BƏLA

I. i. 1. misfortune; trouble; ~ya düşmək to get* into trouble, to have* a misfortune; ~dan qurtarmaq to avoid a misfortune / trouble; Bəla bəla gətirər at. söz. Misfortunes never come alone / singly, One misfortune comes on the back of another; 2. disaster, evil, calamity; ictimai ~ social evil; bir kəsi ~ya salmaq / düçar etmək to bring* disaster upon smb.; ~ya düçar olmaq / rast gəlmək to meet* with disaster; Bəladan bəla doğar at. söz. Evil comes from evil

II. s. sharp, lively; daredevil; ~ uşaq a lively child; ~ adam a daredevil person

BƏQƏDRİ-İMKAN
BƏLAGƏT
OBASTAN VİKİ
Ağıldan bəla
Ağıldan bəla (rus. Горе от ума) — Aleksandr Qriboyedovun 1824-cü ildə nəzm ilə yazdığı komediya. O, 19-cu əsrin əvvəllərində yeni olan klassisizm, romantizm və realizm elementlərini özündə birləşdirir. Təhkimçilik dövründə dünyəvi cəmiyyəti təsvir edir və 1813-1824-cü illərdə həyatı göstərir. "Aksiya özü baş verir... 1812-ci il müharibəsindən on il sonra, yəni 1822-ci ildə." "Ağıldan bəla" komediyası 19-cu əsrin birinci yarısının aristokratik Moskva cəmiyyətinin satirasıdır – rus dramaturgiyasının və poeziyasının zirvələrindən biridir; əslində bir janr kimi mənzum komediyanı tamamladı. Aforistik üslub əsərin sitatlara bölünməsinə kömək etdi. == Yaranma tarixi == Qriboedov rus ədəbiyyatı tarixinə ilk rus realistik komediyasının müəllifi kimi daxil oldu "Ağıldan bəla", baxmayaraq ki, əvvəllər yazılmış digər əsərləri də (məsələn, "Gənc həyat yoldaşları", "Tələbə" komediyaları) yazmışdır. Artıq Qriboedovun erkən pyeslərində müxtəlif üslublar birləşdirərək yenisini yaratmaq cəhdləri var idi, lakin 1825-ci ildə Puşkinin "Boris Qodunov" faciəsi ilə birlikdə "Ağıldan bəla" komediyası həqiqətən rus ədəbiyyatının inkişafı üçün yenilikçi bir əsər idi. Komediya ideyası 1820-ci ildə (bəzi mənbələrə görə, artıq 1816-cı ildə) yaranıb, lakin müəllif Persiyadan qayıtdıqdan sonra Tibilisidə mətn üzərində fəal işə başlayıb.
Daimi bəla (film, 2002)
Şər Yuvası (Əsl adı: Resident Evil) 2002-ci ildə çıxmış bir qorxu filmi. Rejissor Paul Anderson, Capcom'un Resident Evil adlı video oyunundan ilhamlanaraq hazırlanmışdır. == Hekayə == Umbrella (Çətir) şirkətinin dünyanın bir çox yerində qurumları vardır. Amma əsas mərkəz şimali Amerikadaki Raccoon City-dir. Şirkət bir çox tekniki avadanlıqların istehsalı ilə dünyada məşhurdur. Amma Umbrellanın əsas gəlir məmbəsi istehsal etdiyi virus silahlarıdır. Bu viruslardan ən təhlükəli olanı T-virusudur. Umbrella şirkətinin virus istehsalı ilə məşğul olduğu sahə, yer altı Hive-də T-virusu yayılmağa başlar. Bunu izləyən şirkətin bütün gücünü əlində saxlayan Qızıl-Şahzadə adlı super kopyuter, virusun yayılmasının qarşısını almaq üçün, şirkətin bütün işçilərinin həyatı bahasına olsa belə, şirkətdəki bütün giriş və çıxış qapılarını bağlayır. Alis və dostları şirkət işçilərinə nə olduğunu öyrənmək üçün xüsusi təyinatlı S.T.A.R.S adlı hərbi komanda ilə birlikdə Umbrella şirkətinə gedərlər.
