CƏLA

CƏLA1

ə. köçmə, uzaqlaşma, ayrı düşmə. Cəlayi-vətən vətəndən ayrı düşmə, ayrılma.

CƏLA2

ə. parlama, parıltı, cila.

CƏL
CƏLADƏT
OBASTAN VİKİ
Fərid Cəlalov
Fərid Cəlalov – Azərbaycan kişi milli voleybol komandasının üzvü və eyni zamanda qadınlardan ibarət İqtisadçı voleybol komandasında köməkçi məşqçi. Millimizdə kapitanlıq da etmiş mütəxəssis 2013-cü ilin avqustunda bir neçə oyunda "İqtisadçı"nın baş məşqçisi də olmuşdu. Buna səbəb komandanın baş məşqçisinin zamansız istefaya göndərilməsi idi. == Həyatı == Fərid Yasər oğlu Cəlalov 1987-ci ildə Azərbaycan SSR-nin Masallı rayonunda anadan olmuşdur. Ailəlidir, 2 övladı var.
Fəridə Cəlal
Fəridə Cəlal(hind. फरीदा ज़लाल, ing. Farida Jalal, 18 may 1949, Yeni Dehli) — Hindistanın kino və televiziya aktrisası. == Həyatı == 14 mart 1949-cu ildə Yeni Dehlidə anadan olmuşdur. Filmə çəkilməyə 1961-ci ildən başlayıb. "Bobbi" filmində xəstə qız rolunu oynayıb. Son filmə 2013-cü ildə çəkilib. Ailəlidir, bir oğlu var.
Gərgər (Cəlaloğlu)
Gərgər, Gyargyari hay, Herher — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-şərqdə, Gərgər çayının sahilində yerləşir. Erməni mənbələrində kəndin adı Gərgər, Gyargyari hay, Herher formalarında qeyd edilir. Toponim yunan tarixçisi Strabonun «Coğrafiya» əsərində qeyd edilən qədim qarqar türk etnonimi əsasında əmələ gəlmişdir. Gərgər, qarqar türk etnoniminin fonetik variantıdır. Qarqar etnonimi həm də herher, xerxer fonetik variantlarında Azərbaycan toponomiyasında iştirak edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə ermənilərlə yanaşı 4 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə onlar sıxışdırılaraq kənddən çıxarılmışdır.
Hüseyn Cəlayır
Sultan Cəlaləddin Hüseyn Sultan Şeyx Üveysin oğlu Cəlayır (v. 1382) — Cəlayırlar dövlətinin sultanı. == Hakimiyyəti == Sultan Şeyx Üveysin oğlu Sultan Hüseynin hakimiyyəti illərində (1374–1382) Mərkəzi dövlət hakimiyyəti yenidən zəiflədi ki, Teymurləngin yürüşləri ərəfəsində bu olduqca ağır nəticələr verə bilərdi. Lakin onun qardaşı Sultan Əhmədin Təbriz şəhərini əlinə keçirərək hakimiyyətə yiyələnməsi (o, fasilələrlə 1382–1410-cu illər arasında hakimiyyətdə olmuşdu) hərc-mərcliyi aradan qaldırdı. Azərbaycanın bütün vilayətləri yenidən (Şirvan istisna olmaqla) Cəlairilər dövlətinin tərkibinə qatıldı.
Həsən-Cəlal
Həsən Cəlaləddövlə (bilinmir – 1260, Qəzvin) — Xaçın knyazı (1215–1261) Alban əsilli, dövlət xadimi. Qafqaz Albaniyası son qalan xristian alban məlikliklərini birləşdirərək vahid Xaçen dövlətini qurmuşdur. == Haqqında == Həsən Cəlalın dövründə Xaçın knyazlığı ən yüksək inkişaf mərhələsinə çatıb. O, Qafqaz Albaniyasında uzun müddət hakimiyyətdə olmuş Aranoğulları sülaləsinin və gürcü çarı Tamaranın məşhur sərkərdələri Mxarqradzelilərin nəslindəndir.indiki Rəhimli(köhnə adı.AşağıXaç)kəndində Anadan Olub. 1261-ci ildə monqol yürüşləri zamanı həlak olan Həsən Cəlal və onun nəslindən olan alban katolikosları Gəncəsər məbədinin ərazisində(indiki Kəlbəcər rayonu) dəfn olunublar. Həsən Cəlal həmişə dövrün epiqrafik abidələrində böyük minnətdarlıqla "Xaçın ölkələri knyazı", "Albaniya hökmdarı" və başqa bu kimi titullarla anılır. Məhz Həsən Cəlalın göstərişi ilə alban memarlığının şah əsəri olan Gəncəsər məbədi tikilib. Həsən Cəlal dövrünün ən görkəmli dövlət xadimlərindən biri olub. == Həyatı == 1215-ci ildə Xaçın knyazlığında hakimiyyətə Həsən Cəlal gəlir. Ondan qalmış çoxsaylı yazılar onun mənşəyini öyrənməyə imkan verir.
