BÖYÜMƏK

1. BÖYÜMƏK, BOY ATMAQ Aslan bu gözəl kənddə; Böyümüş, boy atmışdı (M.Rzaquluzadə); BOYA-BAŞA ÇATMAQ Boyabaşa çatan cavan... faşistlərin əlində əsir olub qalacaqdımı? (Ə.Əbülhəsən); İRİLƏNMƏK Mərziyə xalanın... səsi çıxmasa da aydın görünürdü ki, ağlayır. Arabir dodaqları ehmalca əsir, burun pərləri irilənir, kiçilirdi (H.Abbaszadə).

2. BÖYÜMƏK (kəmiyyətcə, ölçücə artmaq) Al rənglər getdikcə artır, böyüyür... (M.İbrahimov); İRİLƏŞMƏK Əvvəl xırda, get-gedə iriləşən quşbaşı dolu yağdı (M.Rzaquluzadə); YEKƏLMƏK (bax).

BÖYÜKLÜK
BÖYÜR

Значение слова в других словарях