dövlət qoruyucu meşə zolaqları

Xətti qaydada süni salınan, iqlimtənzimləyici, torpaqqoruyucu və suyu mühafizə funksiyalarını yerinə yetirən meşələr

dövlət qiymətli kağızları
dövlət meşə kadastrı
OBASTAN VİKİ
Yolkənarı meşə zolaqları
Yolkənarı meşə zolaqları- Dəmiryolları və şose yollarını qardan,qum və tozlardan, yuyulmadan qorumaq üçün, həmçinin dekorativ məqsədlə zolaq şəklində meşəliklər. == Ümumi məlumat == Bu meşələr həm də sanitar-sağlamlaşdırıcı funksiyası daşıyır.Dəmir yolları boyu meşə zolaqları kənar yoldan 15–20 m aralı yerləşdirilir. Meşəlik bir və ya çoxzolaqlı ola bilər. Bir zolağın eni 1025 metr,2–7 cərgəli götürülür.Avtomobil yolları boyu meşə zolaqları yoldan 15–50 metr kənarda yerləşdirilib, eni 4–20 metr, adətən 2–4 cərgəli olur. Yolboyu meşə zolaqları uzunömürlü, küləyə, qara və qaza davamlı ağac cinslərindən salınır.
Bufer zolaqları
Qoruyucu meşələr
== Qoruyucu meşələr == Qoruyucu meşələr öz meliorativ və mühit yaradıcı xüsusiyyətləri ilə müxtəlif obyektləri əlverişsiz təbii və antropogen amillərin təsirindən qoruyan təbii və süni meşələr. Azərbaycan Respublikasının bütün meşələri I-qrupa aid edildiyi üçün qoruyucu meşələr sayılır. Bu meşələr Azərbaycan Nazirlər Sovetinin qərarına əsasən (28 yanvar 1983-cü il, N-47) aşağıdakı qoruyucu kateqoriyalara bölünmüşdür. I-Əsasən su mühafizəedici funksiyalı meşələrə qiymətli ov balıqlarının kürüləmə yerlərini qoruyan qadağan meşə zolaqları aid edilmişdir. II-Əsasən qoruyucu funksiyalı meşələrə dövlət qoruyucu meşə zolaqları (9,6 min ha), dəmir yolları boyunca qoruyucu meşə zolaqları (0,2 min ha), respublika əhəmiyyətli avtomobil yolları boyunca qoruyucu meşə zolaqları (4,1 min ha), xüsusilə qiymətli meşə massivləri (90,3 min ha), ətraf mühitin qorunması üçün mühüm əhəmiyyəti olan yarımsəhra, bozqır, meşəli və azmeşəli dağ rayonlarının sair meşələri (663,5 min ha), aid edilmişdir. III-Əsasən sanitariya-gigiyena və sağlamlaşdırma funksiyalı meşələrə şəhərlərin, digər yaşayış məntəqələrinin və s ənaye müəssisələrinin ətrafındakı yaşıllıq zonalarının meşələri (47 min ha), su təhcizatı mənbələrinin sanitariya mühafizəsi zonalarnının I və II qurşaqlarının meşələri (48,6 min ha), kurortların sanitariya mühafizə dairələrinin meşələri (21,8 min ha) daxil edilmişdir. IV–Xüsusi təyinatlı meşələrə dövlət qoruqlarının meşələri (59,5 min ha) aid edilmişdir. == Qoruyucu meşə zolaqları == Meşə massivləri və meşə zolaqları şəklində sahələri, torpağı, yolları, yaşayış məntəqələrini, su hövzələrini, kənd təsərrüfatı heyvanlarını və s.-ni təbii amillərin zərərli təsirlərindən qorumaq üçün süni yaradılan meşəliklər. Qoruyucu meşə zolaqları aşağıdakı qruplara bölünür: dövlət qoruyucu meşə zolaqları; tarlaqoruyucu meşə zolaqları (dəmyə v ə suvarılan sahələrdə); yamaclarda sutənzimedicitorpaqqoruyucu meşə zolaqları; yarğan və qobubərkidici meşə zolaqları; yollar boyunca qoruyucu meşə zolaqları: irriqasiya meşə zolaqları və s. Respublikamızda Kür-Araz ovalığında, Gəncə-Qazax düzündə və Lənkəran ovalığında tarlaqoruyucu meşə zolaqları, yollar və kanallar boyu meşə zolaqlarının sahəsi cəmi 15,0 min ha təşkil edir, lakin bu meşəliklər həmin ərazilərdə azlıq təşkil edib öz tarlaqoruyucu, meliorativ və iqlim tənzimedici rolunu lazımi dərəcədə təmin edə bilmir.
