BURUN-QULAQ-BOĞAZ

прил. в сочет. с həkimi, xəstəlikləri. Burun-qulaq-boğaz həkimi врач по болезням ухо-горло-носа
BURUN-DODAQ
BURUNADÖYMƏ
OBASTAN VİKİ
Boğaz
Boğaz (orqan) — İnsan orqanı. Boğaz (coğrafiya) — iki quru hissəni bir birindən ayıran və iki su hövzəsini bir-biri ilə birləşdirən, nisbətən ensiz su sahəsi.
QULAQ
QULAQ (rus. ГУЛАГ) — 1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. İlk dəfə belə düşərgələr, 1918-ci ildə yaradılmışdı və termin, geniş formada SSRİ-də hər hansı əmək düşərgəsini təsvir etmək üçün istifadə olunurdu. Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr, sadələşdirilmiş üsullarla, eləcə də NKVD üçlükləri və mühakiməsiz edamın digər alətləri ilə idarə olunurdu. QULAQ, SSRİ-də siyasi repressiyaların əsas aləti kimi bilinir. Termin, bəzən düşərgələrin özünü, xüsusilə də Qərbdə təsvir etmək üçün istifadə olunur. QULAQ, Гла́вное управле́ние лагере́й (Baş Düşərgə İdarəsi) üçün akronim idi. Bu, Гла́вное управле́ние исправи́тельно-трудовы́х лагере́й и коло́ний (İslah Əmək Düşərgələri Baş İdarəsi) rəsmi adının qısa forması idi. İlk dövrlərdə Dövlət Siyasi Bürosu, sonralar NKVD və son illərdə isə Daxili İşlər Nazirliyi tərəfindən idarə olunurdu. İlk islah əmək düşərgələri, inqilabdan sonra 1918-ci ildə yaradılmışdı və 1919-cu ilin 15 aprelində məcburi əmək düşərgələrinin yaradılması haqqında olan dekretlə qanuniləşdirildi.
Burun
Burun — əsasən tənəffüs və iybilmə üçün istifadə olunan, insan və ya heyvan üzünün bir hissəsi. == Quruluşu == Burun iki hissədən ibarətdir: xarici burun və daxili burun. Daxili burun burun boşluğu da adlanır. Xarici burun üzün ortasında yerləşərək qığırdaq və sümük toxumalarından təşkil olunub. Burun boşluğu çoxqatlı yastı epitellə örtülüdür. Burada çoxlu miqdarda selikli vəzilər yerləşir. Burun boşluğunda qoxu və tənəffüs nahiyələri ayrılır. Tənəffüs nahiyəsində havanı isitmək üçün mağaralı venoz kələf, selik vəziləri və kirpikli epitel yerləşir.Burun divarının içində yerləşən burun tükcükləri yad cisimləri (toz, qum) tutub saxlayır. Burnun iç hissəsi tüklü və nəmli olduğundan kənar mühitdən alınan hava təmizlənir və nəmləndirilir. Nazik damarlar sayəsində hava isidilir.
Boğaz (Coğrafiya)
Boğaz – dünya okeanında hər hansı iki quru hissəni (materikləri, adaları, materiklə adanı) bir birindən ayıran və iki su hövzəsini bir-biri ilə birləşdirən, nisbətən ensiz su sahəsi. Boğazlar okeanları (Magellan boğazı, Dreyk boğazı), dənizləri (Bosfor, Dardanel), dənizlə okeanı (La-Manş, Cəbəllütariq boğazı), okean və dənizlərin ayrı-ayrı hissələrini (Mozambik boğazı, Kattegat) birləşdirir. Cəbəllütariq, Babülməndəb boğazı, Malakka boğazı, Sinqapur və s. boğazların böyük ticarət və strateji əhəmiyyəti var. İki göl, yaxud gölün ayrı-ayrı hissələri arasında da boğazlar olur (Böyük Göllər sistemində Miçiqan və Huron gölləri arasında Makinak boğazı). == Mənbələr == ASE, II cild, 1978, səh. 216.
