cələsə 2021
cəllad
OBASTAN VİKİ
Edişə (Cəlilabad)
Edişə — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kövüzbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Edişə oyk, sadə. Burovar silsiləsinin ətəyindədir; Xocavənd r-nunun Xocavənd i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Etnotoponimdir. Keçən əsrdə Şimali Qafqazda Edişe adlı dörd kənd qeydə alınmışdır. Edişe adlı tayfanın XII-XIII əsrlərdə qıpçaqların tərkibində Şimali Qafqazdan Azərbaycana gəlmələri ehtimal olunur. XIX əsrdə Qars əyalətində Edişə adlı yaşayış məntəqəsi olmuşdur. Gürcüstan ərazisindəki Edisə toponimi də bu etnonimlə bağlıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 735 nəfər əhali yaşayır.
Elcan Cəlilov
Elçin Cəlilov
Elçin Cəlilov (17 iyul 1968 – 10 may 2005) — Azərbaycan müğənnisi. == Bioqrafiyası == === Erkən illəri === Elçin Əsəd oğlu Cəlilov 17 iyul 1968-ci ildə, musiqiçi ailəsində anadan olub. Ailədə iki qardaş, bir bacı olublar. Elçin atasını erkən yaşlarında avtomobil qəzasında itirib. Musiqiyə həvəsi ailəsindən başlanıb. Sovet dövründə ailə ansambllarından birini də Cəlilovlar ailəsi təşkil edib. Səkkiz nəfərlik ailə ansamblı müxtəlif qastrollara gedir, konsert proqramları ilə çıxış edirdilər. Daha sonra Elçin Bülbül adına musiqi məktəbinə daxil olur, Şövkət Ələkbərovadan dərs alır.
Eçara (Cəlilabad)
Eçara (əvvəlki rəsmi adı İcarə (2013-cü ilədək)) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kürdlər kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindəki İcarə kəndinin tarixi adı bərpa edilərək həmin kənd Eçara kəndi adlandırılmışdır. == Toponimikası == Burovar/Buravar silsiləsinin şimal-şərq ətəyindədir. Tədqiqatçılar bu oykonimi "üzüaşağı yol" (ehtimalən yol hissəsi farsca və talışca "yol" mənasını verən "rah" (talışca "ro") sözünün vasitəsi ilə) mənasında izah edirlər. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 644 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Fira Cəlilova
Fira Cəlilova (Firuzə Ümid qızı İskəndərova; 26 iyun 1983, Bakı şəhəri, Azərbaycan SSR) — Azərbaycan jurnalisti == Həyatı == Firuzə Ümid qızı İskəndərova 1983-cü ildə Bakı şəhəridə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 2004–2006 Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi, magistr dərəcəsi, 2006–2007 ​Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutunun Məktəbəqədər Təhsil fakültəsində. Təhsil fakültəsi. İxtisas pedaqoq–psixoloq təhsilini başa vurub. Sonradan 2008–2013 ​ Təhsil Problemləri İnstitutunun Məktəbəqədər bölməsinin pedaqogika üzrə fəlsəfə doktoru proqramı üzrə Doktoranturada təhsil alaraq "Məktəbəqədər təhsil müəssisələrində interaktiv təhsil metodlarından istifadə" mövzusunda dissertasiya işi müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alınmışdır. 2000 – 2004 ​Space Müstəqil Teleradio şirkətinin müxbir və teleaparıcısı kimi fəaliyyətə başlayıb. 2004 – 2005 ​Sabunçu rayonu 105 saylı körpələr və uşaq bağçasının metodisti. 2005 – 2012 ​Sabunçu rayonu 105 saylı körpələr və uşaq bağçasının müdiri. 2012 – 2014​ Bakı şəhər İcra Hakimiyyəti tabeliyində olan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin sektor müdiri.2014 – 2016 ​Azad Azərbaycan Müstəqil Teleradio şirkətinin layihə rəhbəri və teleaparıcısı 2016 – 2018​ Xəzər Media Mərkəzinin layihə rəhbəri və teleaparıcısı.
