Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dördkünc kombretum
Dördkünc kombretum (lat. Combretum quadrangulare) - kombretum cinsinə aid bitki növü.
Dördkünc Mərdəkan qalası
Dördkünc Mərdəkan qəsri və ya Böyük Mərdəkan qəsri — Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsi. Qəsr, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. 2001-ci ildə Nardaran qəsri digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir.Qala dördkünc formada XII əsrdə III Böyük Mənuçöhrün oğlu I Axsitan tərəfindən tikilmişdir. Qəsrin daxili həyəti 24x20 metr ölçüyə, həyətdə yerləşən qüllə isə 22 metr hündürlüyə malikdir. Qəsrin xarici divarları künclərdən və divar boyunca yerləşdirilmiş yarımdairəvi formaya malik kor qüllələrlə möhkəmləndirilmişdir. Ümumilikdə Dördkünc Mərdəkan qəsrinin donjonu Dairəvi Mərdəkan qəsrinin donjonu ilə müqayisədə daha inkişaf etmiş memarlıq xüsusiyyətlərinə malikdir. == Tarixi == Böyük Mərdəkan qəsri XII əsrdə - 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib. == Memarlıq xüsusiyyətləri == Qəsrin daxili həyəti 24x20 metr ölçüyə, həyətdə yerləşən qüllə isə 22 metr hündürlüyə malikdir. L. Mamikonovun fikrincə qüllənin bu qədər hündürlüyə malik olması onun zirvəsindəki meydançadan yalnız qəsr həyətinin deyil, eyni zamanda qəsrin xarici divarlarındankənarda yerləşən ərazinin də atəşə tutulmasına imkan verir.
Dördkünclü qala (Yuxarı Əskipara)
Qazax rayonunun Yuxarı Əskipara kəndində nisbətən salamat qalan abidələrdən biri Dördkünclü qaladır. Adına Qüllə də deyirlər, Koroğlu qalası da. Coğas çayının sahilində ucaldılmış bu çoxmərtəbəli qala gözətçixana olub. Düşünülüb qoyulmuş pəncərələr, müşahidə dəlikləri, xəbərdaredici tonqal yerləri bunu bir daha təsdiq edir. Planda qala kvadrat şəklindədir. Onun hər bir tərəfinin uzunluğu 8 metr təşkil edir. Qala çaydaşından çox səliqə ilə hörülüb. Bişmiş qırmızı kərpicdən kəmər-naxışları var. Mərtəbə arası bağları ağacdan imiş. Həyatində köməkçi binalar olub.
Dördüncü Zobucuq
Dördüncü Zobucuq — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 643-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə Dördüncü Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Dördüncü Zobucuq qəsəbəsi mərkəz olmaqla Dördüncü Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. == İqtisadiyyatı == Dördüncü Zobucuq qəsəbəsində torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub. 2018–2019-cu təsərrüfat ilində 388 ha taxıl əkilib, 501 kq barama istehsal olunub. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub. == Mədəniyyəti == Qarakollu Poçt Şöbəsi Dördüncü Zobucuq qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1926. == Təhsil == Dördüncü Zobucuq qəsəbəsində 288 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.Qəsəbədə "34 № li tam orta məktəb" fəaliyyət göstərir.
Dördüncü divar
Dördüncü divar — ilk vaxtlar teatrda, daha sonra isə film, komikslər, video oyunlar kimi digər incəsənət sahələrində də istifadə olunan termin. == İzahı == Dördüncü divar — aktyorlarla tamaşaçılar arasında ənənəvi üçdivarlı teatrlarda olan xəyali divardır. Termin Deni Didro tərəfindən 18-ci əsrdə düşünülsə də, yalnız 19-cu əsrdə istifadə olunmağa başlanmışdır. Səhnədən və ya ekrandan birbaşa tamaşaçıya müraciət edən aktyorun hərəkəti dördüncü divarı dağıtmaq adlanır. Bu fənd əsasən komediyalarda və cizgi filmlərində geniş yayılsa da, bəzən ciddi, dramatik əsərlərdə də buna rast gəlmək olur. Dördüncü divarın dağıdılması tamaşaçılara əsərdə təsvir olunan hadisələrə daha dərindən dalmaq imkanı yaradır.
