cəvizsiz
cəzaçəkən
OBASTAN VİKİ
Cəza
Cəza — Hər hansı təqsirə, cinayətə, pis əmələ qarşı tətbiq edilən təsir tədbiridir. Öz məzmununa görə cəza çox sərt olmaqla, təqsirli şəxsin hüquqlarının iri miqyasda məhdudlaşdırılmasında ifadə olunur. Onun mahiyyəti cinayət törətmiş şəxslərin mənəvi, siyasi, fiziki və əmlak xarakterli məhrumiyyətlərə məruz qoymaqla, onları tənbeh etməkdən ibarətdir. == Cəza hüququna görə tərif == Qanunda cinayət kimi nəzərdə tutulan davranışın müqabilində verilən sanksiyadır. Cəza cinayət törədən şəxsə cavab vermək və onun yenidən cinayət törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müasir hüquqda cəzanı dövlət verir. Cəza cinayətə mütənasib olmalıdır. == Cəzanın məqsədləri == Cəzanın ümumi qəbul edilmiş üç əsas məqsədi var. Müasir hüquq sistemlərinin qisas almayacağı və ədalətin qisas olmadığı fikri qəbul edilmişdir. Lakin ədalət anlayışının ibtidai cəmiyyətlərdə intiqam hissindən qaynaqlanmış və sonra bu səlahiyyətin dövlətə keçməsi ilə ortaya çıxması ehtimalı yüksəkdir.
Cismani cəza
İşgəncə — cəza tədbiri; məhkuma fiziki əzab vermə. == Tarix == Avropada erkən neolit dövrünə aid olan, təhminən 7000 il əvvəl işgəncə mövcudluğunun sübutu olan arxeoloji tapıntılar var. Assuriya və Əhəmənilər mənbələrdə tez-tez işgəncələr qeyd olunur. Erkən orta əsrlərdə Avropada işgəncələr nadir idi, amma 1200 və 1400 illərin arasında o, daha çox işlənilirdi. XVII əsrin ərzində Avropada işgəncə hələ də qanunu idi, lakin onun işlənməsi getdikcə nadirləşirdi. XVIII əsrdə və XIX əsrin başlanğıcında baş verən işgəncənin qanuni qadağaların qəbul olunması zamanı o, cinayət mühakiməsi sistemində artıq çox az işlənilirdi. == Məqsədləri == === Cəza === Cəza məqsədilə işgəncə antik dövründən günümüzə qədər işlənilir. Ədliyyə sistemlərinin qeyri-funksional olduğu və ya həbsxanalarında inanların həddən artıq çox oluğu ölkələrdə mövcud olan bir cəza üsulu polisin şübhəli şəxsləri tutması, onlara işgəncə verməsi və heç bir ittiham irəli sürmədən azadlığa buraxmasıdır. Belə halda işgəncə polis bölməsində, qurbanın evində və ya ictimai evdə tədbir oluna bilər. === Qabağını alma === İşgəncə həmçinin onun birbaşa qurbanına qarşı yox, əhaliyi qorxutmaqla, hakimiyyətə müxalif olanlarının qabağını almaq üçün işlənilir.
Cəza (musiqiçi)
Bilgin Özçalkan (31 dekabr 1976, Üsküdar, İstanbul ili) — səhnədə Ceza ləqəbi ilə tanınan türk hip-hop sənətçisi. Bundan başqa, Fatalrhymer, Keskin kılıç ləqəbləri ilə də məşhurdur. == Həyatı == Bilgin Özçalkan 1976-cı ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından rep musiqisi ilə maraqlanıb, TRT-də brek-dans filmləri izləyərək hip hop-a addım atmışdır. Əvvəllər Bloody ləqəbindən istifadə etsə də fristayl deyişmələri zamanı rəqiblərinin və izləyicilərin Cezamız gəldi demələrindən sonra ləqəbini Ceza olaraq dəyişdirmişdir. Məktəb illərində bir dostu vasitəsilə Run DMC qrupunu, daha sonra əlinə keçən tək-tük rep albomlarını dinləyib araşdırmalar aparmışdır. Public Enemy qrupundan ilham aldığını deyən Ceza, sərt sözlərin repdə necə vurğuyla deyilməsini görüb özünə ikinci ləqəb kimi Fatalrhymeri seçdi. Təhsilini başa vurub elektrik mühəndisi kimi çalışmağa başlayan Ceza, həmçinin, repdə uğur qazanmaq üçün də bir sıra addımlar atdı. Bir müddət sonra musiqi ilə işi paralel şəkildə davam etdirə bilmədiyi üçün mühəndislikdən istefa edib sadəcə musiqi ilə maraqlanmağa başladı. == Kariyerası == === "Nifrət" qrupu === Cəza 1998-ci ildə Dr.
