dəmirli
dəmiryolçu
OBASTAN VİKİ
Dəmiryol bərəsi
Dəmiryol bərəsi — Dəmiryol qatarlarını dənizlərdən, boğazlardan keçirən gəmi. Məsələn, Bakı-Türkmənbaşı bərələri.
Dəmiryol nəqliyyatı
Dəmiryol nəqliyyatı — müxtəlif yükləri kütləvi şəkildə uzaq məsafələrə yüksək sürətlə və digər nəqliyyat vasitələri ilə müqayisədə qat-qat ucuz aparması ilə, həmçinin hərəkətinin müntəzəmliyi ilə fərqlənən nəqliyyat vasitəsi. Dəmir yolu nəqliyyatının tarixi o qədər də qədim deyildir. Bu nəqliyyatın yaranması sənaye inqilabı dövründən başlanmışdır. == Tarixi == Dəmir yollarının tikintisi XIX və XX əsrin birinci yarısında bir çox ölkələrdə aparılırdı. Məhz bu səbəbdən əksər ölkələrdə dəmiryol nəqliyyatı aparıcı nəqliyyat növlərindən birinə çevrilmişdi. Artıq 1840-cı ildə dünyada dəmiryol xətlərinin uzunluğu 2,5 min km-ə çatmışdı. Müasir dövrdə bu göstərici 1,3 mln. km təşkil edir. İlk dəmir yolu 1830-cu ildə İngiltərədə Liverpul-Mançester xəttinin açılışı olmuşdur. Elə həmin ildə ABŞ-də ilk dəmir yolu çəkilmişdir.
Dəmiryol stansiyaları
Dəmiryol stansiyası — qatarların qəbulu, yola salınması və ötməsi üçün yol ayrıcına malik olan dəmiryol nəqliyyatı obyekti. Burada həmçinin sərnişinlər və yüklər qatarla qəbul edilir və yola salınır. Yol şəbəkəsi geniş olduqda qatarlar tərtib edilir və onlara texniki xidmət də göstərilir. Sadə dildə qatrarla əməliyyat edilən istənilən obyekt dəmiryol stansiyası adlanır.
Dəmiryol stansiyası

Dəmiryol xətti
Dəmiryol xətti — xüsusi ayrılmış yerdə dəmir relslər və mürəkkəb kompleks mühəndis qurğularının kompleksi.
Gümrü Dəmiryol Stansiyası
Gümrü (erm. Գյումրի) — Ermənistanın Gümrü şəhərində yerləşən dəmir yolu stansiyası. Stansiyada Ermənistan Dəmir yollarına aid ən böyük üç vağzaldan biri yerləşir. == İnfrastruktur == Stansiyadan keçən dəmir yol xəttləri: 1) Armavir, Masis və İrəvan xətti; 2) Vanadzor, Ayrum və Tiflis Dəmiryol Stansiyası (Gürcüstan); 3) Artik, Penzaşem və Maralik xətti; 4) Axuryan, Doğuqapı, (Türkiyə) və Qars (Türkiyə). Hazlrda dörd xətdən üçü fəaliyyət göstərir. Biri isə siyasi səbəblərdən bağlıdır. Gümrü-Qars xətti istisna olmaq şərti ilə Ermənistanın bütün xətləri elektrikləşdilmişdir. Türkiyə Ermənistanın işğalçı mövqeyi ilə əlaqədar bu xətti qapalı saylayır. Stansiya İrəvan Dəmiryol stansiuasından sonra ölkənim mühüm ikinci stansiyasıdır. Dörd istiqamətdə xətlərə sahibdir.
Gəncə Dəmiryol Stansiyası
Gəncə Dəmiryol Stansiyası — Gəncə şəhərindən keçən Bakı–Tbilisi dəmiryolu xətti üzərində vağzal tipli dəmiryol stansiyası. 29 dekabr 2013-cü ildə Gəncə dəmiryol stansiyasının inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib.