Dördüncü dövr
Dördüncü dövr ― Beynəxalq Stratiqrafiya Komissiyasının (ICS) geoloji vaxt bölgüsündə Kaynozoy erasının üçüncü – ən sonuncu dövrüdür. O Neogen dövründən sonra gəlir və 2.58 milyon il əvvəldən bu günə qədər olan dövrü əhatə edir. Dördüncü dövr iki epoxaya bölünür: Pleystosen (2.58 milyon il əvvəldən 11.7 min il əvvələ qədər) və Holosen (11.7 min il əvvəldən bu günə qədər). Bu nisbətən qısa geoloji zaman kəsiyində Yerin müasir siması və təbiətinin formalaşması, insanın meydana gəlməsi və inkişafı bağlıdır. Nəhayət Dördüncü dövr çöküntülərində bir sıra faydalı qazıntı yataqları yerləşir. Buna görə də Dördüncü dövr digər geoloji dövrlərlə müqayisədə çox qısa olsa da müstəqil dövr kimi ayrılır. == Elmi tədqiqatların tarixi == === Dünyada === Dördüncü dövr temini 1759-cu ildə italyan geoloqu Covanni Ardyuno tərəfindən İtaliyanın şimalındakı Po çayının vadisindəki alyüvial yataqlar üçün təklif etmişdir. 1829-cu ildə Jules Desnoyers Fransanın Sien hövzəsinin çöküntüləri üçün təqdim etmişdir. Bu çöküntülərin Üçüncü Dövrün süxurlarına nisbətən cavan olduğu açıq-aşkar görünürdü. Dördüncü dövr Neogen Dövründən sonra gəlir və bu günə qədər uzanır.
Dördüncü internasional
Dördüncü internasional — Lev Trotskinin davamçıları, yaxud trotsksistlər tərəfindən əsası qoyulan, tərkibində Marks və Engelsin Dünya inqilabı, fəhlə sinfinin qələbəsi və sosializm quruculuğu ideyaları olan beynəlxalq kommunist təşkilatı. İnternasional 1938-ci ildə Fransada Kominternin stalinistlərin tam nəzarəti altında olduğunu və onların beynəlxalq fəhlə sinfi siyasi hakimiyyəti idarə etmək qabiliyyətində olmadığını hesab edən Trotski və onun tərəfdarları tərəfindən təsis olunmuşdur. Buna görə də, burjua hakimiyyətləri (məsələn, Fransa və ABŞ) tərəfindən təzyiq göstərilən, SSRİ və son maoizm tərəfindən qeyri-legitim olduğuna görə ittiham olunan, NKVD agentləri tərəfindən təqib olunan bir çox xadimlər özlərinin xüsusi "Dördüncü İnternasional"ını qurdular. İnternasional ilk dəfə 1940-cı ildən parçalanmalara, təfriqəyə məruz qalıb, ən əhəmiyyətli parçalanma isə 1953-cü ildə baş verib. 1963-cü ildə qismən birləşdirilməsinə baxamayaraq, bir çox qruplar təsdiq edirlər ki, onlar məhz Dördüncü internasionalın varisi, ardıcılı kimi təmsil olunurlar.
Dördüncü simfoniya
Dördüncü simfoniya (Part)
Dördüncü Fransa Respublikası
Dördüncü Fransa Respublikası (fr. Quatrième République) — Fransa tarixinin 1946-ci ildən 1958-ci ilə qədər əhatə edən dövrü.
Dördüncü Kuril boğazı
Dördüncü Kuril boğazı — Sakit okeanına daxil olan Ançiferova və Paramuşir adalarını Onekotan və Makanruşi adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 30 km, ən dar eni isə 1,5 km təşkil edir. Dərinliyi 1110 m-ə çatır. Sahili qayalı və sıldırımlıdır. Boğazda Vasili, Kapustnı (Paramuşir), Kimberley, İvan-Malı (Onekotan), Polubosnı (Makanruşi) burunları vardır. Bura Bolşaya, ruçi Fomelnı, Krivoy, Novov, Skalnı və Poloqi çayları tökülür. Şimal hissədə Vasili körfəzi yerləşir. Şimalında Lujin boğazı, cənubunda isə Evreinov boğazı yerləşir. Kuril adalarının sıra sayına görə dördüncü olduğü üçün in bu cür adlandırılmışdır.
Dördüncü Səlib Yürüşü
Dördüncü Səlib Yürüşü yaxud Dördüncü Xaç Yürüşü ― (1200-1204) Səlib yürüşü. Papa III İnnokenti Qüdsü qurtarmaq üçün bütün Avropanı səfərə çağırır və 1202-ci ildə Venesiyadan səfər başlayır. Səlibçilərin yürüşə başladıqda məqsədi məqsədi Misiri tutmaq, daha sonra isə oradan Qüdsə gedərək şəhəri "azad etmək" idi. Amma venesiyalılar bu səfərin məqsədini dəyişdirdilər. Səlibçilər İstanbulu ələ keçirdi və 1204-cü ildə burada Latın imperiyası qurdular.