Bala-başa bəla! (film, 1995)
Bala başa-bəla — tammetrajlı bədii televiziya film-tamaşası. Əsər rejissor Şərif Qurbanəliyev tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşa Əli Əmirlinin "Bala, bəla sözündəndir" pyesinin motivləri əsasında çəkilmişdir. Tamaşanın çəkilişləri Müqəddəs Ramazan ayında olduğu üçün aktyor Cahangir Novruzov oruclu imiş və aktyor üçün ən çətin səhnələrdən biri qonaqlıq səhnəsi olub. Rejissor Şərif Qurbanəliyev film-tamaşada aktyor kimi də iştirak edir. Amma titrlərdə onun adı Şərif Məcbur kimi göstərilib. Səbəbi də bu olub ki, rejissor bu rola aktyor tapa bilməyib, məcburiyyət qarşısında özü ifa etməli olub. İzzət Nəfislinin evində divardan asılan şəkildə Suğra ilə İzzətin uşaqlıq şəklini görürük. Əslində həmin şəkil aktyor Cahangir Novruzovun uşaqlıq şəklidir.
Bəla və səbir (Şəhid Sani)
Bəla və səbir (tam adı: "Musəkkinul fuad ində fiqdil əhibba vəl-ovlad"; tərc.: "Övlad və yaxınların itkisi zamanı qəlbə təskinlik verən") — Şəhid Saninin kitabı. Şəhid Sani adı ilə məşhur olan böyük alim Zeynuddin ibn Əli Amilinin “Musəkkinul fuad ində fiqdil əhibba vəl ovlad” adlı əsərini, əsasən, övlad və yaxın adamların ölümü zamanı müsibət görmüş insanlara təskinlik vermək üçün yazmışdır. Bu cəhətdən kitabda gətirdiyi hədisləri və bəhsləri də övlad itkisinə aid etmişdir. Bütün kitabı bu məsələyə həsr etmişdir. Bu kitaba indiyə qədər yüzə yaxın şərhlər yazılmışdır. == Yazılma səbəbi == Bu kitabı yazmağının səbəbi Şəhidin keçdiyi çətin həyat yolu olmuşdur. Tarixdən də göründüyü kimi, o, həyatı boyu çoxlu müsibətlərlə qarşılaşmışdır. O, bu kitabı həm özü üçün bir təskinlik, həm də bəlalarla qarşılaşanlar üçün bir ürək-dirək, qəlblərinə rahatlıq vermək üçün yazır. Şəhid çox fəqir bir vəziyyətdə yaşamışdır. Onun sağlığında bütün övladları vəfat edir, yalnız bir övladı sağ qalır.
Bəlazuri
Əl-Bəlazuri (ərəb. اأحمد بن يحيى بن جابر البلاذري‎) Əbul-Həsən Əhməd bin Yəhya bin Cabir bin Davud əl-Bəlazuri — IX əsr tarixçisi. Doğum ili 2-ci h.q yeri isə Bağdad, 892-ci ildə vəfat etmişdir. ikinci h.q əsrinin coğrafiya və tarixçilərindənidi ki Bağdadda yaşayıb Farsca kitabların Süryanicəyə çevirirdi. Yaquty Həməvi ondan çoxlu təriflər etmişdir. == Ad və soy == Onun nəsli və ataları bəlli deyil. Bəlazuri adı deyilməsinində səbəbi onun Bəlazur içib xəstə olmağından qaynaqlanır. Bəlazur adı hindustanda təbabətdə istifadə edilən bir meyvənin adıdır. == Kitabları == Ənsabül Əşraf Fütuhul Büldan Əhdi Ərdəşir Kitabül Əxbar === Fütuhul Büldan === Bu kitab peyğəmbər zamanından sonrakı savaşların tarixi kitabıdır və o, savaşları şəhər-şəhərə bəyan etmişdir. eləbil!
