Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəgən
Cəgən (fars. جگن‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 18 nəfər yaşayır (9 ailə).
Yəmən
Yəmən — Ərəbistan yarımadasının cənubunda yerləşən dövlət. Yarımadanın ikinci böyük dövlətidir. Əhalisi 30,2 milyon nəfərdir . Asiyanın cənub-qərbində yerləşən Yəmən Qırmızı dəniz və Hind okeanı akvatoriyasını birləşdirən Babül-Məndəb boğazı yaxınlığındadır. Buna görə strateji baxımdan ölkə ərazisi çox yararlı hesab olunur. Yəmənin ərazisi 528 min kvadrat kilometr, paytaxtı Səna şəhəridir. Ölkədə təhlükəsizliklə bağlı situasiya çox gərgindir. Bir sıra ölkələrin hökuməti Yəməni səyahət üçün təhlükəli ölkələr siyahısına daxil edib. Buna səbəb isə turistlərin oğurlanmasıdır. == Dini vəziyyət == Yəmən Ərəb Respublikası müsəlman ölkəsidir.
Əcmən
Əcmən (ərəb. عجمان‎) — Birləşmiş Ərəb Əmirliklərində şəhər, Əcmən əmirliyinin inzibati mərkəzi. == Mənbə == Аджман Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine — BƏƏ kurortları == Ədəbiyyat == Густерин П.В. Города Арабского Востока, М., Восток—Запад, 2007, 352 с.
Çəmən (Urmiya)
Çəmən (fars. ‎‎‎برده سور‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (13 ailə).
Çəmən belibağlısı
Çəmən belibağlısı (lat. Circus pygargus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
Çəmən dağı
Çəmən dağı — Xocavənd rayonu ərazisində dağ. == Etnotoponimi == Türkdilli xələc tayfasının cəmənli tirəsinin adını daşıyır. 1933-cü ildə Füzuli rnunun Qoçəhmədli inzibati ərazi vahidində Çimən adlı yaşayış məntəqəsi qeydə alınmışdır.
Çəmən güllücəsi
Çəmən güllücəsi (lat. Lathyrus pratensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü (40) 55-100 sm, gövdəsi düz, uzanan və ya ilişən, sivri dördtinli və budaqlanan çoxillik ot bitkisidir. Kökümsovu nazik, şaxəli və zoğ əmələgətirəndir. Yalançı zoğları iri olub, yarpaqcığı xatırladır, uzunsov və ya yumurtaşəkilli-neştərvaridir, oxşəkilli əsası vardır, sivriləşmiş, qısa və ya bəzən saplaqla eynidir. Saplaq qanadsız, üst tərəfdən novşəkilli, sadə və ya şaxələnən bığcığı, nadir halda ucu vardır. Yarpaqlar bir cütdür; yarpaqcıqları neştərvari və ya uzunsov-neştərvaridir, sivri və ya qısa sivriləşmişdir, qısa sivri ucu vardır, 3-5 ədəd çox güclü damara malikdir, nadir halda ensiz neştərvaridir, uzunluğu (1) 2-4 (5) sm, eni 2,5-8 (10) mm-dir. Salxımları 5-13 ədəd çiçəkdən ibarətdir. Çiçək saplağı tüklüdür. Tac parlaq və ya açıq-sarı rəngdədir, uzunluğu 12–17 mm-dir.
Çəmən kəpənəyi
Çəmən kəpənəyi (lat. Loxostege sticticalis L.) — Ön qanadları bozumtul-qəhvəyi rəngdə olub, üzərində müxtəlif naxışlar olur. == Quruluşu == Ön qanadları bozumtul-qəhvəyi rəngdə olub, üzərində müxtəlif naxışlar olur. Sakit halda kəpənəyin qanadları üçbucaq formasını alır. Tırtılı yaşılımtıl bozdur. Beli üzərində bütün bədən boyu aydın seçılən tutqun zolaq vardır. Yan tərəflərdən uzanan zolaqlar arası ilə dalğavari yaşılımtıl sarı zolaqlar gedir. Qarıncıq ziyilcikləri ( 6 ədəd ) üzərindən əsası qara və iki konsentrik ağ zolaqla çevrələnmiş qılcıqlar çıxır. Başı qaradır. Uzunluğu 25-mm-dir.