Dördüncü dövr buzlaşmaları
Dördüncü dövr buzlaşmaları – Dördüncü dövrdə (və ya antropogendə) Şimal və Cənub yarımkürələrin materiklərində ardıcıl surətdə hər buzlaşmadan sonra istiləşmə dövrü ilə arası kəsilən böyük buzlaşmalara deyilir. Penk və Brüknerə görə, Alp dağlarında dörd buzlaşma və hər buzlaşmadan sonra istiləşmə olmuşdur. Birinci buzlaşma Güns buzlaşması (Dunay çayının sağ qolu-Güns çayının adı ilə), ikincisi Mindel buzlaşması (Dunay çayının sağ qolu-Mindel çayının adı ilə), üçüncüsü Riss buzlaşması (Dunay çayının sağ qolu – Riss çayının adı ilə), dördüncüsü isə Vürm buzlaşması (Dunay çayının yuxarı hövzəsində Vürm çayının adı ilə) adlanır. Son buzlaşmadan 10 min ildən artıq bir dövr keçmişdir.
Dördüncü simfoniya (Motsart)
Simfoniya № 4 re major, KV 19 — 1765-ci ildə Motsart tərəfindən yazılmış simfoniya.
Dördüncü simfoniya (Part)
Simfoniya No. 4 Los-Anceles (Mələklər və şəhər) — Estoniya bəstəkarı Arvo Partın dördüncü simfoniyasıdır. Dördüncü simfoniya bəstəkarın 1976-cı ildən sonra yazdığı ilk simfoniya olmaqla, bəstəkara məxsus tintinabuli tərzindədir. Bəstəkarın əsərləri arasında Dördüncü simfoniya genişmiqyaslı instrumental tintinabulyasiyaya yer verilmiş ilk əsərdir. “Summa” və “Für Alina” kimi əvvəlki əsərlərini Part SATB xoru və ya azsaylı musiqi alətləri üçün yazmışdır. 2008-ci ildə yazılmış və 10 yanvar 2009-cu ildə premyerası baş tutmuş simfoniya 2010-cu ildə Ən Yaxşı Müasir Klassik əsər nominasiyasında Qremmi mükafatına namizəd göstərilmiş, lakin mükafatı qazana bilməmişdir. Əsər Los Anceles Filarmoniya Assosasiyası və onun drijoru Esa-Pekki Salonen, Kanberra Beynəlxalq Musiqi Festivalı və Sidney konservatoriyasının sifarişi əsasında yazılmışdır. == Tarixi == === İnkişaf === Bəstəkar Dördüncü simfoniyanı Üçüncü simfoniyadan 37 il sonra yazmışdır. Aradakı müddət ərzində bəstəkar əsasən xor və kiçik vokal ansambllar üçün mistik əsərlər yazmışdır. Əsər adını – “Los-Anceles” - əsas sifarişçinin adından almışdır.
Dördüncü sülalə (Misir)
Qədim Misirdə Qədim padşahlıq dövrünün ikinci sülaləsi.Təxminən e.ə 2639-2506-cı illərdə hakimiyyətdə olmuşdur. Sülalə tarixdə "piramida tikənlər sülaləsi" kimi tanınmışdır.Beləki Xeops,Xefren,Menkaur piramidalarının tikintisi bu dövrə aiddir.
