CIRT¹

сущ. чирт, чӀанкь, пӀанкь (кьуру кӀарас гъилеривди ва я кьуьл илисна хадамаз акъатдай хьтин ван).
CIRNATMAQ
CIRT²
OBASTAN VİKİ
Azər Cırttan
Azər Cırttan (azərb. Azər Məmmədov‎; 15 dekabr 1979, Bakı) — müasir Azərbaycanlı musiqiçi, rəssam, şair. == Həyatı == Azər Məmmədov 1979-cu ilin 15 dekabr tarixində Bakı şəhərində anadan olmuşdur. İbtidai və orta təhsili Bakı şəhərində almışdır. 1996-cı ildə Azərbaycan Respublikasının dövlət təqaüdünə haqq qazanaraq təhsilini Türkiyədə davam etmişdir. Anadolu Üniversiteti, İqtisat Elmləri fakültəsindən 2002-ci ildə məzun olmuşdur. 2004-cü ildə hərbi xidmətini başa vurmuşdur. 2005-ci ildən Türkiyə, Rusiya və Ukraynada müxtəlif şirkətlərdə çalışmışdır. Evlidir. 2 qız atasıdır.
Ağ cırtdanlar
Ağ cırtdanlar – ulduz təkamülünün son mərhələsində ölçüləri planetlərlə müqayisə edilə bilən və effektiv temperaturu çox böyük olan ulduzlar. Ağ cırtdanların kütləsi Günəşin kütləsi tərtibindədir, radiusları isə Günəşin radiusundan təxminən 100 dəfə kiçikdir. Ağ cırtdanlar maddəsinin orta sıxlığı təqibi 108–109 kq/m³-dir. Ağ cırtdanların sayı bütün Qalaktika ulduzlarının bir neçə faizini təşkil edir. Onların çoxu qoşa ulduzlar sisteminə daxildir. Ağ cırtdanlara aid edilmiş ilk ulduz 1862-ci ildə Amerika astronomu A.Klarkın kəşf etdiyi Sirius B (Siriusun peyki) ulduzu olmuşdur. 1910-cu illərdə Ağ cırtdanlar xüsusi ulduzlar sinfi kimi ayrılmışdır; adı ilk təmsilçilərinin rənginə uyğun müəyyən edilmişdir. Ağ cırtdanlar başlanğıc kütləsi 8M☉-dan az olan adi ulduzlardan, onlarda istilik-nüvə yanacağının tükənməsindən sonrakı təkamülün sonuncu mərhələsində yaranır. Bu mərhələdə ulduz, qırmızı nəhəng və planetar dumanlıq mərhələlərini keçməklə özünün xarici qatlarını kənara atır və çox yüksək temperatura malik nüvəsini çılpaqlaşdırır. Ulduzun nüvəsi tədricən soyuyaraq Ağ cırtdanlar halına keçir və nüvəsində toplanmış istilik enerjisinin hesabına uzun müddət işıq saçmaqda davam edir.
Ağbəniz və yeddi cırtdan
Ağbəniz və Yeddi Cırtdan — ilk dəfə 1812-ci ildə alman Qrimm qardaşları tərəfindən toplanmış və çap edilmiş olan bir xalq nağılıdır. Pisqəlbli və qısqanc ögey anası tərəfindən ondan daha gözəl olduğu üçün öldürülmək üzrə meşəyə göndərilən və meşədə cırtdanlarla birlikdə yaşamağa başlayan bir şahzadənin macəralarından bəhs edir. Bir neçə dəfə teatra və kinoya uyğunlaşdırılmışdır. Hekayənin (və baş qəhrəmanın) ilk çapındakı almanca adı Sneewittchendir (Qarbəyazı). == Mövzusu == Ağbənizin anası ölüncə atası (kral) yenidən evlənir. Ancaq ögey ana (yeni kraliça) Ağbənizə pis davranmaqdadır. Pis kraliçanın sehrli bir aynası vardır və tez-tez bu aynadan dünyadakı ən gözəl adamın kim olduğunu soruşar. Doğrunu söyləyən sehrli ayna hər daim kraliçanın gözəlliyini təsdiqləyər ta ki Ağbəniz böyüyüb gənc və gözəl bir qız olana qədər. Ağbənizin özündən daha gözəl olduğunu öyrənincə qısqanclıq böhranına girən kraliça ovçulardan birinə gənc qızı öldürməsini əmr edər. Ovçu Ağbənizə qıya bilməz və meşədə sərbəst buraxar.