Hacılı Dəmiryol Stansiyası
Hacılı — Azərbaycan Dəmir Yollarının eyni adlı stansiyası. == Ümumi məlumat == Hacılı stansiyası Füzuli rayonunun Araz Yağlıvənd kəndində yerləşir. Azərbaycan Dəmir Yollarının şərq xəttinə xidmət edir. İmişli-Mincivan distansiyasında, Ələt-Culfa xəttindədir.
Horadiz Dəmiryol Stansiyası
Horadiz — Azərbaycan Dəmir Yollarının eyniadlı stansiyası. == Ümumi məlumat == Horadiz stansiyası Füzuli rayonunun Horadiz şəhərində yerləşir. Azərbaycan Dəmir Yollarının şərq xəttinə xidmət edir. İmişli-Mincivan distansiyasında, Ələt-Culfa xəttindədir.
Kaunas dəmiryol tuneli
Kaunas dəmiryol tuneli (lit. Kauno geležinkelio tunelis) — Rusiya imperiyasında inşa edilmis ilk 2 dəmiryol tunelindən biri və Litvadakı ən qədim dəmiryol tuneli. == Təsviri == Bu xətt 1861-ci ildə Peterburq-Varşava dəmiryolunun davamlılığını təmin etmək məqsədi ilə istifadəyə verilmişdir. Kaunasda 30 metrlik bir təpənin altı ilə çəkilmişdir. Tunelin hündürlüyü 6,6 m, eni 8,8 m, uzunluğu 1285 m təşkil edir. Tunelin önündən Kayşradoryo küçəsi (lit. Kaišiadorių gatvė) keçir. == Tikinti tarixi == 20 noyabr 1861-ci ildə tuneldən ilk parovoz keçmişdir Tunel 1862-ci ildə tam istifadəyə verilir. Sankt-Peterburq-Varşava dəmir yolunun Prussiya istiqamətində xətti butradan keçirdi. Tünelin ölçüsü Birinci Dünya müharibəsi zamanı almanlar tərəfindən standart göstəricidə yenidən tikilmişdir.
Keşlə Dəmiryol Dayanacağı
Keşlə dəmiryol stansiyası — "Dəmiryol Stansiyası" və "Lokomotiv Deposu", Bakı şəhərində yerləşən sərnişin və yük qatarlarının keçdiyi dəmiryol stansiyası. Keşlə Dəmiryol Stansiyası Bakı-Moskva dəmiryolu xəttinin üzərində inşa edilmişdir.
Keşlə Dəmiryol Stansiyası
Keşlə dəmiryol stansiyası — "Dəmiryol Stansiyası" və "Lokomotiv Deposu", Bakı şəhərində yerləşən sərnişin və yük qatarlarının keçdiyi dəmiryol stansiyası. Keşlə Dəmiryol Stansiyası Bakı-Moskva dəmiryolu xəttinin üzərində inşa edilmişdir.
Keşlədə dəmiryol qəzası
Keşlədə dəmiryol qəzası — Bakı ilə Keşlə arasındakı dəmiryol qəzası. 1930-cu illərdə Bakı ilə Keşlə arasında gecə iki qatar toqquşmuşdur. Qəza zamanı 2 qatar, 5-6 yük və sərnişin vaqonu yararsız hala düşmüşdür. Hadisə zamanı sərnişinlərdən 29-u ölmüş, 69-u isə ağır yaralanmışdır. Qəzaya Keşlə stansiyası işçilərinin səbəb olduğu aydınlaşdırılmışdır. Bu səbəbdən stansiyanın növbətçisi və 6 işçisi tutulmuşdur.
