BƏHREYN

ə. 1) iki dəniz; 2) m. iki göz.

BƏHRAM
BƏHRƏ
OBASTAN VİKİ
Bəhreyn
Bəhreyn (ərəb. البحرين) və ya rəsmi adı ilə Bəhreyn Krallığı (ərəb. مملكة البحرين) — Fars körfəzində yerləşən ada dövlət. Bəhreyn Səudiyyə Ərəbistanından 16 kilometr məsafədə üç nisbətən iri və xeyli kiçik adalarda yerləşir və Ərəbistan yarımadasına Kral Fəhd Körpüsü ilə birləşmişdir. Paytaxtı və ən böyük şəhəri Manama şəhəri, ümumi sahəsi 780 kvadrat kilometrdir. Bəhreyn Asiya qitəsində Sinqapur və Maldivdən sonra üçüncü ən kiçik dövlətdir. Bu ölkə həm də ən kiçik ərəb dövlətidir. == Tarix == Bəhreyn haqqında ilk məlumat e.ə. IV–III minilliklərə aid edilir. Qədim mixi kitabələrdə e.ə.
Bəhreyn Dövləti
Bəhreyn (ərəb. البحرين) və ya rəsmi adı ilə Bəhreyn Krallığı (ərəb. مملكة البحرين) — Fars körfəzində yerləşən ada dövlət. Bəhreyn Səudiyyə Ərəbistanından 16 kilometr məsafədə üç nisbətən iri və xeyli kiçik adalarda yerləşir və Ərəbistan yarımadasına Kral Fəhd Körpüsü ilə birləşmişdir. Paytaxtı və ən böyük şəhəri Manama şəhəri, ümumi sahəsi 780 kvadrat kilometrdir. Bəhreyn Asiya qitəsində Sinqapur və Maldivdən sonra üçüncü ən kiçik dövlətdir. Bu ölkə həm də ən kiçik ərəb dövlətidir. == Tarix == Bəhreyn haqqında ilk məlumat e.ə. IV–III minilliklərə aid edilir. Qədim mixi kitabələrdə e.ə.
Bəhreyn Krallığı
Bəhreyn (ərəb. البحرين) və ya rəsmi adı ilə Bəhreyn Krallığı (ərəb. مملكة البحرين) — Fars körfəzində yerləşən ada dövlət. Bəhreyn Səudiyyə Ərəbistanından 16 kilometr məsafədə üç nisbətən iri və xeyli kiçik adalarda yerləşir və Ərəbistan yarımadasına Kral Fəhd Körpüsü ilə birləşmişdir. Paytaxtı və ən böyük şəhəri Manama şəhəri, ümumi sahəsi 780 kvadrat kilometrdir. Bəhreyn Asiya qitəsində Sinqapur və Maldivdən sonra üçüncü ən kiçik dövlətdir. Bu ölkə həm də ən kiçik ərəb dövlətidir. == Tarix == Bəhreyn haqqında ilk məlumat e.ə. IV–III minilliklərə aid edilir. Qədim mixi kitabələrdə e.ə.
Bəhreyn bayrağı
Bəhreyn bayrağı — Bəhreynin Dövlət bayrağı Bəhreynin bayrağı 2002-ci ilin fevral ayının 16-da rəsmi olaraq təsdiq olunmuşdur. Bayraqdakı ağ və qırmızı rəng bir-birilə ziqzaqvari şəkildə birləşib. Ziqzaqların sayının 5 olması İslam dininin 5 əsas şərtini təmsil edir. Qırmızı rəng xaricilərin rəngini tərənnüm edir. Ağ rəng isə 1820-ci ildə Britaniya dövləti ilə bağlanılan sülhə işarədir. Ölçüsü 3:5 nisbətindədir.
