BUZLAQ ÇÖKƏKLİYİ

buzlağın qazdığı ekzarasion çökəklik. Baltik qalxanında, Putorana platosunda, Alpda bir sıra göl çökəklikləri. Qeyri-bərabər buzlaq akkumulyasiyası nəticəsində də yarana bilər. ледниковая впадина glacial depression
BUZLAQ ÇAYI
BUZLAQ ÇÖKÜNTÜLƏRİ
OBASTAN VİKİ
Buzlaq
Buzlaq — dağ yamacı və ya dərə üzrə ağırlıq qüvvəsinin təsiri altında yavaş-yavaş hərəkət edən buz kütləsi. Buzlaq bərk yağıntıdan (qardan) o sahələrdə əmələ gəlir ki, il müddətində onun qalınlığı əriyən və buxarlanan sudan xeyli çox olur, daha doğrusu buzlaq iqlim qar sərhədindən yuxarıda, qarın toplanması üçün relyef formalarının əlverişli olduğu yerdə əmələ gəlir. Hidrosfer qütb ölkələrində dəniz səviyyəsində, mülayim və isti qurşaqlarda isə uca dağlarda qarlardan və buzlaqlardan ibarətdir. Yerin çoxillik və ya "əbədi" qar və buz olan təbəqəsi Kriosfer adlanır. Onu birinci dəfə 1923-cü ildə polyak alim А. B. Dobrovolski tətbiq etmiş. == Kriosfer == Kriosfer Yerin üç əsas təbəqəsinin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir: qar və buz yaranması üçün rütubət verən hidrosferin, bu rütubəti yayan və onu bərk fazada saxlayan atmosferin, səthində qar təbəqəsi əmələ gəlməsi mümkün olan litosferin. Bu okean — atmosfer — materik sisteminin vəsilələrindən biri iştirak etməsə daima qarlar da olmaz. Beləliklə, kriosfer qeyri-müntəzəm yayılmışdır. O yalnız qartoplanma şəraiti olan yerdə meydana gəlir. Lakin bu qeyri — müntəzəmlik hidrosferin vəhdətini və fasiləsizliyini gəstərir: su maye fazada ola bilməyən yerdə bərk fazada olur.
Aleut çökəkliyi
Aleut çökəkliyi — Sakit okeannın şimalında yerləşən çökəklik. Çökəklik Alyaska yarımadası sahillərindən başlayaraq Kamçatka sahillərinə qədər uzanır. Çökəklik 3400 km məsafədə uzanır və maksimal dərinliyi 7679 metrdir. Litosfer tavalarının sərhəddində yerləşir. Çökəklik Sakit okean plitəsi Şimali Amerika plitəsinin altına keçdiyi ərazidə formalaşmışdır. Çökəkliyin qərbində yerləşən Komandor adalarında cənub istiqamətində Kuril-Kamçatka çökəkliyi başlayır.
Amundsen çökəkliyi
Amundsen çökəkliyi — Şimal Buzlu okeanın daxilində, Qekkel silsiləsi ilə Lomonosov silsiləsi arasında yerləşən okean çökəklliyi. Çökəkliyin uzunluğu 2000 km, eni 200—400 km, dərinliyi isə 4485 metrdir. Çöküntülərin qalınlığı təxminən 2000 metrə bərabərdir. Çökəkliyin dibi dəmir–manqan gilli lildən ibarətdir. Çökəklik öz adını Norveç qütb araşdırmaçısı Roald Amundsenin adından almışdır.
Buzlaq dili
Buzlaq dili – dərə buzlağının qar sərhədindən aşağıda yerləşən hissəsidir. Buzlaq dili dərə üzrə aşağı enir və burada buz kütləsi ərimə və buxarlanma yolu ilə kiçilir..