Firudin Cəlilov
Firudin Ağası oğlu Cəlilov (6 may 1947, Vedi rayonu) — türkoloq, filologiya elmləri doktoru, professor; Azərbaycan Respublikası Təhsil nazirinin müavini (1992), Baş nazirinin müavini (1992); Azərbaycan Respublikasının Xalq təhsili naziri (1992–1993); Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri (1993); Milli Məclisin deputatı (1990-1995). == Həyatı == 6 may 1947-ci ildə Vedibasarda doğulan F. A. Cəlilov orta məktəbi Bakıda (1966) bitirib, BDU-nun filologiya fakültəsinə daxil olmuş, 1972–1994-cü illərdə həmin fakültənin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor vəzifələrində işləmişdir. O, pedaqoji fəaliyyətlə yanaşı elmi araşdırmalarla da məşğul olmuş, mürəkkəb cümlə sintaksisindən namizədlik (1978) və dilçilik elminin ən çətin və mürəkkəb sahəsi sayılan morfonologiya mövzusunda doktorluq (1989) dissertasiyası müdafiə etmişdir. Onun türk dillərinin morfonologiyasına aid yazdığı monoqrafiya (1988) Türkologiyada hələ də ilk örnək sayılır və Azərbaycan və Türkiyə universitetlərində dərs vəsaiti kimi istifadə olunur. Bu kitab 2021-də təkrar Ankarada yayınlanmışdır. F. Cəlilov türk dilləri ilə yanaşı, türk xalqlarının tarixi, mifologiyası və etnoqrafiyası haqqında 300-dən artıq elmi məqalə və 20 kitab yazmış, əsərlərinin bir hissəsi xarici ölkələrdə çap olunmuşdur. Onun "Azərbaycan dilinin morfonologiyası"(1988) kitabına bu sahədə təkcə Azərbaycan dilçiliyində deyil, türkologiyada ilk fundamental tədqiqat işi kimi Beynəlxalq Türkoloji qurultay (1996) adından ödül verilmişdir. Elmi-populyar məqalələrini çox vaxt Ağasıoğlu imzası ilə yazan F. Cəlilovun "Azərbaycan türklərinin islamaqədərki tarixi" mövzusundakı silsilə məqalələri elmi dairələr və ictimaiyət tərəfindən yüksək qiymətləndirilmişdir. F. Cəlilov türkologiya sahəsindəki xidmətlərinə görə Atatürkün qurduğu Türk Dil Kurumunun müxbir üzvü (1996), sonra fəxri üzvü (2000) seçilmişdir. "Türk Ocağı" ona bilgə sanı vermişdir.
Göytəpə (Cəlilabad)
Göytəpə (əvvəlki adı: Prişib) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Göytəpə şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Cəlilabad rayonunun Prişib şəhərinin tarixi adı özünə qaytarılaraq Göytəpə şəhəri adlandırılmışdır. == Tarixi == Azərbaycan tarixçilərinin yazdığına görə, Rusiya İmperiyası XIX əsrdə Azərbaycan xanlıqlarını işğal edəndən sonra özünə dayaqlar yaratmaq üçün bölgəyə 250 min nəfərdən çox rus millətindən olan şəxs köçürüb. Onlar həm Bakı və Gəncə kimi böyük şəhərlərdə yerləşdirilirdi, həm də bölgələrdə. O vaxt ruslarına bir hissəsi də indiki Cəlilabad ərazisində yerləşdirilib. Cəlilabad rayonunda rus yer adları çoxdur — Astraxanovka, Tatyanovka, Nikolayevka, Petrovka, Privolnoye, Mixaylovka və s. XIX əsrdə Azərbaycana köçürülən ruslar üçün münbit torpaqlar ayrılır, onlara yerli əhaliylə müqayisədə müxtəlif güzəştlər edilirdi. Cəlilabad rayonunun indiki ərazisi demək olar ki meşə örtüyündən məhrumdur, çöllükdü. İqlimi qurudu. Elə Göytəpə şəhərinin ətrafı da yalnız kartof sahələri və üzümlüklərdən ibarətdir.