Bəhreyn coğrafiyası
== Sahəsi və sərhədləri == Sahəsi və əhalisinin sayına görə Yaxın və Orta Şərq ölkələri arasında ən kiçik, lakin iqtisadi inkişaf baxımından məşhur olan Bəhreyn dövləti İran körfəzinin təxminən mərkəzində, eyni adlı arxipelaqda yerləşir. Bəhreynin coğrafi və hərbi – strateji mövqeyi əlverişlidir. Dünyanın mikrodövlətlərindən biri hesab edilən Bəhreynin sahəsi 690 kv. km-dir. Bu arxipelaq 33 ada və adacıqdan ibarətdir. Bu adalardan ancaq beşi məskunlaşıb. Ən iri ada olan Bəhreynin uzunluğu 50, eni isə 16 km-dir. Nisbətən digər iri adaları Mühərrək, Sitra, Umm-Nəsən, Umm-əs-Sübhan və Ciddədir. == Bəhreynin relyefi == Bəhreyn adası Mühərrək və Sitra adaları ilə torpaq bəndlər vasitəsilə birləşdirilmişdir. 1986-cı ilin noyabrında Bəhreyn adasını Səudiyyə Ərəbistanı ilə birləşdirən körpü salınmışdır.
Bəhreyn dinarı
Bəhreyn dinarı (Ərəbcə: دينار بحريني; ISO 4217: BHD) - Bəhreyndə istifadə edilən pul vahididir. 1 Bəhreyn dinarı təqribən 1000 filsəyə bərabərdir. Bəhreyn dinarı Bəhreyn Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır. 4 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Bəhreyn dinarı = 2.65210 ABŞ dolları.
Bəhreyn himni
"Bizim Bəhreynimiz" (ərəb. نشيد البحرين الوطني‎ Bəhreynüna) – Bəhreynin dövlət himnidir. Sözlərinin müəllifi Məhəmməd Sudqi Əyyaş və bəstəkarı naməlumdur amma Əhməd əl-Cuməyri tərəfindən yenidən düzənlənib. == Mətni == == İstinadlar == == Xarici keçidlər == Himnuszok - A vocal version of the Anthem, featured in the Himnuszok website.
Bəhreyn iqtisadiyyatı
Qədim dövrlərdən Bəhreyn ticarət mərkəzi kimi tanınır. Əhali vahələrdə xurma, həmçinin digər meyvə tərəvəz yetişdirir, heyvandarlıq və mirvari ovu ilə məşğul olurdu. Sənətkarlar isə birdorlu gəmilərin inşası ilə məşğul olurdu. 1932-ci ildə ölkədə neft aşkar olunduqdan və onun çıxarılmasına başlanıldıqdan sonra ənənəvi təsərrüfat sahələri arxa plana keçdi. Müstəqillik əldə etdikdən sonra ölkənin siyasi və sosial-iqtisadi həyatında əsaslı və keyfiyyətli dəyişikliklər baş vermişdir. Müstəmləkəçilər özlərindən sonra ölkədə qəbilə-tayfa və feodal münasibətlərinin qalıqları ilə yüklənmiş köhnə ictimai struktur qoyub getmişlər. Bütün bunlara baxmayaraq Bəhreyndə kapitalist ictimai münasibətləri İran körfəzinin digər Ərəb ölkələrindən əvvəl yaranmışdır. Qətər, BƏƏ, Küveyt ilə yanaşı, Bəhreyn də yerli ixtisaslı kadrların az olması ilə əlaqədar mühacir işçi qüvvəsindən istifadə etməyə məcburdur. Ölkədə işləyən əhalinin yarıdan çoxu (56 faiz) mühacirlərdir. Bəhreynin ümumdaxili məhsulunun (ÜDM) dəyəri 2004-cü ildə 10,0 mlrd.