Qoruyucu mələk
Qoruyucu mələk — İnsanı qorumaq üçün Allah tərəfindən vəzifələndirilmiş səmavi qüvvə. == Xristianlıqda == — qoruyucu mələk yardım və rəhbərlik üçün Allah tərəfindən insana verilən mələk, yaxşı ruhdur. Pravoslavlıqda o, insana vəftiz edilən zaman, katolisizmdə - hər bir insana doğulduğu anda verildiyinə inanılır. Pravoslav və Katolik fikirlərə görə, qoruyucu mələk həyatı boyu bir insanın yanında görünməz olaraq onu müşayət edir və pravoslavlıqda, əgər bir insan Allaha məhəbbətini və Onun qarşısında həqiqi imanı saxlayırsa. Qoruyucu mələyin vəzifəsi himayəsinə veriləni xilas etməyə çalışmaqdır. Xüsusən də qoruyucu mələklər xristianları iman və təqvaya ruhən öyrədir, onların ruhlarını və bədənlərini qoruyur, yer üzündə yaşadıqları müddətdə onları müdafiə edir, onlar üçün Allaha dua edir, onları tərk etmir, və nəhayət, ölümdən sonra yer üzündəki həyatını tamamlamış ruhları əbədiyyətə qovuşdurur. Əhdi-ətiqdə qoruyucu mələk anlayışı yoxdur, ancaq insanı şərdən xilas edən mələklərə inama dair dəlillər var (YK. 48:16). Əhdi-cədiddə qoruyucu mələyə inam Müqəddəs Həvarilərin əməllərində isbat edilir və Matta İncilində İsa Məsihin sözləri ilə təsdiqlənir (Mİ. 18:10). Pravoslav və Katolik kilsələri evdə edilən dualarda ən yaxın mənəvi bələdçilər və himayədarlar kimi qəyyum mələklərə hörmət etməyi və onları çağırmağı öyrədirlər. Pravoslav Kilsəsinin təliminə görə, insan qoruyucu mələyin şəxsi adını bilə bilməz, çünki mələk insana Allah tərəfindən verilir və insan üçün görünməzdir.
Qoruyucu yetişdirmə
Qoruyucu yetişdirmə — Qoruyucu yetişdirmə bir çox bitki və heyvan yetişdiricilərinin növlərin, ya nadir cinslərin, ya da bir cins daxilində nadir qan xətlərinin qorunub saxlanılması cəhdidir. == Hədəf == Qoruyucu heyvandarlığı bir neçə məqsədə xidmət edə bilər: Bir növ və ya cins daxilində genetik müxtəlifliyin qorunması; Hal-hazırda populyar olmayan, lakin gələcəkdə böyük əhəmiyyət kəsb edə biləcək dəyərli genetik xüsusiyyətlərin qorunub saxlanılması; Növlərin əvvəllər mövcud olduğu ərazinin məskunlaşdırılması Əhalinin ümumi sağlamlığını yaxşılaşdırmaq üçün sağlam fərdlərin yetişdirilməsi. == Mexanizm == Qoruyucu heyvandarlığı aşağıdakı formaları ala bilər: Nadir cinslərin selektiv yetişdirilməsi, Xüsusən müxtəlifliyin mümkün qədər qorunub saxlanmasını təmin etmək üçün kiçik populyasiyalarda damazlıq genetikasının monitorinqi; Həyati təhlükəsi olan genetik qüsurlardan əziyyət çəkən nadir cinslər gələcəkdə nadir cinsin qorunub saxlanması üçün qəsdən kritik genə malik olan digər cinslərlə çarpazlaşdırıla bilər. == Tarixi == "Qoruyucu yetişdirmə" termini ilk dəfə 2000-ci illərin əvvəllərində it yetişdiriciləri üçün seleksiyaçıların seminarlarında məşhur Amerika Kennel Klubunun hakimləri Duqlas Conson və Bill Şelton tərəfindən istifadə edilmişdir. İt cinslərinin qorunması və it genetikasının qorunması 2010-cu illərin ortalarında sürətlənməyə başladı.
