BƏND

BƏND I is. [ fars. ] anat. Skelet sümüklərinin oynaq yerləri; buğum, məfsəl. Qazan xan başında, bədəninin bəndlərində bir ağırlıq və sızıltı duydu. (M.Rzaquluzadə).

BƏND II is. [ fars. ] Şerin bir neçə misradan ibarət olan bölgüsü. Koroğlu elə sözün birinci bəndini demişdi... (Dastanlar).

BƏND III is. [ fars. ] Bir yeri seldən, daşqından qorumaq, suyun kənara axmasının qabağını almaq üçün çəkilən sədd. O çürük şalbanları taxta bəndin altına kim qoyub? (C.Cabbarlı).

BƏND IV is. [ fars. ] Bağ, ip, düyün. Sona hərdən onun bəndini açıb həyətə buraxırdı (Mir Cəlal).

BƏND V is. [ fars. ] Vurğun, aşiq. Hər bir dərdə mən doldum; Səni gördüm bənd oldum (Ü.Hacıbəyov).

BƏND VI is. [ fars. ] Maddə. Maarifyanı şurada müzakirə olunub nöqsanlara görə qərarın bir bəndində direktorun və dərs hissə müdirinin, necə deyərlər, “başları sığallanıb”.

BƏND VII is. Bağlı. Səlim ağa hirsindən yer eşirdi, bircə sözə bənd idi ki, yapışa Hürünün boğazından, ata darvazadan küçəyə... (M.İbrahimov).

BƏM
BƏRƏ
OBASTAN VİKİ
Zəif bənd
Zəif bənd — televiziya oyunu. Layihə veriliş kimi ilk dəfə 2000-ci il 14 avqust tarixində BBC telekanalında yayımlanmağa başlayıb. Bu layihəni Anna Robinson adlı məşhur qadın aparıcı yaratmışdır. Bu veriliş həm də bilik oyunudur. Sonralar veriliş Azərbaycan, ABŞ, Sinqapur, Türkiyə, Rumıniya, İspaniya, Meksika, İtaliya, İsrail, Makedoniya Respublikası, Cənubi Afrika, Tailand, Sloveniya, Fransa, Honkonq, Braziliya, Almaniya, Çili, Şimali Koreya, Yaponiya, Çin, Çexiya, Yunanıstan, Şotlandiya, İrlandiya, Livan, Rusiya, Serbiya, Portuqaliya və Polşada yayımlanmağa başlayıb. Azərbaycanda veriliş ilk dəfə Lider TV tərəfindən 2001-ci ildən yayımlanmağa başlanmışdır. İlk aparıcısı Kamilə Babayeva olmuşdur. 2006–2011-ci illərdə veriliş dayandırılmışdır. 2011-ci ilin noyabrından veriliş Lider TV-də bərpa edilir və yeni aparıcısı Solmaz Süleymanlı olur. Veriliş hər şənbə günü saat 18:00-da yayımlanırdı, lakin 2014-cü ildə veriliş yenidən bağlanılmışdır.
Mülki bənd
Mülki bənd (alm. Zivilklausel‎) və ya vətəndaş bəndi — akademik qurumlar tərəfindən müstəsna olaraq mülki (yəni qeyri-hərbi) tədqiqatlarla məşğul olmaq üçün könüllü öhdəlik. İdeya Yaponiyada yaranmışdır. 1950-ci ildə Yaponiya Elm Şurası üzvlərinin hərbi ilə bağlı tədqiqat layihələrində iştirakdan imtina edəcəyini müəyyən etmişdir. Belə bir bəyannamə 1967-ci ildə və 2017-ci ildə təkrarlanmışdır. Almaniyada Bremen Universiteti ilk olaraq mülki bəndi qüvvəyə mindirmişdir. Onun 1986-cı il tarixli 5113 saylı qətnaməsində deyilir: Bu bəyannamə 1992-ci ildə və 2020-ci ildə yenilənmişdir.