Klaypeda Dəmiryol Stansiyası
Klaypeda Dəmiryol Stansiyası (lit. Klaipėdos geležinkelio stotis)- "Lietuvos Geležinkeliai" ("Litva dəmir yolları") şirkəti tərəfindən istismara verilən dəmiryol stansiyasıdır. Litva Dəmiryolu Şirkətinin əsas stansiyalarından biridir. Dəmiryol stansiyası Qərbi Litvada yerləşir. Vağzalın binası Klaypedanın şimal hissəsində yerləşmişdir. Stansiya Klaypeda Dəniz limanın yaxınlığında yerləşir. Liman Litvanın əsas dəniz limanıdır. Dəmiryol stansiyası ilə Belarus, Rusiya və Ukraynadan Litvaya yüklər gətirilir. == Tarixi == Klaypeda Dəmiryol Vağzalı iki binadan ibarətdir. Birinci bina köhnə dəmiryol vağzalıdır.
Köçərli Dəmiryol Stansiyası
Köçərli Dəmiryol Stansiyası — Tərtər rayonunda, Bakı–Xankəndi dəmiryolu xətti üzərində Bərdə Dəmiryol Stansiyasından sonra gələn dəmiryol stansiyası.Stansiya işğaldan sonraki dövürdə memar Kamran Allahyarovun layihəsi əsasında yenidən layihələndirilmişdir == Tarixi == Dəmiryolların elektrikləşdirilməsinə diqqət artırıldığı illərdə Yevlax – Bərdə - Ağdam dəmiryolu 1967-ci ildə işə salınmışdır.
Avtostop (dəmiryol)
Avtostop — işıqfor və digər siqnal vasitələrinin işarəsinə görə dəmiryol qatarını avtomatik dayandıran qurğular sistemi. Maşinist yolun bağlı olduğunu göstərən işarə qarşısında qatarı saxlamadıqda avtostop rels dövrəsinin köməyi ilə qatarı avtomatik dayandırır. Bunun üçün relsin yanında induktor qoyulur və bu, yol işarə qurğusu ilə birləşdirilir. Avtostopun tətbiqi maşinistin diqqətsizliyi üzündən baş verə biləcək qəzanın qarşısını alır, işarəyə riayət olunmasını təmin edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Брылеев А. М., Поупе О., Дмитриев В. С., Кравцов Ю. А., Степенский Б. М. Устройства измерения скорости и тормозные системы подвижного состава // Автоматическая локомотивная сигнализация и авторегулировка. М.: Транспорт. 1981. 283–285. Казаков А. А., Казаков Е. А. Перегонные устройства автоматической локомотивной сигнализации // Автоблокировка, локомотивная сигнализация и автостопы (7-е изд.). М.: Транспорт.
Dəmiryol Muzeyi
Azərbaycan Dəmiryol Muzeyi — Azərbaycanda dəmir yolu tarixinə həsr olunmuş muzey. Bakı şəhərində tarixi Sabunçu Vağzalının binasında yerləşir. Muzey 2019-cu ildən fəaliyyət göstərir. == Muzeyin Tarixi == Dəmiryol Muzeyinin açılışı 19 noyabr 2019-cu il tarixində Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Muzeydə Azərbaycanın dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif eksponatlar sərgilənir. Muzeydə XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən foto və video materiallar, dəmir yolu və qatar modelləri yer alır. Muzeydə XX əsrdə dəmir yolunda gedən inkişaf proseslərinin müxtəlif sahələrinə aid eksponatlar, dəmir yolu qatarlarının modelləri nümayiş olunur. Burada, eyni zamanda, bədii və sənədli filmlərin nümayişi də nəzərdə tutulur. Zaqafqaziya dəmiryolunun tarixi xəritəsi də muzeyin nadir eksponatlarındandır. Muzey köhnə Sabunçu Vağzalının binasında yerləşir.