Cinayət və cəza
Cinayət və cəza (rus. Преступленiе и наказанiе; Преступление и наказание) — Fyodor Mixayloviç Dostoyevskinin romanı. O, birinci dəfə 1866 və 1867 illərində 12 ay ərzində aylıq Rus Xəbərçi (rus. Русский вестник) ədəbi jurnalında hissələrlə nəşr olunurdu. Bu Dostoyevskinin Sibir sürgündən sonra yazdığı ikinci romandır. Cinayət və cəza onun "yetkin" dövrün birinci romanı sayılır. Fyodor Mixayloviç Dostoyevskinin XIX əsrin 60-cı illərində (1866) meydana gələn "Cinayət və cəza" romanı rus milli, mədəni, ictimai tarixinin mürəkkəb dövrlərindən birini əks etdirir. Bu elə bir dövr idi ki, Rusiya təhkimçilik hüququndan təzəcə azad olmuş və hələ özünün gələcək inkişaf yollarını dəqiq müəyyənləşdirməmişdi. Rusiya hansı yolla gedəcəkdi? O, Avropa kapitalist inkişaf yolunu seçəcək, yoxsa öz milli ənənələrinə əsaslanaraq yeni, Avropa xalqlarından fərqli bir yolla gedəcəkdi?
Cinayət və cəza (roman)
Cinayət və cəza (rus. Преступленiе и наказанiе; Преступление и наказание) — Fyodor Mixayloviç Dostoyevskinin romanı. O, birinci dəfə 1866 və 1867 illərində 12 ay ərzində aylıq Rus Xəbərçi (rus. Русский вестник) ədəbi jurnalında hissələrlə nəşr olunurdu. Bu Dostoyevskinin Sibir sürgündən sonra yazdığı ikinci romandır. Cinayət və cəza onun "yetkin" dövrün birinci romanı sayılır. Fyodor Mixayloviç Dostoyevskinin XIX əsrin 60-cı illərində (1866) meydana gələn "Cinayət və cəza" romanı rus milli, mədəni, ictimai tarixinin mürəkkəb dövrlərindən birini əks etdirir. Bu elə bir dövr idi ki, Rusiya təhkimçilik hüququndan təzəcə azad olmuş və hələ özünün gələcək inkişaf yollarını dəqiq müəyyənləşdirməmişdi. Rusiya hansı yolla gedəcəkdi? O, Avropa kapitalist inkişaf yolunu seçəcək, yoxsa öz milli ənənələrinə əsaslanaraq yeni, Avropa xalqlarından fərqli bir yolla gedəcəkdi?
Qanunsuz cəza yoxdur (hüquq)
Nulla poena sine lege (lat. Qanunsuz cəza yoxdur) — heç kəsin qanunla qadağan edilməyən hərəkətə görə cəzalandırıla bilməməsini nəzərdə tutan hüququn prinsipi. Bu prinsip müasir demokratik dövlətlərdə hüququn aliliyinin başlıca tələbi kimi qəbul edilmiş və qanunvericilikdə təsbit olunmuşdur. Müvafiq prinsip "dünya fikir tarixində ən çox qəbul edilən dəyərlər"dən biri kimi təsvir edilmişdir. Müasir Avropa cinayət hüququnda, məsələn, Almaniya Konstitusiya Məhkəməsi tərəfindən nulla poena sine lege prinsipinin dörd ayrı tələbdən ibarət olduğu təsbit edilmişdir: Nulla poena sine praevia lege poenali Əvvəlki qanun olmadan cəza verilə bilməz. Bu tələb geriyə şamil edilən qanunları və cinayət qanununun retroaktiv tətbiqini qadağan edir. Bu, kontinental Avropada mövcud hüquq düşüncəsindəki əsas maksimdir. 1813-cü ildə Paul İohann Anselm Ritter fon Feyerbax tərəfindən Bavariya Cinayət Məcəlləsinə daxil edilmişdir. Nulla poena sine lege scripta Yazılı qanun olmadan cəza verilə bilməz. Bu tələbə görə cinayəti qadağan edən normalar hüquqi sənədlərdə, xüsusilə də konstitusiya hüququna uyğun qəbul edilmiş qanunlarda təsbit olunmalıdır.
