vəzifələrini Regentə təhvil verdi və rəsmi olaraq ləğv edildi. Bu qanunvericilik yeni ofisə legitimlik və ən azı nəzəri cəhətdən hüquqi cəhətdən məcburi səlahiyyətlər verdi.
Bunioseris
Süddəyən (lat. Lactuca) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
De Bunsen Komitəsi
De Bunsen Komitəsi İngiltərə hökumətinin Dünya Müharibəsi zamanı və sonrasında Osmanlı İmperiyasına qarşı izləyəcəyi siyasətləri müəyyən etmək üçün 8 aprel 1915-ci ildə İngiltərə Baş naziri Herbert Henri Askvit tərəfindən qurulan və Ser Moris de Bunsenin sədrlik etdiyi ilk komitə idi. Birləşmiş Krallığın Yaxın Şərq siyasətləri bu komitənin yazdığı hesabatlar əsasında formalaşıb. Komitə müharibədən sonra İngiltərənin bölgədəki (Yaxın Şərq) maraqlarını Fransanın bölgədəki təşəbbüslərinə qarşı qorumaq, İngiltərə hökumətinin ambisiyalarını reallaşdıracaq məqsəd və proqramı irəli sürmək üçün yaradılmışdır. Osmanlı İmperatorluğunun parçalanması ilə bağlı Rusiya, Fransa və İtaliya ilə aparılan danışıqlarda və danışıqlarda Britaniya İmperiyasının tələb və iddiaları bu komitənin hesabatları əsasında formalaşmışdır. == Komitə üzvləri == Komitə aşağıdakı üzvlərdən ibarət idi: Ser Moris de Bunsen, Prezident Koloniyalar Bürosunu təmsil edən G. R Clark, Hindistan Bürosunu təmsil edən Tomas Holderness, Hərbi Dəniz Qüvvələrini təmsil edən admiral Henri Cekson Müharibə Bürosunu təmsil edən C. E. Callwell, Llewellyn-Smith, Ticarət Şurasını təmsil edir, Müharibə məsələləri üzrə dövlət katibi Lord Kitçeneri təmsil edən Mark Sayks == Komitənin hesabatı == De Bunsen Komitəsi dörd mümkün həll yolunu müzakirə etdi; Osmanlı İmperatorluğunun parçalanması və Anadoluda kiçik bir dövlət olaraq qalması; Osmanlı İmperiyasının böyük dövlətlərin siyasi və ticari təsir zonalarına bölmək; Osmanlı İmperiyasını olduğu kimi saxlamaq; Mərkəzi hakimiyyətdən məhrum federativ Osmanlı dövlətinin qurulması və ölkənin beş əyalətə bölünməsi: Suriya Fələstin Ermənistan Anadolu Cəzirə və İraq (Mesopotamiyanın şimal və cənubu) 30 iyun 1915-ci ildə "İmperator maraqlarının müdafiəsi üçün yaradılmış komitənin hesabatı: Asiya Türkiyəsi" adı altında dərc edilən hesabatda sonuncu variantın bəlkə də ən asan yol oluduğuna görə imperiyanın müdafiəsi üçün ən faydalı variant olduğu bildirilirdi.
Drakula: Ölmüş və bunu sevmiş
Drakula: Ölmüş və bunu sevmiş (ing. Dracula: Dead and Loving It) — 1995-ci ildə istehsal olunmuş filmdir.
Mara Buneva
Mara Buneva (1902 – 14 yanvar 1928, Skopye) ― makedoniya bolqarı olan inqilabçı, Daxili Makedoniya inqilabi təşkilatının üzvü. O, keçmiş Serb çetnik komandiri və Yuqoslaviyanın Skopye vilayətinin məmuru olan Velimir Preliçi qətlə yetirmiş, özünü isə silahla sinəsindən vuraraq intihar etmiş və bir neçə saat sonra xəstəxanada ölmüşdür. Buneva bu gün əsasən Bolqarıstanda qəhrəman, Şimali Makedoniyada isə mübahisəli bir bulqarofil kimi qəbul edilir. Onun ölümü hər il Skopye, Vardarda özünü güllələdiyi yerdə anılır. == Bioqrafiya == Buneva 1902-ci ildə o dövrdə Osmanlı imperiyasının Kosovo vilayətinin (indiki Şimali Makedoniya) ərazisi olan Tetovo şəhərində anadan olub. Onun ailəsi əslən Setole kəndindəndir. Balkan müharibələrindən (1912–1913) sonra Serbiyanın Cənubi Serbiya adlı vilayətinə çevrilən Vardar Makedoniyası 1915–1918-ci illərdə Bolqarıstanın işğalı altında idi. Bu dövrdə Bunevanın atası Nikola Bunev Tetovonun meri idi və Buneva Skopye qızlar liseyində oxuyurdu. Buneva 1919-cu ildə Bolqarıstana köçdü. O burada Sofiya Universitetində təhsil aldı və bir Bolqarıstan zabiti ilə evləndi.
Bundesliga
Bundesliqa (alm. Fußball-Bundesliga) ― alman futbol klublarının ən ali peşəkar futbol liqasıdır. Yarış uğrunda 18 klub mübarizə aparır. Çempionatda hər bir komanda 34 oyun keçirir. 1963-cü ildən peşəkar olaraq keçirlir. Dünyanın ən güclü futbol liqalarından biri hesab olunur.

Значение слова в других словарях