Mincivan Dəmiryol Stansiyası
Mincivan Dəmiryol Stansiyası — Azərbaycanın Zəngilan rayonu ərazisindəki eyniadlı şəhər tipli qəsəbədə vağzal tipli dəmiryol stansiyası. Stansiyadan Culfa—Horadiz—Sarıcalar—Osmanlı-Yeni dəmiryol xətti keçir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonu işğal edildikdən sonra faliyyəti dayandırılmışdır. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Müsüslü Dəmiryol Stansiyası
Müsüslü Dəmiryol Stansiyası — Ucar rayonunda dəmiryol stansiyası. Müsüslü stansiyası Ucar rayonunun eyniadli inzibati ərazi vahidində dəmiryolu stansiyasıdır. Stansiya Müsüslü kəndinin yanında yerləşdiyinə görə belə adlandırılmışdır. Dəmiryolu stansiyasının yaxılığında qəsəbə də vardır.
Qazax Dəmiryol Stansiyası
Qazax Dəmiryol Stansiyası — Qazax şəhərindən keçən Bakı–Tbilisi dəmiryolu xətti üzərində dəmiryol stansiyası.
Sabunçu Dəmiryol Stansiyası
Sabunçu Dəmiryolu Stansiyası — Bakı şəhərinin Sabunçu rayonunda yerləşən sərnişin və yük qatarlarının keçdiyi dəmiryol stansiyası. Sabunçu Dəmiryol Stansiyası Bakı-Moskva dəmiryolu xəttinin üzərində inşa edilmişdir. Dəmir yolunun inşasına 1878-ci ildə başlanılır və 1879-cu ildə başa çatır. Dekabrın 17-dən etibarən Balaxanı, Suraxanı, Sabunçu stansiyalarında daşınmaq üçün yüklər qəbul edilir. 20 yanvar 1880-ci ildə dəmir yolunun rəsmi açılışı olur. Dünyada ilk dəfə olaraq neft məhz bu yolla sisternalarla daşınmağa başlanılmışdır. Bakı-Suraxanı-Sabunçu dəmir yolunun uzunluğu cəmi 20 km olmuşdur. 1925-ci ilin mart ayında Bakı-Sabunçu dəmir yolu xəttinin yenidənqurulması və ellektriklləşdirilməsi işlərinə başlanmışdır. Cəmisi 14,5 ay ərzində həmin işlər başa çatdırılmışdır. 1926-cı il iyulun 26-da Abşeronun məşhur neft rayonları olan Sabunçu və Suraxanıya ilk elektrik qatarları hərəkət etməyə başlamışdır.
Sumqayıt Dəmiryol Stansiyası
Sumqayıt Dəmiryol Stansiyası — Dəmiryol Stansiyası. Üçmərtəbəli Sumqayıt dəmir yolu vağzalının sahəsi 5,5 min kvadratmetrdir. Binada gözləmə zalı, bilet kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yaradılıb və yaxın günlərdə burada ticarət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır. Bundan əlavə, stansiyada 7 yol yenidən qurulub və çəkilmiş dəmir yollarının ümumi uzunluğu 5 min 20 paqonmetrdir. Kompleksdə 12 yol dəyişən quraşdırılıb, uzunluğu 43 metr olan yeraltı piyada keçidi və platformaya yeraltı çıxış keçidi inşa edilib. 2015-ci ildən Bakı-Sumqayıt marşrutu ilə İsveçrənin “Stadler Rail Group” şirkətindən KİSS markalı ikimərtəbəli elektrik qatarları hərəkətə buraxılıb. Saatda 160 kilometr sürətlə hərəkət edən və 4 vaqondan ibarət olan elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 700 nəfər, oturacaq yerlərin sayı isə 367-dir. 20 avqust 2023-cü il tarixində saat 21:58-də vağzalın 3-cü mərtəbəsində genişmiqyaslı yanğın baş vermişdir. Kondisionerin qısa qapanması nəticəsində naqillər və alkapon üzərindən alov yayılmışdır. Sumqayıt şəhər FHN əməkdasları tərəfindən alov saat 23:00-da söndürülmüşdür.