Bənd
Bənd — şeirin bir neçə misradan ibarət qismən bitkin parçalarına deyilir. Şair şeirdə danışacağı fikri müəyyən bitkin hissələrə verir. Şeirdə bəndələri bir-birilə əlaqəsiz təsəvvür etmək olmaz. Ayrı-ayrı bəndlərdəki misralar bir-birini tamamladığı kimi, şeirin bəndləri də məzmunca bir-birilə bağlanmalıdır. Şeir növlərinin müəyyənləşməsində bənddəki misraların sayı əsas şərtdir. Bununla bərabər, bir sıra şeir şəkillərindəki bəndlər misraların sayı etibarı ilə eynidir. Belə ki, hər bəndi dörd misradan ibarət olan şeirlərin mürəbbe (dördlük), qoşma, gəraylı kimi şəkilləri vardır. Klassik şeir janrları olan mürəbbelərin hər bəndi dörd, müxəmməslərin beş, müsəddəsin altı, müsəbbelərin yeddi misradan ibarət olmuşdur. Şeir növləri əsasən bənddəki misraların sayına görə təyin olunur. == İstinadlar == == Həmçinin bax == Beyt Misra == Ədəbiyyat == Şəmistan Mikayılov, Ədəbiyyat nəzəriyyəsi.
Bənd (Urmiya)
Bənd (fars. بند‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3.888 nəfər yaşayır (872 ailə).Əhalisini azərbaycanlılar (kürəsünnilər) və kürdlər (şikaklar) təşkil edir. Sünni şafei məzhəbinə etiqad edirlər. Bu kənd Urmiyanın görməli və turistik yerlərindən biri sayılır.
Bənd-i Məcidxan (Bükan)
Bənd-i Məcidxan (fars. بندمجيدخان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 13 nəfər yaşayır (5 ailə).
Asuan bəndi
Əsvan bəndi — Misir ərazisində Nil çayı üzərində tikilən bənddir. Tikilməsinə 1960-cı ildə başlanmış və 10 dekabr 1970-ci ildə başa vurulmuşdur.
Faiz bəndi
Kokaral bəndi
Kokaral bəndi — Kiçik Aral ilə Böyük Aral gölləri arasında yerəşən Berqa boğazında, Kokaral və aral rayonları ərazisində yerləşən bənd. Bənd Kişik Aral gölündə suyun səviyəsinin qorunub saxlanılması məqsədi ilə inşa edilmişdir. Bəndin uazunluğu 13 034 m, eni 100–150 m, hündürlüyü isə— 6 м metr təşkil edir. Bənddə 9 su ötürücü qurğular inşa edilmişdir. Onların hər biri 600 m³/s su ötürmə qabiliyyəti vardır. == Tarixi == XX əsrin 80-ci illərində Aral gölünün su səviyyəsinin azalması ilə şimalı cənubundan aralanmışdır. Su dar boğazla Kiçik və Böyük aral gölləri arasında axırdı. Burada suyun axınınln qarşısını alan dambanın inşasına iki dəfə cəhd göstərilmişdir. İlk qumlu bənd 1992-ci ildə inşa edilmişdir. Ancaq 1993-cü ilin yazında suyun səviyyəsinin xalxması ilə bənd dağılır.
Məhəmməd Bəndduz Təbrizi
Məhəmməd Bəndduz Təbrizi (Təbriz) — VIII əsr (Hicri Şəmsi) Azərbaycanın xəttatı, Təbrizdə anadan olub. Əmir Teymurun, Misir padşahına göndərdiyi məktubu qızıl su ilə yazıb. Təbrizin imarətlərinin kitabələrinin bəzilərini onun işi hesab edilir. Muin əd-Din Təbrizi və Şəms əd-Din Qətabi onun şagirdlərindən idi.