Bəhreyn körfəzi
Bahreyn Körfəzi— Qətər yarımadası vasitəsilə suyun əsas hissəsindən ayrılan Səudiyyə Ərəbistanının şərq sahillərində İran körfəzinin giriş hissəsidir. Körfəz Bəhreyn adalarını əhatə edir. Kral Fəhd körpüsü Bəhreyn körfəzinin qərb hissəsini keçərək, Səudiyyə Ərəbistanı ilə Bəhreyn arasında əlaqə yaradır. == Coğrafiyası == Bəhreyn körfəzi, Qətər yarımadası və Səudiyyə Ərəbistanı arasında İran körfəzinin qərb hissəsində uzanan böyük bir körfəzdir. Qətərin şimal hissəsi ilə Səudiyyə Ərəbistanı sahilinə çatmamış altı adadan və bir çox kiçik adacıklar qrupundan ibarət Bəhreyn yerləşir. Bəhreyn körfəzinin bu səbəbdən İran körfəzinə iki girişi var, ucqar qərbində Səudiyyə Ərəbistanına gedən qısa körpü yerləşir. Bəhreyn körfəzinin cənub hissəsinin uzanması Salvah körfəzini formalaşdırır. Bəhreyn adasının cənub-şərqində və Qətər sahillərinə yaxın, indi Bəhreynin bir hissəsi olan Havar adaları uzanır. Səudiyyə Ərəbistanını Bəhreyn adasına birləşdirən Kral Fəhd körpüsünün 26 noyabr 1986-cı ildə təntənəli surətdə açılışı edildi. Körpü bir-birinə bərk bağlanmış beş körpüdən ibarətdir və dizaynı ətraf mühitə təsirini minimuma endirmək üçün seçilmişdir.
Bəhreyn paytaxtı
Manama(Ərəbcə المنامة Al-Manāmah) — Bəhreynin paytaxtıdır. == Tarixi == Şəhərin adına 1345-ci il ərəb xronikalarında rast gəlinir. İkinci dünya müharibəsində Manama şəhəri İngiltərənin Fars körfəzindəki rəsmi rezidensiyası olub. == Coğrafiyası == Paytaxt Fars körfəzində Bəhreyn adasının şimal-şərq hissəsində yerləşir. Həm də ölkənin baş dəniz limanı hesab edilir. == Əhalisi == Şəhərdə təqribən 200 min əhali yaşayır (2005). == İqtisadiyyatı == Şəhərin cənubunda neft-emalı və neft-kimya zavodları salınmışdır. Manama ölkədə kustar sənətkarlığın mühüm mərkəzidir. Şəhərdə böyük gəmi tərsanələri var. Şəhərin dəniz sahilində balıq ovlanır, mirvari və sədəf əldə edilir.
Bəhreyn sinaqoqu
Həməd (Bəhreyn)
Mədinət-Həməd və ya Həməd-Taun (ərəb. مدينة حمد‎) — Şimali Bəhreyndə yerləşən rayondur. Daha əvvəl burada ölkənin mərkəzi hissəsi olan Bəhreyn bələdiyyəsi yerləşirdi. Bələdiyyə 1991-ci ildə Rifa'va əl Mintaka al Canubiya bələdiyyəsindən ayrı fəaliyyət göstərirdi. Onun ərazisi indi Şimal əyalətinə aiddir. Ad Bəhreynin indiki kralı olan Həməd ibn İsa Əl-Xəlifənin şərəfinə verilmişdir. Şəhər müxtəlif ictimai-iqtisadi qatların şiə-sünni əhalisiylə qarışdırılmış mədəni müxtəliflikliyi ilə fərqlənir. Bu gün Həməd Bəhreyn multikulturalizmasını təcəssüm edir. Bir etnik qrup və dini qruplar tərəfindən deyil, bir çoxu tərəfindən idarə olunur. == Tarixi == Həməd şəhəri yaşayış şəhəri kimi 1984-cü ildə yaradılmışdır.
Azərbaycan–Bəhreyn münasibətləri
Azərbaycan–Bəhreyn münasibətləri — Azərbaycan Respublikası ilə Bəhreyn Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik münasibətlər 1996-cı ilin noyabrın 6-da qurulmuşdur. Azərbaycan ilə Bəhreyn arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olmuşdur. === Fövqəladə və səlahiyyətli səfirlər === Hələlik iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmamışdır. Lakin iqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Bəhreyn Dövlətində fövqəladə və səlahiyyətli səfiri var. Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2002-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elman Həmid oğlu Araslı iqamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. O, 28 mart 2006-cı il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır. 26 iyul 2006-cı il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tofiq Əlövsət oğlu Abdullayev igamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur. O, 5 sentyabr 2012-ci il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır. 27 fevral 2013-cü il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rasim Şəmsəddin oğlu Rzayev igamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.