Çəmən parabüzəni
Çəmən parabüzəni (lat. Pullus hemorrhoidalis) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Parabüzən böcəklər və ya koksinellidlər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Qara rənglidir, üzəri xırda tükcüklərlə örtülüb, ağız hissə və bığcıqları sarı rənglidi. Bığcığı 10-buğumdan ibarətdir, hiss qabiliyyəti çox yüksəkdir. Ona görə də 1 və 2-ci buğumları nisbətən iridir. Qanadlarının üzərinin son hissəsində 1-4 sarı və qara rəngli qarışıqlı ləkələr olması bunlar üçün xarakterikdir. Ayaqları sarı-qırmızımtıldır. Böyüklüyü 1,5-2,2 mm-dir. == Həyat tərzi == Zonalar üzrə areal üçün tam səd çəkmək olmur. Lakin bir qayda olaraq düzən-səhra hissədə, çəmənliklərdə, bataqlıqlardakı bitkilər üzərində mənənələrlə qidalanırlar.
Çəmən taxtabitisi
Çəmən taxtabitisi (lat. Lygus pratensis L) — Buğumayaqlılar tipinin yarımsərtqanadlılar və ya taxtabitilər dəstəsinə aid olan növ. == Biologiyası == Çəmən taxtabitisi əsas yem otlarına zərər verir. Qorxulu zərərverici hesab olunur. Çəmən taxtabitisinin bədəni uzunsov dairəvi olub, üzəri batıq nöqtələrlə örtülüdür. Bığcıqları bədəndən qısadır. İkinci buğumun sonu bir qədər yoğunlaşmışdır. Bədəninin rəngi çox dəyişkən olub, yaşılımtıl-sarıdan tutqun bozumtul rəngə qədər dəyişməklə üstündə qırmızımtıl və ya qəhvəyi ləkələr olur. Bel qabağı üzərində 4, başın üzərində isə 3 tutqun xətt vardır. Bədəninin uzunluğu 5–7,5 mm-dir.
Çəmən tülküquyruğu
Çəmən tülküquyruğu (lat. Alopecurus pratensis) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü. == Sinonim == Alopecurus alpestris Wahlenb. ex Steud. [Invalid] Alopecurus alpinus var. songaricus Schrenk ex Fisch. & C.A.Mey. Alopecurus alpinus var. ventricosus Kar. & Kir.
Çəmən yarpızı
Çəmən nanəsi (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. == Sinonimləri == === Homotipik sinonimləri === Calamintha arvensis (L.) Garsault Mentha arvensis var.
Çəmən yemliyi
Çəmən yemliyi (lat. Tragopogon pratensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yemlik cinsinə aid bitki növü.
Səmən (Baymak)
Səmən (başq. Һәмән, rus. Семёново) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Bilal kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 68 km, kənd sovetliyindən (Bilal): 8 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 109 km. Sakmara çayınınn sahilində yerləşir.
Çəmən pişikquyruğu
Çəmən pişikquyruğu (lat. Phleum pratense) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin pişikquyruğu cinsinə aid bitki növü. == Sinonimləri == Achnodonton bulbosum (Gouan) J.Woods Phleum alpinum subsp. trabutii Litard. & Maire Phleum bertolonii subsp. trabutii (Litard. & Maire) Kerguélen Phleum brachystachyum (Salis) Gamisans, A.T.Romero & C.Morales Phleum bulbosum Gouan Phleum deckeri Roem. ex Trin. Phleum fallax Janka Phleum maximum Pryor [Invalid] Phleum microstachyum Ruiz ex Nyman Phleum microstachyum Ruiz Phleum nodosum L. Phleum nodosum var. pratense (L.) St.-Amans Phleum parnassicum Boiss.