Qanlıgöl bəndi
Qanlıgöl bəndi — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndindən şimalda Keçəldağın ətəyində yerləşən tarixi-memarlıq abidəsi. Küküçayın hövzə sində Dərələyəz silsiləsinin ətəyində, 2420 metr yüksəklikdə yerləşən və el arasında "Qanlıgöl" adlanan su anbarının qarşısında inşa edilmişdir. XVI əsrdən başlayaraq burada bir neçə dəfə bənd tikilmiş, ancaq möhkəm olmadığı üçün yazda qar-yağış sularından yaranan sellərə davam gətirməyərək dağılmışdır. XIX yüzilliyin ortalarında Naxçıvan da qəza rəisi işləyən A.P.Şahingirey burada bənd tikdirmişdir. Bu haqda məlumat gölün cənub tərəfində olan qaramtıl rəngli iri qaya parçası üzərində ərəb-fars və rus dilində həkk edilən kitabədə öz əksini tapmışdır. Ərəb əlifbası ilə yazılan kitabə çox narın hərflərlə yazıldığı üçün zaman keçdikcə aşınmış və oxunuşu çətinləşmişdir. Kitabədən görünür ki, Qanlı gölün qarşısındakı bənd 1865-ci ildə Naxçıvan mülkədarı 2-ci Kalbalı xanın himayəsi ilə qəza rəisi Şahingirey tərəfindən inşa etdirilmişdir. İri həcmli dağ daşlarından inşa edilmiş bəndin uzunluğu 45 metrdir. Bənddən suyun çıxan hissəsi yonulmuş daşlarla işlənmişdir, çıxış kanalının döşəməsinə daş döşənmişdir. Bəndin divarları iki yarımdairəvi kontrforsla möhkəmləndirilmişdir.
Rövşən Bəndəliyev
Rövşən Bəndəliyev (26 iyul 1974, Hacıqabul rayonu) — fizika-riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru. Bəndəliyev Rövşən Əlifağa oğlu 26 iyul 1974-cü ildə Azərbaycan Respublikasının Hacıqabul rayonunda anadan olmuşdur. R. Ə. Bəndəliyev 1997-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə bakalavr pilləsini, 1999-cu ildə həmin Universitetin "Riyazi analiz" ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1993–1999-cu illərdə Bakı Dövlət Universitetində R. Ə. Bəndəliyev, AMEA-nın müxbir üzvü, prof. V. S. Quliyevin, f.-r.e.d., prof. B. İ. Musayevin riyazi analiz kursundan və ixtisas kursundan mühazirələrini dinləmiş, onların əməkdaşları olduqları "Riyazi analiz" kafedrasında ixtisas kursu keçmiş və bu kafedranın və Azərbaycan Respublikasının ilk magistrlərindən olmuşdur. 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun "Riyazi analiz" şöbəsinə əyani aspiranturaya qəbul olmuşdur. 2000-ci ildə İnstitutun "Riyazi analiz" şöbəsinin kiçik elmi işçi vəzifəsinə (0.5 ştat) işə götürülmüşdür. 2000–2002-ci illərdə AMEA-nın müxbir üzvü, prof. V. S. Quliyevin rəhbərliyi altında "Banaxqiymətli funksiyalardan ibarət anizotrop çəkili Sobolev fəzasında daxilolma teoremləri" mövzusunda namizədlik dissertasiyası üzərində işləmiş və 2002-ci ildə müvəffəqiyyətlə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
Rəhilə Bəndəliyeva
Rəhilə Möhbalı qızı Bəndəliyeva (4 may 1958, Kurud, Qafan rayonu) — tanımış müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (2007). 1958 il müəllimin ailəsində, Ermənistan SSR Qafan rayonundakı Kurud kəndində anadan olub. 1970 ildə ailə ilə Bakıya köçüb. 1977 ildə Asəf Zeynallı adına musiqi texnikumun müğam şöbəsini qurtarıb. 1977 ilin oktyabrın 4-dən bugünədək "Lalə" qızlar ansamblının solistidir, 1978-ci ildən isə Azərbaycan Dövlət Filarmoniasının solistidir. Mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, 17 oktyabr 2007, Rəhilə Bəndəliyeva "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adla təltif olunub. 1982-ci ildə ailə qurub, iki uşağı var.
