BƏHCƏT
BƏHƏR
OBASTAN VİKİ
Patimat Bəhəmmədova
Patimat Aydəmirməhəmmədovna Bəhəmmədova (6 avqust 1993; Mahaçqala, Rusiya) — Azərbaycanı təmsil edən güləşçi. == Həyatı == Patimat Bəhəmmədova 1993-cü il avqustun 6-da Mahaçqala şəhərində anadan olub. Məşqçisi Aydəmirməhəmməd Bəhəmmədovdur. == Karyerası == Patimat Bəhəmmədova 2010-cu ildə yeniyetmələr arasında Avropa Çempionatının qalibi oldu. Patimat Bəhəmmədova 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. -52 Kq. turnirində mübarizə aparan Patimat Bəhəmmədova qrup mərhələsinin birinci görüşdə Əlcəzair nümayəndəsi Sabrina Azzuz ilə üz-üzə gəldi. Həmin görüşdə Patimat Bəhəmmədova rəqibinə qalib gəldi — 2:0 (7:0, 6:0). Növbəti görüşdə isə onun rəqibi Özbəkistan nümayəndəsi Nilüfər Qadayeva oldu. Bu görüşdə Patimat Bəhəmmədova rəqibi üzərində təmiz qələbə qazandı.

Digər lüğətlərdə