Yəmən Respublikası
Yəmən — Ərəbistan yarımadasının cənubunda yerləşən dövlət. Yarımadanın ikinci böyük dövlətidir. Əhalisi 30,2 milyon nəfərdir . Asiyanın cənub-qərbində yerləşən Yəmən Qırmızı dəniz və Hind okeanı akvatoriyasını birləşdirən Babül-Məndəb boğazı yaxınlığındadır. Buna görə strateji baxımdan ölkə ərazisi çox yararlı hesab olunur. Yəmənin ərazisi 528 min kvadrat kilometr, paytaxtı Səna şəhəridir. Ölkədə təhlükəsizliklə bağlı situasiya çox gərgindir. Bir sıra ölkələrin hökuməti Yəməni səyahət üçün təhlükəli ölkələr siyahısına daxil edib. Buna səbəb isə turistlərin oğurlanmasıdır. == Dini vəziyyət == Yəmən Ərəb Respublikası müsəlman ölkəsidir.
Yəmən bayrağı
Yəmən bayrağı — Yəmənin dövlət (milli) bayrağı. Cənubi və Şimali Yəmənin birləşməsi gün, 22 may 1990-cı ildə qəbul edilib. Qırmızı, ağ və qara rənglər klassik ərəb rəngləri sayılır və Misir, Suriya və İraqın da dövlət bayraqlarında da vardır. == Tarix == Yəmən vahid dövlət olana qədər o cənubi və şimali Yəmənə bölünmüşdü. Şimali Yəmən 1927-1965-ci illərdə Yəmən Krallığı adlanırdı və soldakı bayrağı var idi. 1965-ci ildə krallıq Yəmən Ərəb Respublikasına çevrildi və ortadakı bayraqdan istifadə etməyə başladı. Cənubi Yəmən əvvəlcə Cənubi Yəmən Federasiyası adlanırdı və sağdakı bayrağa malik idi. Sonradan Yəmən Xalq Demokratik Respublikasına çevrildi və aşağıdakı bayrağa malik oldu.
Yəmən coğrafiyası
Yəmən respublikası Ərəbistan yarımadasının cənub və cənub-qərbində yerləşir. == Sahəsi və sərhədləri == Ərəbistan yarımadasının cənub və cənub-qərbində yerləşmiş Yəmən respublikası şimaldan və şimal-şərqdən Səudiyyə Ərəbistanı, şərqdən Oman dövlətləri ilə həmsərhəddir. Səudiyyə Ərəbistanı ilə sərhədlərinin xeyli hissəsi demarkasiya (yəni sərhəd nişanları qoylmamış) olunmamışdır. Yəmən coğrafi və hərbi strateji mövqeyi əlverişli olan ölkələrdən biridir. Qərbdən 500 km məsafədə Qırmızı dənizə,cənubdan və cənub-şərqdən 1200 km məsafədə Ərəbistan dənizi və Oman körfəzinə çıxışı var.Dənizlərdə yerləşmiş və ona məxsus adalarla birlikdə sahəsi 532 min kv.km-dir.Bu göstəriciyə görə dünyanın 48-ci ölkəsidir. == Yəmən Respublikasının relyefi == Səth quruluşu. Səth quruluşu çox mürəkkəbdir. Bu ərazidə bir-birindən fərqlənən beş təbii-coğrafi bölgə aydın seçilir: . Sahilboyu təpəli düzənlikləri əhatə edən Tihamə ovalığı; . Cəbəl adlanan dağlıq hissə; .
