Bax: dağ-düyün.
Dörd yanımız bağça ola, bağ ola,
Sinəm üstə düyün ola, dağ ola,
Bir kiçik ki böyüyünə ağ ola,
Düşər el gözündən, bəxtiyar olmaz.
(“Şahzadə Seyfəlmülük və Bədiəlcamal”)
*
Dərd əlindən düyünlüyəm, dağlıyam,
Qürbət eldə cavan ömrüm ağlıyam.
İrvahımam, Zülal şahın oğluyam,
Gözüm yolda qaldı, gedən gəlmədi!
(“İrvahım”)