Mahmud Cəlaləddin Əfəndi (16 noyabr 1862, İstanbul – 16 sentyabr 1888) — 32. Osmanlı sultanı Əbdüləzizin oğlu, Osmanlı şahzadəsi.
Mahmud Cəlaləddin Əfəndi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Fəriyə sarayı, İstanbul, Osmanlı imperiyası |
Dəfn yeri | Validə Turhan Sultan türbəsi, Yeni Məscid |
Atası | Əbdüləziz |
Anası | Ədadil Qadınəfəndi |
Həyat yoldaşı | Neylan Ahu xanım |
Ailəsi | Osmanlı xanədanı |
Şahzadə Cəlaləddin Əfəndi 16 noyabr 1862-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Əbdüləziz, anası isə onun ikinci xanımı Ədadil Qadınəfəndidir. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Vahidəddin Əfəndi, Səlahəddin Əfəndi, İzzəddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi.
Erkən yaşlarda atası tərəfindən ordu və donanmada müxtəlif rütbə və vəzifələrə təyin edildi. Ancaq 30 may 1876-cı ildə atası Sultan Əbdüləziz taxtdan endirilərək öncə Topqapı sarayına, daha sonra isə Fəriyə sarayına həbs edildi. Bu günlərdə digər övladları kimi Cəlaləddin Əfəndi də atasıyla birlikdə Fəriyə sarayına köçürüldü. Ancaq bir neçə gün sonra atası müəmmalı şəkildə öldürüldü. Atasının qətlindən sonra Fəriyə sarayında yaşamağa davam edən Cəlaləddin Əfəndi 1 sentyabr 1888-ci ildə burada vəfat etdi. Cənazəsi Yeni Məsciddə Validə Turhan Sultan türbəsinə dəfn olundu.
Onun yeganə xanımı abxaz əsilli Neylan Ahu xanımdır. Ancaq cütlüyün övladı olmamışdır.