Azərbaycan–Bəhreyn münasibətləri

Azərbaycan–Bəhreyn münasibətləriAzərbaycan Respublikası ilə Bəhreyn Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr.

Azərbaycan-Bəhreyn münasibətləri
 Azərbaycan  Bəhreyn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Diplomatik əlaqələr

[redaktə | mənbəni redaktə et]

İki ölkə arasında diplomatik münasibətlər 1996-cı ilin noyabrın 6-da qurulmuşdur[1].

Azərbaycan ilə Bəhreyn arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatıİslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olmuşdur.[2]

Fövqəladə və səlahiyyətli səfirlər

[redaktə | mənbəni redaktə et]

Hələlik iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmamışdır. Lakin iqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Bəhreyn Dövlətində fövqəladə və səlahiyyətli səfiri var.

Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2002-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elman Həmid oğlu Araslı iqamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.[3] O, 28 mart 2006-cı il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır.[4]

26 iyul 2006-cı il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tofiq Əlövsət oğlu Abdullayev igamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.[5] O, 5 sentyabr 2012-ci il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır.[6]

27 fevral 2013-cü il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rasim Şəmsəddin oğlu Rzayev igamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.[7]

Parlamentlərarası əlaqələr

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[8]. 4 mart 2016-cı il tarixindən Nizami Cəfərov işçi qrupunun rəhbəridir[8].

Rəsmi sənədlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası hökuməti ilə Bəhreyn Krallığı hökuməti arasında 3 sənəd imzalanmışdır.[2] Həmin sənədlərdən ikisi bunlardır:

  • 2006-cı il yanvarın 4-də Manama şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Bəhreyn Krallığının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu"[9];
  • 2008-ci il martın 10-da Manama şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Bəhreyn Krallığı Hökuməti arasında hərbi əməkdaşlıq haqqında Anlaşma Memorandumu"[10];

İdman sahəsində əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Futbol qarşılaşmaları

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az  (az.)
  2. 1 2 Azərbaycan - Bəhreyn münasibətləri Arxivləşdirilib 2014-08-01 at the Wayback Machine. mfa.gov.az, 17.01.2014  (az.)
  3. Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri E. H. Araslının iqamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi haqqında Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2002-ci il tarixli, 787 nömrəli Fərmanı. e-qanun.az  (az.)
  4. E.H.Araslının Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, Bəhreyn Dövlətində, Qətər Dövlətində və Oman Sultanlığında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən geri çağırılması haqqında Arxivləşdirilib 2017-08-24 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 28 mart 2006-cı il tarixli, 1374 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  5. Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri T.Ə.Abdullayevin iqamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi haqqında Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2006-cı il tarixli, 1579 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  6. T.Ə.Abdullayevin Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, Oman Sultanlığında, Yəmən Respublikasında, Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli, 2417 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  7. Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri R.Ş.Rzayevin iqamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2013-cü il tarixli, 2745 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  8. 1 2 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  9. 2006-cı il yanvarın 4-də Manama şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Bəhreyn Krallığının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli, 1478 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  10. 2008-ci il martın 10-da Manama şəhərində imzalanmış «Azərbaycan Respublikası Hökuməti və Bəhreyn Krallığı Hökuməti arasında hərbi əməkdaşlıq haqqında Anlaşma Memorandumu»nun təsdiq edilməsi barədə Arxivləşdirilib 2020-02-02 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2008-ci il tarixli, 3 nömrəli Sərəncamı. e-qanun.az  (az.)