Həsən Cəlal

Həsən Cəlal Gözəl
Həsən Cəlal Gözəl (1945, Qaziantep – 19 mart 2018, Ankara) — 1987–1989-cu illərdə Türkiyə Milli Təhsil, Gənclik və İdman naziri olmuş türk siyasətçisi və bürokrat == Həyatı == 1945-ci ildə Qaziantepdə dünyaya gəlib. İlk və orta təhsilini Malatyada alıb. 1968-ci ildə Ankara Universiteti Siyasi Biliklər Fakultəsinin İqtisad və Maliyyə bölməsini bitirib. "Türkiyənin İqrisadi Böyümə Modelləri" mövzusunda yazdığı tezislə məzun olub. == Bürokratlıq dövrü == Universitetdəki təhsilini başa vurduqdan sonra Dövlət Planlaşdırma Təşkilatında fərqli vəzifələrdə çalışıb. Fəaliyyəti dövründə bir sıra yüksək vəzifələri tutmuş 38 yaşında isə baş nazirin müşaviri olub. Və bununla da həm də Türkiyənin ən gənc baş Nazir müşaviri olub. 24 yanvar 1980-ci ildə olmuş iqtisadi tədbirlərin həyata keçirilməsində ciddi vəzifələri öz üzərinə götürüb. == Siyasi həyatı == 1986-cı ildə Ana Vətən Partiyasından seçkilərə qatılıb Qaziantepdən millət vəkili seçilir. Turqut Özalın hökumətində dövlət naziri və hökumət spikeri vəzifələrini yerinə yetirib.
Kürəkən Mahmud Cəlaləddin Paşa
Mahmud Cəlaləddin Paşa adı ilə Osmanlı imperiyası tarixində 3 paşa var:
Mahmud Cəlaləddin Paşa
Mahmud Cəlaləddin Paşa adı ilə Osmanlı imperiyası tarixində 3 paşa var:
Mahmud Cəlaləddin Paşa (1836–1884)
Mahmud Cəlaləddin Paşa (1836 – 8 may 1884, Taif, Məkkə bölgəsi[d]) — Osmanlı sultanı Sultan Əbdülməcid, Sultan Əbdüləziz, V Murad və II Əbdülhəmid dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. == Həyatı == Atası Sultan Mahmud dönəminin vəzirlərindən Əhməd Fəthi Paşa idi. Atası Sultan Mahmudun qızlarından Atiyə Sultanla evli olsa da, Mahmud Paşa onun Şəmsinur xanımla olan ilk evliliyindən dünyaya gəlmişdir. Ögey anasının vasitəsilə mükəmməl təhsil aldı. 1858-ci ildə Sultan Əbdülməcidin qızlarından Cəmilə Sultanla nişanlandı. Üstəlik Cəlaləddin Paşanın bir kənizindən Mehmed Kazım və Əhməd Fazil bəy adlı 2 oğlu da vardı. Bu səbəblə, saray ənənəsinə uyğun olaraq, öncə bu evliliyi sonlandırıldı. 27 may 1858-ci ildə başlayan toy şənliklərinin ardından 11 iyunda cütlüyün nigahı şeyxülislam Məşrəfzadə Arif Əfəndi tərəfindən bağlandı. Cütlüyün şərəfinə Fındıklıda bir saray inşa olunsa da, sarayın inşası gecikmiş, bu səbəblə cütlük toy mərasiminin ardından bir müddət Əmirgandakı sahilsaraylarının birində yaşamışdır. Bir-birlərini çox sevdikləri bilinən cütlüyün bu nigahdan 6 övladları dünyaya gəlsə də, bunlardan ikisi uşaq yaşlarında vəfat etdi.