Bəlağət
Bəlağət (ərəbcədən tərcümədə səlis, gözəl danışıq, natiqlik məharəti) — zəngin, gözəl, obrazlı, canlı, səlis danışıq qabiliyyəti, natiqlik istedadı və ya natiqlik sənətindən bəhs edən elm. Orta əsrlər ərəb filoloqlarının (əl-Cahiz, İbn əl-Mütəzz, əs-Səkkaki və başqaları) yaratdığı bəlağət elmi, əslində, nitqin gözəlliyi və səlisliyi haqqında üslubiyyat nəzəriyyəsi olub, üç bölməni əhatə edir: elm əl-məani, elm əl-bəyan, elm əl-bədi. Birinci bölmə nitqin qrammatika və məntiq qanunları baxımından düzgün qurulmasından bəhs edir. "Bəyan" elmi fikrin gözəl və aydın ifadə edilməsini və bu məqsədlə təşbeh, istiarə və kinayə kimi bədii təsvir vasitələrindən istifadə üsullarını öyrədir. "Bədi" istilahı altında isə bədii nitqin istər məzmun, istərsə də forma baxımından gözəlliyi üçün məcazi mənada işlənən söz və ifadələrin, həmçinin səs tərkibi etibarilə yaxın olan sözlərin bacarıqla seçilib, yerli-yerində işlədilməsi nəzərdə tutulurdu. Bəlağət elmi bütün bölmələri ilə birlikdə ilk dəfə əs-Səkkakinin "Miftəh ül-ülum" adlı ensiklopedik əsərində əsaslı şərh edilmiş və sistem halına salınmışdır. Azərbaycan alimləri Xətib Təbrizi, Şərəfəddin Həsən Rami Təbrizi, Vahid Təbrizi və başqaları bəlağət elmindən bəhs etmişlər. == Həmçinin bax == Ritorika Ritorik fiqurlar == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Nəhcül-Bəlağə
Nəhcül-Bəlağə (ərəb. نهج البلاغة‎) — On iki imam şiələrinin ən məşhur kitablarından biri. Kitab Əli ibn Əbu Talibin əmr, xütbə, məktub, vəsiyyət və kəlamlarından ibarətdir. Əsəri tərtib edən Seyid Rəzidir. Əsərin adının mənası nəhc yol, bəlağə isə gözəl söz deməkdir. Əsər 3 babdan (bölmədən) ibarətdir: Əmr və xütbələr. Məktub və vəsiyyətlər. Hikmətli kəlamlar. Seyid Rəzi əsərə Əlinin 239 və ya 240 xütbəsini, 79 məktubunu, 470 və ya 481 hikmətli kəlamını daxil etmişdir. Müəllif tərəfindən əsərdəki rəvayətlərin mənbələri və sənədləri qeyd edilməmişdir.
Nəhcül Bəlağə
Nəhcül-Bəlağə (ərəb. نهج البلاغة‎) — On iki imam şiələrinin ən məşhur kitablarından biri. Kitab Əli ibn Əbu Talibin əmr, xütbə, məktub, vəsiyyət və kəlamlarından ibarətdir. Əsəri tərtib edən Seyid Rəzidir. Əsərin adının mənası nəhc yol, bəlağə isə gözəl söz deməkdir. Əsər 3 babdan (bölmədən) ibarətdir: Əmr və xütbələr. Məktub və vəsiyyətlər. Hikmətli kəlamlar. Seyid Rəzi əsərə Əlinin 239 və ya 240 xütbəsini, 79 məktubunu, 470 və ya 481 hikmətli kəlamını daxil etmişdir. Müəllif tərəfindən əsərdəki rəvayətlərin mənbələri və sənədləri qeyd edilməmişdir.