Azərbaycan Dəmiryol Muzeyi
Azərbaycan Dəmiryol Muzeyi — Azərbaycanda dəmir yolu tarixinə həsr olunmuş muzey. Bakı şəhərində tarixi Sabunçu Vağzalının binasında yerləşir. Muzey 2019-cu ildən fəaliyyət göstərir. == Muzeyin Tarixi == Dəmiryol Muzeyinin açılışı 19 noyabr 2019-cu il tarixində Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Muzeydə Azərbaycanın dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif eksponatlar sərgilənir. Muzeydə XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən foto və video materiallar, dəmir yolu və qatar modelləri yer alır. Muzeydə XX əsrdə dəmir yolunda gedən inkişaf proseslərinin müxtəlif sahələrinə aid eksponatlar, dəmir yolu qatarlarının modelləri nümayiş olunur. Burada, eyni zamanda, bədii və sənədli filmlərin nümayişi də nəzərdə tutulur. Zaqafqaziya dəmiryolunun tarixi xəritəsi də muzeyin nadir eksponatlarındandır. Muzey köhnə Sabunçu Vağzalının binasında yerləşir.
Bakı Dəmiryol Muzeyi

Şabran Dəmiryol Stansiyası
Şabran Dəmiryol Stansiyası — Azərbaycanın Şabran şəhərində yerləşən dəmiryol stansiyası. Stansiya Azərbaycan Respublikasının Dövlət Dəmiryolu şəbəkəsinin bir hissəsidir və uzun illər boyunca ölkənin nəqliyyat infrastrukturunun mühüm tərkib hissəsi olmuşdur. == İnfrastruktur və xidmətlər == Şabran Dəmiryol Stansiyası Azərbaycan Dəmiryol İdarəsi tərəfindən idarə olunur və əsasən sərnişin və yük qatarlarına xidmət göstərir. Stansiyada sərnişinlər üçün gözləmə zalları və kassalar mövcuddur. Son illərdə stansiya müasirləşdirilmiş və yüksəksürətli internet və digər müasir texnologiyalarla təchiz edilmişdir. == İqtisadi əhəmiyyəti == Stansiya Şabran və ətraf bölgələr üçün mühüm iqtisadi mərkəzdir. O, yerli sakinlər və müəssisələr üçün əsas nəqliyyat mərkəzi olaraq fəaliyyət göstərir. Şabran bölgəsindən çıxan kənd təsərrüfatı və sənaye məhsulları buradan digər bölgələrə və xarici bazarlara çatdırılır. == Mədəni əhəmiyyəti == Şabran Dəmiryol Stansiyası, şəhərin tarixi və mədəni kimliyinin ayrılmaz hissəsidir. O, uzun illər boyunca bölgənin inkişafında mühüm rol oynamış və yerli sakinlərin yaddaşında mühüm yer tutmuşdur.
Dəmiryolu
Dəmiryol nəqliyyatı — müxtəlif yükləri kütləvi şəkildə uzaq məsafələrə yüksək sürətlə və digər nəqliyyat vasitələri ilə müqayisədə qat-qat ucuz aparması ilə, həmçinin hərəkətinin müntəzəmliyi ilə fərqlənən nəqliyyat vasitəsi. Dəmir yolu nəqliyyatının tarixi o qədər də qədim deyildir. Bu nəqliyyatın yaranması sənaye inqilabı dövründən başlanmışdır. == Tarixi == Dəmir yollarının tikintisi XIX və XX əsrin birinci yarısında bir çox ölkələrdə aparılırdı. Məhz bu səbəbdən əksər ölkələrdə dəmiryol nəqliyyatı aparıcı nəqliyyat növlərindən birinə çevrilmişdi. Artıq 1840-cı ildə dünyada dəmiryol xətlərinin uzunluğu 2,5 min km-ə çatmışdı. Müasir dövrdə bu göstərici 1,3 mln. km təşkil edir. İlk dəmir yolu 1830-cu ildə İngiltərədə Liverpul-Mançester xəttinin açılışı olmuşdur. Elə həmin ildə ABŞ-də ilk dəmir yolu çəkilmişdir.