Meşə
Meşə — Nisbətən böyük və ya kiçik sahədə yerləşən, bir-birinə və bitdiyi şəraitə, yəni bitkilərə, iqlimə, heyvanlar aləminə və s. təsir edən, burada birgə və ziddiyət şəraitində inkişaf edən ağac bitkiləri topluluğuna "meşə" deyilir. Meşələrin bir çox növü olur məsələn: rütubətli ekvatorial meşələr, enliyarpaqlı meşələr, iynəyarpaqlı (tayqa) meşələri. Məsələn: çinar ağacı,şam ağacı,iydə ağacı,qoz ağacı, meyvə ağacı == Ümumi məlumatlar == Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-nin payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII–XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1213.7 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.
Qoruyucu Sərhəd əməliyyatı
Qoruyucu Sərhəd əməliyyatı — 8 iyul 2014-cü ildə İsrail ordusunun Qəzzəyə qarşı başladığı hücum əməliyyatıdır. İsrail ordu spikeri etdiyi şərhdə Qəzzədən İsrailin cənubuna atılan raketləri maneə törətmək məqsədiylə əməliyyat başladıldığını bildirib. == Səbəbi == İyunun 12-də Fələstinin Hebron şəhərində 3 israilli yeniyetmə itkin düşür. İsrailin baş naziri Benyamin Netanyahu əsassız olaraq faktla əlaqədar Fələstin rəhbərliyinin məsuliyyət daşıdığını bildirir. İordan çayının Qərb Sahilində yoxa çıxmış üç yəhudi yeniyetmənin axtarışını davam etdirən İsrail qoşunları ilə fələstinlilər arasında toqquşmalar baş verir, fələstinlilər arasında çoxlu sayda həbs olunanlar var. Axtarış səylərini intensivləşdirən İsrail hərbiyyəsi 150 fələstinlinin həbs olunduğunu bildirib. Ramallah məntəqəsi yaxınlığında baş vermiş toqquşmada 19 yaşlı fələstinli gənc həlak olub. Yəhudi yeniyetmələrin oğurlanmasında İsrail Həması təqsirləndirib, lakin Həmas təşkilatı bu ittihamları rədd edir. Cəsədləri bir neçə gün sonra İordan çayının Qərb Sahilində aşkar edilən yeniyetmələrin dəfn mərasimində on minlərlə insan iştirak edib. Gənclərin üçü də İsrailin Modiin şəhərində dəfn edilib.
Qoruyucu divar (kompüter)
Qoruyucu divar (ing. Firewall) — icazəsiz girişi bloklamaq üçün yaradılıb və yalnız icazəsi olanlara girişi təmin edir. Bu qurğu və ya qurğular sistemi girişə icazəni qaydalar və müxtəlif kriteriyalara əsasən verir. Firewall-un iki əsas növü var: - Vəziyyətə nəzarət edən təhlükəsizlik divarı (Stateful Inspection Firewall) - Tətbiqetmə səviyyəsi təhlükəsizlik divarı (Application Layer Firewall) Vəziyyətə nəzarət edən təhlükəsizlik divarı – məlumatı göndərildiyi yerdən daxil olacağı yerə qədər izləyir. Tətbiqetmə səviyyəsi təhlükəsizlik divarı isə yalnız daxil olan və çıxan məlumatın başlıq hissələrini yoxlayır və tətbiqetmə səviyyəsindəki protokolları məhdudlaşdıraraq təhlükəsizliyi təmin edir. Məsələn, HTTP protokolu vasitəsi ilə hər hansı bir Veb sayta girişin qadağan olunması. Bu iki növdən ən çox inkişaf edən və ən çox istifadə olunanı birincisidir. Ona görə ki, daha böyük şəbəkələrin, İnternet və daxili şəbəkədəki trafiklərinə nəzarət edir. “Firewall nə üçün lazımdır?” sualına gəldikdə isə bunu qeyd etmək lazımdır ki, sizin kompüteriniz yalnız virus hücumlarına deyil, sizin şəxsi məlumatlarınızı ələ keçirə biləcək hücumlara da məruz qalırlar. Məhz bu hallarda Firewall-dan istifadə olunur.
