CİLOVLAMAQ

f. Başına cilov keçirmək, yüyənləmək. Atı cilovlamaq. – Atını minən cilovlar. ( Ata. sözü ).
Vəzirlə vəkil sarısaç adamın atını cilovlayıb saxladı. Ə.Vəliyev.

// məc. Saxlamaq, yığışdırmaq, boğmaq, əlqol açmağa qoymamaq.
Rübabə kirpiklərini qaldırıb, atasını qarşısında görəndə ürəyinə təskinlik verməyə, hissini cilovlamağa çalışdı. Mir Cəlal.
[Bayram kişi:] Əftəranda da dəli xəzrini cilovlamaq lazımdır. M.Rzaquluzadə.

Синонимы

  • CİLOVLAMAQ yüyənləmək — noxtalamaq
CİLOVLAMA
CİLOVLANMA

Значение слова в других словарях