Onun bəlalı sevgisi (film, 1980)
Tələbə Bəhruz (Mikayıl Kərimov) diplom işi üçün istehsalı idarəetmə mövzusunu seçir. Müdafiəyə yaxşı hazırlaşmaq məqsədilə o, tikiş fabrikində direktor katibəsi vəzifəsinə işə düzəlir. İstehsalatla yaxından tanış olandan sonra gənc sosioloq aydınlaşdırır ki, məhsulun aşağı keyfiyyətdə olmasının səbəbi rəhbərliyin düzgün aparılmamasındadır. Bir tərəfdən fabrik direktoru, gözəl və cavan Şövkətlə (Nataliya Tağıyeva) Bəhruz arasında gedən işgüzar münaqişə, digər tərəfdən onların bir-birini təmiz qəlblə sevmələri filmin əsas süjet xəttini təşkil edir. Film aktyor Mikayıl Kərimovun kinoda ilk işidir. Film yazıçı Bayram Bayramovun "Bəlalı sevgi" romanı əsasında ekranlaşdırılmışdır. Ssenari müəllifi: Bayram Bayramov, İqor Strelkov Bədii rəhbər: Həsən Seyidbəyli Quruluşçu rejissor: Ziyafət Abbasov Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Emin Sabitoğlu Səs operatoru: Əsəd Əsədov Rejissor: Ziya Şıxlinski Operator: Vaqif Muradov Geyim rəssamı: L.Frankenberq Dekor rəssamı: Fikrət Ələkbərov Qrim rəssamı: Elbrus Vahidov Fotoqraf-rəssam: Tofiq Kərimov (T.Kərimov kimi) İşıq ustası: M.Rəhmanov Montaj edən: Gülşən Səlimova Rejissor assistenti: Y.Əhmədov Operator assistenti: K.Haşımov, Q.Pastuşkov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Musiqi redaktoru: Rauf Əliyev (R.Əliyev kimi) Mahnı mətnlərinin müəllifi: Ramiz Rövşən Redaktor: Seyfəddin Dağlı, Eyvaz Borçalı Filmin direktoru: Aydın Dadaşov Mahnıların mətni: Fikrət Qoca Mahnı ifa edən: Flora Kərimova(titrlərdə yoxdur) Nataliya Tağıyeva (Nailə Bağırova kimi) — Şövkət Mikayıl Kərimov — Bəhruz Hacıbaba Bağırov — Qaraxalov Tofiq Mirzəyev — Sabirov Barat Şəkinskaya — nənə Sona Mikayılova — Xalidə Nelli Mahmudova E.Qarayeva Gümrah Rəhimov — sürücü Rafiq Qasımov Cahangir Aslanoğlu — sərgi iştirakçısı Elxan Ağahüseynoğlu — sərgi iştirakçısı Nadir Əsgərov — işçi Ş.Kamalzadə İ.Brodov Yusif Muxtarov — iclas iştirakçısı Əliabbas Qədirov — Bəhruz (Mikayıl Kərimov) (titrlərdə yoxdur) Həsənağa Turabov — Sabirov (Tofiq Mirzəyev) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Şövkət (Nataliya Tağıyeva) (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — Mərziyyə (titrlərdə yoxdur) Sadıq Hüseynov — iclas iştirakçısı (titrlərdə yoxdur) Məhluqə Sadıqova — nənə (Barat Şəkinskaya) (titrlərdə yoxdur) Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
İmam Hüseyn bəlağəti (Etimad)