Yəmən inqilabı
Yəmənin paytaxtı Sana şəhərində 30 ildən çoxdur ölkəni idarə edən prezident Əli Abdulla Salehin istefası tələbi ilə kütləvi aksiyalar başlayıb. Nümayişlərdə minlərlə adam iştirak edir. Mitinqlər Sana Universiteti də daxil olmaqla şəhərin 4 nöqtəsində başlayıb. Nümayişçilər hökumət əleyhinə şüarlar qışqırır. Qeyd edək ki, yanvarın 26-da Yəmənin cənubundakı şəhərlərin birində Fuad Sultan adlı sakin özünə od vurub. O, ağır dərəcəli yanıqlar alıb. İntihar cəhdinin səbəbi taksi sürücüsü işləyən F. Sultanın ailəsinin ehtiyaclarını ödəməkdə çətinlik çəkməsidir. Xatırladaq ki, Tunisdə icazəsiz ticarətlə məşğul olan gənc satdığı meyvə-tərəvəz polis tərəfindən müsadirə edildikdən sonra özünü yandırmış, bundan sonra ölkədə kütləvi etirazlar başlamışdı. Daha sonra Misirdə işsizlik, korrupsiya və qiymətlərin yüksək olmasına etiraz edən bir neçə nəfər özünü yandırıb və bu ölkədə də hakimiyyətə qarşı kütləvi aksiyalar başlayıb. Tunis və Misirdə baş verənlərdən həvəslənən yəmənlilər prezident və hökumətin istefasını tələb edir.
Yəmən mətbəxi
Yəmən mətbəxi — bütün ərəb ölkələrinə xas xörəklərlə zəngindir. Yeganə yerli fərq dəniz məhsullarından və ədviyyatlardan çox, düyüdən isə az istifadədir. Milli xörəklərdən ən dadlısı saltadır - toyuq əti mərcimək, yaşıl noxud və ədviyyatlardan ibarətdir və yanında qarnir kimi düyü verilir. Xaradxa və ya arada ədviyyatlı qiymədir, ondan piroqların içliyi kimi də istifadə olunur. Yəmən mətbəxində digər ərəb ölkələrindən fərqli olaraq souslardan az istifadə olunur. Onu bitki yağı, sirkə və bitki qarışıqları əvəz edir. Yemək süfrəsini çay tamamlayır. Çayı nanə və digər otlarla içirlər. Burada qışr da çox populyardır - qəhvə qabığı və ədvalardan ibarətdir. Yəmən mokko qəhvəsinin vətənidir.
Yəmən rabitəsi
== İnformasi̇ya texnologiyaları == Hazırda telekommunikasiya və informasiya texnologiyaları inqilabı bütün dünyanı bürüyüb. Sahənin prioritetli olduğunu nəzərə alaraq hətta zəif inkişaf etmiş ölkələr belə informasiya texnologiyalarına meyl göstərir. Yəmən Ərəb Respublikasında keçirilən iqtisadi islahat ölkəni inflyasiyaya uğrama, daxili borcun aradan qaldırılması istiqamətində işlərin aparılmasına zəmin yaratdı. Lakin elmi-texniki inkişafa olan diqqət zəiflədi. Ölkədə informasiya texnologiyaları sektorunun zəif olması Yəmənin beynəlxalq iqtisadi məkana inteqrasiya olmasına maneə yaradırdı. Sahənin ölkə iqtisadiyyatında mühüm sahə olduğunu nəzərə alaraq İKT-nin inkişaf etdirilməsi istiqamətində Yəmən telekommunikasiya və texnologiya sektorunun təkmilləşdirilməsi məqsədilə siyasət irəli sürməyə başladı. Bu siyasət üzrə ölkədə milli inkişaf, informasiya-texnologiyaları sisteminin həyata keçirilməsi ilə bağlı sahə üzrə mütəxəssislərin ixtisaslaşması və s. kimi addımlar atılmışdır. Ölkənin telekommunikasiya və informasiya texnologiyaları nazirinin sözlərinə əsasən, telekommunikasiya və informasiya texnologiyalarının inkişaf etdirilməsində əsas strateji məqsəd texnoloji avadanlıqlardan istifadə edərək Yəməni istehsalçı dövlətə çevirməkdən ibarətdir. Yəmən elektron hökumət layihəsinin həyata keçirilməsi ilə bağlı plan işləyib hazırladı və bu layihə 2002-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq edildi.