Gülməmmədli (Cəlilabad)
Gülməmmədli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Gülməmmədli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == I Şah Abbas zamanından yaranması iddia edilir. Kəndin adı yerli sakinlərin dediyinə görə Məmməd adlı adamın bu şoranlıq əraziyə köçməsi və bu ərazini gözəl bir yerə çevirməsi ( yəni güllü - çiçəkli bir yerə ) nəticəsində olmuşdur. Digər bir yerli rəvayətə görə isə Məmmədin qəmginliyi ilə bağlı bir yerli rəvayətdir (əsasən anası ilə bağlı bir rəvayət hesab olunur).[mənbə göstərin] == Toponimikası == Cəlilabad kəndi burada məskunlaşmış gülməmmədli nəslinin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2523 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Əhali əsasən İslam dininə riayət edir. Qədim zamanlardan isə atəşpərəstlik buranın iqtidar dini mədəniyyəti olmuşdur.
Gündüz Cəlilov
Gündüz Ramazan oğlu Cəlilov (30 mart 1954, Zəhmət, Zəngibasar rayonu) — Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycan Demokratik İstiqlal Partiyası Ali Məclisinin sədri. == Həyatı == Gündüz Cəlilov 30 mart 1954-cü ildə Ermənistan Sovet Sosialist Respublikasının Zəngibasar rayonunun Zəhmət kəndində anadan olmuşdur. 1970-ci ildə orta məktəbi bitirmiş, 1975-ci ildə isə Azərbaycan Neft və Kimya İnstitutundan məzun olmuşdur. İxtisasca energetik-mühəndisdir. İnstitutu bitirdikdən sonra "Azərenerjisalma" müəssisəsində mühəndis kimi çalışmağa başlamışdır. == Siyasi fəaliyyəti == Gündüz Cəlilov sovet dövründə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1983-cü ildən Azərbaycan Kommunist Partiyasının Xətai Rayon Komitəsində təlimatçı, 1985-ci ildən Neft-Mədən Maşınqayırma Zavodu Partiya Komitəsinin katibi olaraq çalışmışdır. 1988–1990-cı illərdə Xətai Rayon Xalq Deputatları Sovetinin deputatı olmuşdur. Gündüz Cəlilov 1990-cı ilin yanvarından 1992-ci ilin iyulunadək "Vətəndaş" Birliyinin sədri olmuşdur. Gündüz Cəlilov 9 avqust 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 706 nömrəli fərmanı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Güneyli (Cəlilabad)
Güneyli, Badamağac (?-2015) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Badamağac kəndi Güneyli kəndi adlandırılmışdır.
Günəşli (Cəlilabad)
Günəşli (əvvəlki adı: Pokrovka) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Pokrovka kənd inzibati ərazi dairəsi tərkibindəki Pokrovka kəndi Günəşli kəndi, Pokrovka kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimikası == Oykonim oğuz türkmənlərinin tərkib hissələrindən biri olan günəşli (gündəşli) oymağının adı ilə bağlıdır. == Tarixi == Pokrovka Rusiyanın köçürmə siyasəti zamanı salınmış kəndlərdən biridir. 1914-cü ildə kənddə məktəb tikildi. Lakin 20-ci əsrin ortalarından – təxminən 60-cı illərdən başlayaraq ruslar Pokrovkadan köçdükcə onların yerlərini azərbaycanlılar tutdular. Hazırda Pokrovka kəndinin hamısı azərbaycanlılardan ibarətdir. Kəndin adı 2001-ci ildə dəyişdirilərək Günəşli adlandırılıb. === Tarixi abidələri === Kənddə rusların keçmişdə yaşadığını göstərən yeganə abidə pravoslav kilsəsidir. İki əsrə yaxın yaşı olan rus kilsəsi bu gün də tarixi abidə kimi qorunub saxlanmaqdadır.