Sahil bəndi
Sahil bəndi (rus. береговой вал, ing. beach-ridge) — ləpədöyən axının fəaliyyəti ilə yaranmış və plyajın arxa hissəsində yerləşən akkumulyativ relyef forması; hündürlüyü 4 m-ə qədər çatır. Eyni yaşlı sahil xəttinə paralel yerləşir. Sahil bəndi dəniz, yaxud gölün sahil xəttinə paralel istiqamətlənmiş, çınqıl, çınqıl-qum, qum, yaxud molluska qabıqlarından təşkil olunmuş alçaq (bir neçə sm-dən bir neçə m-dək) tirədir. Sahil bəndi asimmetrik olub az meyilli yamacıyla su hövzəsinə, dik yamacla isə quruya tərəf yönəlmişdir. Sahil bəndi dib çöküntülərinin dalğalar vasitəsilə sahildə toplanması nəticəsində yaranır. Müasir sahillərdə bir və bir neçə sahil bəndi müşahidə olunur. Sahil Eol relyef Sahil akkumulyasiyası Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Su bəndləri
Su bəndləri ― müxtəlif su axarlarının qabağını kəsərək onların səviyyəsinin qaldırılması, tikilən qurğu yaxınlığında suyun təzyiqinin artırılması, və su anbarlarının yaradılması üçün istifadə edilən hidrotexniki qurğudur. Bəzi ölkələrdə bu cür bəndlədən dəniz və okeanlar hesabına yeni ərazilərin əldə edilməsi üçün istifadə olunur. Su bəndləri iki cür olur: Yalnız su axınının qarşısını kəsən qapalı bəndlər Çaylarda artıq suyu axıtmaq üçün suburaxıcıları olan bəndlər. Əsas materialına görə torpaq, daş, beton, dəmir-beton və ağac bəndlər mövcuddur. Su bəndlərinin dağılması böyük fəlakətlərə səbəb olur, çay ətrafında məskunlaşmış şəhərlərə və digər yaşayış məntəqələrinə və təsərrüfatlara böyük ziyan vurur. Su bəndlərinin dağılmasının əsas səbəblərindən layihəsiz torpaq bəndlərinin tikilməsini, təmir işlərinin vaxtında aparılmamasını və təxribatları göstərmək olar. 1997-ci ilin yayında Azərbaycanın Goranboy və İsmayıllı rayonlarında leysan yağışlarının uzun müddət yağması və dolu düşməsi nəticəsində orada layihəsiz tikilmiş kiçik su anbarlarının bəndlərində tıxac əmələ gəlmi və su kütləsinə davam gətirməyən torpaq bənd dağılmışdır. Bir sıra kəndlərə Goranboy şəhərinə, Yuxarı Qarabağ kanalına böyük zərər dəymişdir.
Usta Bəndər
Usta Bəndər — 1231-ci ildə Gəncədə sənətkarların və şəhər yoxsullarının Xarəzmşah Cəlaləddinə qarşı yönəlmiş üsyanının rəhbəri. XI-XV əsrlərdə Azərbaycanın sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərində geniş fəaliyyət göstərmiş əxi təşkilatları dövrün ictimai-siyasi həyatında mühüm rоl oynayırdılar. Belə ki, 1231-ci ildə Təbrizdə, Gəncədə baş vermiş xalq üsyanlarının əsas təşkilatçıları əxi təşkilatının üzvləri və başçıları olmuşdur. Çox güman ki, Usta Bəndər də Gəncədəki əxi təşkilatlarından birinin rəhbəri idi. Üsyana yerli əhalidən alınan verginin həddən çox yığılması səbəb olmuşdu. Mənbələrin məlumatına görə, üsyançılar "şəhərin rəisinin sarayını darmadağın etdilər, məmurları və nökərləri öldürdülər, Xarəzmşahların hərbi qarnizonlarını məhv etdilər. Qoşunla Gəncəyə yaxınlaşan Cəlaləddin üsyançılara silahı yerə qoymağı əmr etdi və onları bağışlayacağını bildirdi, lakin üsyançılar təslim olmaqdan imtina etdilər. Şəhərin mühasirəsinə başlandı. Bəndər şəhərdən çıxıb Cəlaləddinin hərbi düşərgəsinə basqın etməyi qərara aldı, lakin üsyançılar düşmən süvarisinin həmləsinə tab gətirə bilmədilər. Xarəzmşahın qoşunu şəhərə soxuldu.