Ağbəniz və yeddi cırtdan (cizgi filmi, 1937)
Ağbəniz və yeddi cırtdan (ing. Snow White and the Seven Dwarfs) — 1937-ci ildə istehsal olunmuş cizgi filmidir. "Ağbəniz və yeddi cırtdan" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin ilk klassik qısametrajlı cizgi filmidir. Cizgi filmi Qrimm qardaşlarının eyniadlı əsəri əsasında hazırlanmışdır.
Beşbarmaqlı cırtdan ərəbdovşanı
Beşbarmaqlı cırtdan ərəbdovşanı (Cardiocranius paradoxus Satunin) — nadir növdür. Xırda ölçülü ərəbdovşanı. Bədəninin uzunluğu 5,8–7,5 sm. Quyruğun uzunluğu 7,3–7,7 sm. Özünəməxsus quyruğu var: əsasında incə, ən yoğun yeri ortasında(8–12 mm diametrdə) və tədricən, kiçik fırçası olan ucuna yaxın, incələşir. Quyruğun yoğunlaşması piy qatları hesabına baş verir. Başı qeyri-mütənasib böyükdür. Gözləri iridir. Vibrissaları çox inkişaf edib. Ön və geri əzaları beşbarmaqlıdı.
Cırtdan susüpürən
Cırtdan süsən
Cırtdan süsən (lat. Iris pumila) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Cırtdan tinamu
Cırtdan tinamu (lat. Taoniscus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinə aid heyvan cinsi.
Cırtdan təqibçi
Cırtdan təqibçi (lat. Porzana pusilla) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin təqibçi cinsinə aid heyvan növü.
Cırtdan və Div (1983)
Cırtdan və div və ya orijinal adı ilə Cırtdan-"pəhləvan": ikinci film (rus. Про Джыртдана Великана — 2) — Azərbaycan cizgi filmi. == Məzmun == Filmdə Cırtdanın başına gələn sərgüzəştlərdən, divə qalib gəlməsindən söhbət açılır. == Film haqqında == Film Cırtdan Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır. Applikasiya filmidir. Bu film 2018-ci ildə "Peri Film" MMC şirkəti tərəfindən xüsusi olaraq Animafilm 1-ci Azərbaycan Beynəlxalq Animasiya Festivalı üçün Buta Film kinostudiyası, rejissor İlqar Nəcəf və prodüser Vidadi Rüstəmovun da texniki dəstəyi ilə Azərbaycan dilinə tərcümə və dublaj edilib. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Bəhmən Əliyev Ssenari müəllifi: L. Dadaşidze, Aleksandr Timofeyevski Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Rauf Əliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Rauf Dadaşov, Arifə Hatəmi, Gülşən Quliyeva, Hüseyn Cavid İsmayılov == Dublaj == Prodüser: Rəşid Ağamalıyev Səs rejissoru: Hüseyn Həsənov Səsləndirdilər: Kəmalə Rövşən, Elçin Hami Axundov Mətnin tərcüməsi: Gülşən Hüseynova Şeirlərin tərcüməsi: Sevinc Elsevər, Gülşən Hüseynova == Həmçinin bax == Cırtdan-"pəhləvan" (film, 1981) Cırtdan cizgi filmi (1969) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Cırtdan və div (film, 1983)

Cırtdan zirehli
Cırtdan zirehli (lat. Zaedyus pichiy) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Zaedyus cinsinin yeganə nümayəndəsidir. == Görünüşü == Bədənin uzunluğu 26 ilə 33 sm arasındadır. Bunun 10–14 sm quyruğudur. Təxminən 12 sm hündürlüyə malikdir. Qulaqları 13 mm-dir. Çəkiləri 900 qramdır. Tünd qəhvəyi zirehə və yaxşı inkişaf etmiş pənçələrə malikdir. Təhdid edildikdə zirehli balaca qabığına sıxılır.
