CAYNAQ

is.
1. Bir çox heyvan və quşların barmaqlarının qarmaqvari iti ucları. Qartal caynağı.
[Tağı:] Qaraquş da yerdə dovşanın qaçdığını, ya kəkliyin uçmağını gördükdə, ildırım kimi şığıyıb caynağına alacaqdır. S.S.Axundov.
[Yusif Şahmara:] Yeməli quşların – qırqovulun, kəkliyin, turacın caynağı üç olur. B.Bayramov.
Kamal elə bir həyəcanla çığırdı ki, elə bil qaraquş indicə caynaqları ilə onun üz-gözünü dırmalayacaqdı. M.Rzaquluzadə.

2. məc. Çəng. Caynağına keçmək.
[Bədəl:] Cəmaətimiz xan caynağından qurtarıb, öz əlinin əməyini rahət yeyib yaşayır. Ə.Haqverdiyev.
[Səlbinaz xanım anasına:] …Məni nədən ötrü bu kaftarın caynağına vermisən… N.Vəzirov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CAYNAQ 1. CAYNAQ (quşlarda) Basqın etdi birdən-birə; Soxuldu el torpağına; Qırğın saldı o ellərə; Aldı quzğun caynağına (A
  • CAYNAQ dırnaq
  • CAYNAQ çəng — pəncə
CAYDAQ
CAYNAQLAMA
OBASTAN VİKİ
Caynaqdaşıyıcılar
Onixoforlar (lat. Onychophora; yun.. onychos — caynaq, phoros — daşıyıcı) — quruda yaşayan rütubətsevən onurğasız heyvan tipi. Onixoforlar bir çox əlamətlərinə görə qurdlarla buğumayaqlılar arasında aralıq mövqe tuturlar. Onixoforlar cənub yarımkürəsinin tropik və subtropik meşələrində yayılmışlar. Əvvəllər onlar buğumayaqlılar (lat. Artropoda) tipinin traxeyalılar (lat. Tracheata) yarımtipinə aid edilirdi. Daha sonralar müəyyən olunmuşdur ki, onixoforları traxeyalılarla yaxınlaşdıran ancaq onları quru mühitdə yaşamağa uyğunlaşdıran konvergent oxşarlıqdır. Onixoforların selomik heyvanların sərbəst tipini təşkil etməsini sübut edən bir sıra əlamətlər vardır.
Caynaqquyruq kenquru
Caynaqquyruq kenquru (lat. Onychogalea) — kenqurular fəsiləsinə aid heyvan cinsi.

Digər lüğətlərdə