Meşə kadastrı
Meşə kadastrı — Meşənin səmərəli istifadəsi, qorunması, mühafizəsi və meşə təsərrüfatının inkişafının planlaşdırılmasını təşkil etmək məqsədilə meşələrin dövlət uçotu və dövlət Meşə kadstrı aparılır. Dövlət Meşə kadastrı meşə quruluşu materialları əsasında yerinə yetirilir. Meşə təsərrüfatından səmərəli və effektli istifadə etmək məqsədilə dövlət Meşə kadastrına meşələrin kəmiyyət və keyfiyyət vəziyyəti haqqında məlumatlar, meşələrin qoruyucu kateqoriyalara bölünməsi və s. daxil edilir. Dövlət Meşə kadastrının sənədləşdirilməsi dövlət meşələrində, qoruq meşələrində və ayrı-ayrı müəssisə və təşkilatlara aid meşələrdə aparılmalıdır. Hazırda bəzi SNQ dövlətlərində Meşə kadastrı aparılır. Respublikamızda vaxtilə bu işə başlanmış, lakin sonra davam etdirilməmişdir. Onun aparılması respublikamızın meşə təsərüfatları üçün vacib məsələ hesab edilməlidir.
Meşə kirpisi
Meşə kirpisi (lat. Erinaceus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinə aid heyvan cinsi. Bu cins kirpi növlərinə Avropa, Orta və Ön Asiya, Sibir, Çin və Koreyada ən çox rast gəlinir. Cinsə aid Adi kirpi nümayəndəsi Yeni Zelandiyada yaşamağa uyğunlaşdırılmışdır. Cinsin latınca Erinaceusadı, mənasi "tikanlı sədd" mənasını verən ericius sözündən götürülmüşdür. == Növləri == Amur kirpisi (Erinaceus amurensis) Şərqi Avropa kirpisi (Erinaceus concolor) Adi kirpi (Erinaceus europaeus) Erinaceus roumanicus == Qidalanması == Meşə kirpiləri hər şey yesələr də, ətyeyən heyvan sayılırlar: siçan, kərtənkələ, qurbağa, həşəratlar və onların süfrələri.
Meşə marmotu
Meşə marmotu (lat. Marmota monax) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Meşə pişiyi
Çöl pişiyi (lat. Felis silvestris) — pişik cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək təhlükəsi altındadır. == Ümumi məlumat == Bədənin uzunluğu 53–70 sm, quyruğun uzunluğu isə 23 – 35 sm — dir. Çəkisi 3.4 – 5.3 kq — a çatır. Quyruğu uzun və nazikdir. Bədənin xəzi, bel tərəfdə boz – sarı, qarın tərəfdə isə çirkli – ağımsov rəngdə olur. Bel tərəfində qara xallar səpələnmiş şəkildədir. Buna görə də, ona bəzən xallı pişik deyilir. Xalları fərdi cəhətdən dəyişkəndir.
Meşə poruğu
Mərcanotuçiçək poruq (lat. Stachys sylvatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü. == Sinonimləri == Stachys canariensis Jacq. Stachys cordata Gilib. [Invalid] Stachys cordatifolia Gilib. [Invalid] Stachys foetida Gueldenst. ex Ledeb. Stachys glaucescens Muss.Puschk. ex Spreng. Stachys trapezuntea Boiss.
