die; -, -en qəfildən əsən şiddətli yel
boykottieren
böig
OBASTAN VİKİ
BÖ (film, 2024)
BÖ — 2023-cÜ ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmi. Rejissor və Ssenari müəllifi Zaur Tahirsoydur. 2024-cü il, yanvar ayının 24 Park Cinema kinoteatr şəbəkəsində yayımlanıb. Bir qrup gənc Lənkəranda Alajen (mif) adlı personaj haqqında qorxu filmi çəkmək qərarına gəlirlər. Bu zaman Alajen gerçək olur. "Bö Alajen" filminin mövzusu da elə belədir. Talış mifologiyasında geniş yayılmış Alajen haqqında film çəkmək istəyən bir qrup gənc onunla qarşılaşırlar. Bu gənclər Alajenlə dostlaşa bilirlərmi, yoxsa film çəkilişini yarımçıq qoyub Bakıya qayıdırlar? Film Komediya Qorxu janrındadır. Quruluşçu rejissor: Zaur Tahirsoy Ssenari müəllifi: Zaur Tahirsoy Quruluşçu operator: Məhəmməd Hüseynov Montaj: Azflix Pro Azərbaycan Film Akademiyası aktyor və aktrisa heyəti: Anar Əli Tamilla Həsənova Tural Bünyadzadə Elay Nadir Emil Mikayılzadə Rza Hüseynli Vüsal Dastan Tapdıq Qafarov Nərmin Bağırlı • Filmin çəkilişi Lənkərannın Osaküçə kəndində aparılıb.
Cənnə Böyük məscidi
Cənnə Böyük məscidi (fr. Grande mosquée de Djenné, ərəb. الجامع الكبير في جينيه‎) Sudan-Sahel memarlıq üslubunun ən böyük nailiyyətlərindən biri və çoxlu memarların təxəyülünün məhsulu olan böyük çiy kərpic tikilisidir. Məscid Malinin Cənnə şəhərində Bani çayının çaybasar hissəsində yerləşir. Bu yerdə ilk məscid 13-cü əsrdə tikilib, lakin hazırkı struktur 1907-ci ilə təsadüf edir. Eləcə də, Cənnə icmasının mərkəzi olan bu yer Afrikanın ən məşhur memarlıq abidələrindən biridir. Cənnənin Qədim şəhər hissəsi ilə yanaşı bu tikili 1988-ci ildə YUNESKO tərəfindən Dünya irsi siyahısına əlavə olunub. Cənnədə birinci məscidin tikilməsinin dəqiq tarixi məlum deyil, ancaq tarix kimi 1200-cü ilin əvvəlləri və 1330-cu illərin sonu göstərilir. Məscidin mövcudluğunu bildirən ən qədim sənəd on yeddinci əsrin ortalarında mövcud olmuş ehtimal ki, şifahi ənənələrdən ilk tarixi məlumatı verən Abd əl-Sadinin Tarix əl-Sudan gündəliyidir. Bu gündəlikdə Sultan Kunburunun müsəlman olması və öz sarayını sökdürərək, yerində məscid inşa etdirməsi göstərilir.
Cənub-Şərqi Anadolu bölgəsi
Adıyaman ili
Cənub bölgəsi (Malavi)
Cənub bölgəsi — Afrika ölkəsi olan Malavinin üç bölgəsindən biri. Cənub bölgəsi Malavinin bölgələri arasında əhali sayına görə birinci, ərazi baxımından ikinci yeri tutur. Bölgə qərbdə, cənubda və şərqdə Mozambik, cənubda isə Malavi Gölünün şimal hissəsi və Mərkəz bölgəsi ilə qonşudur. Bölgənin inzibati mərkəzi, həmdə ölkənin paytaxdı olan Blantyredir. Cənub bölgəsinin rayonlarıː Manqoçi mahalı Balaka mahalı Maçinqa mahalı Neno mahalı Mvanza mahalı Blantire mahalı Zomba mahalı Çiradzulu mahalı Falombe mahalı Mulane mahalı Çikvava mahalı Tayolo mahalı Nsane mahalı Bölgədə 2008-ci ilin məlumatlarına görə 5.876.784 nəfər yaşayır. Bu rəqəm Malavinin 45 %-ni əhatə edir.