Mahmud Cəlaləddin Paşa (1853–1903)
Mahmud Cəlaləddin Paşa (1853, Konstantinopol – 1903, Brüssel və ya Brüssel[d]) — Kaptan-ı dərya Xəlil Rüfət Paşanın oğlu, ilk türk sosioloqlarından Mehmed Səbahəddinin atası və Osmanlı dövlət adamı. == Həyatı == === İlk illəri === 1853-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı dövlətinə 4 dəfə kaptan-ı dərya olan Xəlil Rüfət Paşa, anası isə onun ikinci xanımı İsmət xanım idi. Atasını kiçik yaşlarında itirən Mahmud Cəlaləddin Paşa ögey anası (Saliha Sultan) sultan olduğu üçün sarayda xüsusi təhsil aldı. Müxtəlif dövlət işlərində çalışdıqdan sonra Paris səfirliyində 2 il xidmət etdi və fransız dilini mükəmməl şəkildə öyrəndi. === Siyasi fəaliyyəti === Sultan Muradın qısa müddətlik səltənətindən sonra Sultan Əbdülhəmidin taxta çıxması ilə sultanın ən yaxın adamlarından biri oldu. 30 mart 1877-ci ildə vəzirlik rütbəsi aldı və 18 aprel 1878-ci ildə ədliyyə naziri olaraq Mehmed Sadiq Paşa hökumətində xidmət etdi. Ədliyə nazirliyi illərində islahatlar keçirdi. Sultanın cülusu səbəbilə çıxan əfv qanunun miqyasını genişləndirdi və ömürlük həbs cəzası alan şəxslərin cəzasında endirimlər etdi. Ancaq Çırağan hadisəsinə adı qarışmış, bu səbəblə bir neçə ay sonra nazirlikdən alınmışdır.
Mahmud Cəlaləddin Əfəndi
Mahmud Cəlaləddin Əfəndi (16 noyabr 1862, Konstantinopol – 16 sentyabr 1888) — 32. Osmanlı sultanı Əbdüləzizin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Cəlaləddin Əfəndi 16 noyabr 1862-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Əbdüləziz, anası isə onun ikinci xanımı Ədadil Qadınəfəndidir. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Vahidəddin Əfəndi, Səlahəddin Əfəndi, İzzəddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. Erkən yaşlarda atası tərəfindən ordu və donanmada müxtəlif rütbə və vəzifələrə təyin edildi. Ancaq 30 may 1876-cı ildə atası Sultan Əbdüləziz taxtdan endirilərək öncə Topqapı sarayına, daha sonra isə Fəriyə sarayına həbs edildi. Bu günlərdə digər övladları kimi Cəlaləddin Əfəndi də atasıyla birlikdə Fəriyə sarayına köçürüldü. Ancaq bir neçə gün sonra atası müəmmalı şəkildə öldürüldü. Atasının qətlindən sonra Fəriyə sarayında yaşamağa davam edən Cəlaləddin Əfəndi 1 sentyabr 1888-ci ildə burada vəfat etdi.
Mir Cəlal
Mir Cəlal (26 aprel 1908, Əndəbil, Cənubi Azərbaycan, Qacar dövləti – 28 sentyabr 1978, Bakı) — yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru (1947), professor (1948), 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar elm xadimi (1969), laureatı (1968). Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildə Cənubi Azərbaycanın Xalxal şəhərinin Əndəbil kəndində doğulmuşdur. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 1918-ci ildə atası vəfat etmiş, böyük qardaşının himayəsində yaşamışdır. 1918–1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur (1924–1928). Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir (1926–1927). 1928-ci ildə Gəncə Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik məktəbində müəllimlik etmişdir. 1929–1930-cu illərdə 1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində işləmişdir. Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində (1930–1932) təhsil almışdır.