İmam Hüseyn bəlağəti və ya əsil adı ilə Bəlağətul-Huseyn (ərəb. البلاغة حسين‎) — Ayətullah Seyid Mustafa Musəvi Ali Etimadın İmam Hüseynin (ə) xütbələri, məktubları və hikmətli sözlərindən ibarət kitabı. Əsərdə döyüşlərdəki igidliyi və rəşadəti ilə seçilən İmam Hüseynin eyni zamanda gözəl bəlağət və fəsahətə malik olduğu bir daha təsbit edilir. Məzmun və tərtib etibarilə “Nəhcül-Bəlağə”yə bənzəyən “İmam Hüseyn Bəlağəti” kitabı döyüşlərdəki igidliyi və rəşadəti ilə seçilən İmam Hüseynin (ə) eyni zamanda gözəl bəlağət və fəsahətə malik olduğunu göstərən dəyərli əsərdir. Kitabın orijinallığı da o həzrəti (ə) biz oxuculara məhz bu yöndən tanımağa imkan verməsində özünü büruzə verir. Kitabın tərcümə olunmasında məqsəd mömin bacı və qardaşlarımızı İmam Hüseynin (ə) şəxsiyyəti ilə daha yaxından tanış etməkdir. Kitab 2018-ci ildə Müşfiq Mehdibəyli tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 160 səhifədə 57x86 ölçüsündə çap edilib. Əsər 2018-ci ildə həm də Aslan Həbibov tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, "Bəlağətül-Hüseyn" adı ilə Bakıda Nurlar nəşriyyatında çap edilib. Bu tərcümə 2019-cu ildə KainatFilm Studiyasında Elşən Rüstəmov və Rauf Ağakişiyev tərəfindən səsləndirilmiş, Hüseyn Həsənov və Camal İbadovun səs rejissorluğu ilə, Süleyman Fərzəliyev, Xeyrulla Zeynalov və Ziya Məlikov tərəfindən kitabın səsli (audio) variantı hazırlanıb. Nəhcül-Bəlağə "İmam Hüseyn Bəlağəti" ( (az.)).
Əl-Bəlazuri
Əl-Bəlazuri (ərəb. اأحمد بن يحيى بن جابر البلاذري‎) Əbul-Həsən Əhməd bin Yəhya bin Cabir bin Davud əl-Bəlazuri — IX əsr tarixçisi. Doğum ili 2-ci h.q yeri isə Bağdad, 892-ci ildə vəfat etmişdir. ikinci h.q əsrinin coğrafiya və tarixçilərindənidi ki Bağdadda yaşayıb Farsca kitabların Süryanicəyə çevirirdi. Yaquty Həməvi ondan çoxlu təriflər etmişdir. Onun nəsli və ataları bəlli deyil. Bəlazuri adı deyilməsinində səbəbi onun Bəlazur içib xəstə olmağından qaynaqlanır. Bəlazur adı hindustanda təbabətdə istifadə edilən bir meyvənin adıdır. Ənsabül Əşraf Fütuhul Büldan Əhdi Ərdəşir Kitabül Əxbar Bu kitab peyğəmbər zamanından sonrakı savaşların tarixi kitabıdır və o, savaşları şəhər-şəhərə bəyan etmişdir. eləbil!
Məhəmməd Cavad Bəlaği
Məhəmməd Cavad Bəlaği (Tam adı: Əllamə Məhəmməd Cavad Bəlaği Nəcəfi) (ərəb. محمد جواد البلاغي النجفي‎; 1865, İraq – 1933, Nəcəf) — ilahiyyatçı, təfsirçi, hüquqşünas, üsulist, şair və yazıçı (1982-ci ildə anadan olub, 1992-ci ildə Nəcəfdə vəfat edib), İraqlı şiə din xadimidir. 1865-ci ildə Nəcəfin Baraq məhəlləsində anadan olmuşdur. Atası Şeyx Həsən Bəlaği alim idi. Bəlaği nəsli öz elmi və biliyi ilə məşhur olan ailələrdəndir və onun əcdadları hamısı elm və ədəbiyyat adamları olmuşlar. O cümlədən məşhur "Tənqihul-məqal" kitabının müəllifi də bu nəsildəndir. Nəcəf seminariyasında müqəddimat elmləri üzrə təhsil almışdır. 24 yaşında Kazimeyn şəhərinə getmiş və 6 ilə qədər orada qalmışdır. Bu müddət ərzində müxtəlif dinlərin, məzhəblərin və məktəblərin ardıcılları ilə ünsiyyətdə olduğu üçün onların düşüncələri ilə yaxından tanış olmuşdur. Bir neçə il sonra Nəcəf qəzasına qayıtdı.