Ölüm hökmü-ömürlük cəza
Ölüm hökmü-ömürlük cəza — Azərbaycanda ölüm hökmünü ləğv etmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sənədli film. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Obyektiv” Milli Dəyərlərin təbliğinə dəstək İctimai Birliyi tərəfindən hazırlanmışdır. Sənədli filmdə Heydər Əliyevin 1998-ci il 10 fevral tarixli qərarı ilə Azərbaycanda ölüm hökmünü ləğv etməsindən bəhs edilir. Filmin təqdimat mərasimi dekabrın 10-u Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Günü Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir.
Ölüm hökmü-ömürlük cəza (film)
İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya
İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya — hər vəziyyətdə işgəncə qadağan edilməsi, şəxslərin ciddi işgəncə riski altında olduqları ölkələrə təhvil verilməsini qadağan etmək və işgəncə vermə məcburiyyətinin müəyyənləşdirilməsi 1984-cü ildə qəbul edilmiş və 1987-ci ildə qüvvəyə minmiş BMT konvensiyasıdır. Konvensiyanın icrasına on mütəxəssisdən ibarət İşgəncələrə Qarşı Komitə nəzarət edir; Konvensiyanın iştirakçı dövlətlərinin hesabatlarını şərh edir və konvensiyanın 21 və 22-ci maddələrinə əsasən bəyanat verərək komitənin müvafiq səlahiyyətlərini tanıyan iştirakçı dövlətlərə qarşı şikayətləri araşdırır. 1992-ci ildə konvensiyaya 2020-ci ildən etibarən qüvvəyə minməyən dəyişikliklər qəbul edildi. 2002-ci ildə Konvensiyanın isteğe bağlı protokolu qəbul edildi və 2006-cı ildə qüvvəyə mindi, İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası modelləşdirilmiş səfərlər mexanizmi yaradıldı. Bu funksiyalar İşgəncələrə Qarşı Komitənin İşgəncələrə Qarşı Mübarizə və İşgəncə Əleyhinə Komitənin digər qəddar, qeyri-insani və ya ləyaqətini alçaldan rəftar və ya cəza qarşısının alınması üzrə Alt Komitə tərəfindən həyata keçirilir. Həmçinin, protokol iştirakçı dövlətlər üçün milli bir qoruyucu mexanizm qurma öhdəliyini müəyyənləşdirir.
Bədən cəzası
Bədən cəzası və ya fiziki cəza — edam ilə birgə ən qədim cəzalardan biridir. Bu cəzanın mənası cinayətdə günahkar olan kəsə fiziki ağrı verməkdə və/və ya yaralamaqdadır. Bədən cəzalarını iki yerə ayırmaq olar: yaralamaq, adamın hansısa orqanından məhrum etmək: dilini, əlini, barmaqlarını və başqa ətraflarını kəsmək, gözünü çıxartmaq, axtalamaq. ağrı vermək, alətlər ilə vurmaq, məkənək, evdə və ya məktəbdə uşağın şapalaqlanması. == Tarixi == Bədən cəzası hələ Hammurapi qanunlarında var idi, həmçinin Roma İmperatorluğunda istifadələnirdi. XX yüzilliyə qədər bədən cəzası dünyanın çox dövlətlərində var idi, Amerika Birləşmiş Ştatlarında sonuncu dəfə bu cəza 1952 ildə Delaver şəhərində işlənili — bir kişi öz arvadına əl qaldırdığına görə 20 dəfə qamçılandı, həmin ştatda rəsmi olaraq belə cəzalar 1972 ildə yığışdırıldı. 1980-ci illərdə İslam dövlətlərindən bəziləri şəriət qanunlarına qayıdan ölkələr bədən cəzasını cinayyət məcəlləsinə qaytarmaq qərarına gəldilər (İran, Sudan, Pakistan, Mavritaniya, Liviya, Yəmən), bəziləri isə cəzalandırmanı artırdılar (Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri). == İslamda == Şəriətə görə bədən cəzaları — Hüdud Kiməsə sübutsuz zinakarlıqda böhtan atan şəxsə 80 şallaq vurmaq. Zina edən qadına və ya kişiyə 100 şallaq vurmaq (4 adıləkəsiz müsəlman şahid varsa). Residivist oğrunun əlini kəsmək.