Günəşli bələdiyyəsi (Cəlilabad)
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hacı Cəlil məscidi (Göyçay)
Hacı Cəlil məscidi — XIX əsrdə Göyçayda tikilmiş abidə. Göyçay rayonunun Alpout kəndində yerləşir. == Haqqında == İbadət evi düzbucaqlı formadadır və kərpicdən inşa olunub. Məscidin bir tağvari giriş qapısı və səkkiz pəncərəsi var. Pəncərələrin altısı tağvari formadadır. İbadətgahın giriş qapısının yuxarı hissəsində “Əssələmu ələykə Ya Əba Əbdillah” yazısı həkk olunub. Məscidin bir günbəzi var. Günbəzin damı dəmir təbəqə ilə örtülüb. İbadət evinin damı da dəmir təbəqə ilə örtülüb və on dəmir sütun üzərində artırılıb.
Hacıismayıllı (Cəlilabad)
Hacıismayıllı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Seyidbazar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Hacıismayıllı kəndi ərazisində tarixi qəbiristanlıq aşkar olunub. Müsahibimiz Cavid Babayev bildirir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları orta əsrlərə aid qəbiristanlığı nəzarətə götürüb. Bu və digər oxşar tədqiqatlar göstərir ki, kənd yaşayış məntəqəsi kimi qədim və zəngin tarixə malikdir. == Toponimikası == Muğan düzündədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Şatırlı kəndindən köçmüş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Hacıismayıllı kəndin əsasını qoymuş nəslin adıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 512 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Hacıməmmədli (Cəlilabad)
Hacıməmmədli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Şabanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Hacıməmmədli oyk, sadə. Ağdam rayonunun Əfətli inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi kəbirlilərin ulubabalı qoluna mənsub hacıməmmədli (tam adı hacıməhəmmədhüseynli) tirəsinin Ağburun adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır; Lənkəran ovalığındadır. Yaşayış məntəqəsi hacıməmmədli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 357 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həsən Cəlilov
Həsənli (Cəlilabad)
Həsənli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Zopun kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Həsənli kəndi Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Həsənli oyk., sadə. Bərdə r-nunun Qaradəmirçi inzibati ərazi vahidində kənd. Yuxarı Qarabağ kanalının sahilində, Qarabağ düzündədir; Cəbrayıl r-nunun Soltanlı inzibati ərazi vahidində kənd. Arazboyu düzənlikdədir. Kənd yerli əhali arasında Hasanlı adı ilə tanınır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini əfşar tayfasından olan Cəbrayıl (XVI əsrdə yaşamışdır) adlı şəxsin altı oğlundan biri Həsən salmışdır; Həsənli çayının sahilində, Burovar silsiləsinin ətəyindədir; Masallı r-nunun eyniadlı inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır; Sabirabad r-nunun Cavad inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, Şirvan düzündədir; Salyan r-nunun Yenikənd inzibati ərazi vahidində kənd.
Kamil Cəlilov
Kamil Cəlil oğlu Cəlilov (29 yanvar 1938, Bakı – 22 fevral 2022, Bakı) — Azərbaycan qoboyçusu, bəstəkarı və pedaqoqu. 1977-ci ildə onun balaban (bəzən qaboy kimi qeyd olunub) ilə çaldığı "Muğam" (bəzən "Çahargah ahəngi" adlanır) adlanan kompozisiyası Voyacer qızıl plastinkasına daxil olub.. O, qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi "Zəminxarə" muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir. == Həyatı == === Uşaqlığı və erkən illəri === Kamil Cəlil oğlu Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində sadə bir zəhmətkeş ailəsində anadan olub. Atası Cəlil İkinci Dünya müharibəsində ayaqlarını itirmişdi. Əlil arabası ilə gəzirdi. Sənəti dülgərlik idi. Musiqiyə də xüsusi maraq bəsləyirdi.
Kazımabad (Cəlilabad)
Kazımabad — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kazımabad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi nin qərarı ilə Kazımabad kəndi Muğan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Kazımabad kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Cəlilabad rayonunun Svetlaya Zarya inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Yerli əhalinin məlumatına görə, kəndin əsasını Kazım adlı şəxs qoyduğu üçün belə adlandırılmışdır. Oykonim Kazım (Ģ.a.) və abad (kənd) komponentlərindən düzəlib, "Kazımın kəndi" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2130 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kürdlər (Cəlilabad)
Kürdlər — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kürdlər kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Sərhədabad, Məşədivəlli və Əliabad kəndləri Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Sərhədabad kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Kürdlər oyk., sadə. Ağcabədi r-nunun eyniadlı i.ə.v.-də kənd. Qarqar çayının sahilində, Qarabağ düzündədir. Kənd musanlı tayfasının kürdlər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; Ağdam r-nunun Əlimədədli i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, vaxtilə kürddilli ailələrin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır; Cəbrayıl r-nunun Sirik i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, keçmiş adı Hacıisaqlı olmuşdur.