Dördüncü sənaye inqilabı
Dördüncü sənaye inqilabı vəya Sənaye 4.0 (ing. dilindən Industry 4.0) — dördüncü sənaye inqilabı adlı konseptin sırf sənaye ilə bağlı olan alt hissəsidir. Sənaye 4.0 və dördüncü sənaye inqilabı ifadələri tez-tez bir-birini əvəz etməsinə baxmayaraq, bunlar fərqli konseptlərdir. Sənaye 4.0 standartlarına cavab verən istehsal müəssisələri əsasən naqilsiz bağlantı və sensorlar ilə gücləndirilmiş, bütün istehsal xəttini görüntüləyə bilən və bu barədə qərar qəbul edə biləcək xüsusi bir sistemlə və bu sistemə qoşulmuş avadanlıqlarla təchiz olunur. Dördüncü sənaye inqilabı isə dünyada ümumi olaraq fiziki, rəqəmsal və bioloji dünyalar arasındakı sərhədlərin qarışmasını təsvir edən bir yoldur. Bu, süni intellekt, robotexnika, Əşyaların İnterneti (IoT), 3D çap, gen mühəndisliyi, kvant hesablama və digər texnologiyalardakı inkişafların birləşməsidir və hər hansı bir sahədə tətbiq oluna bilər. == Terminologiya == Sənaye 4.0 termini, 2011-ci ildə, Almaniya hökumətinin istehsalın kompüterləşdirilməsini təşviq edən yüksək texnologiya strategiyasının bir layihəsindən yaranmışdır. Sənaye 4.0 termini həmən ildə Hannover sərgisində ictimaiyyətə təqdim edildi. 2012-ci ilin oktyabr ayında Sənaye 4.0 üzrə İşçi Qrup, Alman federal hökumətinə Sənaye 4.0 tətbiqetmə tövsiyələrini təqdim etdi. Sənaye 4.0 işçi qrupunun üzvləri və tərəfdaşları Sənaye 4.0-ün qurucu ataları və hərəkətverici qüvvəsi kimi tanınırlar.
On dördüncü adam
Dördüncü Cenevrə Konvensiyası
Dördüncü Cenevrə Konvensiyası — Müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 12 avqust 1949-cu ildə qəbul edilmiş dörd Cenevrə Konvensiyasından sonuncusu. Konvensiya 1950-ci ilin oktyabrında qüvvəyə minmişdir. İlk üç konvensiya döyüşçülərlə bağlı olduğu halda halda, Dördüncü Cenevrə Konvensiyası müharibə zonasında mülki şəxslərin humanitar müdafiəsini nəzərdə tuturdu və buna görə də bir ilk idi. Hazırda sonuncu saziş və digər üç sənəd də daxil olmaqla, 1949-cu il Cenevrə konvensiyalarının 196 iştirakçısı var.Cenevrə Konvensiyalarına I Əlavə Protokol 1977-ci ildə tərtib edilmişdir. Konvensiyanın 48-ci maddədə ifadə olunmuş mülki şəxslərə aid "əsas qaydası" "mülki əhaliyə və mülki obyektlərə" hər cür qəsdən hücumu qadağan edir. "Təsadüfi hücumlar" anlayışını müəyyən edən sənəd belə hücumları da qadağan edir. "Mülki əhalinin təsadüfən məhv edilməsi, mülki şəxslərin xəsarət alması və mülki obyektlərə dəyən ziyan" da sənəddə əhatə olunur. Hətta 51-ci maddəyə əsasən, "gözlənilən konkret və birbaşa hərbi üstünlük təmin etməsi səbəbindən həddi aşacağına görə", "təsadüfi" mülki itkilərə və ya zərərə səbəb olacağı gözlənildiyi halda mülki şəxslərə qarşı yönəlməyən hücumlar da qadağan edilir. Buna elmi ədəbiyyatda proporsionallıq prinsipi deyilir. 1945-ci ildə İkinci Dünya müharibəsi başa çatana qədər isə qarşılıqlılıq norması silahlı münaqişədə davranış üçün əsas verirdi.1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Baş katibin və Ekspertlər Komissiyasının hesabatını qəbul etmişdir.
Dövri sistemin dördüncü periodu
4-cü period elementləri — dördüncü periodda yerləşən elementlərdir. Bu periodda 18 element yerləşir.
On dördüncü simfoniya (Motsart)
On dördüncü simfoniya 15 yaşlı Volfqanq Amadey Motsart tərəfindən 1771-ci ildə yazılmışdır. Bu əsər Motsartın italiyaya ikinci və üçüncü səfərləri arasında, Zalsburqda yazılmışdır. Simfoniyada dahi bəstəkar İohann Sebastyan Baxın təsiri aydın şəkildə özünü göstərir. == Quruluşu == Simfoniya 4 hissədən ibarətdir, ifa müddəti təxminən 20 dəqiqədir. Allegro moderato, 2/2 Andante, 3/4 Menuetto və Trio, 3/4 Molto allegro, 2/4 === Birinci hissə: Allegro moderato === === İkinci hissə: Andante === === Üçüncü hissə: Menuetto və Trio === A-Dur, 3/4-Takt, 26 + 24 Takte (zweite Fassung) === Dördüncü hissə: Molto allegro === == Notlar və ədəbiyyat == Ноти на IMSLP Mozart, Wolfgang Amadeus; Giglberger, Veronika (preface), Robinson, J. Branford (transl.) (2005). Die Sinfonien III.. Kassel: Bärenreiter-Verlag. p.