Yəmən rialı
Yəmən rialı — Mübadilədə 1990-cı ildə ölkənin birləşməsi anından istifadə edilən Yəmənin pul vahididir. 1 rial 100 filsə bərabərdir, hərçənd belə nominallı heç bir sikkə mübadiləyə buraxılmamışdı. == Tarixi == 1990-cı ildə Yəmən Ərəb Respublikasının və Yəmən Xalq Demokratiya Respublikasının birləşməsindən sonra mübadilədə, ölkənin bütün ərazisində Şimali Yəmənin rialı istifadə edilməyə başladı. Cənubi Yəmən dinarı isə valyuta ilə əlaqələndi və 1 rial 26 dinara bərabər oldu. 1993-cü ildə birinci yeni sikkələr buraxılmışdır. 1996-cı ildə dinar mübadilədən çıxarılmışdı və rial ölkənin yeganə valyutası elan edilmişdir. Köhnə pul nişanları yeniləri ilə tədricən əvəz edilmişdi. Hal-hazırda mübadilədə 50, 100, 200, 250, 500 və 1000 riallıq əsginaslardan və 1, 5, 10, 20 riallıq sikkələrdən istifadə olunur.
Yəmən tarixi
Yəmən—sivilizasiyanın qədim beşiklərindən biridir. == İslamaqədərki tarix == Yəmən dünyanın qədim dövlətlərindən biridir. Eramızdan əvvəl bu ərazidə Həzrəmövt, Səba, Məin adlanan dövlətlər mövcud olmuşdur. Səba dövləti İncildə, əsasən, Kral Solomon və Səba (Şeba) kralliçası hekayələrində tez-tez xatırlanan, qədim Assur, Yunan və Roma mənbələrində adı çəkilən, Ərəbistan yarımadasının cənub qərbində eradan əvvəl 8-ci əsrdən eramızın təxminən 5-ci əsrinədək mövcud olan İslam öncəsi ərəb krallığıdır. Orta əsrlərdə krallığın mərkəzi Yəmənin paytaxtı Sənadan 120 km şərqdə yerləşən Mərib olmuşdur. Ərəb rəvayətlərinə əsasən, Mərib şəhərinin əsası Nuh peyğəmbərin böyük oğlu Sam tərəfindən qoyulub. İkinci böyük şəhəri isə Sirvah idi. Səba dövləti ədviyyat, buxur və mirra da daxil olmaqla ətriyyat, kənd təsərrüfatı məhsulları, quru və su yolları vasitəsilə daşınan ticarət malları ilə zəngin idi. Bu məhsullar Ərəbistan yarımadası daxilində dəvələr vasitəsilə, Hindistana isə dəniz yolu ilə ixrac olunurdu. Əsrlər boyu krallıq Qırmızı dənizdəki Bab əl-Məndəb boğazını idarə etmiş, Afrika sahillərində çoxlu sayda koloniyaların, Abissiniya (indiki Eritreya) krallığının əsasını qoymuşdur.
Yəmən yəhudiləri
Yəmən Yəhudiləri və ya Temani — Yəməndə Ərəbistan yarımadasının cənub ucunda yaşayan və ya əcdadları son vaxtlara qədər Yəməndə yaşamış yəhudilərdir. Sehirli Xalça Əməliyyatı (Operation Magic Carpet) ilə 1949-cu ilin İyun – 1950-cu il Sentyabr tarixləri arasında demək olar ki, bütün Yəmən Yəhudiləri İsrailə gətirildi. Bugün Temanilərin əksəriyyəti İsraildə yaşayarkən, az bir qismi ABŞ-də və digər ölkələrdə yaşayır. Yəməndə yaşayan Yəhudilərin sayı digər Yəmən Yəhudilərinə müqayisədə bir əlin barmaqlarına bərabərdir. Temanilər inkişaf etdirdikləri özlərinə xas ənənələriylə Aşkenazi və Səfərad Yəhudilərindən fərqlənirlər. Birçox Mizrahi mədəniyyətinin Səfərad mədəniyyətiylə inteqrasiya olması və Temanilərin Səfərad mədəniyyətiylə tanışmış olmaması Temanilərin Mizrahi olub olmayacayağı mövzusunu müzakirəyə aparır.
