CƏLİ

CƏLİ

ə. 1) açıq, aydın, aşkar, zahir; 2) uzaqdan oxunmaq üçün yazılan qalın və iri yazı; xətt növü.

CƏ’Lİ

ə. qayırma, saxta, təbii olmayan.

CƏLƏSƏ
CƏLİL
OBASTAN VİKİ
Hacı Cəlil məscidi (Göyçay)
Hacı Cəlil məscidi — XIX əsrdə Göyçayda tikilmiş abidə. Göyçay rayonunun Alpout kəndində yerləşir. == Haqqında == İbadət evi düzbucaqlı formadadır və kərpicdən inşa olunub. Məscidin bir tağvari giriş qapısı və səkkiz pəncərəsi var. Pəncərələrin altısı tağvari formadadır. İbadətgahın giriş qapısının yuxarı hissəsində “Əssələmu ələykə Ya Əba Əbdillah” yazısı həkk olunub. Məscidin bir günbəzi var. Günbəzin damı dəmir təbəqə ilə örtülüb. İbadət evinin damı da dəmir təbəqə ilə örtülüb və on dəmir sütun üzərində artırılıb.
Hacıismayıllı (Cəlilabad)
Hacıismayıllı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Seyidbazar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Hacıismayıllı kəndi ərazisində tarixi qəbiristanlıq aşkar olunub. Müsahibimiz Cavid Babayev bildirir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları orta əsrlərə aid qəbiristanlığı nəzarətə götürüb. Bu və digər oxşar tədqiqatlar göstərir ki, kənd yaşayış məntəqəsi kimi qədim və zəngin tarixə malikdir. == Toponimikası == Muğan düzündədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Şatırlı kəndindən köçmüş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Hacıismayıllı kəndin əsasını qoymuş nəslin adıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 512 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Hacıməmmədli (Cəlilabad)
Hacıməmmədli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Şabanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Hacıməmmədli oyk, sadə. Ağdam rayonunun Əfətli inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi kəbirlilərin ulubabalı qoluna mənsub hacıməmmədli (tam adı hacıməhəmmədhüseynli) tirəsinin Ağburun adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır; Lənkəran ovalığındadır. Yaşayış məntəqəsi hacıməmmədli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 357 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həsən Cəlilov
Həsənli (Cəlilabad)
Həsənli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Zopun kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Həsənli kəndi Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Həsənli oyk., sadə. Bərdə r-nunun Qaradəmirçi inzibati ərazi vahidində kənd. Yuxarı Qarabağ kanalının sahilində, Qarabağ düzündədir; Cəbrayıl r-nunun Soltanlı inzibati ərazi vahidində kənd. Arazboyu düzənlikdədir. Kənd yerli əhali arasında Hasanlı adı ilə tanınır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini əfşar tayfasından olan Cəbrayıl (XVI əsrdə yaşamışdır) adlı şəxsin altı oğlundan biri Həsən salmışdır; Həsənli çayının sahilində, Burovar silsiləsinin ətəyindədir; Masallı r-nunun eyniadlı inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır; Sabirabad r-nunun Cavad inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, Şirvan düzündədir; Salyan r-nunun Yenikənd inzibati ərazi vahidində kənd.
Kamil Cəlilov
Kamil Cəlil oğlu Cəlilov (29 yanvar 1938, Bakı – 22 fevral 2022, Bakı) — Azərbaycan qoboyçusu, bəstəkarı və pedaqoqu. 1977-ci ildə onun balaban (bəzən qaboy kimi qeyd olunub) ilə çaldığı "Muğam" (bəzən "Çahargah ahəngi" adlanır) adlanan kompozisiyası Voyacer qızıl plastinkasına daxil olub.. O, qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi "Zəminxarə" muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir. == Həyatı == === Uşaqlığı və erkən illəri === Kamil Cəlil oğlu Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində sadə bir zəhmətkeş ailəsində anadan olub. Atası Cəlil İkinci Dünya müharibəsində ayaqlarını itirmişdi. Əlil arabası ilə gəzirdi. Sənəti dülgərlik idi. Musiqiyə də xüsusi maraq bəsləyirdi.
