BUYURMAQ

f.
1. Əmr etmək, hökm etmək.
[Şah] bir dəqiqədən sonra başın qaldırıb Mirzə Sədrəddinə buyurdu ki: – Xub, mürəxxəssən, get. M.F.Axundzadə.
[İvan bəy:] Səsini kəs, buyuraram başına yüz tatarı vurarlar. N.Vəzirov.

// Eyni mənada nəzakət və hörmət üçün deyilir.
[Novruzqulu:] Kəbleyi, nə vaxt buyurursunuz şirni içməyə gələk. H.Sarabski.

2. köhn. Söyləmək, demək, təklif etmək (hörmət və nəzakət ibarəsi olub, bəzən zarafat, yaxud kinayə və istehza üçün deyilir).
Nə buyurursunuz? – [Pirverdi bəy:] Bir sözü ki, böyüklərim mənə buyurublar, mən gərək ona əməl eləyəm. C.Məmmədquluzadə.
[Səftərqulu:] Ağlım yoxdur, ağlı haradan tapım, buyur, görək! N.Vəzirov.
[Kazım ağa:] Yoldaş özü buyurdu ki, dur get evə, qonaqlar gələcək, hazırlıq gördür. M.S.Ordubadi.
[İlyasov:] Əyləş, Kazım dayı! Ümumi sözü deməyə nə var; buyur gəlsin, eşidirəm. Mir Cəlal.

3. Getmək, gəlmək (hörmət və nəzakətlə deyilir). Bu axşam bizə buyurun. Nə vaxt buyuracaqsınız?
4. köhn. Etmək mənasında (hörmət üçün deyilərdi).
[Qətibə xanım:] Əlahəzrət xoş gəlib, səfa gətirib, həqir olan malikanəmizi öz qədəmləri ilə müzəyyən buyurmuşlar. M.S.Ordubadi.

5. Əmr formasında: buyur, buyurun – nəzakətlə dəvət, müraciət, təklif bildirir, yaxud bir şeyi təqdim etdirdikdə deyilir.
Dedim: – İndi ki, deyirsən bir məhəllənin uşağıyıq, xub, xoş gördük, buyur gedək, qonağımız ol! C.Məmmədquluzadə.
İlyasov masanın üstündəki qəzetləri dəstə ilə Kazımın qabağına qoydu: – Buyur, bax, [dedi]. Mir Cəlal.
[Musa kişi:] Mənə qonaq gəlmişsiniz, buyurun içəri, gözüm üstə yeriniz var! M.İbrahimov.

Синонимы

  • BUYURMAQ söyləmək — demək
  • BUYURMAQ gəlmək

Этимология

  • BUYURMAQ Uyğur dilində buy feili “приказывать” mənasını əks etdirir. –ur şəkilçisi köç –ür qəlibi üzrə təsirli feil düzəldib
BUYURMA
BUYURTMA

Значение слова в других словарях

аллохто́нный анима́то лесхо́зовский надба́вочный перепры́снуть погнои́ть жанда́рм копро́вщик лакирова́ться нея́сный низложе́ние переступа́ние скла́дочный скотоприго́нный оплеуха цыбуля Andaman Islands Bobbie n't plumassier sea anemone slantwise whip-belly оплата подзудить