Cənub bölgəsi böhranı
1993-cü il Talış-Muğan böhranı və ya Cənub-şərq bölgəsində siyasi böhran — Azərbaycanda Birinci Qarabağ müharibəsi illərində, 1993-cü ilin iyunundan avqustuna qədər davam edən böhran. Vəzifəsindən azad edilmiş keçmiş hərbçi Surət Hüseynov Ermənistanla müharibə zamanı gerçəkləşən məğlubiyyətlər ardıcıllığı və hakimiyyətlə bağlı narahatlıqlar səbəbilə Gəncə şəhərində milisləri silahlandıraraq qiyam qaldırmış, bu əsnada digər bir hərbçi, Əbülfəz Elçibəy rəhbərliyindəki Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətinə müxalif, İrana meylli və eks-prezident Ayaz Mütəllibovu dəstəkləyən Ələkrəm Hümbətov 704-cü hərbi hissənin köməyi ilə Azərbaycanın cənub-şərqində yerləşən yeddi rayonda Talış-Muğan Muxtar Respublikasını (TMMR) elan etmişdir. Ələkrəm Hümbətovun məqsədi devrilmiş Mütəllibovun dövlət başçısı kimi vəzifəsini bərpa etmək idi. Elçibəyin hakimiyyəti Surət Hüseynova və onunla ittifaq bağlamış Heydər Əliyevə verməsi ilə Ələkrəm Hümbətovun yeni rəqibi Yeni Azərbaycan Partiyası hökuməti olmuşdur. Uğursuz danışıqlar sonrası Heydər Əliyev xalqı Ələkrəm Hümbətov hakimiyyətinə qarşı üsyan qaldırmağa çağırmışdır. Yerli əhaliyə repressiya həyata keçirmiş və xalqdan dəstək qazana bilməmiş Ələkrəm Hümbətov AXC-yə bağlı etirazçılar tərəfindən tanınmayan yerli parlamentdən qovulur. Ələkrəm Hümbətov bir müddət gizlənir, lakin sonradan ailə üzvlərinə qarşı cinayət işlərinin açılmasına görə təslim olmuşdur. Ələkrəm Hümbətov ömürlük həbs cəzası almış, 704-cü hərbi hissənin bəzi zabitlərinə qarşı isə cinayət işləri açılmışdır. Ələkrəm Hümbətov 2004-cü ildə əfv edilmişdir və 24 dekabr 2022-ci ildə vəfat edib. Talışlar Azərbaycanın cənubunda, İranla sərhəd ərazidə yaşayan bir İrandilli xalqdır.
Cənubi-Zadunay bölgəsi
Cənubi-Zadunay bölgəsi və ya Cənubi Transdanubiya (mac. Dél-Dunántúl) — statistik (NUTS 2) Macarıstan regionu, Baranya, Şomod, Tolna medyeləri daxildir. Sahəsi 14 169 km². Əhalisi — 940 585 nəfər (2011-ci ilin məlumatları). 2001-ci ildə işsizlik səviyyəsi 7,8 % təşkil edirdi. Reuvid J. Doing Business With Hungary. GMB Publishing Ltd. 2005. səh. 280.
Dehşəms-i Böyük (Üşnəviyyə)
Dehşəms-i Böyük (fars. ده شمس بزرگ‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 767 nəfər yaşayır (126 ailə).
Dənyeyən böcəklər
Dənyeyən böcəklər (lat. Bruchinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Xırda böçəklər olub, bədəni qabarıq, başı qabaq döşə tərəf çəkilmişdir. Qanadüstlükləri qarıncığın arxa ucunu örtmür. Ağ sürfələri yoğun, ayaqsız, S-şəkillidir. 900-dək növü məlumdur. Bunlardan 50-dən çox növünə Azərbaycanda rast gəlinir. Əsasən, paxlalı, həmçinin ot, sarmaşıq, çətirçiçəklilər fəsiləsindən olan bitkilərin toxumlarında yaşayır. Noxud və lobya dənyeyəni çox zərərlidir.
Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü
7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən Ermənistan Respublikası inzibati cəhətdən 10 mərzdən və mərz hüquqlu İrəvan şəhərindən ibarətdir. Mərz (farsca: مرز, ermənicə: erm. մարզ) fars kökənli söz olub "sərhəd" deməkdir. Mərzlər mərzban (ermənicə: erm. մարզպետ, lat. marzpet) vəzifəsi daşıyan dövlət məmurları tərəfindən idarə edilir. Mərzbanlar Ermənistan Respublikası Hökumətinin təyini və Ermənistan Prezidentinin təsdiqi ilə vəzifəyə təyin və vəzifədən azad edilirlər. Ermənistan Respublikasının 27 noyabr 2005-ci il etibarı ilə qüvvədə olan konstitusiyasının I fəsil, XI maddəsinin I bəndinə əsasən mərzlər inzibati cəhətdən bələdiyyələrə bölünür. Bələdiyyə başçıları yerli özünüidarə seçkiləri ilə ölkə vətəndaşları tərəfindən majoritar qaydada 4 il müddətinə seçilirlər. İrəvan şəhəri də inzibati cəhətdən bələdiyyələrdən ibarətdir.
Ermənistanın inzibati bölgüsü
7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən Ermənistan Respublikası inzibati cəhətdən 10 mərzdən və mərz hüquqlu İrəvan şəhərindən ibarətdir. Mərz (farsca: مرز, ermənicə: erm. մարզ) fars kökənli söz olub "sərhəd" deməkdir. Mərzlər mərzban (ermənicə: erm. մարզպետ, lat. marzpet) vəzifəsi daşıyan dövlət məmurları tərəfindən idarə edilir. Mərzbanlar Ermənistan Respublikası Hökumətinin təyini və Ermənistan Prezidentinin təsdiqi ilə vəzifəyə təyin və vəzifədən azad edilirlər. Ermənistan Respublikasının 27 noyabr 2005-ci il etibarı ilə qüvvədə olan konstitusiyasının I fəsil, XI maddəsinin I bəndinə əsasən mərzlər inzibati cəhətdən bələdiyyələrə bölünür. Bələdiyyə başçıları yerli özünüidarə seçkiləri ilə ölkə vətəndaşları tərəfindən majoritar qaydada 4 il müddətinə seçilirlər. İrəvan şəhəri də inzibati cəhətdən bələdiyyələrdən ibarətdir.
Estoniyanın inzibati bölgüsü
Estoniya maakond adlanan (est. maakond) 15 bölgəyə bölünür.
Fransa Dənizaşırı Bölgələr Birliyi
Fransa Dənizaşırı Bölgələr Birliyi (fr. La France d’Outre-Mer) — Avropada yerləşən Fransanın yer kürəsinin müxtəlif bölgələrində mövcud olan ərazilərinin daxil olduğu birlik. Bölgələrin statusu Dənizaşırı departament, Dənizaşırı kollektivlik olmaqla bir necə dərəcədən ibarətdir. Fransa parlamenti və senatında təmsil olunan ərazilərin bəzi məsələlərdə daxili müstəqillikləri mövcuddur. Fransa Dənizaşırı Bölgələr Birliyinin daxil olduğu ərazilərdə yaşayan şəxslər Fransa vətəndaşlığı daşıyır və başda prezident seçkiləri olmaqla, Fransada keçirilən müxtəlif səviyyəli seçkilərdə iştirak etmək hüquqları mövcuddur. FDBB-yə Fransa Qvianası, Sakit okeanı, Hind okeanı və Antarktidada yerləşən bir çox ərazilər daxildir. Dənizaşırı departament və Dənizaşırı kollektivliklərin siyasi sərbəstlikləri eyni dərəcədə deyil. Dənizaşırı departamentlər Fransanın inzibati ərazi vahidlərindən olan departamentlərlə eyni statusa malikdirlər. Fransa Dənizaşırı Bölgələr Birliyinə daxil olan ərazilər Fransa Konstitusiyasında nəzərdə tutulmuş bütün qanunlara tabedir və ölkə hüquq sistemini tənzimləyən cinayət, vergi, sosial yönümlü qanunlar sözügedən ərazilərdə tətbiq edilməkdədir. Dənizaşırı kollektivliklər müdafiə, beynəlxalq münasibətlər, ticarət və valyuta, məhkəmə və inzibati hüquq qanunları istisna olmaqla, öz qanunlarını qəbul etməyə səlahiyyətlidirlər.