Meşə qrupları
Meşə qrupları - Meşələrin xalq təsərrüfatı əhəmiyyətinə uyğun olaraq, onların yerləşdiyi ərazidən və funksiyalarından asılı olaraq dövlət meşələri üç qrupa (I, II, III) ayrılır. == Ümumi məlumat == I-qrupa əsasən suqoruyucu, torpaqqoruyucu, səhiyyə-gigiyena və sağlamlıq funksiyası daşıyan meşələr daxildir. Bu meşələrdə istifadə olduqca məhdudlaşdırılır. Meşədə yalnız meşə-bərpa, xidməti və sanitar qırıntısına icazə verilir. II qrup meşələrdə başdan-başa, tədrici və seçmə qırıntısına icazə verilir. III qrup meşələr çoxmeşəli rayonlarda yerləşir və burada başdan-başa qırıntı üsulları tətbiq edilir. II, III qrup meşələrinə Ural, Sibir meşələri daxildir. Azərbaycan respublikasının meşələri I qrupa aiddir.
Meşə süleysini
Meşə süleysünü (lat. Dryomys nitedula) gəmiricilər dəstəsinin süleysünlər fəsiləsinə aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçücə süleysindən kiçikdir, bədənin uzunluğu 90 – 110 mm, arxa pəncənin uzunluğu isə 19 – 22 mm-dir. Quyruğunun uzunluğu təxminən bədənin uzunluğuna bərabər. Kütləsi 30-40 q-dır. Quyruğu yana daranmış tüklərlə örtülüdür. Kəllənin uzunluğu 24 – 26 mm olub, gözarası məsafə hamardır. Təbil kameraları iri və uzunsov şəkildədir. Xəzi bozumtul-pas və ya sarımtıl-qonur rəngdədir. Buna baxmayaraq, yaşadığı arealdan asılı olaraq rəngi kəskin dəyişə bilər.
Meşə süleysünü
Meşə süleysünü (lat. Dryomys nitedula) gəmiricilər dəstəsinin süleysünlər fəsiləsinə aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçücə süleysindən kiçikdir, bədənin uzunluğu 90 – 110 mm, arxa pəncənin uzunluğu isə 19 – 22 mm-dir. Quyruğunun uzunluğu təxminən bədənin uzunluğuna bərabər. Kütləsi 30-40 q-dır. Quyruğu yana daranmış tüklərlə örtülüdür. Kəllənin uzunluğu 24 – 26 mm olub, gözarası məsafə hamardır. Təbil kameraları iri və uzunsov şəkildədir. Xəzi bozumtul-pas və ya sarımtıl-qonur rəngdədir. Buna baxmayaraq, yaşadığı arealdan asılı olaraq rəngi kəskin dəyişə bilər.
Meşə sənayesi
Meşə sənayesi — meşələrdə odun tədarük edən və onun emalı ilə məşğul olan sənaye sahələrinin məcmusu.
Meşə sərhədləri
== Meşənin aşağı sərhəddi == Meşənin aşağı sərhəddi- boreal iqlim şəraitində dağ meşələri aşağı sərhədində meşə-çöl vasitəsilə meşəsiz çöllərlə əvəz olunur. Meşənin meşə-çöl və çöllə (bozqırla) əvəz olunmasına səbəb yağıntının az və havanın nisbi rütubətliyinin aşağı olmasıdır. Belə qanunauyğunluq respublikamızın dağ sistemləri şəraitinə uyğun gəlmir. Belə ki, Böyük Qafqazın cənub yamacında dağın Qanıx-Həftaran vadisinə keçid hissədə rütubətli düzən meşəsi ilə əvəz olunur. Böyük Qafqazın şimal-şərq yamacında meşənin aşağı sərhədi yoxdur. Burada dağlıq ərazi 600 m hündürlükdə Samur-Dəvəçi düzənliyinə keçir. Düzənliyin ərazisində bəzi yerlərdə dənizə qədər meşələrin yayılması müşahidə olunur. Lənkəran regionu ərazisində də meşənin aşağı sərhədi, yəni meşənin çölə, yaxud arid tipli seyrəkliyə keçidi müşahidə edilmir. Burada Lənkəran ovalığında Hirkan tipli məşəliklərin qalıqlarına təsadüf edilir. Respublikanın dağ yamaclarnda meşənin aşağı sərhədinin və antropogen landşaftların mövcudluğu yalnız insan fəaliyyəti ilə bağlıdır.