Bəhreyn (tarixi ərazi)
Şərqi Ərəbistan və ya Bəhreyn (ərəb. اَلْبَحْرَيْنِ‎) — Ərəbistanın şərq hissəsini əhatə edən tarixi region. Region Bəsrənin cənubundan İran körfəzi sahilləri boyunca uzanırdı və Bəhreyn, Küveyt, Əl-Xasa, Qətif, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İraqın cənubu, Əhvaz və Omanın şimalını əhatə edirdi. Şərqi Ərəbistanın bütün sahil xətti əsrlər boyu "Bəhreyn" kimi tanınırdı.
Bəhreyn Premyer Liqası
Bəhreyn Premyer Liqası — Bəhreyndə futbol üzrə ən yüksək diviziondur. == Tarixi == Bəhreyn Premyer Liqasının tarixi 1957-cı ildən başlayır. == Strukturu == Bəhreyn Premyer Liqasında 12 klub (2023-2024 mövsümündə) mübarizə aparır. Yarişlar payız-yaz sistemi ilə keçirilir. Klublar 2 dövrədə 22 oyun keçirdir. Axırıncı yer tutan klub 1-ci diviziona keçir. == Klublar (2023-2024) == East Riffa Əl-Najma Əl-Riffa Əl-Khaldiya Əl-Hala Əl-Muharraq Manama Club Əl-Əhli Əl-Shabab Busaiteen Sitra Əl-Hidd == Statistika == Ən çox ölkə çempionu olan klub Əl-Muharraqdır (34 dəfə). Əl-Riffa 14, Bəhreyn 5, Əl-Əhli 5 dəfə çempion olublar. Axırıncı (2022-2023 mövsümü) ölkə çempionu Əl-Khaldiya klubudur.
Bəhreyn Qran-prisi
Bəhreyn Qran-prisi (ərəb. جائزة البحرين الكبرى)‎ - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. == Ümumi məlumat == Bəhreyn qran-prisinin keçriləcəyi Sahir avtodromu 2002-ci ildə tikilməyə başlamışdır. İlk yarış isə ilk dəfə 2004-cü ildə baş tutdu. Bu yarış F-1 tarixində Yaxın Şərqdə keçirilən ilk qran-pri idi. Sahir trasının uzunluğu 5412 metrdir. 2010-cu il mövsümündən əvvəl bu göstərici artırılaraq 6299 metrə qaldırıldı və 2 yeni döngə əlavə edildi. 2011-ci ildə qran-prinin keçirilməsi ilə bağlı problemlər yaranır. Bunun səbəbi fevral ayında būtün ölkəni bürüyən mitinqlər, mürəkkəb siyasi vəziyyət idi. Mətbuatda yarışın keçirilməyəcəyi ilə bağlı xəbərlər yayılsa da FİA bu məlumatları təkzib edərək yalnız vaxtın dəyişdiriləcəyini və oktyabrda keçiriləcəyini bildirdilər.
2018 Bəhreyn Qran-prisi
2018 Bəhreyn Qran Prisi—2018-ci ildə keçirilmiş növbəti Bəhreyn Qran Prisi. == Bəhreyn Qran Prisi üçün təkər seçimi == == Sərbəst yürüşlər == === Birinci sərbəst yürüşlər === Bəhreyn və Çin Qran Prilərini cəmi bir həftə ayırdığı üçün komandalar çoxlu yenilik gətiriblər. Sessiyanın əvvəli aerodinamik elementlərin səmərəliliyinin yoxlanılmasına sərf edilib, daha sonra isə təkərlər üzərində işləməyə başlayıblar.Maks Ferstappenin maşınında ikinci dövrədə elektrik sistemində problem yaranıb. Holland sürücü RB14-ü pit-leynə çatdırmaq istəyib, lakin sonra maşını tərk edib və onu əlləriylə itələməyə başlayıb. Marşalların və mexaniklərin köməkliyi ilə maşını boksa gətirən Maks Ferstappen üçün sessiya başa çatıb. Sessiyanın sonunda Roman Qrojan və Lekler pit-leynin girişində