Kazımabad (Cəlilabad)
Kazımabad — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kazımabad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi nin qərarı ilə Kazımabad kəndi Muğan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Kazımabad kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Cəlilabad rayonunun Svetlaya Zarya inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Yerli əhalinin məlumatına görə, kəndin əsasını Kazım adlı şəxs qoyduğu üçün belə adlandırılmışdır. Oykonim Kazım (Ģ.a.) və abad (kənd) komponentlərindən düzəlib, "Kazımın kəndi" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2130 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kürdlər (Cəlilabad)
Kürdlər — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kürdlər kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Sərhədabad, Məşədivəlli və Əliabad kəndləri Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Sərhədabad kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Kürdlər oyk., sadə. Ağcabədi r-nunun eyniadlı i.ə.v.-də kənd. Qarqar çayının sahilində, Qarabağ düzündədir. Kənd musanlı tayfasının kürdlər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; Ağdam r-nunun Əlimədədli i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, vaxtilə kürddilli ailələrin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır; Cəbrayıl r-nunun Sirik i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, keçmiş adı Hacıisaqlı olmuşdur.
Kürdlər bələdiyyəsi (Cəlilabad)
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ləzran (Cəlilabad)
Ləzran — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Cəngan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçən əsrdə Lənkəran r-nu ərazisində mövcud olmuş Ləzran kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 349 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Maqsud Cəlilov
Cəlilov Maqsud Fərhad oğlu — fəlsəfə elmləri doktoru, professor. == Həyatı == Maqsud Cəlilov 1935-ci il mayın 2-də əzəli Azərbaycan torpağı olan Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlmişdir. Orta məktəbin 4-5-ci siniflərini bir ildə tamamlayaraq, məktəbi bitirdikdən sonra Qazax 2 illik Müəllimlər İnstitutuna daxil olmuşdur. Sonradan İnstitut Şəki şəhərinə köçürülmüşdür. Şəki Müəllimlər İnstitutunu bitirib Lənkəran rayonunun Şağlaser kəndində bir il müəllim işlədikdən sonra Azərbaycan Dövlət Pedoqoji İnstitutunun Tarix-Filologiya fakültəsinə daxil olmuşdur. İnstitutda oxuduğu müddətdə "Lenin" adına təqaüd almış, 1960-cı ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra doğma kəndinə qayıtmış, əvvəlcə kənd orta məktəbində müəllim, sonra isə rayon qəzetində müxbir işləmişdir. 1966-cı ildə Azərbaycan Elmlər Akademiyası Fəlsəfə institutunun aspiranturasına daxil olmuş, 1969-cu ildə "Dinlə ictimai şüurun başqa formaları arasında qarşılıqlı əlaqə" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. 1968-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin fəlsəfə kafedrasında işləmişdir. 1976-cı ildən ömrünün sonunadək kafedra müdiri vəzifəsində çalışmışdır.
Mikayıllı (Cəlilabad)
Mikayıllı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Mikayıllı kənd inzibati ərazi dairəsində kənd. Kəndin adı Şahsevənlərin talış-Mikayıllı tayfasının məskunlaşması ilə bağlıdır. == Tarixi == == Toponimikası == Mikayıllı oyk., sadə. Burovar silsiləsinin ətəyindədir. Kəndi mikayıllı nəslinə mənsub ailələr saldığına görə belə adlanmışdır; Xocalı r-nunda eyni adlı i.ə.v.-də kənd. Kənd 1990-cı ildə ermənilərlə mübarizədə həlak olmuş polis baş leytenantı Mikayıl Cəbrayılovun adı ilə adlandırılmışdır. Bu kənd ermənilər tərəfindən yandırılmışdır; Neftçala r-nunun Sarıqamış i.ə.v.-də kənd. Salyan düzündədir. Keçmiş adı Kötüklü olmuşdur. Kəndin yeri əvvəllər meşəlik olmuş, XIX əsrdə mikayıllı nəslinə mənsub ailələr meşənin ağaclarım qıraraq, kötükləri çıxarmış və burada kənd salmışlar.