Cəlladın cəzası (film, 1945)
Cəlladın cəzası — 1945-ci ildə istehsal olunmuş Misir filmi. == Mövzu == Film gecə klubları, narkotika alveri, qətl və polislərlə dolu qaranlıq bir melodram idi. == Festivallarda == "Cəlladın cəzası" filmi çəkildikdən bir il sonra Kannda göstərilmışdir.
Edam cəzası
Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. == Tarixi == Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Estoniyada edam cəzası
Estoniyada edam cəzası, 18 Mart 1998-ci ildən Estoniyanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 6 saylı Protokoluna əsasən rəsmi şəkildə qadağan edildi. Ondan öncə 1920-ci ildən 1992-ci ilə qədər Estoniyada edam hökmləri tətbiq edilirdi. == Tarixi == 1935-ci ildən və Estoniya 1940-cı ildə SSRİ tərkibinə daxil olana qədər Estoniya Respublikasında cinayət qanunvericiliyində nəzərdə tutulan cəzalar arasında ölüm hökmü də var idi. Ölüm cəzasına məhkum edilmiş cinayətkarlar özlərini zəhərləyərək intihar yolu və ya dara çəkmə yolu ilə ölümlərini seçə bilərdilər. Hərbi tribunal məhkumu güllələmə yolu ilə edam qərarını verə bilərdi. Belə hallarda, hökmü səkkiz nəfərdən ibarət silahlı komanda yerinə yetirirdi. 1940-cı ildən ölüm hökmləri Estoniya SSR Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq tətbiq olunurdu. 1970-cü ilə qədər edam cəzasına məhkum olunanların hamısı Tallindəki xüsusi kamerada saxlanılırdı. Daha sonra Estoniyada ölümə məhkum olanlarının hökmlərini SSRİ-nin digər şəhərlərində də icra edilməsi başlandı. 11 sentyabr 1991-ci ildə ölkədə sonuncu dəfə ölüm hökmü qərarı icra olundu, beləki qətldə günahlandırılan Reyn Orusta ənsəsinə atəş olunaraq edam edildi.
Estoniyada ölüm cəzası
Estoniyada edam cəzası, 18 Mart 1998-ci ildən Estoniyanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 6 saylı Protokoluna əsasən rəsmi şəkildə qadağan edildi. Ondan öncə 1920-ci ildən 1992-ci ilə qədər Estoniyada edam hökmləri tətbiq edilirdi. == Tarixi == 1935-ci ildən və Estoniya 1940-cı ildə SSRİ tərkibinə daxil olana qədər Estoniya Respublikasında cinayət qanunvericiliyində nəzərdə tutulan cəzalar arasında ölüm hökmü də var idi. Ölüm cəzasına məhkum edilmiş cinayətkarlar özlərini zəhərləyərək intihar yolu və ya dara çəkmə yolu ilə ölümlərini seçə bilərdilər. Hərbi tribunal məhkumu güllələmə yolu ilə edam qərarını verə bilərdi. Belə hallarda, hökmü səkkiz nəfərdən ibarət silahlı komanda yerinə yetirirdi. 1940-cı ildən ölüm hökmləri Estoniya SSR Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq tətbiq olunurdu. 1970-cü ilə qədər edam cəzasına məhkum olunanların hamısı Tallindəki xüsusi kamerada saxlanılırdı. Daha sonra Estoniyada ölümə məhkum olanlarının hökmlərini SSRİ-nin digər şəhərlərində də icra edilməsi başlandı. 11 sentyabr 1991-ci ildə ölkədə sonuncu dəfə ölüm hökmü qərarı icra olundu, beləki qətldə günahlandırılan Reyn Orusta ənsəsinə atəş olunaraq edam edildi.
