CƏZİL
CƏZM
OBASTAN VİKİ
Cəzirə
Cəzirə, əl-Cəzirə (ərəb. الجزيرة "ada") — Mesopotamiyanın şimal hissəsində İraq, Suriya, Türkiyədə yayla. Bağdaddan Şimalda, Dəclə ilə Fərat çayları arasında olan ərazi. Şimalda və şərqdə Tavr və Zaqros dağları ilə məhdudlaşır, qərbdə və cənub-qərbdə Suriya səhrasının və Ərəbistan yarımadasının platosuna keçir, cənub-şərqdə aşağı, cənub Mesopotamiyadan çıxıntı ilə ayrılır. Cəzirə, şimal-qərbdəki 480 m-cənub-şərqdəki 200 m qədər enən düzənlikdir. Ayrı zirvələr 1463 m çatır –Sincar massivində olan Şelmirav dağı. Cəzirə terrasavari Dəclə və Fərat vadiləri, onların qolları, eləcə də quru çay yataqları ilə kəsişir. Plato qumdaşı, təbaşir və miosen dövründən qalma qatlardan, eləcə də alluvium və bazalt sahələrdən ibarətdir. Şimalda platonun İraq hissəsində, böyük neft yataqları var. Subtropik, yayda çox quru və isti, qışda mülayim rütubətli Aralıq dənizi iqlimi var.
Cəzirə BK
Cəzirə — Qahirə şəhərini təmsil edən Misir basketbol klubu, Misir çempionatında çıxış edir.
Əl-Cəzirə
Al Jazeera Ərəbcədə "ada" mənasını verən, mərkəzi Qətərdə olan TV kanalıdır. Əl Cəzirə ilk olaraq yalnız Ərəb dünyasına bağlı aktual xəbərlərlə yayıma başlamış olsa da, o zamandan günümüzə gələnə qədər başqa tematik kanalları da tərkibinə qatan bir şəbəkə halına gəlmişdir. Kanal etdiyi yayımlarla və xüsusilə Əl Qaidə lideri Usamə bin Ladenin video görüntülərini və etdiyi şərhləri, xüsusilə 2001-ci ildə ABŞ-nin Dünya Ticarət Mərkəzinə edilən 11 sentyabr terror hadisələrindən sonra dünya səviyyəsində diqqət çəkmişdir. Əl Cəzirə ingilis dilində yayımları və yayım keyfiyyəti ilə dünyanın ən mühüm televiziya kanalları sırasına daxil oldu. Şəbəkə bəzən pan-sünni və anti-şiə təmayüllü Müsəlman qardaşları təşviq edən materiallar hazırlayıb, yayımlayır. == Tarixi == Əl Cəzirə ilk olaraq Qətər əmirinin 150 milyon dollarlıq maliyyə yardımıyla 1996-cı ildə yaradılmışdır. 1996 aprel ayında BBC World'ün Səudiyyə Ərəbistanı mərkəzli ərəbcə yayımlanan kanalı 2 il yayımlandıqdan sonra bağlanmış, kanal işçilərinin çoxu da Əl-Cəzirə kanalına keçmişdir. 1996-cı ilin sonlarına doğru Əl Cəzirə yayıma başlamışdır. Əl-Cəzirənin peyk vasitəsilə Orta Şərqdə izlənilməsi bölgədəki media tarixini də dəyişdirmişdir. Əl Cəzirə yayıma başlamamışdan əvvəl Orta Şərqdə dövlətin əngəllədiyi televiziya kanalları xaricindəki kanallara baxılmazkən, Əl Cəzirənin yayıma başlamasıyla birlikdə televiziya dünyasına ifadə azadlığı baxımından yeniliklər gəlməyə başladı.
Əl Cəzirə

Əl-Cəzirə (dəqiqləşdirmə)
Əl-Cəzirə bu mənalarda gələ bilər: Əl-Cəzirə — mərkəzi Qətərdə olan TV kanalı. əl-Cəzirə — Bağdaddan şimalda, Dəclə ilə Fərat çayları arasında olan ərazi.
Türkiyə İstiqlaliyyət müharibəsində Cəzirə cəbhəsi
Türkiyə İstiqlaliyyət müharibəsində Cəzirə cəbhəsi (türk. Türk Kurtuluş Savaşı El-Cezire Cephesi) — Türkiyə İstiqlaliyyət müharibəsində cəbhə. 26 iyun 1920-ci ildə verilən fərmanla Fərat çayı ilə İran sərhədi arasındakı ərazini əhatə edən Cəzirə Cəbhəsi Komandanlığı yaradılmışdır. Mərkəzi Diyarbəkir olmuşdur. Dövrün 13-cü Ordusu bura daxil idi. Nihat Anılmış cəbhənin başçısı təyin edilmişdir. 3 noyabr 1921-ci ildə Nihat Paşa vəzifəsindən azad edilmiş və onun yerinə Cevat Çobanlı təyin olunmuşdur. Cəzirə cəbhəsinin şərqi ingilislər və qərbi fransızların nəzarətində idi, cəbhənin cənub hissəsini əhatə edən səhra ərazisi isə ingilis və fransızların ortaq təsiri altında idi. Regiondakı kürd milliyətçi fəaliyyətlərinin qarşısını almaq və Mosul vilayətini milli sərhədlərə daxil etmək, həmçinin Şimali İraqda Britaniya işğalına qarşı müqaviməti dəstəkləmək üçün yaradılmışdır. 1921-ci ildə imzalanan Ankara müqaviləsi ilə Cənub Cəbhəsində döyüşlər dayanmışdır.
Cəzirət-Havar
Cəzirət-Havar adası (ərəb. جزيرة المحرق‎) — Fars körfəzindəki Havar arxipelaqının ən böyük adası. İnzibati cəhətdən Bəhreynin Cənub muxafazasına aiddir. Ada meridional istiqamətdə uzanır. Adanın uzunluğu 18 km, eni isə 0,9-5,2 km arasında dəyişir. Sahəsi 40 km²-dir. Qrupun digər adalarından dar boğaz (3–4 km) ilə ayrılır. Cəzirət-Havar adası düzən relyefə malikdir (maksimum hündürlüyü dəniz səviyyəsindən 19 m-dir). Qumlu və susuz adadır. Onun şimal-qərb və cənub-şərq ucqarlarını şoranlıqlar tutur.

Значение слова в других словарях