Mir Cəlal Paşayev

Mir Cəlal Paşayevin ev-muzeyi
Mir Cəlal Paşayevin ev-muzeyi — Azərbaycanın yazıçı-alimi, Əməkdar Elm xadimi (1969) Mir Cəlal Paşayevin 100 illik yubileyi ərəfəsində ədibin xatirəsinə yaradılmış ev-muzeyi. Muzeyin rəsmi açılışı 2007-ci ilin sentyabr ayının 29-da baş tutmuşdur. Muzey kompleksində 2009-cu ilin aprel ayında Elmi-Ədəbi Tədqiqat Şöbəsi fəaliyyətə başlamışdır. Muzey fəaliyyətə başlayanda eksponatların sayı 150 olmuş, hal-hazırda isə eksponatların sayı 300-dən artıqdır. Ev-muzeyinə ədibin pasportu, orden və medalları hədiyyə edilib. Mir Cəlal Paşayevin uşaqlıq, gənclik və tələbəlik illəri, pedaqoji və ədəbi fəaliyyəti, onun ailə üzvləri, onun davamçıları xronoloji ardıcılıqla muzeyin ekspozisiyasında öz əksinin tapmışdır. Həmçinin buraya ədibin şəxsi əşyaları, ona həsr edilmiş incəsənət nümunələri, öz əsərləri, muzeyə hədiyyə edilmiş kitablar, qəzet məqalələri, 5 ədəd disk və 122 ədəd ailə şəkli də daxildir. Şəxsi əşyalar kolleksiyasına ədibin orden və medalları, döş nişanları, ailəsinə yazdığı məktublar, Mir Cəlala həsr edilmiş incəsənət nümunələrinə onun yağlı boya ilə işlənmiş portretləri, büstləri, xalça üzərində əl ilə toxunmuş portretləri, tablolar və başqa eksponatlar daxildir. Muzeydə ədibin Azərbaycan, rus, gürcü, ingilis, qırğız, ispan, rus dillərində həm seçilmiş əsərləri, həm də ayrıca kitab şəklində çap olunmuş hekayələri, romanları, povest və dərslikləri vardır. Muzeyə hədiyyə edilən kitablar sırasına isə Nəriman Həsənzadə, Elçin Əfəndiyev, Hidayət Orucov, Xalid Əlimirzəyev, Pənah Gülxani, Həcər Hüseynova, İlham Rəhimli, Dildar Vəkilova, Abbas Səmədov və digər müəlliflərin ədib haqqında elmi, bədii əsərləri, esse-araşdırmaları, xatirə-esseləri daxildir.
Mirzə Cəlal Yusifzadə
Mirzə Cəlal Yusifzadə (1862, Şuşa – 1931, Şuşa, DQMV) — azərbaycanlı şair, yazıçı, redaktor. "Fərhad və Şirin" operasının müəlliflərindən biri, tacik dilində nəşr edilmiş ilk qəzetin naşiri və redaktoru, Azərbaycan Cümhuriyyəti Milli Şurasının və Difai Partiyasının üzvü. Mirzə Cəlal Yusifzadə 1862-ci ildə ildə Şuşada anadan olub. İlk təhsilini burada alıb, ərəb və fars dillərini mükəmməl öyrənib. Sonradan təhsilini Təbriz şəhərində mədrəsədə davam etdirib. Ölkəyə qayıtdıqdan sonra bir müddət pedaqoji fəaliyyətlə məşğul olur. Həmçinin bədii yaradıcılığa maraq göstərir, qəzəl və mənzum hekayələr qələmə alır."Həyat", "İrşad", "Tazə həyat", "İttifaq", "Hilal", "Asari-həqiqət", "Sədayi-həqq" və digər qəzetlərdə "C. C. Y", "Cəlal Qarabaği", "Cəlal Yusifi", "Mirzə Cəlal Yusifzadə" və digər imzalarla çıxış edib. 6 mart 1911-ci ildə Mirzə Cəlalın librettosunu yazdığı, müsiqisini tarçalan Mirzə Zeynal hazırladığı "Fərhad və Şirin" operası Bakıda Nikitin qardaşlarının sirkində tamaşaya qoyulub. Bakıda ana dilində "Həqiqəti-əfkar" (Fikirlərin həqiqəti) qəzetini nəşr etməyə başlayıb. Operanın librettosu Mirzə Cəlal Yusifzadə tərəfindən "Mərhum Şeyx Nizaminin asari-nəzmiyyəsindən intixab və təlxis olunmuş bir hekayəyi aşiqanə əsəri" adı ilə yazılmış və 31 səhifəlik kitabça şəklində nəşr edilmişdir.