Kürdlər bələdiyyəsi (Cəlilabad)
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ləzran (Cəlilabad)
Ləzran — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Cəngan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçən əsrdə Lənkəran r-nu ərazisində mövcud olmuş Ləzran kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 349 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Tanınmış şəxsləri == Asif Kərimov (1989–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Maqsud Cəlilov
Cəlilov Maqsud Fərhad oğlu — fəlsəfə elmləri doktoru, professor. == Həyatı == Maqsud Cəlilov 1935-ci il mayın 2-də əzəli Azərbaycan torpağı olan Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlmişdir. Orta məktəbin 4-5-ci siniflərini bir ildə tamamlayaraq, məktəbi bitirdikdən sonra Qazax 2 illik Müəllimlər İnstitutuna daxil olmuşdur. Sonradan İnstitut Şəki şəhərinə köçürülmüşdür. Şəki Müəllimlər İnstitutunu bitirib Lənkəran rayonunun Şağlaser kəndində bir il müəllim işlədikdən sonra Azərbaycan Dövlət Pedoqoji İnstitutunun Tarix-Filologiya fakültəsinə daxil olmuşdur. İnstitutda oxuduğu müddətdə "Lenin" adına təqaüd almış, 1960-cı ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra doğma kəndinə qayıtmış, əvvəlcə kənd orta məktəbində müəllim, sonra isə rayon qəzetində müxbir işləmişdir. 1966-cı ildə Azərbaycan Elmlər Akademiyası Fəlsəfə institutunun aspiranturasına daxil olmuş, 1969-cu ildə "Dinlə ictimai şüurun başqa formaları arasında qarşılıqlı əlaqə" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. 1968-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin fəlsəfə kafedrasında işləmişdir. 1976-cı ildən ömrünün sonunadək kafedra müdiri vəzifəsində çalışmışdır.
Mikayıllı (Cəlilabad)
Mikayıllı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adı Şahsevənlərin talış-Mikayıllı tayfasının məskunlaşması ilə bağlıdır. Mikayıllı oyk., sadə. Cəlilabad r-nunun Xanəgah i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Kəndi mikayıllı nəslinə mənsub ailələr saldığına görə belə adlanmışdır; Xocalı r-nunda eyni adlı i.ə.v.-də kənd. Kənd 1990-cı ildə ermənilərlə mübarizədə həlak olmuş polis baş leytenantı Mikayıl Cəbrayılovun adı ilə adlandırılmışdır. Bu kənd ermənilər tərəfindən yandırılmışdır; Neftçala r-nunun Sarıqamış i.ə.v.-də kənd. Salyan düzündədir. Keçmiş adı Kötüklü olmuşdur.
Mirzə Cəlil
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (10 (22) fevral 1869, Naxçıvan – 4 yanvar 1932, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri. Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı kimi tanınır. Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Cəlil Məmmədquluzadə 10 (22) fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur. Bəzi mənbələrdə ədibin doğum tarixi 1866-cı il olaraq göstərilmişdir. Lakin son illərdə aparılmış tədqiqatlar Cəlil Məmmədquluzadənin 1869-cu ildə anadan olduğunu müəyyən etmişdir. Ədibin babası daşyonan, bənna Məşədi Hüseynqulu İran Azərbaycanın Xoy şəhərindən olub, sonralar Naxçıvana köçmüşdür. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu (1840–1905) ibtidai səviyyədə savadı olan dindar biri olmuşdur. O, ömrünü yoxsulluqla keçirmiş, elmə, maarifə rəğbət bəsləmişdir.

Значение слова в других словарях