Şahı bəndi
Şahı bəndi və ya Şəştraz bəndi — İranda tarixi bənd. XII əsrdə, Qəznəvilər dövründə tikilmişdir. Küsərx şəhristanında yerləşir. İranın milli əsərlərindən biri kimi qeydə alınmışdır.
Şəştraz bəndi
Şahı bəndi və ya Şəştraz bəndi — İranda tarixi bənd. XII əsrdə, Qəznəvilər dövründə tikilmişdir. Küsərx şəhristanında yerləşir. İranın milli əsərlərindən biri kimi qeydə alınmışdır.
Əbdüllətif Bəndəroğlu
Əbdüllətif Bəndəroğlu Omran (1937, Tuzxurmatu, Səlahəddin mühafəzəsi – 2 fevral 2008, Amman) — türkman əsilli İraq şairi, tərcüməçisi, ədəbiyyatşünası, publisisti, folklorçusu və araşdırmaçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994), Bakı Dövlət Universitetinin fəxri doktoru. İraq Türkmanlərinin öndə gələn ziyalılarından araşdırmaçı şair, yazar və jurnalist Əbdüllətif Omran Bəndəroğlu 1937-ci ildə İraqın Kərkük vilayətində Təzə Xurmatu kəndində anadan olmuşdur. İbtidai sinfi Təzə Xurmatu və Kərkükdə başa vurdu. 1956-cı ildə Kərkük Petrol şirkətinə aid Texniki məktəbdə təhsilinə davam edərkən siyasi səbəblərdən məktəbdən xaric edildi. Artan siyasi təqiblər nəticəsində ölkədən getmək məcburiyyətində qalan Bəndəroğlu 1964-cü ildən sonra Livan, Bolqarıstan, Yunanıstan başqa ölkələlərdə müxtəlif işlərdə işlədi. 1965-ci ildə yenidən vətənə qayıtdı. 4 fevral 2008-ci ildə Ürdün Xəstəxanasında keçirdiyi ağır əməliyyat nəticəsində vəfat etdi. Nəcəfdə torpağa tapşırıldı. Əbdüllətif Bəndəroğlu İraq-türkman folklorunu bütün fəaliyyət tipləri üzrə (toplayıcılıq, nəşr, tədqiq) öyrənmiş İraq-türkman folklorşünası olaraq bu sahədə özünəməxsus alim olmuşdur. İraq-türkman folklorunun toplanması, tədqiqi və nəşri sahəsində fəaliyyətini davam etdirən Ə. Bəndəroğlunun 1993-cü ildə "İraq-türkman folklorundan örnəklər" adlı digər bir tədqiqat əsərini çapdan çıxarıb.
Əliəkbər Bəndəliyev
Əsvan bəndi
Əsvan bəndi — Misir ərazisində Nil çayı üzərində tikilən bənddir. Tikilməsinə 1960-cı ildə başlanmış və 10 dekabr 1970-ci ildə başa vurulmuşdur.