Mukali qoyon Cəlayır
Mukali qoyon Cəlayır (1182–1223) — Monqol ulusunun sərkərdəsi, Çingiz xanın silahdaşı Böyük Monqol imperiyasının yaranması həm aristokratiya, həm də sıravi köçərilər içərisindən məşhur sərkərdələr və dövlət xadimləri olmuş istedadlı şəxsiyyətləri meydana çıxardı. Qəbilə tayfa münasibətlərini sındırıb "dövlət ailədən də üçtündür" ideyasını həyata keçirən kursu davam etdirən Çingiz xan onlara böyük səlahiyyətlər verdi. Dövləti qohumlar yox, silahdaşlar möhkmləndirdi. Monqolların dövlət quruluşunun əsasları "ürlüklər"-- funksional vəzifələrinə və mövqelerinə görə—nazirlər institutu tərəfindən qoyuldu. Ilkin tarixi mənbələrdə "Çingiz xanın doqquz ürlükləri"ndən birinci tərif olunanlarından Mukali-qoyon (Mukxoli, Qoa Muxulu, Muxuliday) daima xatırlanır. Onun yüksəlişinə — heç nə, — nə mənşəyi, nə hökmdarın ətrafında dünyanın yarısının cəmləşməsi təkan vermişdi. Silahdaşların nüvəsi o qədər xarici düşmənlərlə deyil, nə qədər daxili düşmənlə, o cümlədən qohumlarla amansız qanlı müharibələrdə formalaşmışdı. Bu vəziyyət Çingiz xanın andası (qan dostu) Van xanla birlikdə tatarlar üzərinə qalibiyyətli yürüş edən zaman curkinlər onun köçərilərinə basqın etmişdilər. Arxadan zərbə vuranlar amansızcasına cəzalandırıldı. Darmadağın edilmiş curkinlər düşərgəsində cəlairlər əyanlarının nümayəndələri də ələ keçirildi.
Mustafa Cəlaləddin Paşa
Mustafa Cəlaləddin Paşa və ya əvvəlki adı ilə Konstanti Borzeçki (d. 10 aprel 1826, Polşa, Pyotrkov vilayəti, Modrzeviec — ö. 9 oktyabr 1876, Osmanlı imperiyası, Novosela, Kolonya) - polyak əsilli Osmanlı paşası. Nazim Hikmətin və Oqtay Rıfat Xoruzçunun ana tərəfdən ulu babasıdır. 1848-cı il inqilablarından sonra Osmanlıya sığınmış və 20 il zabit olaraq çalışmışdır. 1869-cu ildə "Köhnə və modern türklər" adlı əsərini fransızca olaraq nəşr etdirmişdir. Türk tarixində sülalə tarixçiliyindən milli tarixçiliyə keçid prosesinə güclü təsir edən şəxslərdəndir. Türkçülük mövzusunda irəli çıxan və xeyli yerdə bilinən şəxslərdən əvvəl Türkçülük fikrini və ərəb əlifbasına qarşı latın əlifbasının istifadəsini müdafiə etmişdir. Polşanın Klezov kəndində 6 uşaqlı zadəgan ailəsində anadan olmuşdur. Kiçik yaşlarından etibarən polyak dili ilə yanaşı fransızca və rusca səlis, latınca və almancanı da yaxşı səviyyədə bilmişdir.
Mövlana Cəlaləddin Rumi
Mövlana Cəlaləddin Bəlxi (fars. مولانا جلال الدین محمد رومی‎ Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 30 sentyabr 1207 – 17 dekabr 1273[…], Konya, Rum Səlcuqlu dövləti) — İslam və təsəvvüf dünyasından olan fars şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin nümayəndəsi. Molavi, Mövlana və Rumi kimi tanınan Cəlaləddin Məhəmməd Bəlxi (6 Rəbiul-əvl 604 – 5 Cümadi əl-Sani 672 h.) İran farsdilli şairdir. Onun tam adı "Məhəmməd bin Məhəmməd bin Hüseyn Hüseyni Xətibi Bəkri Bəlxi"dir və sağlığında "Cəlaləddin", "Xodavəndgər" və "Mövlana Xədvəndgər" titulları ilə çağırılıb. Sonrakı əsrlərdə (görünür, IX əsrdən) onun üçün “Mülvi”, “Mulana”, “Mülvi Rumi” və “Mula Rumi” titullarından istifadə edilmişdir. Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir. Mövlana Cəlaləddin Rumi ("Rumi" ləqəbi ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Ağa" mənasına gələn "Mövlana" ləqəbi isə ona qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) İranın Xorasan vilayətinin (indiki Əfqanıstanın ) Bəlx şəhərində anadan olmuşdur.