Yəmən şəhərləri
Yəməndə şəhər yaşayış məntəqələri, Səna və Ədəndən əlavə, bütün digər əyalət paytaxtları, həmçinin ən azı 5000 əhalisi olan hər hansı daimi yaşayış məntəqəsidir. 2013-cü ilə qədər Yəməndə 225 şəhər var idi. Onların əksəriyyəti rayon mərkəzləridir, baxmayaraq ki, həm şəhərsiz rayonlar, həm də bir neçə şəhəri olan rayonlar var.
Çəmən nanəsi
Çəmən nanəsi (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. == Sinonimləri == === Homotipik sinonimləri === Calamintha arvensis (L.) Garsault Mentha arvensis var.
Femen
FEMEN (Ukraynca: Фемен) 2008-ci ildə Anna Qutsol tərəfindən təsis edilib. Anna Hutsol qrupu təsis etdikdən sonra, Femen təşkilatını yaratmasının səbəbini onların ölkələrində fəal qadınların olmaması və kişi yönümlü Ukrayna cəmiyyətinə olan reaksiyası ilə izah edir. Qrupun beynəlxalq nikah agentlikləri, gender ayrı-seçkiliyi və digər beynəlxalq və milli sosial problemlərlə bağlı keçirmiş olduğu etiraz aksiyaları mövcuddur. Qrup dünyada xüsusilə seks turizminə qarşı həyata keçirmiş olduğu yarıçılpaq nümayişləri ilə tanınır. Qrupun məqsədi Ukraynada yaşayan qadınların mədəni və mənəvi dəyərlərini, eləcə də onların liderliyini inkişaf etdirməkdir. Bununla da Ukrayna dünya miqyasında həm imicini yaxşılaşdırmış, həm də öz şəhərinin qadınlarına yeni və daha yaxşı imkanlar vermişdir. 8 Mart Beynəlxalq Qadınlar Günündə İstanbula etiraz aksiyası keçirməyə gələn FEMEN üzvləri keçirmiş olduqları etiraz aksiyasından sonra saxlanılaraq deportasiya edilmişdirlər. == Aktiv üzvləri == Anna Qutsol - lider, təşkilatçı; Aleksandra Şevçenko - lider, Femenin “üz və bədəni”; İnna Şevçenko. 2012-ci ilin dekabrında o, Fransanın “Le Figaro” qəzetinə görə “İlin TOP 20 qadını”na daxil olub; Oksana Şaçko (2018-ci ildə intihar edib). Olqa Sergeyevna Deda (1948) - qadınlar üçün pensiya yaşının artırılmasına qarşı "Çətin yaş" mono-məclisi keçirib.
Çeçen
Çeçenlər — Şimali Qafqazda yaşayan xalq. Danışdıqları çeçencə Qafqaz dil ailəsinə aiddir. Böyük bir hissəsi Rusiyada yaşayır. Rusiyanın tərkibində muxtariyyətləri var. Çeçenlər sünnidir. Hənəfi və şafi məzhəblərinə inananlar çoxluq təşkil edir.
Çimən
Çimən (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Çimənkənd — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Çimən (rəsm) — Fransız boyakarı Pol Sezannın məşhur rəsmlərindən biri.