Onun bəlalı sevgisi
== Məzmun == Tələbə Bəhruz (Mikayıl Kərimov) diplom işi üçün istehsalı idarəetmə mövzusunu seçir. Müdafiəyə yaxşı hazırlaşmaq məqsədilə o, tikiş fabrikində direktor katibəsi vəzifəsinə işə düzəlir. İstehsalatla yaxından tanış olandan sonra gənc sosioloq aydınlaşdırır ki, məhsulun aşağı keyfiyyətdə olmasının səbəbi rəhbərliyin düzgün aparılmamasındadır. Bir tərəfdən fabrik direktoru, gözəl və cavan Şövkətlə (Nataliya Tağıyeva) Bəhruz arasında gedən işgüzar münaqişə, digər tərəfdən onların bir-birini təmiz qəlblə sevmələri filmin əsas süjet xəttini təşkil edir. == Film haqqında == Film aktyor Mikayıl Kərimovun kinoda ilk işidir. Film yazıçı Bayram Bayramovun "Bəlalı sevgi" romanı əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Bayram Bayramov, İqor Strelkov Bədii rəhbər: Həsən Seyidbəyli Quruluşçu rejissor: Ziyafət Abbasov Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Emin Sabitoğlu Səs operatoru: Əsəd Əsədov Rejissor: Ziya Şıxlinski Operator: Vaqif Muradov Geyim rəssamı: L.Frankenberq Dekor rəssamı: Fikrət Ələkbərov Qrim rəssamı: Elbrus Vahidov Fotoqraf-rəssam: Tofiq Kərimov (T.Kərimov kimi) İşıq ustası: M.Rəhmanov Montaj edən: Gülşən Səlimova Rejissor assistenti: Y.Əhmədov Operator assistenti: K.Haşımov, Q.Pastuşkov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Musiqi redaktoru: Rauf Əliyev (R.Əliyev kimi) Mahnı mətnlərinin müəllifi: Ramiz Rövşən Redaktor: Seyfəddin Dağlı, Eyvaz Borçalı Filmin direktoru: Aydın Dadaşov Mahnıların mətni: Fikrət Qoca Mahnı ifa edən: Flora Kərimova(titrlərdə yoxdur) === Rollarda === Nataliya Tağıyeva (Nailə Bağırova kimi) — Şövkət Mikayıl Kərimov — Bəhruz Hacıbaba Bağırov — Qaraxalov Tofiq Mirzəyev — Sabirov Barat Şəkinskaya — nənə Sona Mikayılova — Xalidə Nelli Mahmudova E.Qarayeva Gümrah Rəhimov — sürücü Rafiq Qasımov Cahangir Aslanoğlu — sərgi iştirakçısı Elxan Ağahüseynoğlu — sərgi iştirakçısı Nadir Əsgərov — işçi Ş.Kamalzadə İ.Brodov Yusif Muxtarov — iclas iştirakçısı === Filmi səsləndirənlər === Əliabbas Qədirov — Bəhruz (Mikayıl Kərimov) (titrlərdə yoxdur) Həsənağa Turabov — Sabirov (Tofiq Mirzəyev) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Şövkət (Nataliya Tağıyeva) (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — Mərziyyə (titrlərdə yoxdur) Sadıq Hüseynov — iclas iştirakçısı (titrlərdə yoxdur) Məhluqə Sadıqova — nənə (Barat Şəkinskaya) (titrlərdə yoxdur) == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.

Значение слова в других словарях