Dəmiryolu nəqliyyatı

Dəmiryolu nəqliyyatında idarəetmə sistemləri
Dəmiryolu nəqliyyatında idarəetmə sistemləri - Obyektin idarə olunmasında istifadə olunan texniki qurğular idarəedici qurğular adlandırılır. Ddarəetmə obyekti ilə idarəedici qurğu birlikdə avtomatik idarəetmə sistemini (AİS) təşkil edir və bu sistemlər dəmiryolu nəqliyyatında idarəetmə sistemlər əsasını təşkil edir. == Avtomatik idarəetmə sistemlərinin fundamental prsinsipləri == Obyektin idarə olunması elə bir təsir vasitəsidir ki, burada baş verən prosesin gedişinin lazımı formada təmin olunması və ya onun vəziyyətinin əlverişli istiqamətdə dəyişdirilməsini təmin edir. İdarəetmə obyekti dedikdə müxtəlif növ texniki qurğular,texnoloji proseslər,robototexniki komplekslər və s.nəzərdə tutulur.İdarəetmədə insan əməyindən istifadə olunarsa belə idarəetmə avtomatlaşdırılmış idarəetmə,insan əməyi olmadan aparılan idarəetmə isə avtomatik idarəetmə adlanır.Obyektin idarə olunmasında istifadə olunan texniki qurğular idarəedici qurğular adlandırılır.idarəetmə obtekti ilə idarəedici qurğu birlikdə avtomatik idarəetmə sistemini (AİS) təşkil edir. Bütün idarəetmə sistemləri açıq və qapalı olmaqla iki qrupa ayrılır. === İdarəetmənin əsas növləri === İdarəetmə texnikasının inkişafının ilk pillələrində praktiki olaraq onun ancaq bir növü mövcud idi,bu da tənzimlənən parametrin verilmiş sabit qiymətində saxalanılmasından ibarət idi.Lakin texnikanın bütün sənaye sahələrinin inkişafı ilə əlaqədar olaraq idarəetmənin və tənzimləmənin dəqiqliyə,keyifiyyətinə,etibarlılığına olan təlabat artır.Buna görə də idarəetmənin mövcud olan aşağıdakı növlərini öyrənilməsi vacibdir. ==== Stabilləşdirmə ==== İdarə edilən və ya tənzimlənən parametrin verilmiş qiymətdə saxlanılmasına deyilir.Tənzimləmə meyl etməyə uyğun aparıldıqda onu azaltmaq üçün statik xarakterisikaya malik olan tənzimləyicilərdən isitifadə etmək lazım gəlir. ==== Proqramlamayla idarəetmə ==== Verilmiş funksionallaşma alqoritminə əsasən X0-verən proqram vericisi ilə icra olunan idarəetməyə deyilir.Zaman proqramalı idarəetmə sistemlərininin iki əsas formasından istifaə edilir.;a) zaman proqramalı sistemlər;b)fəza proqmalı sistemlər. Zaman proqramalı sistemdə proqram vericisi birbaşa X0 funksiyasını yaradır.Belə sistemlərə misal olaraq saat mexanizminin hərəkətini ,müntəzəm gdişli mühərriki,bərkidici sobalarda temperaturun dəyişməsini,mexanizmli oyuncaqları,maqnitafonları və s. Fəza proqramalı idarəetmə metal emalı dəzgahların proqramla idarəetmə sistemlərində istifadə olunur.