Buzlaq epoxaları
Buzlaq epoxaları (qlyasiallar) — Yerin geoloji inkişaf tarixində çox soyuq iqlim və geniş sahəli qalın materik buzlaqları ilə xarakterizə olunan epoxalar. == Təsviri == Bu epoxalarda buz yalnız dağları deyil, qütb və mülayim enliklərdəki düzənlikləri də örtmüşdü (qurunun təqr.40%-ini). Buzlaq epoxalarının davamiyyət müddəti müxtəlifdir. Yerin müxtəlif sahələrində Erkən Proterozoy, Son Proterozoy (Üst Rifey – Vend), Son Paleozoy (Karbonun sonu – Permin əvvəli) və Son Kaynozoyda müəyyən edilmişdir. Sonuncu epoxa daha çox öyrənilmişdir. Neogenin sonunu və Dördüncü dövrü əhatə edən buzlaq dövründə (2,5–3 mln. il) ən azı 4 buzlaşmanın olması və hər buzlaşmanın 2 və daha çox mərhələyə bölünməsi müəyyən edilmişdir. == Buzlaq nəzəriyyəsi == Buzlaq nəzəriyyəsin baniləri Avropa düzənliklərində buzlaşmanın bir dəfə baş verməsi fikrində idilər. 19-cu əsrin sonlarında aparılan tədqiqatlar nəticəsində bu ərazilərdə iki, yaxud üç buzlaşmanın baş verməsi qənaətinə gəlindi. 20-ci əsrin əvvəllərində A. Penk, E. Brikner və başqaları Alp dağları üçün 5 müstəqil buzlaq epoxasını (Dunay, Güns, Mindel, Riss, Vürm) ayırmışlar; Alp buzlaşmaları sxemi sonralar daha da təkmilləşdirilmişdir.
Buzlaq eroziyası
Buzlaq gölü
Buzlaq gölü – buzlaqların eşdikləri çökəkliklərdə və ya buzlaq çöküntüləri (morenlər) arasında əmələ gəlmiş göl. Kola yarımadasında, Kareliyada və Finlandiyada çoxlu buzlaq gölü var..
Buzlaq günbəzi
Buzlaq günbəzi- Kiçik üfüqi ölçüləri ilə əlaqədar olaraq nisbətən dik yamacları olan, günbəzvari formada çox da böyük olmayan buzlaq örtüyü; dağ buzlaq tipi olub, suayrıcı sahəni əhatə edir. Kənarlarından dərəyə axan buz, dərə buzlağını əmələ gətirir.
Buzlaq relyefi
Buzlaq relyefi- qədim və müasir dövr buzlaşmasının təsiri nəticəsində əmələ gələn relyef. Buzlaq relyefi formaları iki cürdür: buzlaq eroziya relyef formalalrı (kar, sirk, troq və s.) və buzlaq akkumulyativ relyef formalları (uc moren tirələri,drumlinlər və s.) Nival-buzlaq relyefi qədim və müasir buzlaqların ekzavrasiya və akkumulyasiya fəaliyyəti nəticəsində əmələ gəlmişdir; Troq dərələrə, karlar, Moren tirələri və təpəciklər ilə təmsil olunmuşdur. Böyük Qafqazın (Baş Qafqazın silsiləsi, Yan Silsilə) və Kiçik Qafqazın (Murovdağ, Şahdağ, Zəngəzur silsilələri, Qarabağ yaylası) yüksək dağlıq qurşaqlarında yayılmışdır.
Buzlaq zonası
Göl çökəkliyi
Göl çökəkliyi — yer səthində gölün suyu yerləşən çökəklik. Gölün suyunun maksimal səviyyəsində gölün su ilə örtülən hissəsinə gölün yatağı (navalçası) və ya gölün kasası deyilir. G.c.endogen və ekzogen proseslərin, eləcə də insanın təsərrüfat fəaliyyəti nəticəsində əmələ gəlir. Bənd tipli çökəkliklər su anbarının tikilməsi sayəsində də yaranır.
Kermadek çökəkliyi
Kermadek çökəkliyi — Sakit okeanın cənub-qərb hissəsində 10 047 m dərinliyində yerləşən dünyanın ən dərinsulu çökəkliklərindən biri. Sakit okean plitəsi Hind-Avstraliya plitəsinin altına subduksiya etməsi nəticəsində yaranıb. Kermadek adalarının şərq dağətəyində meridional istiqamətdə yerləşir. Uzunluğu 1200 km. Kermadek 1889-cu ildə "Penguin" ("Pinqvin") adlı Britaniya gəmi ekspedisiyası tərəfindən tapılıb. Onun dərinliyini 1958-ci ildə Sovet elmi-tədqiqat gəmisi "Vityaz" ölçüb. Çökəklik Yuon de Kermadekin şərəfinə adlandırılıb.