bir-birini görmədikləri üçün toqquşmadan son anda qurtulublar. Sessiya ərzində başqa insident olmayıb. Protokollara Daniel Rikiardo başçılıq edib – 1:31.060. Daniel Rikiardo 1:31.060 Valtteri Bottas 1:31.364 Kimi Rəykkönen 1:31.458 Sebastyan Fettel 1:31.470 Lyuis Həmilton 1:32.272 Roman Qrojan 1:32.516 Pyer Qasli 1:32.779 Karlos Sayns 1:32.885 Kevin Maqnussen 1:32.971 Niko Hülkenberq 1:33.104 Fernando Alonso 1:33.223 Şarl Lekler 1:33.278 Stoffel Vandorn 1:33.364 Ləns Stroll 1:33.379 Sergey Sirotkin 1:33.467 Brendon Hartli 1:33.497 Markus Eriksson 1:33.508 Serxio Perez 1:33.662 Esteban Okon 1:33.794 Maks Ferstappen -:-:- === İkinci sərbəst yürüşlər === Birinci sessiya ilə müqayisədə, asfaltın vəziyyəti yaxşılaşıb.Sürücülər bokslarda çox vaxt itirməyiblər, əsas diqqəti uzun məsafələr qət edərək təkərlərin səmərəliliyini yoxlamağa sərf ediblər. Elektrik problemləri üzündən ilk məşqləri buraxan Maks Ferstappen bu dəfə trasa ən tez çıxan sürücülərdən biri olub.
2018 Bəhreyn Qran Prisi
2018 Bəhreyn Qran Prisi—2018-ci ildə keçirilmiş növbəti Bəhreyn Qran Prisi. == Bəhreyn Qran Prisi üçün təkər seçimi == == Sərbəst yürüşlər == === Birinci sərbəst yürüşlər === Bəhreyn və Çin Qran Prilərini cəmi bir həftə ayırdığı üçün komandalar çoxlu yenilik gətiriblər. Sessiyanın əvvəli aerodinamik elementlərin səmərəliliyinin yoxlanılmasına sərf edilib, daha sonra isə təkərlər üzərində işləməyə başlayıblar.Maks Ferstappenin maşınında ikinci dövrədə elektrik sistemində problem yaranıb. Holland sürücü RB14-ü pit-leynə çatdırmaq istəyib, lakin sonra maşını tərk edib və onu əlləriylə itələməyə başlayıb. Marşalların və mexaniklərin köməkliyi ilə maşını boksa gətirən Maks Ferstappen üçün sessiya başa çatıb. Sessiyanın sonunda Roman Qrojan və Lekler pit-leynin girişində bir-birini görmədikləri üçün toqquşmadan son anda qurtulublar. Sessiya ərzində başqa insident olmayıb. Protokollara Daniel Rikiardo başçılıq edib – 1:31.060. Daniel Rikiardo 1:31.060 Valtteri Bottas 1:31.364 Kimi Rəykkönen 1:31.458 Sebastyan Fettel 1:31.470 Lyuis Həmilton 1:32.272 Roman Qrojan 1:32.516 Pyer Qasli 1:32.779 Karlos Sayns 1:32.885 Kevin Maqnussen 1:32.971 Niko Hülkenberq 1:33.104 Fernando Alonso 1:33.223 Şarl Lekler 1:33.278 Stoffel Vandorn 1:33.364 Ləns Stroll 1:33.379 Sergey Sirotkin 1:33.467 Brendon Hartli 1:33.497 Markus Eriksson 1:33.508 Serxio Perez 1:33.662 Esteban Okon 1:33.794 Maks Ferstappen -:-:- === İkinci sərbəst yürüşlər === Birinci sessiya ilə müqayisədə, asfaltın vəziyyəti yaxşılaşıb.Sürücülər bokslarda çox vaxt itirməyiblər, əsas diqqəti uzun məsafələr qət edərək təkərlərin səmərəliliyini yoxlamağa sərf ediblər. Elektrik problemləri üzündən ilk məşqləri buraxan Maks Ferstappen bu dəfə trasa ən tez çıxan sürücülərdən biri olub.