Mirzə Cəlil
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (10 (22) fevral 1869, Naxçıvan – 4 yanvar 1932, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri. Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı kimi tanınır. Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Cəlil Məmmədquluzadə 10 (22) fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur. Bəzi mənbələrdə ədibin doğum tarixi 1866-cı il olaraq göstərilmişdir. Lakin son illərdə aparılmış tədqiqatlar Cəlil Məmmədquluzadənin 1869-cu ildə anadan olduğunu müəyyən etmişdir. Ədibin babası daşyonan, bənna Məşədi Hüseynqulu İran Azərbaycanın Xoy şəhərindən olub, sonralar Naxçıvana köçmüşdür. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu (1840–1905) ibtidai səviyyədə savadı olan dindar biri olmuşdur. O, ömrünü yoxsulluqla keçirmiş, elmə, maarifə rəğbət bəsləmişdir.
Mollalı (Cəlilabad)
Mollalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kürdlər kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Burovar silsiləsinin şm.-ş. ətəyindədir. Yaşayış məntəqəsini mollalı nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır.[mənbə göstərin] == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 253 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Moranlı (Cəlilabad)
Moranlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Qarakazımlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Moranlı oyk., sadə. Cəbrayıl r-nunun Qaraqasımlı i.ə.v.-də kənd. Ceyrankeçməz çayı sahilində, düzənlikdədir Düzənlik ərazidədir. Sabirabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Muğan düzündədir. Keçmişdə maldarlıqla məşğul olmuş moranlı tayfasınm məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrdə moranlılar şahsevən tayfa ittifaqına daxil idilər. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 966 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Musa Cəlil
Musa Cəlil (tat. Муса Җәлил, Musa Cəlil, موسا ﺟﮫليل; Муса Мостафа улы Җәлилев, Musa Mostafa ulı Cəlilev; 2 (15) fevral 1906–25 avqust 1944) — XX əsr tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı (1956). == Həyatı == Musa Cəlil Rusiyanın Orenburq şəhərində anadan olmuşdur. Uşaqlıqdan atasını itirmiş, anasının himayəsində yaşamışdır. Keçən əsrin 20-ci illərindən bədii yaradıcılığa başlamış, şeirlərini vətən, xalq, ayrılıq mövzularında yazmışdır. 1919-cu ildə komsomol təşkilatına qoşulmuş və Rusiyada vətəndaş müharibəsinin iştirakçısı olmuşdur. 1931-ci ildə Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsini bitirən Musa Cəlil əvvəl tatar dilində nəşr olunan bəzi uşaq jurnallarının redaktoru, sonralar isə yenə tatar dilindəki "Kommunist" qəzetinin redaktor müavini olmuşdur. Tatar gənclər təşkilatına rəhbərlik edən Musa Cəlil, İkinci dünya müharibəsi illərində sovet ordusunun tərkibində vuruşmuş, 1942-ci ildə almanlara əsir düşərək Şpandau toplama düşərgəsinə göndərilmişdir. Əsirlikdə də fəallıq göstərmiş, almanların tatarlardan təşkil etdiyi İdil-Ural Legionunun üzvləri arasında antifaşist qüvvələrin yaradıcılarından olmuşdur. 1944-cü ilin avqustunda əsirlərin kütləvi şəkildə qaçışını təşkil etmişdir.
Musa Cəlil adına Tatar Opera və Balet Teatrı
Musa Cəlil adına Tatarıstan Akademik Dövlət Opera və Balet Teatrı (tatar. Муса Җәлил исемендәге Татар Дәүләт Опера һәм Балет театры) — Rusiya Federasiyasının ən iri teatrlarından biri. Tatarıstanın paytaxtı Kazan şəhərində yerləşir. == Tarixi == === 1917-ci ilə qədər === Kazanda kütləvi teatr tamaşalarının qoyulmasının başlanğıcı rəsmi olaraq 1791-ci ilə təsadüf edir. Əvvəlcə tamaşalar 400 yerlik xüsusi təchiz olunmuş salonu olan gimnaziya teatrında nümayiş olunurdu. Teatrın öz binası 1803-cü ildə (daş bünövrədə taxta teatr) indiki teatr binasının yerində tikilmişdir. 1842-ci ildə baş verən nəhəng yanğın demək olar ki, bütün şəhəri dağıtmışdır. Bu səbəbdən o illərdəki teatr binaları haqqında məlumatlar çətinliklə əldə edilir. Bu yangından sonra tamaşalar şəxsi evlərdə səhnəyə qoyulurdu. 1845-ci ildə teatrın ilk daşdan binasının təməli qoyuldu.