Fransa bölgələri
Fransanın inzibati bölgüsü
Fransanın inzibati bölgüsü — Fransanın institusional və inzibati coğrafiyasıdır. Dövlət strukturunun islahatının son illərində, metropoliya (qitənin ərazisi) inzibati bölgüsü və Fransanın xarici mülkiyyətində dəyişikliklər baş vermişdir: Bəzi kommunalar nəqliyyat, məkan planlaması və s. mövzularda qarşılıqlı əlaqə üçün dövlətlər arası əməkdaşlıqda (EPCI — Établissement public de coopération intercommunale) birləşirlər. Fransa dənizaşırı regionlarıda inzibati bölgüsü var.
Frenk Makfarleyn Börnet
Frenk Makfarleyn Börnet (Sir Frank Macfarlane Burnet; 3 sentyabr 1899[…] – 31 avqust 1985[…], Melburn) — immunologiya sahəsindəki xidmətlərinə görə tanınmış avstraliyalı virus sahəsi məşğul olan mütəxəssis, viroloq. İmmunoloji tolerantlığın öyrənilməsi sahəsindəki nailiyyətlərinə və klonal seleksiya nəzəriyyəsinin inkişafında göstərdiyi xidmətlərinə görə 1960-cı ildə Nobel mükafatına layiq görülüb. 1924-cü ildə Avstraliyanın Melbourn Universitetində Tibb elmlər doktoru,1928-ci ildə London Universitetində tibb üzrə fəlsəfə elmlər doktoru dərəcəsi alıb. Avstraliyada tibb elminin inkişafında böyük xidmətləri olub, 1944–1965-ci illərdə Melbourn Universitetində direktor vəzifəsində, Avstraliya Milli Elmlər Akademiyasının üzvü seçilib və 1965–1969-cu illərdə akademiyanın direktoru vəzifəsində çalışıb. Burnetin immunologiyanın inkişafında böyük xidmətləri olub. O, spesifik immunitetin limfositlərlə bağlı olmasını göstərmiş və o bu hüceyrələrə immunositlər adını vermişdir. İmmunoloji reaksiyalarda timus vəzinin xüsusi rol oynamasını Burnet göstərmişdir. Onu müasir immunologiyanın banisi də hesab edirlər.
Frensis Eliza Börnet
Frensis Eliza Börnet (24 noyabr 1849[…], Mançester, Lankaşir – 29 oktyabr 1924[…]) – Britaniya əsilli amerikalı yazıçı. Frensis Eliza Börnet 1849-cu ildə Mançesterdə anadan olmuşdur. Atasını erkən yaşlarda itirən Frensis əsasən nənəsinin himyəsində tərbiyə almışdır. Nənəsinin Frensisə aldığı kitablar onda ədəbiyyata qarşı maraq oyandırmış və gələcəkdə bu sahəyə yönəlməsində ciddi əhəmiyyətə malik olmuşdur. 1865-ci ildə ABŞ-nin Tennesi ştatında yaşayan dayısının yanına köçür. 1873-cü ildə isə Suan Börnetlə evlənir. Erkən yaşlarda yerli qəzetlər üçün yazılar yazan Frensisin ilk iriçaplı əsər 1868-ci ildə bir jurnalda çapdan çıxmışdır. "The Secret Gordon" (Gizli Bağça. (1911). Roman.