Azərbaycan–Bəhreyn futbol matçları
== Kişilər ==
Bəhreyn Qırmızı Aypara Cəmiyyəti
Bəhreyn Qırmızı Aypara Cəmiyyəti (ing. Bahrain Red Crescent Society) — 1971-ci ildə həmin vaxtda Bəhreynin əmiri olan Şeyx İsa bin Salman əl-Xəlifə tərəfindən verilmiş bir nizamnamə əsasında qurulmuşdur. Cəmiyyət 1972-ci il sentyabrın 14-də Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası tərəfindən tanınmışdır. 1919-cu ildə yaranandan bəri beynəlxalq qrupun 116-cı üzvüdür. Qərargahı Bəhreynin paytaxtı Manamanın Hoora bölgəsində yerləşir.
Bəhreyn tarixi
Bəhreyn qədim tarixə malik ölkələrindən biridir. Bu ərazi müxtəlif dövrlərdə Dilmun, Sasanilər, Ərəb xilafəti və Qərmətilər dövlətləri tərəfindən işğal olunaraq onların tərkibinə daxil edilmişdir. == Qədim dövr == Bəhreyn qədim tarixə malik olan ölkədir. Adalar haqqında ilk məlumat eramızdan əvvəl III minilliyə aiddir. İlk ekspedisiyalarda arxioloqların diqqətini Bəhreyn ərazisində sərdabələr cəlb etmişdir. Bu sərdabələrin tədqiqinə 1879-cu ildə başlanılmışdır. Arxeoloqların muzeylərə verdikləri tapıntılar Bəhreynin qədim tarixini açmağa, bir vaxtlar çiçəklənən şəhərlərin mənzərəsini təsvir etməyə imkan verir. Bəlkə buna görə də qədim şumerlər onu "əbədi cənnətə" bənzədərək Dilmun adlandırmışlar. Şumerlərin bizim günlərə qədər qalmış yazılarında, Dilmun, iri ticarət və mədəniyyət mərkəzi kimi xatırlanır. Arxipelaqın əlverişli coğrafi mövqeyi, İran körfəzinin hər yerində ticarətə ağalıq etmək istəyənləri həmişə özünə cəlb etmişdir.
Bəhreyn əhalisi
== Əhalinin siyahıya alınması == Bəhreyndə əhalinin siyahıya alınması ilk dəfə 1941-ci ildə keçirilmişdir. Həmin vaxtla müqayisədə, ölkə əhalisinin sayı bir neçə dəfə artaraq 680 min nəfərə çatmışdır (2005). XX əsrin ortalarına qədər ölkədə təbii artım aşağı idi. Sonrakı illərdə neft və digər sənaye sahələrinin inkişafı ilə əlaqədar olaraq başqa ölkələrdən gələn mühacirlərin hesabına əhalinin miqdarı xeyli artmışdır. Lakin digər Ərəb ölkələri ilə müqayisədə bu göstərici Bəhreyndə hələ aşağıdır. Əhalinin təqribən 30 faizini yaşı 15-ə qədər olanlar, 68 faizini yaşı 15–65 arasında olanlar, 3,2 faizini yaşı 65-i keçənlər təşkil edir. Milli tərkibinə görə əhalinin 75 faizini ərəblər (yerlilər və mühacirlər), qalanını Pakistan, İran (10 faiz) və İngiltərədən (8 faiz) gələnlər təşkil edir. == Dini inamları == İslam dini dövlət dinidir. Əhalinin 90 faizi müsəlmandır. Sünni və şiələrin sayı bərabərdir.
Bəhreyn–Qətər münasibətləri
Bəhreyn–Qətər münasibətləri — Bəhreyn Dövləti ilə Qətər Dövləti arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == 2017 Qətər diplomatik böhranı zamanı Səudiyyə Ərəbistanını dəstəkləyən Bəhreyn də Qətər ilə diplomatik əlaqələri kəsmişdir.