Omurğa cəzası
Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya
Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya — 9 dekabr 1948-ci ildə Parisdə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 260 (III) saylı qətnamə ilə qəbul edildi. Konvensiya 12 yanvar 1951-ci ildə qüvvəyə minmişdir. İnsanlıq əleyhinə ən ağır cinayət kimi "soyqırım" konsepsiyasının beynəlxalq hüquqi statusunu müəyyənləşdirir və hüquqi tərifini verir. Polşalı yəhudi əsilli vəkil Rafael Lemkinin etnik qrupların məhvinə görə hüquqi məsuliyyət müəyyənləşdirmək və soyqırımı beynəlxalq cəmiyyət tərəfindən insanlığa qarşı cinayət kimi tanıması uzun illər davam edən mübarizənin zirvəsidir. Bütün iştirakçı ölkələrin müharibə və sülh dövründə soyqırım aktlarının qarşısının alınması və cəzalandırılması üçün tədbirlər görmələri tələb olunur. Konvensiyanı təsdiqləyən ölkələrin sayı 2011-ci ilin sentyabr ayı etibarilə 141-ə çatır. Maddə II soyqırımı aşağıdakı kimi müəyyənləşdirir: Maddə III cəzalandırılan əməlləri müəyyənləşdirir: Konvensiya, II Dünya Müharibəsi zamanı Üçüncü Reyxin törətdiyi Holokosta bənzər hərəkətlərin qarşısını almaq üçün qəbul edildi. Konvensiyanın ilk nəşrində siyasi qətllər də yer alırdı, lakin SSRİ və bir sıra digər ölkələr siyasi və ya sosial zəmində müəyyən edilmiş qruplara qarşı yönəlmiş hərəkətləri soyqırım kimi qəbul etməkdən imtina etdilər . Siyasi və diplomatik uzlaşma nəticəsində bu meyarlar istisna edildi. Soyqırımın subyektiv tərəfi "bu kimi qrupu ...
Ölüm cəzası
Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
İtaliyada ölüm cəzası
İtaliyada ölüm cəzasının tətbiqi 1889-cu ildən etibarən qadağan edilmişdir. İtaliyadakı faşizmin hökmranlığını və demokratiyanın erkən bərpasını əhatə edən 1926-1947-ci illər isə istisnalıq təşkil edir. 1860-cı ildə İtaliya birləşməzdən əvvəl, demək olar ki, bütün birlik dövlətlərində ölüm cəzası tətbiq edilmişdir. Toskanada isə hələ 1786-cı ildə bu cəza ləğv edilmişdir. Hazırkı konstitusiyanın qəbul edilməsi nəticəsində 1948-ci il yanvarın 1-dən etibarən istifadə edilməmişdir. İtaliyada birlik dövlətlərindən ölüm cəzasını ilk ləğv edən 30 noyabr 1786-cı ildə, sonralar Müqəddəs Roma İmperiyasının imperatoru olmuş Pietro Leopoldonun hakimiyyəti dövründə, Böyük Toskana hersoqluğu olmuşdur. Beləliklə də, Toskana dünyanın ilk ən müasir Avropa dövləti idi ki, işgəncə və ölüm cəzasından imtina etmişdir. Buna baxmayaraq, digər bütün birlik dövlətlərində ölüm cəzasına qanunla icazə verilirdi; ona görə də 1860-cı ildə İtaliya Krallığı elan ediləndə Toskanadan başqa bütün İtaliyada qanuni olan ölüm cəzası ilə bağlı qanunvericilik bölündü. Bundan sonra nazir Zanardellinin təklifi ilə Parlamentin hər iki palatasının, demək olar ki, yekdilliklə təsdiq etməsi ilə ölüm cəzası 1889-cu ildə Cəza Məcəlləsində qəti şəkildə ləğv edildi. Halbuki Kral I Umbertonun ümumi əfv verməsi ilə (18 yanvar 1878-ci il kralın əfv sərəncamı) 1877-ci ildən etibarən İtaliyada ölüm cəzası həyata keçirilmirdi.
İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası
İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası (ing. European Convention for the Prevention of Torture and Inhuman or Degrading Treatment or Punishment) — 1987-ci ildə qəbul edilmiş və 1989-cu ildə yeddi ölkə tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minən Avropa Şurası konvensiyası. 1993-cü ildə Konvensiyanın tərkib hissəsi olaraq (Konvensiyanın bütün üzv dövlətləri tərəfindən təsdiq edildikdən sonra) Konvensiyaya dəyişikliklər edilərək qüvvəyə minən iki əlavə protokol qəbul edildi. Avropa Şurasına üzv olan 47 dövlətin hamısı konvensiyanın tərəfdarıdır və 2015-ci il üçün hər iki protokol. Konvensiya azadlıqdan məhrum edilmiş şəxslərlə pis rəftarın qarşısını almaq üçün məhkəmədənkənar bir mexanizm təmin edir. Bu mexanizm, Avropa İşgəncə və İnsani və ya Alçaldıcı Mübarizə və Cəzanın Qarşısının Alınması Komitəsinin üzvlərinin seçilmiş ölkələrə səfərlərinə əsaslanır. Komitə, Avropa Şurasına üzv dövlətlərin müvafiq orqanlarına verdiyi ətraflı tövsiyələrində, davamlı olaraq azadlıqdan məhrum edilmiş şəxslərin həbs şərtlərinin qiymətləndirilə biləcəyi bir sıra standartlar hazırlamışdır. Bu dəst polis idarələrində pis rəftara qarşı qanuni qorunma zəmanəti, həbsxanalarda saxlama şəraiti və rejimi, tutulmuş və ya məhkum mühacirlərin işgəncə və ya pis rəftarla üzləşdikləri ölkələrə geri dönməsinin qarşısını alma mexanizmləri kimi anlayışları əhatə edir. Komitənin fəaliyyəti yalnız həbsxana ziyarətləri ilə məhdudlaşmır. Komitə üzvləri şəxslərin azadlıqdan məhrum edildiyi istənilən yerə baş çəkə bilərlər.
Şekspir cəzası
Şekspir cəzası — ABŞ məhkəmələri tərəfindən yetkinlik yaşına çatmayan cinayətkarlara verilən cəza ABŞ məhkəmələri cinayət törətmiş və yetkinlik yaşına çatmayan şəxslərə orijinal cəza tətbiq etməyə başlayıb. Amerika mətbuatına istinadən verdiyi məlumata görə, həmin şəxslər Şeksprin əsərlərini əzbərləməli və daha sonra onun mahnılarını səhnədə ifa etməlidirlər. Şekspir təcrübəsi ilk dəfə Massaçusets ştatında tətbiq olunub və bu, 1,5 aylıq dövrü əhatə edir. Bir çox yetkinlik yaşına çatmayan cinayətkar Şeksprin əsərlərini əzbərləyib, səhnədə mahnı oxumaqdan həbsdə yatmağa üstünlük verdiklərini bəyan edib.
Əl-Cəzari
Əl-Cəzari (1136, Cəzirə – 1206, Türkiyə) — 1136–1206-cı illərdə Diyarbəkirdə (Türkiyə) yaşamış müsəlman astronom, ixtiraçı və mühəndisdir. Texnika sahəsindəki yaradıcılığı ilə öz dövrünün tanınmış mühəndisi sayılan Əl-Cəzari Şırnakta anadan olmuşdur. Cəzari su nəql edən mexanizmlərin layihələndirilməsi, mürəkkəb konstruksiyalı saatların və bir çox başqa mexanizmlərin hazırlanması ilə məşğul olmuş və bu işlərin nəticələrini 1206-cı ildə yazmış olduğu "Mexaniki sənətin nəzəri və praktiki əsasları" (ərəb. Əl Cəmi Bein Əl-Elm Val-Amal Əl-nafi Fi Sinat) kitabında təsvir etmişdir. Bu kitab XIII əsrdə Avropada bərabəri olmayan, nəzəri və praktiki mexanika haqqında vacib bir texniki əsər sayılırdı. Əl-Cəzarinin kitabında praktiki aspekt çox sahəli olmuşdur, çünki, o yaxşı mühəndis və təcrübəli sənətçi idi. Kitabda müxtəlif qurğuları şəkillərlə izah edərək maşınqayırmanın tarixi üçün dəyərli bir əsər qoymuşdur. Kitabda 50-yə yaxın maşının layihələndirilməsini, hazırlanmasını və yığılmasını təsvir edən texnologiya 6 fəsildə təsvir edilmişdir. Kitabda əsasən iki silindrli nasosların işləmə prinsipi, dişli valların maşınqayırmada tətbiqi, su saatları, deşiklərin dəqiq kalibrlənməsi, tikintidə ağacların laminasiyası, valların statik tarazlanması, kağız modellərin maşınların layihələndirilməsində tətbiqi, bağlı qum qəliblərdə tökmə kimi texnologiyalar tarixdə ilk dəfə olaraq onun tərəfindən izah edilmişdir. Əl-Cəzarinin layihəsi və rəhbərliyi altında hazırlanan bir çox qurğuların tətbiqi ona böyük şöhrət gətirmişdir.
