Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xal (basketbol)
Xal (ing. points) — basketbol oyununda qalibi müəyyən edən göstərici. Cərimə atışında komandaya 1 xal, üçxallıq qövsdən 3 xal (FİBA: 6,75 m, NBA: 7,24 M), digər atış zamanı isə komandaya 2 xal verilir. NBA-da qövs kənarından atılan atışa rəsmi olaraq 1978-1980-cı mövsümdə, FİBA-nın keçirdiyi yarışlarda 1984-cü ildən 3 xal verilməyə başlanılmış. Ancaq ilk dəfə olaraq 3 xal Amerika Basketbol Assosiasiyasının keçirdiyi yarışlarda verilmiş (1967-1968). Daha çox xal toplamış komanda qalib elan olunur. Oyun boyu xal qazanan komandanın və oyunçuların statistikası aparılır (ing. points per game (PPG)). Basketbolda bu göstərici oyunçunun hücum effektliyini müəyyən edir. == NBA rekordları == Karyera boyu ən çox toplanılmış xal: Kərim Abdul-Cabbar (38 387 xal) Oyunda orta hesabla ən çox qazanılan xal: Çemberlen Uilt və Maykl Cordan (30,1) NBA tarixində ən çox toplanılmış xal: Uilt Çemberlen100 xal (2 mart 1962-ci il).
İrəvanda xal qalmadı
"İrəvanda xal qalmadı" — Azərbaycan xalq mahnısı. Muğam ifaçısı Cabbar Qaryağdıoğlu bu məşhur mahnının həm sözlərinin, həm də musiqisinin müəllifidir. Bu mahnının yaranma tarixi belədir. Şuşalı Cabbar Qaryağdıoğlu İrəvan şəhərində varlı bir şəxsin oğlunun toy məclisini aparırmış. Bəy tərifi zamanı gəlinin atası yarızarafat-yarıciddi deyib ki, bayaqdan bəyi tərifləyirsən, bəs gəlini niyə vəsf etmirsən? Xanəndə gəlinin atasının sözünü yerə salmamaq üçün qızın nişanələrini soruşub. Öyrənib ki, gəlinin üzündə qoşa xal var. O zamanlar gəlini toy əhlinə göstərməzdilər. Cabbar Qaryağdıoğlu bədahətən ürəyindən gələn sözləri musiqiyə bələyərək həmin mahnını qoşub. Təsadüfən yaranan bu mahnının taleyi də uğurlu olub.
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. == Əsasnaməsi == "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 1 may 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.Maddə 2. Təltif edən orqan "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.Maddə 3. Taxılma qaydası "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)"
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. == Əsasnaməsi == "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 1 may 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.Maddə 2. Təltif edən orqan "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.Maddə 3. Taxılma qaydası "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. == Əsasnaməsi == "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 1 may 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.Maddə 2. Təltif edən orqan "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.Maddə 3. Taxılma qaydası "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. == Əsasnaməsi == "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 1 may 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.Maddə 2. Təltif edən orqan "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.Maddə 3. Taxılma qaydası "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
Abdul-Xalim Sadulayev
Abdul-Xalim Sadulayev (2 iyun 1966, Arqun, Çeçen-İnquş MSSR – 17 iyun 2006, Arqun, Çeçenistan) — Çeçenistan hərbi və dövlət xadimi, Aslan Masxadovun ölümündən sonra Çeçen İçkeriya Respublikasının Prezidenti (2005-ci ilin martından), ondan əvvəl 2002-ci ildən ÇİR-nin vitse-prezidenti və eyni zamanda ÇİR Ali Şəriət Məhkəməsinin sədri. == Bioqrafiya == 1967-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Arqun şəhərində anadan olmuşdur. 1984-cü ildə Arqunda orta məktəbi bitirmişdir. 1984–1986-cı illərdə Almaniyada Sovet Qüvvələri Qrupunda SSRİ Silahlı Qüvvələrinin sıralarında xidmət etmiş, gizir rütbəsi ilə ehtiyata buraxılmışdır. 1987-ci ildən Arqun deposunda təmirçi ustası işləyir. Eyni zamanda "Ərəb dili və İslam hüququ" axşam kurslarında təhsil alır, idmanla — karate və hatha yoqa ilə məşğul olur. 1990-cı ildə "Karate üzrə respublika kateqoriyalı hakim" sertifikatı almışdır. Ərəb dili kurslarını bitirdikdən sonra İmam Şafi məktəbinin qabaqcıl çeçen alimlərindən (ilahiyyatçılarından) şəriət öyrənməyə davam edir. 1991-ci ildən ərəb dili kurslarında dərs deyir, çeçen gənclərinə İslam dinini öyrədir. 1992-ci ildən Arqun şəhər idarəsi yanında nəzarət komissiyasının üzvü olur.