Çətən
Çətən – eyni diametrli qamış və ya ağac çubuğundan hazırlanmış məhsul. Çətən "çətmək" sözündən yaranıb, mənası "bağlamaq" deməkdir. Bəzən onu alaçıqlarda çox istifadə edildiyi üçün "çığ" da adlandırırlar. == Ümumi məlumat == Çətən adətən eyni ölçülü qamış və ya ağac çubuğundan hazırlanır. Bu çubuqlar yan-yana qoyularaq həm qıraqdan, həm də uzunluğundan asılı olaraq ortadan bir və ya bir neçə dəfə sadə ip vasitəsilə bir-birinə bərkidilirdi. Bu texnikada hazırlanmış məhsul dik vəziyyətdə alaçığın alt hissəsini bərkitmək məqsədilə istifadə edilirdi. Azərbaycanda adətən iki cür çətən mövcud olmuşdur: Saya. Saya çətənlər üzərində heç bir bəzək elementi olmurdu və o sırf məişət məqsədləri üçün hazırlanırdı. Naxışlı. Naxışlı çətənlər döşəmə, alaçıqdakı divar, arakəsmə, bəzən də pərdə kimi məqsədlərə xidmət edirdi.
Dağ-çəmən torpaqları
Dağ–çəmən torpaqları — Böyük və Kiçik Qafqaz və Talışın yüksək dağlıq zonalarında yayılmışdır. Bu torpaqların ümumi sahəsi 559,3 min ha-dır. Azərbaycanın dağlıq ərazilərinin ayrı – ayrı hissələri bir sıra fiziki – coğrafi şəraitlərinə — iqlim rejiminə, bitki tipinə, torpaqəmələgətirən süxurların xarakterinə görə fərqlidir. Ekoloji – coğrafi şəraitin müxtəlifliyi dağ –çəmən torpaq tipini 3 yarımtipə bölməyə imkan verir: Çimli – torflu dağ-çəmən Çimli dağ – çəmən Qarımtıl dağ – çəmən. == Çimli – torflu dağ-çəmən yarımtipi == Çimli – torflu dağ – çəmən torpaqları alp çəmənlərinin tipik torpaqlarından olsa da respublikamızın yüksək dağlıq zonasında nisbətən kiçik sahələrdə yayılmışdır. Dağ – çəmən torpaqlarının bu yarımtipinə əsasən səthdən mövsümi rütubətlənən çökəkliklərin, karların, təknəvari dərələrin, sirklərin dibində rast gəlinir. Kifayət qədər yüksək biokütləyə və yaxşı inkişaf etmiş kök sisteminə malik olan alp çəmən bitkiləri çim qatı əmələ gətirir və çoxlu miqdarda üzvi qalıqların toplanmasına səbəb olur. == Çimli dağ – çəmən torpaqları yarımtipi == Bu torpaqlar respublikamızın yüksək dağlıq ərazilərinin subalp qurşağında daha geniş yayılmış səciyyəvi torpaqlardır. Çimli – dağ çəmən torpaqları dağ meşələri ilə alp çəmənləri arasındakı geniş sahələri tutmaqla 1800–2000 (2500) m yüksəkliklər arasında yayılmışdır. Bu torpaqlar Baş Qafqaz silsiləsinin cənub yamacı boyu dar bir zolaq şəklində şərqdə Dübrar dağına qədər uzanır.
Çəmən (Aşağı Tarım)
Çəmən (fars. چمن امیرآباد‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 169 nəfər yaşayır (61 ailə).
Herbert Çepmen
Herbert Çepmen (ing. Herbert Chapman, 19 yanvar 1878 – 6 yanvar 1934, Hendon[d], Böyük London) — İngiltərə futbolçusu və məşqçi. 1925-ci ildə ofsayd qaydalarında dəyişiklik ediləndən sonra oyunun taktikasında dönüş yaratmışdır. İlk dəfə meydanın mərkəzində kənar yarımmərkəz hücumçularından geri çəkilmiş mərkəz yarımmüdafiəçisi kimi istifadə eləməyə başlamışdır. Mərkəz yarımmüdafiəçisi də öz növbəsində geri çəkilərək müdafiəyə kömək göstərmişdir. Beləliklə, Çapmen futbolun təcrübəsində "stopper"dən istifadə edən ilk menecer olmuşdur.