Boğaz seksi
Boğaz seksi — cinsi əlaqənin bir növü. Oral olaraq edilir. Bu seks növü Fellationun bir versiyasıdır. Termin ereksiya halında olan penisin digər cinsi partnyorun ağız nahiyəsindən boğazına qədər məcburi bir formada salınması ilə baş tutan cinsi əlaqə növü üçün istifadə edilir. Bəzən oral və yaxud da anal əlaqə yerinə yalnız bu üsulla qarşı tərəfin orqazmına qədər bu proses davam etdirilir. Boğaz seksində ereksiya halında olan penisin boğazın arxasına çatması üçün kifayət qədər uzun olması vacibdir. Olduqca çətin seks növü olan dərin boğaz seksində (deep throat) bəzi insanlar öyümə refleksi verə bilir, bəziləri isə qarşısındakı cinsi partnyorunun orqazmına qədər penis başını əmərək bu formada bu seks növünü həyata keçirirlər . Əlaqə digər seks pozaları ilə davam etdirilə bilər. Boğaz seksi 69 seks pozasında da davam etdirilə bilər. Ümumiyyətlə, boğaz seksi üzərində edilən şəxs nəzarətdə olur və boğaz seksi etdirən şəxsi öz istəyi ilə istiqamətləndirir.
Fram (boğaz)
Farm boğazı (norv. Framstrædet) - Qrenlandiya adası ilə Şpisbergen arxipelaqını ayırır. Şimal Buzlu okeanına daxil olan Qrenland dənizi akvatoriyasına aiddir. Boğazın daxilində qərbdə soyuq Şərqi Qrenlandiya cərəyanı keçir. Şərqdə isə isti Norveç cərəyanının bir qolu Qərbi Şpisbergen cərəyanı keçir. Boğaz Norveç arktika ekspedisiyasının əsas gəmisi Framın şərəfinə adlandırılmışdır.
Viktoriya (boğaz)
Viktoriya boğazı (ing. Victoriа Strait)- Kanada Arktik arxipelaqına daxil olan Viktoriya (ada)sini Kinq-Vilyam adasından ayırır. Kanadanın şumal-qərbində Nunavut vilayəti ərazisində yerləşir. Boğaz Kuin-Mod körfəzini cənubdan, Franklin boğazını şimal-şərqdən, Mak-Klinton boğazı ilə isə şimal-qərbdən birləşdirir. Eni 80–130 km, uzunluğu 160 km təşkil edir. Boğazın cənub qutaracağında Cenni-Lind və Royal Geografikal Sosayeti adaları yerləşir. Şimal-Qərb keçidinin əsas istiqaməti ərazidən keçir. Lankaster boğazı, Barrou boğazı, Pil boğazı, Franklin boğazı, Larsen körfəzi, Viktoriya boğazı, Kuin-Mod körfəzi, Dis boğazı, Koroneysen körfəzi, Dolfin və Yunion boğazı və Amudsen körfəzi bu yolun əsasını təşkil edir. İlin böyük qismi buzla örtülü olur. == Tarixi == 1845-ci ildə ingilis qütb ekspedisiyası Con Franklinin başçılığı ilə boğaza daxil olur.
Daxili qulaq
Daxili qulaq (lat. auris interna) ya sümük labirint (lat. labzrinthis) gicgah sümüyünün daşlıq hissəsində, daxili qulaq keçəcəyi ilə orta qulaq arasında yerləşmişdir. Vəzifə etibarilə eşitmə və müvazinət üzvlərinin ən əhəmiyyətli hissəsidir. sümük və zarlı labirint hissələrə bölünür. Zarlı labirint sümük labirintin içərisində yerləşir, və forma cəhətcə bir-birilərinə müvafiqdirlər. Orta qulağın içəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı - lat. paries labyrinticus adlanır. Bunun mərkəzində bir hündürlük - lat. promontorium vardır.
