Cırtdan ardıc
Juniperus communis var. saxatilis (lat. Juniperus communis var. saxatilis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinin adi ardıc növünə aid bitki yarımnövü.
Kiçik Asiya dan təsvir edilmişdir. Alçaqboyu, yerə sərilən və ya sürülən koldur. Cavan budaqları sarımtıl-qırmızıya çalır. Yaşlı budaqlarının rəngi bozdur, iynəyarpaqları sıx, xətvarı olub, ağ zolaqlıdır. Yarpaqlarının uzunluğu 10-16 mm-ə qədərdir, kirəmit kimi bir-birinin üzərinə sərilmişdir, azca əyridir, neştərvarı-xətvarıdır, ucu qısa və sivridir, üst tərəfi azca novaoxşardır, alt tərəfində küt bir tili vardır. Qozaları saplaqsız və ya qısa ayaqcıqlar üzərində kürəşəkilli, qara rəngdədir, üstündə göyümtül ləkə vardır, diametri 6-9 mm, yarpaqları boyda və ya çox vaxt onlardan bir qədər uzundur.