Bəhreyn–İran münasibətləri
Bəhreyn–İran münasibətləri — Bəhreyn və İran arasındakı ikitərəfli münasibətlər. Bəhreyn tarixən uzun zaman İranın bir hissəsi və ya ondan asılı bir dövlət olmuşdur. 19-cu əsrin ilk onilliklərindən başlayaraq Bəhreyndə sünni ərəb sülaləsinin nümayəndələri, Əl Xəlifə sülaləsinin nümayəndələri hakimiyyətə gəldikdən (halbuki sünnilər Bəhreyndə bir azlıq təşkil etdir), Bəhreynin üzərində Britaniya protektoratlığı qurulduqdan sonra, İranın bu ölkədəki nüfuzu azalır. Bəhreynin Britaniyaya arxalanaraq addınlar atması iki ölkə arasında münasibətləri gərgin saxlayırdı. Son onilliklərdə Bəhreynlə İran arasında münasibətlər nisbətən yaxşılaşmışdır. Xüsusən 1979-cu ildə İranda baş verən İslam İnqilabından və İranın Bəhreynə iddiasından imtina etməsi sonrası münasibətlərdə yumşalma müşahidə edilir. Bununla belə Bəhreyn əhalisinin əksəriyyətinin şiəliyə mənsub olması səbəbindən İranın Bəhreyn həyatının müxtəlif sahələrinə böyük təsir göstərdiyi güman edilir. Bəhreyndə dövri olaraq ortaya çıxan bir çox şiə iğtişaşlarının sənəbkarı İran hesab edilir. == Tarixi == XIX əsrin əvvəllərində İran Bəhreyn adalarına nəzarəti itirməsinə baxmayaraq, fars (sonradan İran) hökuməti uzun müddət iddialardan imtina etmir. Məsələn: 1922-ci ildə (Qacar sülaləsi dönəmində) Bəhreynin İranın bir hissəsi olaraq göstərildiyi poçt markası buraxılır.
Durrat əl Bəhreyn
Durrat əl Bəhreyn (ərəb. درة البحرينج‎ — «Bəhreyn mirvarisi») — Hind okeanına aid Fars körfəzində yerləşən süni olaraq hazırlanmış arxipelaq. Adalar inzibati cəhətdən Bəhreynin Cənub muxafazasına daxildir. Ölkənin Northern City və Diyar əl Muharrak arxipelaqlarından sonra ən böyük üçüncü süni arxipelaqıdır. Adalar paytaxt Manamadan 40.5 km cənubda yerləşir == Coğrafiya və təsvir == Durrat əl Bəhreyn ölkənin cənub-şərqində yerləşir. «Böyük torpağa» iki avtomonil körpüsü vastəsi ilə birləşir. Körpülər bir dairə xətti ilə keçir. Bütün adalar və onların ətraf akvatoriyaları bir ellips formasınma malikdir. Uzunluqları 4,5 və 3,5 km-dir. Adaların ümumi sahəsi 5 km² yaxındır.
2011-ci il Bəhreyn iğtişaşları
Bəhreyndə müxalifətin çağırışı ilə "Qəzəb günü" aksiyası planlaşdırılır. Aksiyadan öncə polislə nümayişçilər arasında toqquşma olub. Təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbindəki Karzakan şəhərindəki bir şiə kəndində baş verən toqquşmada gözyaşardıcı qaz və plastik güllədən istifadə edib. Olayda yaralananların olduğu bildirilir. Qeyd edək ki, Bəhreyndə çoxluqdakı şiələr iqtidardakı sünni ailəsini onlara qarşı sistemli ayrı-seçkilik etməkdə suçlayırlar. Bəhreyn Kralı Həmad bin İsa Əl Xəlifə gərginliyi azaltmaq üçün hər ailəyə 2650 dollar verəcəyini açıqlayıb, hökumət isə keçən ilki təhlükəsizlik əməliyyatlarında həbs edilən, yaşı 18-dən az olan uşaqların azadlığa buraxılacağını vəd edib. Bəhreyndə kütləvi etiraz aksiyaları davam edir. Müxalifətdəki şiə "İslam Milli Birlik Assosiasiyası" Partiyası ("Vəfaq") ölkə parlamentindəki fəaliyyətini müvəqqəti dondurmaq qərarına gəlib. Vəfaq" bu minvalla paytaxt Manamada polisin dinc nümayişçilərə atəş açmasına və vətəndaşların güllələnərək öldürülməsinə etiraz edir. Partiya 40 yerlik Bəhreyn parlamentində 18 mandata malikdir.