Göy qulaq
Göy qulaq (ing. Blue Ear) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış super qəhrəman personajı. Göy qulaq Nyu-Hempşir ştatının Salem şəhərindən olan 4 yaşlı eşitmə qüsurlu və komiks fanatı Antoni Smitin şərəfinə yaradılmışdır. == Yaradılma səbəbi == 4 yaşlı Antoni Smit komiks fanatı və eşitmə qüsurlu idi. Buna görə anası Kristina Alessandro tərəfindən ona eşitmə aparatı verilmişdir, lakin 2012-ci ildə Smit məktəbdə onu geyməkdən imtina etmişdir. Sonda Smit "Super qəhərmanlar göy qulaqlar geyinmir" demişdir. Bu vəziyyətdən çıxmaq üçün anası Kristina Marvel Comicsin Nyu-Yorkdakı qərargahına email yollamışdır. Dizayner və köməkçi redaktor Nelson Ribeyro bu emaili alar-almaz əsl adı Antoni Smit olan Göy qulaq adlı super qəhrəman personaj yaradıb onun şəkillərini Alessandro ailəsinə göndərmişdir. Daha sonra rəssam Manni Mederos Göy qulağın uşaq halında eskizlərini çəkmişdir. Mederos bu prosesi "The Huffington Post" qəzetinə danışmışdır: "Niyə super qəhrəmanın özü uşaq ola bilməzdi?".
Orta qulaq
Orta qulağa (lat. auris media) təbil boşluğu, eşitmə (Evstax) borusu, və qulaq sümükcükləri aiddir. Təbil boşluğu və ya orta qulaq boşluğu - lat. cavum tympani 1sm2 həcmində olub gicgah sümüyünün daşlıq hissəsində daxili qulaqla xarici qulaq arasında yerləşmişdir. Orta qulağın altı divarı vardır. == Divarları == Bayır zarlı divar - lat. paries membranaceus qulaq pərdəsi və gicgah sümüyü pulunun bir hissəsitəşkil edir.Təbil boşluğunun qulaq pərdəsindən yuxarı olan qisminə təbilüstü cib - lat. recessus epitympanicus deyilir. İçəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı - lat. paries labyrinticus adlanır.
Qulaq (SSRİ)
QULAQ (rus. ГУЛАГ) — 1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. İlk dəfə belə düşərgələr, 1918-ci ildə yaradılmışdı və termin, geniş formada SSRİ-də hər hansı əmək düşərgəsini təsvir etmək üçün istifadə olunurdu. Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr, sadələşdirilmiş üsullarla, eləcə də NKVD üçlükləri və mühakiməsiz edamın digər alətləri ilə idarə olunurdu. QULAQ, SSRİ-də siyasi repressiyaların əsas aləti kimi bilinir. Termin, bəzən düşərgələrin özünü, xüsusilə də Qərbdə təsvir etmək üçün istifadə olunur. QULAQ, Гла́вное управле́ние лагере́й (Baş Düşərgə İdarəsi) üçün akronim idi. Bu, Гла́вное управле́ние исправи́тельно-трудовы́х лагере́й и коло́ний (İslah Əmək Düşərgələri Baş İdarəsi) rəsmi adının qısa forması idi. İlk dövrlərdə Dövlət Siyasi Bürosu, sonralar NKVD və son illərdə isə Daxili İşlər Nazirliyi tərəfindən idarə olunurdu. İlk islah əmək düşərgələri, inqilabdan sonra 1918-ci ildə yaradılmışdı və 1919-cu ilin 15 aprelində məcburi əmək düşərgələrinin yaradılması haqqında olan dekretlə qanuniləşdirildi.
Qulaq (dəqiqləşdirmə)
Qulaq — eşitmə orqanı. QULAQ — Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. Qulaq (film, 1985) — film. Qulaq (İran) — İranda yaşayış məntəqəsi. Qulaq falı — Azərbaycanlıların bayram dəblərindən. Qulaqlıq — Radio, musiqi dinləmək üçün qulaqlara keçirilən cihaz.
