CÜZİ

zərf [ ər. ]
1. Az, azacıq, kiçik. Cüzi məbləğ.
– Belədirsə, həmişəlik yetimlər üçün bir məktəb açın, aldığınız prosentlərin cüzi bir hissəsini bu xeyir işə vəqf ediniz. N.Nərimanov.
Kərim baba naxırı saxladığı, otardığı üçün aldığı cüzi aylıq ilə keçinərdi. A.Şaiq.

2. Əhəmiyyətsiz, xırda, boş.
[Ağa Mərdan bəy] gah cüzi bir şeyin üstündə Reyhan xanımı döyər, gah məst olaraq arvadı evdən çıxarıb mətbəxdə, balkonda yatmağa məcbur edərdi. T.Ş.Simurq.

Синонимы

  • CÜZİ xırda — azacıq — kiçik
  • CÜZİ əhəmiyyətsiz — dəyərsiz
  • CÜZİ cüzi bax azacıq

Антонимы

  • CÜZİ CÜZİ – XEYLİ Qırx il külüng çalıb bir cüzi pul əlimə salmışam (S.S.Axundov); İndi həkim olsaydı, bir parça pambıqdan ötrü əpteyə göndərib məndən xeyli
CÜZAMLI
CÜZİLİK

Значение слова в других словарях