Mark Çepmen
Mark Devid Çepmen (ing. Mark David Chapman; 10 may 1955, Fort-Uort, Texas, ABŞ) — Con Lennonun qatili. Mark Çepmen 10 May 1955 tarixində Texasda anadan olmuşdur. Uşaqlığında IQ səviyyəsinin normaldan çox olduğu müəyyənləşdirilmişdir. Hələ məktəb illərindən narkotikdən istifadəyə başlamışdır. 8 dekabr 1980-ci ildə The Beatles qrupunun üzvü olan Con Lennonu qaldığı otelin qarşısında güllələyərək öldürür. Vurmadan əvvəl eyni günün axşam saatlarında isə, Conun həyat yoldaşı Yoko Onoya Conun Double Fantasy adlı albomunu imzalatdırmışdır. Nyu York polisi Çepmeni həbs etdikdə, vəkili Conatan Marks onun günahkar olmadığını iddia edirdi. Vəkil Çepmenin zehni pozuntuları olduğunu bildirmişdir. 1981-ci ildə Çepmen, ikinci dərəcəli cinayətdən həbs edilmiş və 20 ildən az olmamaqla ömür boyu həbsə məhkum edilmişdir.
Sofiya Cermen
Sofiya Cermen (fr. Marie-Sophie Germain; 1 aprel 1776[…], Paris, Fransa krallığı – 27 iyun 1831[…], Paris, İyul monarxiyası) — Fransa riyaziyyatçısı, mexaniki və filosofu. == Həyatı == Zəngin ipək tacirinin qızı olan Mari Sofiya Jermen ailəsinin üç qız uşağından ikincisi idi. O, 1 aprel 1776-cı ildə Parisdə anadan olub. 1789-cu il iyulunda Bastiliya hadisələri zamanı Paris küçələrində başına bir iş gəlməsin deyə Sofiyanın evdən çıxması qadağan edilmişdi. Evdə sıxıldığı münasibətlərdən qaçan Sofiya çarəni atasının zəngin kitabxanasına sığınmaqda görür. Riyaziyyata olan həvəsi qədim yunan riyaziyyatçısı Arximedin Sirakuzanın romalılar tərəfindən istilası zamanı həndəsə məsələsini həll etməyə çalışdığı anda öldürülməsi hekayəsini oxuduğu zaman yaranmışdı. Bu tarixi hadisədən o qədər mütəəssir olur ki, riyaziyyat araşdırmaları ilə məşğul olmağa qərar verir. Sofiya riyaziyyat çalışmaları ilə yanaşı, maraqlandığı sahələr üzrə mətnləri oxuya bilmək üçün latın və yunan dillərini də öyrənməyi düşünürdü. Ancaq atası bu istəyinə etiraz edir.
Gəzən cəsəd sindromu
Gəzən cəsəd sindromu yaxud Kotar sindromu — ipoxondrik ,nigilistik(inkar) sayıqlamalarının və depressiv əlamətlərin birləşməsindən ibarət olan sindromdur. Xəstələr heç vaxt ölməyəcəklərini və həyatları boyu əzab-əziyyət çəkəcəklərini söyləyirlər. Onlar nəinki özlərini, həmçinin ətrafdakı adamların da iztirab içində yaşadıqlarını deyir və bunun üçün təqsirkar olduqlarını bildirirlər. Yeməkdən imtina edərək həmişə tox olduqlarını söyləyirlər. Belə xəstələr bütün günü əli qoynunda gəzərək tezliklə bütün dünyanın suda qərq olacağını və hamının məhv olacağını deyirlər. Başqa birisi bütün daxili orqanların yoxluğundan, beyninin çürüməsindən şikayətlənir, yüz illər belə ağır vəziyyətdə yaşayacağını söyləyir. Bu sindrom ,əsasən, qocalıq psixozlarında rast gəlinir. == Ümumi məlumat == Sindromun ikinci adı "Kotard"dır. Kotard sindromu ilk dəfə 1880-ci ildə Fransız nevroloq Cules Kotard tərəfindən kəşf edilib, ruhi xəstəlikdir. Bu xəstəliyə tutulanlar ölü olduqlarını düşünürlər.