GMTA (Böyük beyinlər eyni düşünür)
GMTA (Böyük beyinlər eyni düşünür) - GMTA (ing. Great minds think alike, ru. Великие умы мыслят одинаково) – elektron poçtda, telekonfranslarda və gap-forumlarda qəbul olunmuş abreviatur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Gora bölgəsi
Gora — tarixi-coğrafi bölgə. Bölgə Kosovo ərazisinin Albaniya və Makedoniya ilə kəsişdiyi bölgədə, dəhliz formasında cənuba uzanır. Gora Kosovonun Metoxiya regionun cənubunda yerləşir. Bölgənin yerli əhalisi goralılardı. Goralılar slavyan-müsəlmanlar hesab olunur. 1992-1999-cu illər arası Gora ayrıca inzibati bölgə idi. Gora hal-hazırda Draqaş munisipalitetinin tərkibinə daxildir. Gora adı slavyan dillərində eyni məna daşıyır və rus dilində olan «Гора» sözünü ifadə edir. Gora toponimi ilk dəfə 1348-ci ildə Stefan Uroş IV Duşanın sərəncamında Serbiya çarlığının regionu kimi göstərilib. Sənddə Goranın yeddi kənddən ibarət olması və bu kəndlərin Duşan tərəfindən Prizren yaxınlığında olan müsəddəs Arxanqel kilsəsinə hədiyyə verilməsində danışılır.
Göl Bölgəsi (Böyük Britaniya)
Göl bölgəsi(ing. Lake District) — eyni zamanda The Lakes adı ilə tanınan, Şimal-qərbi İngiltərədə yerləşən dağlıq bölgə. Bölgənin böyük bir hissəsi 1951-ci ildə Göl Bölgəsi Milli Parkına çevrilmişdir. İngiltərənin ən yüksək zirvəsi olan Skofel Payk də burada yerləşir.
Göl bölgəsi
Göl bölgəsi(ing. Lake District) — eyni zamanda The Lakes adı ilə tanınan, Şimal-qərbi İngiltərədə yerləşən dağlıq bölgə. Bölgənin böyük bir hissəsi 1951-ci ildə Göl Bölgəsi Milli Parkına çevrilmişdir. İngiltərənin ən yüksək zirvəsi olan Skofel Payk də burada yerləşir.
Görünmə böyüklüyü
Ulduz ölçüsü — mənbəyin işıq şüalarına perpendikulyar qoyulmuş səthin həmin mənbə tərəfindən nisbi işıqlanmasının əsası 2,512 olan mənfi işarəli loqarifmidir. Görünən ulduz ölçüsü və ya vizual ulduz ölçüsü-adi gözlə vizual fotometr adlanan qəbuledici vasitəsilə təyin olunan ulduz ölçüsüdür. Astrofizikada işıqlanmanın fiziki analoqu olaraq ulduz ölçüsü adanlanan kəmiyyətdən istifadə edilir. Ulduz ölçüsü ilk astrofotometrik anlayışdır. Hələ Hipparx eramızdan əvvəl II yüzillikdə gözlə seçilən ulduzları işıqlanmalarına görə altı ulduz ölçüsünə ayırmışdı. O, qəbul etmişdi ki, ən parlaq (işıqlı) ulduzun ulduz ölçüsü 1, ən zəifinki isə 6-dır. Parlaqlığın ulduz ölçüsü vasitəsilə qiymətləndirilməsi fiziki, daha doğrusu fizioloji və psixoloji əsasları yalnız Hipparxdan iki min il sonra XIX yüzillikdə Veber və Fexner tərəfindən müəyyən edilmişdir. Veber-Fexner qanunu: hər hansı qıcıqlandırıcı təsirin hiss olunmasındakı dəyişiklik həmin qıcıqlandırıcı amilin nisbi dəyişməsi ilə düz mütənasibdir. Bu qanunu ulduz ölçüsü anlayışına tətbiq etsək, Kainat obyektinə qıcıqlandırıcı, qəbulediciyə (gözə, fotoemulsiyaya, fotolentə və s.) hissiyat mərkəzi kimi baxa bilərik . Qıcıqlandırıcının obyektiv meyarı onun qəbuledicidə yaratdığı işıqlanmadır, ulduz ölçüsü isə bu işıqlanmanın qəbulediciyə təsiri deməkdir.