Konqo çökəkliyi
Konqo çökəkliyi — Mərkəzi Afrikada 300–500 m hündürlükdə yerləşən və diametri təxminən 1000 km olan çökəklik. Afrika platformasının sinekliz zonasına aiddi. Konqo çayı onu drenaj edir. Bitki örtüyü rütubətli qalın həmişəyaşıl və yarpağıtökülən həmişəyaşıl tropik meşələrindən ibarətdir. Sahəsi təxminən 1 milyon kilometr təşkil edir; onun şimaldan cənuba və qərbdən şərqə ölçüsü təxminən 1 000 km. Əsas çayı Konqodu, çökəkıiyin ərazisində həmçinin çoxlu göl və bataqlıqlar var. Strukturasına görə Konqo çökəkliyi Kembri dövründən əvvəl yaranan Afrika platformasının sinekliz zonasına aiddi. Platformanın kristallik bünövrəsinin yeraltı (500—1000 metrdən çox dərinliydə yerləşir) çıxıntısı sineklizi şimal və cənub çökəkliylərinə bölür, onların mərkəzi hissələrində bünövrə daha 3000 metr dərinliyinə endirilib. Konqo çökəkliyi yarus quruluşu ilə səciyyələnir. Ən aşağı (300–400 m) və gənc (Holosen) yarus çoxsaylı çayların geniş, daha çox bataqlaşmış subasar vadilərini yaradır, həmən vadilər çökəkliyin mərkəzi hissəsində vahid yastı olan və vaxtaşırı batırılan allüvial düzənlik yaradırlar.
Loru çökəkliyi
Loru çökəyi və ya Loru düzü və ya Loru çölü və ya Loru yaylası — tarixi Loru mahalında, keçmiş Gürcüstan quberniyasının Borçalı distansiyasında, Tiflis quberniyasının Borçalı qəzasında, hazırkı Ermənistan Respublikasının şimalında, Loru mərzində (erm. Լոռու մարզ) düzənlik. Uzunluğu 50 km, eni isə 20–30 km-dir. Qaraağac, Ağzıböyük və Bozabdulla dağ silsilələrinin əhatəsində yerləşir.
Lənkəran çökəkliyi
Lənkəran çökəkliyi - Xəzər dənizinin cənubunda yerləşən çökəklik. Xəzər dənizinin «Cənubi Xəzər» adlanan hissəsində yerləşir. Çökəkliyin maksimal dərinliyi 1025 metrdir. Öz adını Azərbaycanın Lənkəran şəhərindən almışdır.
Marian çökəkliyi
Marian çökəkliyi — Sakit okeanın qərbində yerləşən (daha dəqiq Filippin dənizində) okeanik dərinsulu çökəklik, dünyaya məlum olan çökəkliklərdən ən dərinidir. "Marian" adı yanında olan Marian adalarına görə adlanıb. Marian çökəyinin ən dərin nöqtəsi "Challenger Uçurumu"-dur (ing. Challenger Deep). O, çökəkliyinin cənub-qərb hissəsində yerləşir (koordinatlar: 11°22,40′ şm. e. 142°35,50′ ş. u.). 2011 ilin ölçmələrinə görə onun dərinliyi dəniz səviyyəsindən 10 994 ± 40 m aşağı təşkil edir. Çökəklikdə ilk ölçülməni elə buranı tapan Challenger (meydan oxuyan) adlı Britaniya üç dor korveti 1875-ci ildə etmişdir.
Mədək çökəkliyi
Mədək çökəkliyi — Quba rayonu ərazisində çökəklik. Quba rayonunda Qaraçayın sağ sahilində "Madak" (Mədək) adlı dağlararası maili çökəklik vardır. Çökəkliyin mərkəzi hissəsində yerləşən qaya "Madak" (Mədək) qayası, çökəklikdə olan yarğan "Madak" (Mədək) yarğanı adlanır. Qədim Roma və Afina dövlətlərində kənardan gələnləri "gəlmə" və yaxud "metekler" adlandırırdılar. Vaxtı ilə "Madak" (Mədək) də balaca bir kənd olmuşdur. Kənd sakinlərinin ilkini Buduq kəndindən gələnlərdir. Böyük Vətən müharibəsindən sonra Madakın adamları qonşu Dalıqaya kəndinə köçüb gəlmişlər. Hazırda "Madak"-da (Mədəkdə) heç bir yaşayış binası yoxdur. "Madak"ın ikinci adı "Qəmçə"dir. "Qəmçə"-"Kəmcik" mənasındadır.
Nansen çökəkliyi
Nansen çökəkliyi — Şimal Buzlu okeanın daxilində, Qekkel silsiləsi ilə Şpitsbergen-Şimaltorpağı materik yamacı arasında yerləşən okean çökəklliyi. Çökəkliyin orta dərinliyi 3430 m, maksimal dərinliyi isə 3975 metrdir. Çökəkliyin qərbində dərinliyi 5449 metr olan Litke sualtı dərəsi yerləşir. Çökəklik öz adını Norveç qütb araşdırmaçısı Frityof Nansenin adından almışdır.