Erida (cırtdan planet)
Erida (simvolı: ; q.yun. Ἔρις, lat. Eris, əvvəllər 2003 UB|313) şərti adı istifadə edilirdi — cırtdan planet, 5 yanvar 2005-ci ildə astronomlardan ibarət qrup tərəfindən kəşf edildi. Qrupa Maykl Braun (Kaliforniya texnologiya institutu), Devid Rabinovic, Cedvik Truxilo (Cemini rəsədxanası) daxil idi. Qrup Palomar rəsədxanasındakı 122 sm-lik teleskopdan istifadə etmişdir. 29 iyul 2005-ci ildə kəşf haqqında artıq ictimaiyyətə məlumat verildi. Perihelisi 5.7 milyard km, afelisi 14,6 milyard km-dir. Orta radiusu 1163 km-dir. Səthində temperatur −231S dir. Günəş ətrafında 1 dövrü 557 ildir.
Filippin cırtdan qızılquşu
Filippin cırtdan qızılquşu (lat. Microhierax erythrogenys) — cırtdan qızılquş cinsinə aid heyvan növü.
Haumea (cırtdan planet)
Haumea (simvolı: ) — Günəş sisteminə daxil olan 5 cırtdan planetdən biridir. 2004-cü ildə amerikalı astronom Mayk Braun tərəfindən kəşf olunmuşdur. 2008-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Haumeaya cırtdan planet statusu vermişdir.
Kiçik cırtdan kaşalot
Kiçik cırtdan kaşalot (Kogia sima ya da köhnə adı ilə Kogia simus) – cırtdan balinalar ailəsinin bilinən üç növündən biri.
Makemake (cırtdan planet)
Makemake (kiçik planetlər təsnifatında 136472 Makemake; simvolı: ) — Günəş sistemində yerləşən cırtdan planet. Koyper qurşağında yerləşən məlum olan ikinci ən böyük kosmik cisimdir və ölçüsü Plutonun 2/3-nə bərabərdir. Makemakenin S/2015 (136472) 1 adlandırılan bir məlum təbii peyki vardır. Makemakenin orta səth temperaturunun −230 °C göstərici ilə çox aşağı olması, səthin Metan, Etan və ehtimal ki, Azot buzları ilə örtülü olmasını bildirir. Makemake Mayk Braunun rəhbərlik etdiyi komanda tərəfindən 31 mart 2005-ci ildə kəşf olundu. Buna baxmayaraq, cırtdan planetin kəşfi ictimaiyyətə 29 iyul 2005-ci ildə açıqlandı. Əvvəlcə 2005 FY9 olaraq adlandırılsa da, daha sonra 136472 kiçik planet kodu ilə təsnif olundu. Beynəlxalq Astronomiya İttifaqı tərəfindən kəşfin cırtdan planet olaraq qəbul olunması ehtimalına görə, ona Pasxa adasında yaşayan rapanui xalqının yaradıcı tanrısı hesab olunan Makemakenin adı verildi. == Tarixi == === Kəşfi === Makemake Mayk Braunun rəhbərlik etdiyi komanda tərəfindən 31 mart 2005-ci ildə Palomar Rəsədxanasında aparılan müşahidələrin nəticəsi olaraq kəşf edilsə də, bu kəşf ictimaiyyətə 29 iyul 2005-ci ildə açıqlandı. Komanda izlədikləri parlaq kosmik cisimlər olan Erida və Makemakenin kəşfinin elanını hesablamalar dəqiqləşənə qədər təxirə salmağı düşünürdü.