Musa Cəlilin heykəli (Kazan)
Musa Cəlilin heykəli — tatar şairi, XX əsr tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlilin Kazan şəhərində yerləşən heykəli. Abidə 1966-cı ildə 1 May meydanında ucaldılmışdır. Abidə Kazan Kremlinin cənub fasadının yazınlığında, Şəhər Duması bə Tatarıstan Respublikasının Milli Muzeyi ilə üz-bəüz yerləşir. Heykəlin yerləşdiyi ərazinin yaxınlığında 1894-1918-ci illərdə çar II Aleksandrın heykəli olub. Heykəlin açılışı 3 noyabr 1966-cı ildə olub və Musa Cəlilin anadan olmasınn 60-illiyinə həsr olunub. Abidə kompleski üç əsas hissədən ibarətdir: meydança-stilobatdan, heykəlin özündən və qranit divardan. Müəllifləri heykəltaraş Vldimir Siqal və memar Lev Qolubovskidir. 1974-cü ildə Musa Cəlilin heykəli Rusiya Sovet Federativ Sosialist Respublikasıın dövlət tərəfində qorunan abidələr siyahısına daxil edilmişdir.
Musalı (Cəlilabad)
Musalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ləkin kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrlərin axırlarında salınmışdır. Cənubdan Cənubi Azərbaycanla (İran İslam Respublikası), şərqdən Ləkin kəndi ilə,qərbdən Zəhmətabad kəndi ilə,şimaldan Burovar dağ silsiləsi ilə həmsərhəddir. Orta əsrlər dövrünə aid silahlar,qablar,bəzək əşyaları,insan sümükləri tapılsada təəssüf ki,bunların hansı dövrə aid olduğunu dəqiq demək çətindir. Hələki burda arxeoloji qazıntı aparılmayıb.[mənbə göstərin] == Toponimikası == Musalı oyk., sadə. Burovar silsiləsinin ətəyindədir. Yerli məlumata görə, XV əsrin sonlarında Cənubi Azərb.-dan köçüb gəlmiş Musa və Müslüm qardaşlan meşə ətəyindəki çeşmənin ətrafında yurd salmışlar. Sonralar həmin ərazi daimi yaşayış məntəqəsinə çevrilmiş və qardaşlardan birinin adı ilə adlandırılmışdır; Saatlı r-nunun Nərimanov i.ə.v.-də kənd. Mil düzündədir.
Mustafa Abdul Cəlil
Mustafa Məhəmməd Abdul Cəlil (ərəb. مصطفى عبد الجليل‎) (ərəbcə tələffüz Abdul-Cəlil, Abd-əl-Cəlil, Abdel-Cəlil, Abdelcəlil, Abud Əl Cəleil ). Liviya Milli Keçid Şurasının sədri. == Həyatı == 1952-ci ildə Liviyanın Əl-Bayda şəhərində anadan olub. — Liviya siyasətçisi, vətəndaş müharibəsi nəticəsində paytaxt Tripolidə və ölkənin böyük hissəsində Liviya müvəqqəti hakimiyyətinin rəhbəri. 2007—2011-ci illərdə Liviya Ümumxalq Komitəsinin katibi, dünyadakı ədliyyə naziri analoqu. 2011-ci ildə Liviyada başlanan kütləvi aksiyalarda üsyançıların tərəfini tutdu. 21 fevral 2011-ci ildə vəzifəsindən istefa verdi. 5 mart 2011-ci ildə Benqazi şəhərində ölkənin şərq hissəsini nəzarət edən Liviya Milli Keçid Şurasının yaradıldığını elan etdi və sədri seçildi. İslam hüququ doktorudur.