Meşə sərvətləri
Meşə sərvətləri – iqtisadi və mədəni cəhətdən cəmiyyətin meşəyə olan tələbatını ödəmək üçün meşənin məhsulundan və faydalı xüsusiyyətindən istifadə edilir. == Ümumi məlumat == Meşə sərvətlərinə oduncaq, texniki, ərzaq, yem, dərman bitkiləri, həmçinin meşənin qoruyucusu və ictimai əhəmiyyəti daxildir. Oduncaq sərvətləri-xidməti, səhiyyə və digər meşəqırma işləri vaxtı əldə edilir. Texniki sərvətlərə quttaperça, mantar qabığı, tinnidlər (gönü aşılamaq üçün), müxtəlif üzvi rəngləyicilər və s. aiddir. Meşənin ərzaq sərvətlərinə – meyvə, giləmeyvə, göbələk, qoz, yem otları, həmçinin vəhşi heyvan və quşlar daxildir. Bura həmçinin meşə ərazisində yerləşdirilən arıların məhsulu aid edilir. Yem sərvətlərinə meşə sahəsindən əldə edilən ot, çırpı, yem məqsədilə toplanan meyvələr (palıd qozası və s.) daxildir. Meşənin dərman sərvətləri farmakologiyada geniş istifadə olunur. Dərman preparatlarının 40%-dən çoxu dərman bitkilərindən hazırlanır.
Meşə çiyələyi
Meşə çiyələyi (lat. Fragaria vesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Çiyələyin məlum olan 20 növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. Meyvələri iyunavqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş olub, forması yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi olur. Çiyələk xırda meyvəciklərin birləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi xırda sarı toxum yerləşir. Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5% üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə, 1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və kalium duzları, efir yağları vardır.
Meşə çuğundurotu
Meşə çuğundurotu (lat. Alyssum montanum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin çuğundurot cinsinə aid bitki növü.
Meşə ördəyi
Meşə ördəyi (lat. Aix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Meşə örtüyü
Meşə üzümü
Mədəni üzüm (lat. Vitis vinifera) - üzüm cinsinə aid bitki növü. == Ümumi yayılması: == Аzərbаycаn, Оrtа Аsiyа, Rusiya, Ukrayna, Moldaviya, Gürcüstan, Türkiyə, İrаn, Əlcəzаir, Аvrоpа və Şimаli Аmеrikа ölkələrində təbii аrеаllаrı vаrdır. == Azərbaycanda yаyılmаsı: == Naxçıvan MR, Zаqаtаlа-Bаlаkən, Lеrik, Yаrdımlı, Оğuz, Qəbələ, Хаnlаr rаyоnlаrı ərаzilərində yаyılmışdır. == Stаtusu: == Аzərbаycаnın nаdir, rеlikt bitki növüdür.VU D2. == Bitdiyi yеr: == Meşələrdə, düzənliklərdən başlayıb orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir. == Təbii еhtiyаtı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Mеşə üzümü sаrmаşаn və dırmаşаn bitkidir. Gövdəsinin rəngi bоzumtul olub nazik çıxıntılıdır. Yаrpаqlаrı sаdə, dilimlidir.
Meşə ətirşahı
Meşəlik ətirşahı (lat. Geranium sylvaticum) — ətirşah cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == 60 sm hündürlükdədir. Kökətrafı yarpaqlar uzun tüklü saplaqlı, üst hissədən sıx, aşağı hissədən damarların üzərində tükcüklü, böyrəkvari-yumru, 6-7 bölümlü, enli rombvari, lələkvari bölümlü və ya iridişcikli hissəlidir; orta yarpaqlar daha qısa saplaqlı, yuxarıdakılar oturaq və qarşı-qarşıya düzülmüşdür. Çiçəkləri çoxsaylı, yuxarı hissədə olur. Ləçəkləri tərsyumurtavari, 14– 17 mm uzunluqda, tündqırmızı-bönövşəyi rənglidir. Erkəkcik sapı aşağıda enli və kirpikciklidir. Meyvənin tayları (layları, qanadları) tükcüklüdür. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında və çəmənlərdə bitir.