Pluton (cırtdan planet)
Pluton (134340 Pluto; simvolı: , və ya ) — Günəş ətrafında dövr edən ən kiçik cırtdan planetlərdən biri. Kəşf edildiyi 1930-cu ildən 2006-cı ilədək planet kimi qəbul edilən Pluton, hal-hazırda Koyper qurşağında Eridadan sonra ikinci böyük obyekt hesab edilir. 1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsrin sonları və XXI əsrin əvvəllərində Günəş sistemində plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida kütlə baxımından Plutondan 27% böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" anlayışına tərif verdi. Pluton bu tərifdə deyilən əsaslara uymadığından o planet kateqoriyasından kənarda qaldı. NASA 19 yanvar 2006-cı ildə Plutonun kəşfi üçün "New Horizons" adlı qurğunu kosmosa göndərdi. Həmin qurğu 9 il sonra yəni, 14 iyul 2015-ci ildə Plutona 12000 km yaxınlaşaraq planetin fotosunu çəkib. Xatırladaq ki, Plutonun fotosu dünyadan 5 milyard km uzaqda çəkilib.
Sağsağanı cırtdan qızılquş
Sağsağanı cırtdan qızılquş (lat. Microhierax melanoleucus) — cırtdan qızılquş cinsinə aid quş növü.
Serera (cırtdan planet)
Serera (simvolı: , ing. Ceres) — Günəş sisteminə daxil olan 5 cırtdan planetdən biri. Diametri təxminən 945 kilometrdir. 1801-ci ildə italiyalı astronom Cüzeppi Pyaççi tərəfindən kəşf olunmuşdur. 2006-ci ildə Beynəlxalq Astronomiya İttifaqı planet və cırtdan planet anlayışlarını dəqiqləşdirdikdən sonra Sereraya cırtdan planet statusu verilmişdir. Serera Mars və Yupiter arasında asteroid qurşağının ortasına yaxın bir orbit izləyir, orbital dövrü (ili) 4,6 Yer ilinə bərabərdir.
Cırtdan begemot
Cırtdan begemot – Cücə begemodu və ya cırtdan begemot (Choeropsis liberiensis) kiçik bir begemotdur və vətəni Qərbi Afrikanın meşələrində və bataqlıqlarında, ilk növbədə Liberiyada, Syerra Leone, Qvineya və Fil Dişi Sahilində məskunlaşır. Vətəni Nigeriyadır. Cırtda begemot quruya uyğunlaşa bilir, lakin begemot kimi dərisini nəm və bədən istiliyini sərin saxlamaq üçün suda yaşayır. Cütləşmə və doğum suda və ya quruda baş verə bilir. Cırtdan begemot ot yeyəndir. Bu səbəbdən meşələrdə tapdığı qıjılar, enliyarpaqlı bitkilər, otlar və meyvələrlə qidalanır. Cırtdan begemotları 19-cu əsrə qədər Qərbi Afrikadan kənarda tanınmırdı. 20-ci əsrin əvvəllərində zooparklara təqdim edilmişdir. Onlar əsirlikdə yaxşı çoxalırlar və tədqiqatların böyük əksəriyyəti zoopark nümunələrindən əldə edilir. Növlərin əsirlikdə sağ qalması vəhşi təbiətdən daha çox təmin edilir; 2015-ci ildəki qiymətləndirmədə, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının təxminlərinə görə, təbiətdə 2500-dən az cırtdan begemot qalmaqdadır.
Ağbəniz və yeddi cırtdan (film, 1937)
Ağbəniz və yeddi cırtdan (ing. Snow White and the Seven Dwarfs) — 1937-ci ildə istehsal olunmuş cizgi filmidir. "Ağbəniz və yeddi cırtdan" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin ilk klassik qısametrajlı cizgi filmidir. Cizgi filmi Qrimm qardaşlarının eyniadlı əsəri əsasında hazırlanmışdır.