Qulaq falı
Qulaq falı və ya Açar falı, Azərbaycanlıların bayram dəblərindəndir. == Qaydası == Xalq arasında belə dəb var ki, ilaxır çərşənbədə qulaq falı və ya açar falına çıxarlar. Qulaq falında hər kəs ürəyində bir arzu tutur və sonra hər hansı bir evin qapısını pusur. Əgər yaxşı sözlər eşitsə, deyilir arzusu yerinə yetəcək, amma əgər ürəkaçmayan sözlər eşitsə, arzusu bu il yerinə yetməyəcək. Açar falında isə hər kəs niyyət edib bir açar ya sancaqı ayaqının altına qoyur, bəzilər isə yaxalarına iynə taxır dörd yolun ayrımında və ya qapı dalında pusquda durur danışılan sözlərə qulaq yatırdır və eşitdiyi sözləri ürəyində olan arzu və niyyətlərinə görə yozur. Ümum xalqın bu dəbdən xəbərləri olduğu üçün, hər kəs çalışır danışdıqları sözlər xoş və sevindirici olsun. == Mənbə == Xoyda nəşr olan Əvrin həftəlik dərgisi.
Qulaq pərdəsi
Qulaq pərdəsi (lat. membrana tympani) — xarici qulaqla orta qulağın hüdudunu təşkil edir. Qulaq pərdəsinin kənarı xarici qulaq keçəcəyi dibində olan təbil şırımına lifli qığırdaq halqa - lat. anulus fibrocartilagineus vasitəsilə bağlanmışdır. Böyüklərdə qulaq pərdəsi dairə ya ellips şəklində olur; qalınlığı 0,1 mm və ölçüsü 11x9 mm-ə bərabərdir. Qulaq pərdəsinin mərkəzi qıf kimi orta qulağa doğru dartılmışdır və qulaq pərdəsi göbəyi - lat. umbo membranaetympani adlanır. Qulaq pərdəsinin xarici səthi qulaq keçəcəyi dərisinin epidermis qatı - lat. stratum curaneum, daxili səthi orta qulağın selikli qişası - lat. stratum mucosum ilə örtülüdür.
Qırıq qulaq
Qırıq qulaq - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 6-cı hissəsidir.
Xarici qulaq
Xarici qulaq (lat. auris externa) qulaq seyvanından və xarici qulaq keçəcəyindən ibarətdir; bunlar bir qıf kimi cəc dalöalarını tutub orta qulağa keçirir. Qulaq seyvanının insanda heyvanlara nisbətən o qədər də əhəmiyyəti yoxdur; onu əzələləri rudiment halda olduğu üçün hərəkt qabiliyyətinə malik deyildir. == Qulaq seyvanı == Qulaq seyvanı - lat. auricula dəri ilə örtülmüş elastiki qığırdaqdan təşkil olmuşdur və əhali arasında qulaq adı ilə məlumdur. Qulağa yun. otos deyilir: odur ki, qulağın iltihabı omum- otitis Dəri qəşərdaqla sıx bitişmişdir; burada dərialtı qat yoxdur. Qığırdağın arxa və yuxarı kənarı qıvrım olduğu üçün qulaq seyvanı qıvrımı - lat. helix adlanır; bunun ön yuxarı ucuna qıvrım ayaqcığı - lat. crus helicis və dal aşağı sivri ucuna qıvrım quyruğu - lat.
Ağ Burun
Ağ Burun (ukr. Ак-Бурун, krımtat. Aq Burun, Акъ Бурун) — Krımın Kerç boğazı sahillərində yerləşir. Burun cənubdan Kerç buxtasını bağlayır. Burunda tarixi şəhərin qalıqları mövcuddur. XIX əsrdə Kerç boğazını qorumaq məqsədi ilə Kerç qalası inşa edilmişdir. Ağ Burunun qurtaracağında qədim kurqan vardı. Burada ayrıca batareyə yerləşdirilmişdi.