Əl Cəzari
Əl-Cəzari (1136, Cəzirə – 1206, Türkiyə) — 1136–1206-cı illərdə Diyarbəkirdə (Türkiyə) yaşamış müsəlman astronom, ixtiraçı və mühəndisdir. Texnika sahəsindəki yaradıcılığı ilə öz dövrünün tanınmış mühəndisi sayılan Əl-Cəzari Şırnakta anadan olmuşdur. Cəzari su nəql edən mexanizmlərin layihələndirilməsi, mürəkkəb konstruksiyalı saatların və bir çox başqa mexanizmlərin hazırlanması ilə məşğul olmuş və bu işlərin nəticələrini 1206-cı ildə yazmış olduğu "Mexaniki sənətin nəzəri və praktiki əsasları" (ərəb. Əl Cəmi Bein Əl-Elm Val-Amal Əl-nafi Fi Sinat) kitabında təsvir etmişdir. Bu kitab XIII əsrdə Avropada bərabəri olmayan, nəzəri və praktiki mexanika haqqında vacib bir texniki əsər sayılırdı. Əl-Cəzarinin kitabında praktiki aspekt çox sahəli olmuşdur, çünki, o yaxşı mühəndis və təcrübəli sənətçi idi. Kitabda müxtəlif qurğuları şəkillərlə izah edərək maşınqayırmanın tarixi üçün dəyərli bir əsər qoymuşdur. Kitabda 50-yə yaxın maşının layihələndirilməsini, hazırlanmasını və yığılmasını təsvir edən texnologiya 6 fəsildə təsvir edilmişdir. Kitabda əsasən iki silindrli nasosların işləmə prinsipi, dişli valların maşınqayırmada tətbiqi, su saatları, deşiklərin dəqiq kalibrlənməsi, tikintidə ağacların laminasiyası, valların statik tarazlanması, kağız modellərin maşınların layihələndirilməsində tətbiqi, bağlı qum qəliblərdə tökmə kimi texnologiyalar tarixdə ilk dəfə olaraq onun tərəfindən izah edilmişdir. Əl-Cəzarinin layihəsi və rəhbərliyi altında hazırlanan bir çox qurğuların tətbiqi ona böyük şöhrət gətirmişdir.
Əməllərin mükafat və cəzası (kitab)
Əməllərin mükafat və cəzası (ərəb. ثواب الأعمال وعقاب الأعمال‎; transkripsiya: Səvabul-əmal və iqabul-əmal) — Şeyx Səduqun əsəri. Kitabda hansı əməllərin mükafata və cəzaya səbəb olması Məhəmməd peyğəmbərin və Əhli-beytin hədisləri ilə bəyan olunmuşdur. 2-ci hissə “Əməllərin cəzası” kitabı İslam peyğəmbəri və imamlar tərəfindən nəql olunan hədislərin toplusudur. Kitab iki hissədən ibarətdir: Yaxşı əməllərin əvəzi və pis əməllərin cəzası. Oxuculara “Əməllərin cəzası” adı ilə təqdim olunan bu kitab ikinci hissədə qərar tutan hədislərdən ibarətdir. Kitabda pis əməllərə görə verilən dünya və axirət cəzalarından danışılır. Əsərin 2-ci hissəsi 2014-cü ildə Müşfiq Mehdibəyli və Mikayıl Əlizadə tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, "Əməllərin Cəzası" adı ilə Bakıda Qədim Qala nəşriyyatında 136 səhifədə 60x90 ölçüsündə çap edilib. Kitab tam şəkildə 2017-ci ildə Taleh Abbasovun tərcümə layihəsi rəhbərliyi ilə Müşfiq Mehdibəyli və Peyman Məhəmmədi tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Əhli-beyt maarifi nəşriyyatında çap edilib. "Əməllərin Cəzası" ( (az.)).
