Dördkünc Mərdəkan qalası
Dördkünc Mərdəkan qəsri və ya Böyük Mərdəkan qəsri — Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsi. Qəsr, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. 2001-ci ildə Nardaran qəsri digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir.Qala dördkünc formada XII əsrdə III Böyük Mənuçöhrün oğlu I Axsitan tərəfindən tikilmişdir.
Qəsrin daxili həyəti 24x20 metr ölçüyə, həyətdə yerləşən qüllə isə 22 metr hündürlüyə malikdir. Qəsrin xarici divarları künclərdən və divar boyunca yerləşdirilmiş yarımdairəvi formaya malik kor qüllələrlə möhkəmləndirilmişdir. Ümumilikdə Dördkünc Mərdəkan qəsrinin donjonu Dairəvi Mərdəkan qəsrinin donjonu ilə müqayisədə daha inkişaf etmiş memarlıq xüsusiyyətlərinə malikdir.
== Tarixi ==
Böyük Mərdəkan qəsri XII əsrdə - 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib.
== Memarlıq xüsusiyyətləri ==
Qəsrin daxili həyəti 24x20 metr ölçüyə, həyətdə yerləşən qüllə isə 22 metr hündürlüyə malikdir. L. Mamikonovun fikrincə qüllənin bu qədər hündürlüyə malik olması onun zirvəsindəki meydançadan yalnız qəsr həyətinin deyil, eyni zamanda qəsrin xarici divarlarındankənarda yerləşən ərazinin də atəşə tutulmasına imkan verir.