Kaxovka bəndinin dağıdılması
6 iyun 2023-cü ildə Ukraynada Kaxovka bəndi yarıldı və geniş daşqınlara səbəb oldu. Xerson vilayətində Dnepr çayı üzərində yerləşən bənd Rusiyanın Ukraynaya hücumunun ilk günlərində onu ələ keçirən rus ordusunun nəzarəti altında idi. Səhər tezdən həm Ukrayna, həm də Rusiya tərəfindən bəndin su elektrik stansiyasından partlayış səsləri eşidildi. The New York Times-ın məsləhətləşdiyi mühəndis və döyüş sursatları ekspertləri bildiriblər ki, ən çox ehtimal olunan səbəb daxildən gələn partlayışdır. Müharibənin Tədqiqi İnstitutu bildirib ki, sübutlar Rusiya qüvvələrinin bəndi partlatdığını göstərir. Rusiya qüvvələri Ukraynanın planlaşdırılan əks-hücum əməliyyatına mane olmaq üçün bəndi partlatmaqda günahlandırılır, lakin Rusiya rəsmiləri bunu təkzib ediblər. Kaxovka su anbarında suyun səviyyəsi aylardır yüksəlirdi və bənd sıradan çıxanda 30 ilin ən yüksək həddinə çatmışdı. Aşağı axarda minlərlə sakin təxliyə edilib, daşqınlar Ukrayna və Rusiyanın nəzarətində olan ərazilərdə bir neçə kəndi su altında qoyub. 9 iyun 2023-cü il tarixinə kimi 9 nəfərin öldüyü bildirilir. Onlardan üçü Rusiya tərəfindən işğal edilmiş Oleşki şəhərindən, beşi isə Nova Kaxovkadan idi.
Mehdi Bəndələri Birliyi
Mehdi Bəndələri Birliyi (ərəb. إتحاد خدام المهدي; İttihad Xuddam-ul-Mehdi) dindar Yasir Əl-Həbib tərəfindən idarə olunan Britaniyanın paytaxtı Londonda yerləşən onikici qrupudur. == Vəzifələr == Siyasi baxımdan qrup ifrat sağçı hesab edilir. O, İran İslam Respublikası hökumətinə düşmən münasibət bəsləyir və Əli Xamneyinin dini etimadnaməsinə şübhə ilə yanaşır. Yasir əl-Həbib, həmçinin Məhəmməd Hüseyn Fəzlullahı "mubtədi" olaraq pisləyib. Qrup tərəfindən təsdiqlənən bir neçə şiə sima arasında Sadiq Şirazi də var. Əl-Həbib Qumda olarkən Məhəmmədrza Şirazinin yanında təhsil alıb, və Müctəbe Şirazinin kürəkəni. Qrup üzvləri Mərceyi-təqlid olaraq Sadiq Şirazinin ardınca gedirlər və Əli Sistanini və xüsusən də Əli Xamneyini açıq şəkildə tənqid edirlər. Qrup sünni əleyhinədir, çünki o, Ömər ibn Xəttab və Aişəni təhqir etməyi müdafiə edirdi. == Fəaliyyə == Qrup Fedek TV adlı peyk televiziya kanalını idarə edir.