Mövlanə Cəlaləddin Rumi

Mən Cəlaləddinəm (teleserial, 2021)
Mən Cəlaləddinəm (özb. Мендирман Жалолиддин, Mendirman Jaloliddin, türk. Mendirman Celaleddin) — Anuştəkinlilər sülaləsindən olan sonuncu Xarəzmşah, Çingiz xana qarşı vuruşan Cəlaləddin Mənguberdiyə həsr olunmuş bir Özbək — Türk müştərək tarixi serialı. Serial Özbəkistan Mədəniyyət və İdman Nazirliyi və Mehmed Bozdağın sahibi olduğu Bozdağ Film tərəfindən ərsəyə gətirilmişdir. İlk seriyası 14 fevral 2021-ci ildə Özbəkistanın dövlət kanalı — "Milliy TV"də nümayiş olundu. 2019-cu ilin sentyabrında Daşkənddə "Mendirman Jaloliddin" serialı üzərində işə başlamazdan əvvəl, filmin ideoloji şərhini və ssenarisini müzakirə etmək üçün "Cəlaləddin Mənguberdi: həyat və filmlərdə bədii təcəssüm" adlı beynəlxalq elmi-praktik konfrans keçirildi. Konfransda Özbəkistan, Türkiyə, Azərbaycan və İrandan olan alimlər və tarixçilər iştirak etmiş, Cəlaləddin Mənguberdinin bioqrafiyasını və o dövrdə baş verən hadisələrin şərhini müzakirə etmişlər. Serialın çəkilişi Bozdağ Film şirkətinin sifarişi ilə olmuşdur. Serialda məşhur Özbək və Türk aktyorları rol aldı. Bozdağ Film ərazisində o dövrün atmosferi canlandı.
Olqa Cəlalbəyova
Olqa Aleksandrovna Cəlalbəyova (16 noyabr 1884, Yelizavetpol – 1968, Bakı) – Azərbaycan bədii-sərgi və muzey xadimi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1959), Azərbaycan Rəssamlar İttifaqının üzvü. Olqa Cəlalbəyova 1884-cü il 16 noyabrda hazırkı Gəncədə anadan olmuşdur. Uşaqlığı və ilk təhsil illəri Rusiyada keçmişdir. 1889-cu ildən Bakıda yaşamışdır. 1903-cü ildə I Bakı qızlar gimnaziyasını bitirmişdir. 1905-ci ildə ikiillik pedaqoji kursları bitirdikdən sonra Sankt-Peterburqda Bestujev kurslarında təhsil almış və 1906-cı ildə Bakıya qayıtmışdır. 1906-cı ilin payızından gimnaziyada müəllimlik fəaliyyətinə başlamışdır. Bu dövrdə o, Məşədi Əzizbəyov, Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi ilə yaxın dost olmuşdur. 1913–1914 və 1917–1918-ci illərdə Moskvada Ali qadınlar kursunun dinləyicisi olmuşdur. 1920–1937-ci illərdə Azərbaycan Xalq Maarif Komissarlığında çalışmışdır.
Pir-Cəlal türbəsi
Pir-Cəlal türbəsi — Quba rayonunun Qrız kəndində yerli əhəmiyyətli tarixi memarlıq abidəsi (inventar nömrəsi: 4630) XIX əsrdə inşa olunmuşdur.
Alimlərin sultanı. Mövlanə Cəlaləddin Rumi
Cəlal Adan
Cəlal Adan (10 sentyabr 1951, Tutağ, Ağrı ili) — meşə mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 21, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Cəlal Adan 1951-cı ildə Ağrı ilinin Tutağ ilçəsində anadan olub. İstanbul Universiteti Meşə təsərrüfatı Bölməsindən məzun olub. Uzun illərdir MHP üzvüdür. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən əvvəl MHP-də müfəttiş və təlilçi olub. Daha sonra 1999-2002-ci illərdə DYP, 2007-2011-ci illərdə isə DP üzvü olub. 2011-ci ildə MHP-yə qayıdıb. MHP sədrinin baş müşaviri olub. 4 noyabr 2012-ci ildə MHP sədrinin siyasi məsələlərdən və TBMM-dən məsul müavini vəzifəsinə seçilib. 12 iyul 2018-ci ildə TBMM sədr müavini seçildiyinə görə vəzifəsindən istefa verib.