CİDA₂

zərf [ fars. cüda] klas. Ayrı, uzaq.
Cümləsin rahi-həqiqətdən cida görməkdəyəm… C.Cabbarlı.

□ Cida düşmək, cidayə düşmək – uzaq düşmək, ayrı düşmək.
Fikrim, zikrim, sözüm, xəyalım sənsən; Haçan könlüm səndən cidayə düşər. M.V.Vidadi.
Cida düşüb ulusundan, elindən; Ənkəbuttək can asılır telindən. Aşıq Ələsgər.
[Dərviş:] Heyvanlar da tək-təkinə dolanmayıb, arxadaşlar gəzdikləri halda mən öz həmcinsimdən cida düşüb ormanlarda, səhralarda qalmışdım. A.Divanbəyoğlu.

Cida etdirmək klas. – ayırmaq. [Şah:] Bu necə olan işdir! Yoxsa keşiş məni aldatdı.
Bu saat onun başını bədənindən cida etdirərəm. Ü.Hacıbəyov.

Cida salmaq – ayırmaq, ayrı salmaq. Əzəl ayrılığımız haqqın işidir; Fələk bizdən cida saldı sağları. “Lətif şah”.
[Ruqiyyə:] …Məni özündən cida salma, ayrılıq oduna dözə bilmərəm. A.Divanbəyoğlu.

Синонимы

  • CİDA cida bax nizə
  • CİDA mizraq — süngi

Этимология

  • CİDA Monqolca “nizə” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
CİDA
CİDAL

Значение слова в других словарях