Okean çökəkliyi
Okean çökəkliyi (rus. океанская котловина; ing. oceanic basin) — okean dibi relyefinin ən iri elementi və tektonik strukturu, materik yamacı, sualtı silsilələr, tirələr və yüksəkliklərlə əhatələnən geniş çökəklik. Okean çökəkliyi bir-birilə dərin keçidlərlə birləşə bilər. Okean dibində yerləşən bu çökəkliklərin orta dərinliyi 5 min metrə çatır.
Tonqo çökəkliyi
Tonqo çökəkliyi — Sakit okeanda yerləşən okean çökəkliyi. Çökəklik Tonqa silsiləsinin şərq sahillərində yerləşir. Burada Kermadek çökəkliyi ilə birləşir. Kermades Kuril adalarının şərq sahili boyunca Kamçatka yarımadası sahilləri qədər uzanır. Çökəklik 860 km məsafədə uzanır və eni 6000 metrlə 80 km arasında dəyişir. Maksimal dərinliyi 10 882 metrdir. Bu nöqtə dünya okeanının cənub yarımkürəsində ən dərin nöqtəsidir. 14 aprel 1970-ci ildə Apollon 13 kosmik gəmisi Radioizotopik termoelektrik generatorla yer kürəsinə qayıdarkən Sakit okeanının cənub hissəsindən atmosferə daxil olur. Fici adalarının cənubuna 6 min metr dərinliyə batır.
Tıva çökəkliyi
Tıva çökəkliyi — Rusiya Federasiyası, Tıva Respublikasında, Yeniseyin yuxarı hissəsindəki dağlar arası relyefin alçalması. Hövzə Qərbi Sayan, Şərqi Sayan, Altay və Tannu-Ola silsilələri ilə məhdudlaşır. Uzunluğu təxminən 400 km, eni 25 ilə 60-70 km. Hündürlüyü 600 ilə 900 m arasında dəyişir. Torpağın təpəli-düz təbiəti, kiçik təpələr və çöllər bölgə üçün xarakterikdir. Dərə Yuxarı Yenisey (Uluq-Xem) vadisindən kəsilir. Qərb və şərq hissələrə, müvafiq olaraq Kemçik və Uluq-Kem hövzələrinə bölünür. Yerlərdə qonşu silsilələrin dalanları boşluğa çıxır. Heyvandarlıq (əsasən ətlik və yunluq qoyunçuluq), taxıl bitkilərinin becərilməsi (buğda, arpa, darı) və kömür hasilatı inkişaf etmişdir. Zəngin daş kömür yatağı olan Uluq-Xem hövzəsi çökəklikdə yerləşir.
Vulkan çökəkliyi
Vulkan çökəkliyi (rus. вулканическая впадина, ing. basin of volcanic origin, caldera) — vulk. partlayışı (krater, maar) və ya uçması (kaldera) nəticəsində yaranmış, çökəklik.
Yapon çökəkliyi
Yapon çökəkliyi və ya Yapon novu — Sakit okeanda çokəklik, Honşu adasından şərqdədir. Uzunluğu təqribən 670 km, dərinliyi 8412 m-ə qədərdir. Yamacları dikdir (6 – 8°, bəzi yerlərdə daha çox). Dibi akkumulyativ düzənlikdir (eni 20 – 30 km).
Yava çökəkliyi
Yava çökəkliyi və ya Zond çökəkliyi — Hind okeanının şərq hissəsində çokəklik. Myanma sahillərindən (təqribən 13° şimal enliyi) başlayaraq Andaman, Nikobar və Böyük Zond adalarının sualtı yamacları boyunca uzanır. Uzunluğu təqribən 2900 km, maksimum dərinliyi 7130 m (digər məlumatlara görə 7209 m və 7450 m), eni 35 km-ə qədərdir. Dib çöküntüləri terrigen lillər və vulkanogen materiallarıdır. ASE, V cild, Bakı, 1981, səh.
Buzlaq qazsoğanı
Buzlaq qazsoğanı (lat. Gagea glacialis) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin qazsoğanı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Nadir növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq xırda, yumurtavari-kürəşəkilli, qabığı açıq bozumtuldur. İkinci soğanaq çox kiçikdir. Gövdəsi 5–10 sm hündürlükdə, kökətrafı yarpaqları ensiz-xətvaridır. 1,5–2 sm enində, çiçəkqrupundan uzun, çılpaq, yarımsilindrik formadadır, bəzən yarpaqları 2-dir. Çiçək qrupu az çiçəklidir, altdakı yarpaqları 2, bəzən 3-dür. Çiçəkyanlığının ləçəkləri 6 — uzunluğunda, neştərvaridir, küttəhərdir, daxili tərəfi sarı, xarici yaşılımtıldır.