Səfəvilərin Bəndər-Abbası ələ keçirməsi
Səfəvilərin Bəndər-Abbası ələ keçirməsi — 1614-cü ildə Qızılbaş ordusunun İmamqulu xanın komandanlığı altında müasir Bəndər-Abbas bölgəsində yerləşən Kambarao (və ya Gembrun) qalasını ələ keçirməsi nəzərdə tutulur. Qala Portuqaliyaya məxsus idi. 1507-ci ildə portuqaliyalı Afonsu d' Albukerki Hörmüz adasına hücum edərək oranı ələ keçirdi. Bu adanın ələ keçirilməsi ilə Hindistan ilə Avropa arasında körfəz üzərindən gedən ticarətə nəzarət etmə imkanı Portuqaliyanın əlinə keçdi. I Abbasın hakimiyyəti dövründə Səfəvi imperiyası Hörmüzü ələ keçirmək barədə düşünürdü. Onun əsas məqsədi ümumiyyətli portuqaliyalıları buralardan vurub çıxarmaq idi. Osmanlı əleyhinə Portuqaliya və İspaniya əleyhinə ittifaq qurmaq üçün çalışdığına görə Abbas bu hücumu ertələmişdi, ittifaq alınmadıqdan və qızılbaşlar tək başına Osmanlı ordusunu darmadağın etdikdən sonra Portuqaliya əleyhinə hərbi əməliyyat reallıq oldu. 1614-cü ildən etibarən isə Abbas bütün qəzəbini İran körfəzindəki portuqaliyalılara və ispaniyalılara qarşı yönləndirdi. 1613-cü ildə Fars körfəzindəki kiçik limanlardan birindən olan bir neçə ərəb taciri Hörmüz adasının portuqaliyalı qubernatoru Luis da Qama tərəfindən pis rəftar edildi. Bu tacirlər Hörmüzün bir məhəlləsində kartazsız ələ keçirildilər.
Kontrfors bəndi
əsas məqalə: Su bəndləri Kontrfors bəndi — dəmir-beton konstruksiyalardan hazırlanmış olan bənd növüdür. Qravitasiya və Tağ-Qravitasiya bəndlərindən fərqli olaraq, onlar strukturun açıq tağlı həndəsəsinə malik deyillər və bu tip bəndin dayanıqlığı strukturun özünün kütləsi ilə təmin olunmaya da bilər.
Qravitasiya bəndi
əsas məqalə: Su bəndləri Qravitasiya bəndi (və ya cazibə qüvvəsi bəndi) — öz dayanıqlığını təmin etmək üçün bəndin və öz ağırlığına mütənasib olan, əsasda yalnız sürtünmə qüvvəsindən istifadə edən beton və ya hörgüdən hazırlanmış bir bənd növüdür. === Xüsusiyyətlər === Qravitasiya bəndləri adətən geniş vadi boyunca düz bir xətt üzərində olur və saxlanılan suyun üfüqi itkisinə tamamilə öz çəkisi ilə müqavimət göstərir. Qravitasiya bəndinə təsir edən üç əsas qüvvə: anbarda yığılan suyun itələyici qüvvəsi, bəndin çəkisi və bünövrənin yaratdığı təzyiqdir. Su anbarında çökən lilin yuxarı axınının səthinə təsirini, seysmik təsir nəticəsində yarana bilən ətalət qüvvələrini və xüsusən də suyun süzülməsinin qaldırıcı qüvvəsini bəndin altına və ya üfüqi birləşmələrə nəzərə almaq vacibdir. Onların enni bazası və bünövrəsini nəzərə alınmaqla, qravitasiya bəndləri sızma və qalxma nəticəsində sabitliyi poza bilər, bu problem dizayn və tikintidə ən böyük diqqət tələb edir. Bənd bərk qayalar üzərində qurulduqda, betonun qayaya sadə şəkildə aşağıya doğru proyeksiyasın sızmanın qarşısını almaq və qalxma təzyiqlərini aradan qaldırmaq üçün ümumiyyətlə kifayət edəcəkdir. Bəndin hər bir hissəsi dayanıqlıdır və hər hansı digər bənd bölməsindən müstəqildir. Lakin, adətən, qaya təməli keçiricidir, bəzən əhəmiyyətli dərinliklərə qədər, buna görə də tamamilə etibarlı kəsmənin qurulması ya çətin, ya da qeyri-mümkündür. Daha sonra çatlamış süxurun məhlulla örtülməsi üçün geniş sistemlə və drenaj vasitəsilə qaldırma təzyiqlərinin azaldılmasına etibar edilməlidir. Bir çox qravitasiya bəndləri həm kəsiklərə, həm də yeraltı drenaja malikdir və adətən torpaq təməlləri üzərində tikilmir.