On dördüncü sülalə (Misir)
XIV sülalə - ikinci aralıq dövrdə Qədim Misiri idarə edən sülalələrdən biri. Ehtimal olunur ki, bu dövrdə paytaxt Avaris şəhəri idi. == Ümumi məlumat == XIII sülalənin süqutu ilə ölkədə iqtisadi və siyasi vəziyyət pisləşdi. Bununla Qədim Misir tarixində ikinci aralıq dövr başladı. XIV sülalə bu dövrdə taxta çıxan ilk nəsildir. Bəzi tarixçilər XIV sülaləni Orta padşahlığa aid edirlər. XIV sülalənin nə zaman və necə hakimiyyətə gəlməsi haqqında kifayət qədər məlumat yoxdur. Manefona görə XIII və XIV sülalə eyni zamanda hökmdarlıq etmişlər. Kim Riholt öz əsərlərində bu barədə daha geniş bəhs edir. Ona görə XIV sülalə XII sülalənin son fironu Sobekneferunun hakimiyyəti zamanı Nil deltasının şərqində üsyan qaldıraraq müstəqilləşmişdi.
Otuz dördüncü simfoniya (Motsart)
Motsartın otuz dördüncü simfoniyası Volfqanq Amadey Motsart tərəfindən 1780-ci ildə yazılmış, 29 avqustda tamamlanmışdır. Bu əsər müəllifin Zalsburqda yazılmış simfoniyalarının sonuncusudur. Simfoniyanın davam etmə müddəti təxminən 22 dəqiqədir. Hazırda simfoniyanın əlyazmasının I hissəsi (f.1-18) Fransa Milli Kitabxanasında, ikinci hissəsi isə (f.19-28) Polşanın Krakov şəhərində yerləşən Jagellon Universitetinin Kitabxanasında saxlanılır. == Quruluşu == Simfoniyaların əksəriyyəti dörd hissədən ibarət olsa da, bu simfoniyada erkən klassizm üçün səciyyəvi olan yalnız üç hissə vardır.
Xətai dördüncü seçki dairəsi
İyirmi dördüncü simfoniya (Motsart)
İyirmi dördüncü simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1773-cü ilin oktyabr ayında yazılmışdır, italyan simfoniya tipinə uyğundur. Hazırda simfoniyanın əlyazması Berlində Preusisscher Kulturbesitz kitabxanasında saxlanılır. Simfoniyanın ifa müddəti təxminən 8-10 dəqiqədir. == Quruluşu == Simfoniya 3 hissədən ibarətdir. Allegro spiritoso, 4/4 Andantino grazioso, 2/4 Allegro, 3/8 === Birinci hissə: Allegro spiritoso === === İkinci hissə: Andantino grazioso === === Üçüncü hissə: Allegro === == Mənbə == Jean Massin və Brigitte Massin , Motsart , Fayard , coll. "Musiqinin əsasları",1 st Sentyabr 1990, 1270 səh. ( ISBN 2-213-00309-2 ) , səh. 697 François-René Tranchefort (istiqamət), Simfonik Musiqi Bələdçisi , Paris, Fayard , kol. "Musiqinin əsasları",1998-ci il( 1 st ed. 1986), 896 səh.
İyirmi dördüncü sülalə (Misir)
XXIV sülalə — üçüncü aralıq dövrdə hakimiyyətdə olmuş Qədim Misir sülaləsi. Misir tarixində ən qısa müddət hökmranlıq etmiş xanədanlıqlardan biridir. == Ümumi məlumat == Üçüncü aralıq dövrdə Misirdə mərkəzləşdirilmiş dövlət yox idi. Ölkə bir neçə yerə bölünmüşdü və ayrı-ayrı sülalələr tərəfindən idarə olunurdu. XXIV sülalənin yalnız iki fironu məlumdur. Onlar Sais şəhəri və ətraf bölgələrin hakimləri idilər. XXII sülalənin zəiflədiyi bir dövrdə Tefnaxt adlı şəxs Nil deltasının qərbini ələ keçirib, müstəqil idarə etməyə başladı. Onu stellalarda "qərbin böyük hakimi" kimi adlandırırlar. Tefnaxtın hakimiyyətini daha geniş ərazilərə yaymaq istəyi uğursuzluqla bitdi. Bu dövrdə Yuxarı Misirdə XIII sülalənin hökmdarları hakimiyyətdə idilər.