Hər səhər malların altını təmizləyib, su və yemlərini verdikdən sonra mən həyətimizdəki peyinlikdə cələ qurardım.
// Məc. mənada. [Ağa:] Gözəl bir arvad da olsa, başı əziləsi bir ilandır.
Az-az kişi onun cələsindən çıxa bilər.
◊ Cələ qurmaq məc. – birinə qarşı hiylə qurmaq, tor qurmaq, tələ qurmaq.
Cələyə salmaq – tora salmaq.
Üç nəfər mərd, sahibi-iman; Üçü bir yerdə etdilər peyman; İstəyib salsın özgəsin cələyə; Düşdülər özləri haman tələyə.