Dəmiryolçuların Mədəniyyət Sarayı (Rostov-na-Donu)
Dəmiryolçuların Mədəniyyət Sarayı - Rostov-na-Donu şəhərinin ərazisində, Zelejnodarojnı rayonu Qusev küçəsi, ev 2а/5 ünvanında yerləşən bina. Bina 1924-1927-ci illərdə inşa edilmişdir. Burada Dəmiryolçuların mədəni istirahəti məqsədilə yaradılmışdır. == Tarixi == 1924-cü ildə Vladiqafqaz dəmiryolçuları həmkarlar ittifaqı Rostov-na-Donu şəhərində mədəniyyət sarayının ucaldılması təklifi ilə çıxış edirlər. Onlar binanı sovet quruluşunun banısı Vladimir İliç Lenin adına Əmək sarayı adlandırmaq istəyirdilər. İlk əvvəllərdə bina Lenin adına Əmək Sarayı və ya LENDVOREÇ adlandırılırdı). Sarayın tikildiyi yer əbəs yerə seçilməmişdi. Belə ki, burada 1905-ci ildə dəmiryolçuların etiraz aksiyası olmuşdu. Onlar 13-20 dekabr tarixlərində Çar Rusiyası qoşunlarına və kazaklara qarşı dirəniş göstərmişdilər. 3 may 1924-cü ildə gələcək Dəmiryolçuların Mədəniyyət Sarayı ücün təməl atılmışdır.
Dərbənd Dəmiryolu Stansiyası
Dərbənd — Şimali-Qafqaz dəmir yollarının Maxacqala regionunda yerləşən dəmiryol stansiyası. İnzibati baxımdan Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşir. Rusiya Dəmiryolları şəbəkəsinin ən cənub şəhər stansiyasıdır. == Təsviri == Stansiyada elektrik lokomotivləri Azərbaycana gedən və oradan gələn qatarlar gömrük nəzarəti təşkil edilir.
Ermənistanda ensiz dəmiryolu
Ermənistanda ensiz dəmiryolu — ensiz dəmiryolları standart geniş dəmir yollarından fərqli olaraq, şəhərətrafı və ya şəhərlərarası nəqliyyatda sərnişin daşımaq üçün nəzərdə tutulmayıb. Ermənistandakı ilk ensiz dəmir yolu 1906-cı ildə İrəvanda açılır. Bu dəmir yolu şəhər konkasında istifadə edilir. Birinci Dünya müharibəsi zamanı Rusiya imperatorluğunun əsgərlərini, silahlarını, döyüş sursatını və ehtiyaclarını Rusiya-Türkiyə cəbhəsinə daşımaq üçün təcili hərbi dəmir yolları inşa edilir. Daha sonra bu dəmir yolları Türkiyə ərazisinə bitir. Bəziləri geniş relslərlə dəyişdirilir, digərləri isə sökülür. Ermənistandakı müasir ensiz dəmir yolları iki növə bölünə bilər: Böyük şəhərlərdə uşaq dəmir yolları Sənaye zavodlarında sənaye dəmir yolları. == İrəvan == === İrəvan konkası === 1906-cı ildə İrəvan şəhərində 914 mm ölçülü şəhər konkası açılmışdır. Konka 1918-ci ildə dağıdılır. 1933-cü ildə şəhərdə ilk geniş relsli tramvay xətti açılır.
Fəxri dəmiryolçu
Fəxri dəmiryolçu — SSRİ-nin dövlət mükafatlarından biri, 13 may 1933-cü ildə SSRİ-nin MSK tərəfindən dəmir yolu nəqliyyatı işçilərinin mükafatlandırılması üçün təsis edilmişdir. Dəmiryolunda əməyin ən yüksək və sabit nəticələrinin əldə edilməsi, hazırlanması, inkişafı və həyata keçirilməsinə, dəmiryol nəqliyyatının fəaliyyətinin təkmilləşdirilməsinə, həmçinin qatarların hərəkətinin təhlükəsizliyinin təmin olunmasıyla bağlı fədakar hərəkətlərə görə, elmin, texnikanın və yeni texnologiyanın nailiyyətlərinin tətbiqinə, sərnişinlərin həyatları, yüklərin, yükün və başqa tapşırılmış əmlakın qorunmasına görə dəmir yolu işçiləri və eyni zamanda qeyriləri təltif edilir.