Muğan (Cəlilabad)
Muğan (əvvəlki adı: Svetlaya Zarya) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Muğan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Svetlaya Zarya kənd inzibati ərazi dairəsi tərkibindəki Svetlaya Zarya kəndi Muğan kəndi, Svetlaya Zarya kənd inzibati ərazi dairəsi Muğan kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. Azərbaycan ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. == Coğrafiyası və iqlimi == Kənd düzənlik ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2018 nəfər əhali yaşayır.
Muğan bələdiyyəsi (Cəlilabad)
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Məzahir Cəlilov
Cəlilov Məzahir Həmdulla oğlu — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2013). == Həyatı == Məzahir Cəlilov 23 aprel 1946-cı ildə anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. 1980-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır və teatrın səhnəsində müxtəlif səpgili obrazlar yaratmışdır. Bunlardan Vəkil Vadenbirn (L. Frank "Yad adam"), Barmen və 4-cü polis (Anar "Səhra yuxuları"), Qasid, Həkim, Keşiş (Şekspir "Maqbet", "Kral Lir", "Hamlet"), Sərkis (M. İbrahimov "Közərən ocaqlar"), Papas (H. Cavid "İblis"), Şeyx Alı (S. Vurğun "Vaqif"), Sıldırım (N. Xəzri "Torpağa sancılan qılınc"), Sərkərdə (M. S. Ordubadi "Qılınc və qələm"), Kəlbəlixan (İ. Əfəndiyev "Hökmdar və qızı"), Ergin (B. Vahabzadə "Özümüzü kəsən qılınc"), Kərbəlai Muxtar (C. Məmmədquluzadə "Ölülər"), Ağsaqqal (B. Vahabzadə "Dar ağacı"), Ya O (Ç. Aytmatov "Sokratı anma gecəsi"), Hacı Salah (M. F. Axundzadə "Lənkəran xanının vəziri"), Məmur (N. Hikmət "Kəllə"), Məlüküldövlə (İ. Əfəndiyev "Xurşidbanu Natəvan"), Xondulu (İ. Şıxlı "Ölüləri qəbiristanlıqda basdırın"), Məşədi Cahangir (M. Cəlal "Dirilən adam"), Karpe (O. İoseliani "Kaş araba aşmayaydı"), Roberto ("Silindr", Eduardo de Filippo), Mir Bağır ağa ("Ölülər", Cəlil Məmmədquluzadə), Zemlyanika ("Müfəttiş", Nikolay Qoqol), qazı ("Qətibə İnanc", Məmməd Səid Ordubadi) və s. obrazlarını göstərmək olar. Məzahir Cəlilov bir çox televiziya tamaşalarında – "Nişan üzüyü"ndə kolxoz sədri, "Ömrün yollarında" mühəndis, "Günahsız Abdulla"da kişi, "Yurd yeri"ndə Əhməd kimi maraqlı obrazlar yaratmışdır. 25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Əlavə iz (film, 1981) Ömrün yolları (film, 1982) Günahsız Abdulla (film, 1984) Apardı sellər Saranı (film, 1996) Canavar balası Yurd yeri 2 Biz qayıdacağıq (film, 2007) Cavad xan (film, 2009) Ölüm növbəsi (film, 2009) Yaddaş (film, 2010) Mürafiə vəkillərinin hekayəti (film, 2011) Həkimlər Ultionis Tək olanda qorxma... (teleserial, 2013) == Mənbə == Məzahir Cəlilov == Haqqında == Tapdıq Əlibəyli, "Sənət ecazkarlığı", "Sözün dan yeri" (kitab), "Elm və təhsil" nəşriyyatı, 2014, səh.112–119.
Məşədi Hüseynli (Cəlilabad)
Məşədi Hüseynli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Zopun kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Məşədi Hüseynli kəndi Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Dağlıq ərazidədir. Yaşayış məntəqəsi məşədihüseynli nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Məşədi Hüseynin nəslindən olanlar, məşədühüseyngillər” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 117 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Məşədilər (Cəlilabad)
Məşədilər — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Boyxanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Kənd Burovar silsiləsinin ətəyində yerləşir. Yaşayış məntəqəsi məşədilər nəslinin məskunlaşması nəticəsində belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 453 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Значение слова в других словарях