Cırtdan-"pəhləvan"
Cırtdan–"pəhləvan" (rus. Про Джыртдана "Великана") — Azərbaycan cizgi filmi. == Məzmun == Burada Cırtdanın başına gələn əhvalatlardan, xeyirlə şərin mübarizəsindən bəhs olunur. == Film haqqında == Film Cırtdan Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır. Applikasiya filmidir. Bu film 2018-ci ildə "Peri Film" MMC şirkəti tərəfindən xüsusi olaraq Animafilm 1-ci Azərbaycan Beynəlxalq Animasiya Festivalı üçün Buta Film kinostudiyası, rejissor İlqar Nəcəf və prodüser Vidadi Rüstəmovun da texniki dəstəyi ilə Azərbaycan dilinə tərcümə və dublaj edilib. 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib. Forumda filmin rəssamı Elçin Hami Axundova “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatı verilib. Ona mükafatı forumun direktoru Dante Rustav təqdim edib. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Tofiq Ağayev, Aleksandr Timofeyevski Rejissor: Bəhmən Əliyev Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Rauf Əliyev Mahnıların mətni: Aleksandr Timofeyevski Səs operatoru: Akif Nuriyev Multiplikasiya rəssamı: Rauf Dadaşov, Vaqif Məmmədov, Arifə Hatəmi, Gülşən Quliyeva, Solmaz Hüseynova, Vladimir Zarubin Rəssam: T. Hüseynov, Aydın Lazımov, Hüseyn Cavid İsmayılov, S. Candarov, Zəkiyyə Mahmudova, Cəvahir Quliyeva, Lalə Məmmədova (Lalə Ağacanova kimi), Y. Melkumova Redaktor: D. Tahirova Filmin direktoru: E. Şirinov === Filmi səsləndirənlər === Klara Rumyanova — Cırtdan Stanislav Fedosov == Dublaj == Prodüser: Rəşid Ağamalıyev Səs rejissoru: Hüseyn Həsənov Səsləndirənlər: Kəmalə Rövşən, Elçin Hami Axundov Mətnin tərcüməsi: Gülşən Hüseynova Şeirlərin tərcüməsi: Sevinc Elsevər, Gülşən Hüseynova == Həmçinin bax == Cırtdan və div (film, 1983) Cırtdan cizgi filmi (1969) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Cırtdan və div
Cırtdan və div və ya orijinal adı ilə Cırtdan-"pəhləvan": ikinci film (rus. Про Джыртдана Великана — 2) — Azərbaycan cizgi filmi. == Məzmun == Filmdə Cırtdanın başına gələn sərgüzəştlərdən, divə qalib gəlməsindən söhbət açılır. == Film haqqında == Film Cırtdan Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır. Applikasiya filmidir. Bu film 2018-ci ildə "Peri Film" MMC şirkəti tərəfindən xüsusi olaraq Animafilm 1-ci Azərbaycan Beynəlxalq Animasiya Festivalı üçün Buta Film kinostudiyası, rejissor İlqar Nəcəf və prodüser Vidadi Rüstəmovun da texniki dəstəyi ilə Azərbaycan dilinə tərcümə və dublaj edilib. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Bəhmən Əliyev Ssenari müəllifi: L. Dadaşidze, Aleksandr Timofeyevski Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Rauf Əliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Rauf Dadaşov, Arifə Hatəmi, Gülşən Quliyeva, Hüseyn Cavid İsmayılov == Dublaj == Prodüser: Rəşid Ağamalıyev Səs rejissoru: Hüseyn Həsənov Səsləndirdilər: Kəmalə Rövşən, Elçin Hami Axundov Mətnin tərcüməsi: Gülşən Hüseynova Şeirlərin tərcüməsi: Sevinc Elsevər, Gülşən Hüseynova == Həmçinin bax == Cırtdan-"pəhləvan" (film, 1981) Cırtdan cizgi filmi (1969) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Cırtdan boy
Cırtdan boy (ing. dwarfism) – anomal kiçik boy, ən çox xondrodistrofik mənşəli olur.

Значение слова в других словарях