Göy Börü
Göy Börü (başqırdca:күк бүре / Kük Büre) — başqırdların milli gənclər təşkilatı. Göy Börü sözünün başqırd dilindəki mənası bozqurd deməkdir. Rusiya Federasiyasına bağlı Başqırdıstanda rəsmi təşkilat olaraq qeydiyyatdan keçmişdir. Təşkilatın simvolu türk dünyasının milli simvolu olan qurd başı və arxa planda da günəşdir Türk xalqlarının mifologiyasındakı qurd milli yaddaşın, bilgəliyin, cəsarətin, fədakarlığın və vətənlərinə olan bağlılığın rəmzidir. Millət adı olan başqırd sözünün də qurdla bağlı olduğu ehtimal edilir. Təşkilat başqırdların öz müqəddəratını təyin etmə haqqının olduğunu bildirir və ideologiyası liberal millətçiliyə əsaslanır. 2012-ci ildə yerli rus mediası iki millətçi təşkilat olan Azadlıqla (tatarlar) "Göy Börü"nün ittifaqda birləşdiyini yazmışdır. Tatar millətçilərinin lideri Nail Nabiulla "birliyin rus olmayan xalqlar üçün mübarizədə Rusiya Federasiyasındakı bütün millətçi təşkilatlarla birləşməyə açıq olduğunu" bildirmişdir. "Azadlıq" və "Göy Börü" təşkilatlarının rəhbərləri bəyanatlarında Çuvaşiya, Udmurtiya, Mari El, Altay və Saxa Yakutiyadakı bütün millətçi təşkilatlar ilə potensial ittifaq olduğunu bildirdilər.
Hakimiyyət bölgüsü
Hakimiyyət bölgüsü, Hakimiyyətlərin bölünməsi və ya Hakimiyyətlərin bölgüsü — dövlət hakimiyyəti nin bir-birindən müstəqil (bəzi hallarda bir-birinə nəzarəti zəruridir) üç dövlət hakimiyyəti qoluna : qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə hakimiyyətinə bolünməsini nəzərdə tutan siyasi-hüquqi nəzəriyyə. Nəzəriyyə Con Lokk, termin isə Monteskyö tərəfindən təklif edilib. Monteskyenin irəli sürdüyü hakimiyyətlər bölgüsü siyasi cəmiyyətdə azadlığın yaşanması və idarəetmə gücünün sui-istifadəsini əngəlləməsi üçün hələ də aktual məsələdir və məcburi şərtdir. Monteskye bu prinsipi "Qanunların ruhu" adlı əsərində irəli sürüb. Lakin müəllif bu anlayışı ilk dəfə "İngilis Konstitusiyası" adlı əsərində "məhkəmə hakimiyyəti, qanunvericilik və icra hakimiyyətindən ayrılmayıbsa, azadlıqdan danışmaq mümkün deyildir" şəklində istifadə edib. Hakimiyyətlərin ayrılmasının səbəblərini isə Monteskye belə açıqlayır: insanın pis cəhətləri də vardır və iqtidarı əlində tutan şəxs bu hüquqlardan sui-istifadə edə bilər. Buna görə, iqtidarın sui-istifadəsinın qabağını almaq üçün iqtidarı iqtidarla durdurmaq lazımdır. Klassik mənada hakimiyyətlər bölgüsü hər kəsin əməl etməsi məcburi olan ümumi qaydaları qoyan parlamenti, bu qaydaları icra edən icra hakimiyyəti orqanını və bu qaydaların tətbiqindən yaranan mübahisələrin həlli üçün məhkəmə orqanının olmasını və bir-birindən ayrılmasını nəzərdə tutur. Monteskyenin fikirləri bir çox hüquq və siyasət alimlərinin diqqətini çəkib. Bu fikirlər çox mübahisələndirilib və tənqid edilib.