Gədəbəy ensiz dəmiryolu xətti
Gədəbəy ensiz dəmiryolu xətti - Cənubi Qafqazda ilk dəmir yol xətti (1868-ci il). == Tarixi == Gədəbəyin ən baxımlı yerlərindən biri Qalakənddir. Rayon mərkəzindən xeyli aralı, Şəmkir çayının sahilində, uca dağların, sıx meşələrin qoynunda yerləşir. Simens qardaşları burada xeyli iş görüblər. 1865-ci ildə ilk zavod işə salınıb. 1883-cü ildə ikinci müəssisə - Qalakənd misəritmə zavodu tikildi. Bununla əlaqədar Gədəbəy - Qalakənd arasında yol çəkildi, körpülər inşa olundu. Daha da vacibi Gədəbəy zavodu ilə meşə zolağı olan, gələcəkdə zavod tikiləcək Qalakənd arasında 31 kilometrlik ensiz dəmir yol xətti çəkildi. Simens Gədəbəy rayonuna etdiyi ikinci səfərinə (1868-ci il) aid xatirələrində bu barədə belə yazırdı: Dağlıq relyefı olan ərazidə bu xəttin çəkilməsi üçün 50-yə yaxın müxtəlif layihəli körpü və keçidlər inşa edildi. Həmin xətt Cənubi Qafqazda ilk dəmir yol xətti oldu.
Kami-Şirataki Dəmiryol Stansiyası
Kami-Şirataki Dəmiryol Stansiyası (上白滝駅, Kami-Shirataki-eki) - Yaponiyanın Hokkaydo prefekturasının Enqaru şəhərində yerləşən dəmiryol stansiyası. Stansiyanın nömrəsi A44-dir. 2016-cı il yanvarın 16-da Çin kanalı CCTV tərəfindən stansiyanın yalnız bir məktəbli qıza görə bağlanmadığı söylənilmişdi. Stansiyanın martın 26-sı qız məktəbi bitirdikdən sonra bağlanacağı bəyan olunmuşdu. Bu xəbər İnternetdə geniş müzakirə olunurdu. Lakin sonradan bağlanma tarixinin qızın məktəbi bitirməyi ilə bağlı olmadığı məlum oldu.
Kiçik Qafqaz dəmiryolu (Tiflis)
Kiçik Qafqaz dəmiryolu — dünyada ilk rəsmi uşaq dəmir yolu. 24 iyun 1935-cü ildə Gürcüstan SSR-in paytaxtı Tiflis şəhərində açılmışdır. == Tarix == Uşaq dəmir yolunu tikmək fikri 1933-cü ildə Tiflis Uşaq Texniki Stansiyasında bir dəmir yolunun istismar modelinin inşasının müzakirəsi zamanı ortaya çıxır. Nəticədə tam hüquqlu bir təhsil layihəsinə çevrilə bilən bir dar dəmir yolu tikintisi təklif edilir. Yolun tikintisinə 13 sentyabr 1934-cü ildə başlanmış və 24 iyun tarixində yolun açılışı baş tutmuşdur. Kiçik Qafqaz dəmiryolunun ilkin uzunluğu cəmi 400 metr olmuşdur. Yolun açılışından sonra uzunluğunun 1600 metrə qədər uzadılması üçün bir layihə ortaya atılır, lakin yalnız 800 metr yeni bir yol inşa edilir. Yolun ümumi uzunluğu 1200 metr olur. 1990-cı illərin əvvəllərindən etibarən dəmir yolu uşaq dəmir yolu kimi fəaliyyətini dayandırır və böyüklərə xidmət göstərir. 2010-cu ildə hərəkət dayandırılır.

Значение слова в других словарях