Burun (Gorus)
Burun — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «irəliyə çıxan və ya suya doğru uzanan quru», «qurunun, dənizin içinə girən dağlıq, qayalıq hissəsi», «qurunun, dağın və ya qayanın sivri bucaq şəklində düzünə tərəf uzanmış hissə», başqa türk dillərində «dağ çıxıntısı, qum silsiləsi, cərgəsi, qum təpəsi», «sıra dağlardan ayrılan dağ qolu, dil» mənasında işlənən «burun» sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.
Burun (Xudabəndə)
Burun — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Xudabəndə şəhristanının Şöhrəvərd kəndistanında, Qiydar qəsəbəsindən 30 km. cənub-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 342 nəfər yaşayır (68 ailə).
Burun (coğrafiya)
Burun — Dəniz, göl və çayın daxilinə istiqamətlənən küncvari quru parçası. Burun ya köklü sərt süxurlardan ya da qum, lil və balıq balıqqulağının bir yerə toplanmasından əmələ gəlir. == Formalaşması == Burunlar bir qayda olaraq eroziya prosesi nəticəsində meydana gəlir. Burun sahil xəttində bərk və yumşaq suxurlardan ibarətdir. Yumşaq suxurlardan ibarət olan burunlar bərk suxurlardan təşkil olunan burunlara nisbətdə daha tez yaranır.
Burun (dəqiqləşdirmə)
Burun
Burun boşluğu
Burun boşluğu və ya burun keçidi − üzün ortasında, burunun üst və arxa hissəsində içi hava dolu böyük bir boşluqdur. Hər boşluq iki burun dəliyindən birinin davamıdır. "Burun boşluğu" termini burunun iki tərəfinin hər birinə ayrılıqda və ya birlikdə aid edilə bilər. Hər bir burun boşluğunun yan divarı, əsasən əng sümüyündən ibarətdir. == Strukturu == "Burun boşluğu" termini burnun iki boşluğunun hər birinə və ya birləşdirilmiş iki tərəfə aid edilə bilər. Hər burun boşluğunun yan divarı əsasən çənə sümüyündən ibarətdir. Bununla birlikdə, palatin sümüyünün perpendikulyar lövhəsi, medial pterygoid lövhə, etmoid labirint və aşağı konka ilə kompensasiya olunan bir çatışmazlıq var. Paranazal sinuslar ostia adlanan kiçik deşiklər vasitəsilə burun boşluğuna bağlanır. Bu ostiaların əksəriyyəti burunla yan burun divarı vasitəsilə, yarımaysal boşluq kimi tanınan yarımaysal depressiya vasitəsilə əlaqə qurur. Fasilə yanal olaraq unsinat prosesi kimi tanınan bir proyeksiya ilə bağlanır.
Burun sümüyü
Burun sümüyü —
Qamış Burun
Qamış Burun (ukr. Камиш-Бурун, krımtat. Qamış Burun) — Kerç yarımadasının ucqar şərqində, Kerç şəhər sovetliyi ərazisində yerləşir. Sahillərini Kerç boğazının suları yuyur. Sahilləri hamardır. Ərazisində Nimfey şəhərciyi və Nijnı Burunski mayakı yerləşir. Şimal sahili boyunca Qamış Burun dili uzanır. Şimal-şərqində Çurbaş gölü qərarlaşır.
İncə burun
İncə burun (türk. İnce burun) — Türkiyənin Qara dəniz sahillərində ən ucqar şimal nöqtəsi. Sinop şəhərindən 18 km aralıda yerləşir. Burunda mayak vardır. Burunun ətrafında yaşayış məntəqəsi yoxdur və bütünlüklə meşə ilə örtülüdür.
бензи́н в мунди́ре кро́вельный максимали́стка на излёте оття́жка свя́за видеорекла́ма затюко́выванье иподья́кон кабали́ческий хме́льник шибану́ть arty-and-crafty beginning charactery imperfect nonprofessional professedly psychogenic punctulated self-feed uprightness вдвинуть муссон