Hindistanın inzibati-ərazi bölgüsü
Hindistan Konstitusiyasına əsasən inzibati cəhətdən Hindistan Respublikası 29 ştat və 7 ittifaq bölgəsindən ibarətdir. İttifaq bölgələri bunlardır: Andaman və Nikobar adaları, Çandiqarx, Dadra və Naqar Haveli, Daman və Diu, Dehli, Lakşadvip, Pondiçeri. Hindistаn ştаtlаrı А, B, C kimi üç böyük qrupdа təsnifаtlаndırılmışdır. A tipli ştatlar (Assam, Qərbi Benqal, Bihar, Bombey, Madhya Pradeş, Madras, Orissa, Pəncab və Uttar-Pradeş) öz seçkili parlamentləri və müstəqil formalaşmış idarəetmə orqanları fəaliyyət göstərir. B tipli ştatları (Haydarabad, Sauraştra, Maysur, Travankar-Koçin, Madhya-Bharat, Vindhya-Pradeş, Patiali və Şərqi Pəncab ittifaq ştatları, eləcə də Racəstan) nominal monarx sayılan racapramukhamilər idarə edir. C tipli ştatları (Dehli, Kuth, Himaçal-Pradeş, Bilaspur, Kurq, Bhopal, Manipur, Acmer və Tripura) idarə etmək üçün mərkəzi hökumət tərəfindən komissarlar təyin olunur. Cammu və Kəşmir isə xüsusi ərazilər elan olunmuşdur. Müasir dövrdə Hindistanda 29 ştat və 7 ərazi (6 ittifaq ərazisi, 1 paytaxt dairəsi) mövcuddur. Hər bir ştat dairələrə ayrılır. Bu ölkədə 642 inzibati dairə vardır.
Hirkan böyürtkəni
Hirkan böyürtkəni (lat. Rubus hyrcanus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. İranda təbii arealına rast gəlinir. Azərbaycanda Talış bölgəsində təbii halda rast gəlinir. Azərbaycanın nadir bitki növüdür. VU D2. Lənkəran rayonunda düzən və dağlıq sahələrdə, meşə və yol kənarlarında kolluqlarda rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Təbiətdə hündürlüyü 2 m-ə çatan alçaqboylu koldur. Çiçək açan budaqlar aydın tilli, üzəri sıx tüklü, enli qaidəli, uzunəyilmiş tikanlıdır.
II Böyükdüz nekropolu
II Böyükdüz nekropolu — Kəngərli rayonunda, I Böyükdüz yaşayış yerinin yaxınlığında, keçmiş sərhəd-gözətçi məntəqəsinin yerləşdiyi təpədə antik dövrə aid arxeoloji abidə. Abidə 1991-ci ildə qeydə alınmışdır. Qəbirlər əsasən şimal-qərb və şimal-cənub istiqamətlərdə olub, baş və ayaqda bir, yanlarda isə iki iri sal daşla qurulmuşdur. Qəbiristanlıq Araz çayının lap yaxınlığında (5–6 metrliyində) yerləşdiyindən, qəbirlərin çoxu daşqınlar zamanı yuyulub dağılmış, yalnız az bir qısmi salamat qalmışdır. Qəbirlərin ikisi tədqiq edilmişdir. Onlardan insan skeletləri, kəllə sümükləri, dəmir xəncər, bıçaq, biz, çəhrayı rəngli gil qab qırıqları, tunc üzük, gildən hazırlanmış təkər modeli aşkarlanmışdır.

Значение слова в других словарях