Azərbaycan-Bəhreyn futbol matçlarının siyahısı
== Kişilər ==
Bəhreyn milli futbol komandası
Bəhreyn milli futbol komandası — Bəhreyn dövlətini beynəlxalq arenalarda təmsil edən milli futbol komandası.
Omanın Bəhreyni işğalı (1717)
Omanın Bəhreyni işğalı (1717) — Bəhreyndəki 115 illik Səfəvi sülaləsi hakimiyyətinə son qoyan Oman müdaxiləsi nəzərdə tutulur. Əsrin əvvəllərindən başlayan əfqan və digər üsyanlar Səfəvi imperiyasının zəifləməsinə səbəb oldu. Bundan istifadə edən Oman dövləti Bəhreyndəki Səfəvi hakimiyyətini devirməyi və oraları öz hakimiyyəti altına almağı bacardı. Bu zaman Omanı Yaruba sülaləsi idarə etməkdə idi. Bu sülalədən olan II Sultan ibn Seyf Bəhreyni ələ keçirdi və əkbərilərin nümayəndəsini taxta çıxardı. Bəhreynli teoloq Şeyx Yusif əl-Bəhreyni hazırladığı şiə alimlərin bioqrafik lüğətində - Lu’lu’at al-Baḥrayn (Bəhreyn incisi) - işğalı öz nöqtey-nəzərindən belə izah edir: Sultan ibn Seyfin qüvvələrinin Bəhreyndən geri çəkilməsindən sonra orada hakimiyətini qoruya bilmədi, lakin Omanlıların getməsindən sonra da Bəhreyndə sabitlik yaranmadı. Səfəvi imperiyasının ziyasi zəifliyi ona gətirib çıxardı ki, tez bir zamanda Bəhreyn adaları Huvala tayfası tərəfindən işğal edildi. Bu işğalı əl-Bəhrəni dağıdılma kimi təsvir edir.. Demək olar ki, durmadan davam edən müxtəlif sünni dəniz qüvvələrinin, Omanlıların və Səfəvilərdən sonra Nadir şahla Kərim xan Zəndin müdaxilələri Bəhreynin getdikcə zəifləməsinə və geridə qalmasına səbəb oldu. Həmçiniin, omanlılar tərəfindən inci tacirlərinə və toplayıcılarını tətbiq edilən yüksək vergilər bu sahələrin də tənəzzül etməsinə yol açdı.
Şah I Abbasın Bəhreyni fəth etməsi
Şah I Abbasın Bəhreyni fəth etməsi — Səfəvi hökmdarı I Abbasın Bəhreyni ələ keçirməsi nəzərdə tutulur. Döyüş 1602-ci ildə olmuşdur. XVI əsr boyunca portuqaliyalılar İran körfəzində bazalar qurmuşdular. Buna görə də, 1507-ci ildən etibarən Səfəvi imperiyası ilə Portuqaliyanın münasibətləri gərgin idi. Abbasın xarici siyasətdə əsas istiqamətlərdən biri də İran körfəzindən Portuqaliyanı qovmaq idi. Bu istiqamətdə atılmış ilk addımlardan biri də Bəhreynin ələ keçirilməsi oldu. Bəhreyn Bəsrə körfəzinin qərb sahillərində olan adalar qrupudur. Bu adaların ən böyüyünə Bəhreyn deyilir Özbəklərlə müharibə fonunda Şah Abbasın əsas hədəflərindən biri də indiyə qədər Səfəvi imperiyasının çox az dərəcədə fəaliyyətinin olduğu İran körfəzi bölgəsi idi. Bunu düzəltməkdə qərarlı olan Abbas 1601-ci ildə bölgədəki vassal hakimlik olan Ları ilhaq etdi və oranın sonuncu hakimi İbrahim xan Fars hakimi Allahverdi xanın ordusunda özbəklərə qarşı edilən Bəlx yürüşündə iştirak etdi və yürüş əsnasında həyatını itirdi. Ların fəthi Səfəvi hökumətini Hörmüz körfəzindən imperiyanın daxili bölgələrinə qədər olan əsas quru ticarət yoluna nəzarət etməsini təmin etdi.

Значение слова в других словарях