Ey xuda, kim çəkər axırda gülabın bu gülün; Dərdisər dəfinə aləmdə bu dərman gülüdür.
// Dərd-qəm, qayğı, fikir.
…Başıma dolanan, dərd-sərimi dağıdan, viran könlümü gülüstan edən Ruqiyyə idi, Ruqiyyə.
□ Dərd(i)-sər çəkmək – narahatçılıq çəkmək, narahat olmaq.
Biz almışıq arvad, olaq bəxtəvər; Almamışıq, gündə çəkək dərdi-sər.
[Çimnaz:] …Baxanda deyirsən ki, dərd-sər çəkməyir, [Sona] arsızdır…
Dərd(i)-sər vermək – başağrısı vermək, əziyyət vermək, narahat etmək.
…Axır bu dəlixana söhbəti nə bir söhbətdi ki, bunun üstə özünüzə də, bizə də bu qədər dərd-sər verirsiniz?
Bir nəfər havadar və qəmxarım yoxdur, yenə sizə ümidvar olub da, dərd-sər verməyə cəsarət edirəm.