Qazaxıstanda ölüm cəzası
Qazaxıstanda ölüm cəzası — əvvəllər Qazaxıstan Cinayət Məcəlləsi və Qazaxıstan Konstitusiyası ilə nəzərdə tutulmuş, insanların ölümü ilə nəticələnən terror cinayətlərində, müharibə dövründə törədilmiş xüsusilə ağır cinayətlərdə, insanların həyatına və ölkə prezidentinə qəsd etməkdə təqsirli bilinən şəxslərə tətbiq edilə bilən cəza tədbiri. Ölüm hökmü odlu silahla həyata keçirilirdi. Qazaxıstan müstəqillik qazandıqdan sonra 536 ölüm hökmü icra edilib, sonuncusu 2003-cü ilə aiddir (moratoriumdan əvvəl 12 nəfər edam edilib). 2004-cü il yanvarın 1-dən 2020-ci il sentyabrın 24-dək ölkədə ölüm hökmünə moratorium qoyulub. İndi ölüm hökmü ləğv edilib. Qazaxıstan Konstitusiyasının 15-ci maddəsinin 2-ci bəndində deyilir: "Heç kəsin insanı özbaşına həyatdan məhrum etmək hüququ yoxdur. Ölüm cəzası qadağandır." Qazax xanlığında edam cəzası 7-ci nəslə qədər yaxın qohum nigahları, zorlama, ölümə istifadə olunurdu. Qazaxıstan Cinayət Məcəlləsi insanların ölümü ilə nəticələnən terror cinayətləri və ya müharibə dövründə törədilmiş xüsusilə ağır cinayətlər törətmiş şəxslərə tətbiq edilən müstəsna cəza tədbiri kimi ölüm cəzasını nəzərdə tuturdu. Belə cəza tədbirini nəzərdə tutan 17 cinayət arasında “Qadağan edilmiş döyüş vasitəsi və üsullarından istifadə”, “Soyqırım”, “Muzdlu”, “Müharibə dövründə dövlətə xəyanət”, “Birinci şəxsin həyatına qəsd” kimi cinayətlərin adı çəkilir. Qazaxıstan Respublikasının Prezidenti - Millət Lideri”, “Qazaxıstan Respublikası Prezidentinin həyatına qəsd” (hətta qalsa belə), “Sabotaj”, “Terror aktı”, müharibə dövründə hərbi xidmət keçməkdən “Yayınma və ya imtina etmə”, “Müharibə dövründə fərarilik” və s.
Yunanıstanda ölüm cəzası
Müasir Yunanıstanda ölüm cəzası gilyotinlə (1913-cü ilə qədər) və ya odlu silahla həyata keçirilirdi. Ölüm cəzası sonuncu dəfə 1972-ci ildə Hərbi Xuntanın hakimiyyəti dövründə tətbiq edilib və 1975–2005-ci illər arasında ölüm cəzası mərhələli şəkildə ləğv edilib. Yunanıstan İstiqlaliyyət müharibəsi zamanı həyata keçirilən edamlar güllələnmə üsulu ilə idi, baxmayaraq ki, Monarxiya 1834-cü ildə Cəza məcəlləsini tətbiq edərkən yeganə edam üsulu olaraq gilyotinlə başın kəsilməsini qanuniləşdirmişdi. 1847-ci ildə hər edam üçün gilyotinin təmin edilməsində yaranan çətinliklər hökuməti alternativ edam üsullarını (güllələnmə) tətbiq etməyə məcbur etdi. Hər iki edam üsulu, 1929-cu ildə güllələnmə yeganə edam vasitəsinə çevrilənə qədər istifadə ediləcəkdi (sonuncu gilyotinlə edam 1913-cü ildə gerçəkləşdirilib). 1946–1949-cu illər arasında Yunanıstanda vətəndaş müharibəsi zamanı 3000-dən çox insan edam edilib. Sonuncu ölüm cəzası 1972-ci il avqustun 25-də həyata keçirilib. Bu da Krit adasında həyat yoldaşı, qayınanası və iki uşağını (onları öz evində diri-diri yandırıb) qətlə yetirdiyinə görə 27 yaşlı Vasilis Limberisin güllələnməsi olub. Ölüm cəzası 1975-ci il Konstitusiyasının 7-ci maddəsi əsasən müharibə dövründə vətənə xəyanət istisna olmaqla, dinc dövrdə törədilmiş cinayətlərə görə ləğv edildi. Yunan Xuntasının üç aparıcı üzvü Georgios Papadopulos, Stilianos Pattakos və Nikolas Makaresos Yunan Xuntası məhkəmələri zamanı edam cəzasına məhkum edilsələr də, Karamanlis hökuməti bu cəzanı ömürlük həbslə əvəz etdi.

Значение слова в других словарях