Tağ-qravitasiya bəndləri
Əsas məqalə: Su bəndləri Tağ-qravitasiya bəndi — həm tağ bəndinin, həm də qravitasiya bəndinin xüsusiyyətlərinə malik olan bənd növüdür. Bu tip bəndlər qravitasiya qüvvəsi və qövs hərəkətindən istifadə edərək öz çəkiləri ilə suyun itkisinə müqavimət göstərən bəndlərdir.
Tağ bəndi
əsas məqalə: Su bəndləri Tağ bəndi — çayın yuxarı istiqamətinə doğru əyilmiş beton bəndidir. Tağ bəndi elə qurulmuşdur ki, suyun ona qarşı olan, yəni hidrostatik təzyiq kimi tanınan su qüvvəsi tağın üzərinə təzyiq göstərərkən, tağın bir qədər düzləşməsinə və təməli və ya dayaqları istiqamətində itələnərkən strukturun daha da möhkəmlənməsinə səbəb olur. Tağ bəndi, strukturu və gərginliyi dəstəkləmək üçün dözümlü və dik qaya divarlarına malik olan dar kanyonlar və ya dərələr üçün ən müvafiqdir. Hər hansı digər bənd tipindən daha incə olduqları üçün tağ bəndi az tikinti materialı tələb edir, bu da onları ucqar ərazilərdə daha qənaətcil və praktik edir. Tağ bəndin yuxarı axın əyrisi suyun təkanını ya birbaşa vadinin kənarlarına, ya da dolayısı ilə beton dayaqlar vasitəsilə ötürür. Gücünün tamamilə dayaqlarındakı effektiv dayaqdan asılı olduğunu nəzərə alsaq, tağ bəndləri üçün yalnız səs daşını təmin edən əlverişli yerlər uyğun gəlir. Teorik olaraq, V-şəkilli vadidə ideal sabit bucaqlı tağ 133° əyrilik mərkəzi bucağına malikdir. Bu faktdan birinci 1913–14-cü illərdə Alyaskada Salmon Creeking-də tikilmiş "sabit bucaqlı" (və ya dəyişən radiuslu) tağ bəndində istifadə olunur. Tağ bəndləri digər bənd növlərindən nisbətən uğursuzluğa qarşı daha çox müqavimət göstərir. Yenə də axın yolu güclü yağış və ya daşqın hadisələrini qarşılamaq üçün vacib olaraq qalır.
Leqadadi bəndi
Leqadadi bəndi Əddis-Əbəbə və ətrafı üçün tikilmiş içməli su anbarıdır. Leqadadi bəndi Əddis-Əbəbədən 31,8 km məsafədə yerləşir. Su anbarının məqsədi Leqadadi çayının qolu olan Sendafa çayında axınları tənzimləmək və Əddis-Əbəbənin su təchizatında istifadə etməkdir. Leqadadi bəndi 1967–1971-ci illər arasında tikilmişdir.Su anbarı 2450 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Bənd içməli suya artan tələbatı ödəmək üçün 1960-cı illərdə tikilmişdir. Leqadadi bəndi təməlin müxtəlif geoloji şəraitinə daha yaxşı uyğunlaşmaq üçün nəzərdə tutulmuş səkkiz müxtəlif bənd tipindən ibarətdir. Bəndin tikintisində istifadə edilmiş olan iki əsas bənd növü bunlardır "içi boş" Qravitasiya bəndi (əsas bənd) və Qaya Doldurma bəndi (yəhərli bənd). Hündürlüyü 44 m olan bu bənd çay axınını tənzimləyən 40 Mm3 su anbarı yaradır. Buraxılan su məhsuldarlığı 50 000 m3/günə olan təmizləyici qurğudan keçir. Çayın məcrası 163 m uzunluğunda kanala axıdılan və çay yatağındakı eroziyanı azaltmaq üçün flip bucket tipli enerji dissipatoru ilə bitən klapanlı hidravlik qapılarla idarə olunan üç buxtadan ibarətdir.

Значение слова в других словарях