Abxaz-adıge xalqları
Abxaz-adıge xalqları – Şimali Qafqazda , Cənubi Qafqazda, Yaxın Şərqdə və qismən dünyanın bir çox ölkələrində diasporalarında yaşayan və mənşəcə qohum olan xalqların – abxazlar, adıgelər, kabardalılar, şapsuqlar, abazinlər, ubıxlar və çərkəzlərin ümumi adı. Daha çox islam dini üstünlük təşkil edir. Az miqdarda pravoslavlar mövcud. Ateizm yetərincə geniş yayılmış. Abxaz-adıge xalqları Şimali Qafqazın ikinci böyük xalqlar qrupudur. == Ümumi məlumat == Abxaz-adıge dillərində danışırlar. Qədimdən Şimali Qafqazın cənub-qərbində, Kubanda və Qara dəniz sahillərində yaşamışlar. Abxaz-adıge xalqlarının etnogenezində skiflər, sarmatlar, alanlar və başqaları iştirak etmişlər. Kubanətrafı tayfalar antik müəlliflərin əsərlərində meotlar adı ilə qeyd olunmuşlar. Təqribən V–X əsrlərdə abxaz-adıge tayfaları ittifaqına zixlər başçılıq etdiyindən, bu ad ilə tanınmışlar.
Abşeron xalçaçılıq məktəbi
Abşeron xalçaçılıq məktəbi Azərbaycan xalçaçılıq məktəblərindən biri. Məktəb özündə Abşeron kəndləri olan Goradil, Novxanı, Suraxanə, Xilibuta, Nardaran, Bülbülə, Fatmayi, Mərdəkan, Qala, Xilə, həmçinin Xızı bölgəsini birləşdirir. Həmçinin Fındığan, Xil, Keş və Hadı kimi xalçaçılıq mərkəzləri də vardır.Bu xalçaçılıq məktəbinin məhsulları parçanın yumşaqlığı, intensiv rəngləri, yüksək rəssamlıq zövqü və işlənmənin füsunkarlığı ilə fərqlənir. Bu məktəbdə 10 kompozisiya cəmlənib. Xalçaların üzərindəki tarixi mənbələr və yazılar ona dəlalət edir ki, bu kəndlərdə xalçaçılıq geniş inkişaf etmiş və xalça məmulatları ölkənin hüdudlarından kənara ixrac olunurdu. Xalçanın kompozisiyasında medalyonlara tez-tez rast gəlinir. Onlar müxtəlif motivlərlə, adətən həndəsi emaldan sonra ilkin obyekti ilə oxşarlığını itirmiş bitkilərin üslublaşdırılmış təsvirləriylə doldurulur. Bakı məktəbi Abşeronun kəndlərini - Görədil, Novxanı, Nardaran, Bülbülə, Fatmayı, Mərdəkan, Qala, Xilə və digər kəndləri, həmçinin Abşerondan kənarda yerləşən Xızı rayonu və ona daxil olan Qədi, Hil, Keş, Fındığan və s. xalça məntəqələrini əhatə edir. Bakı xalçaları daha yumşaq olması, rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir.
Aleksandr Xalifman
Aleksandr Valeyreviç Xalifman 1966-cı il 18 yanvar doğumlu, rusiyalı qrosmeysterdir. O 1999-cu il FIDE Dünya Şahmat Çempionu adını qazanmışdır. == Erkən həyatı == Xalifman yəhudi əsillidir. O, 6 yaşında ikən atası ona şahmat oynamağı öyrətmişdir. == Turnir karyerası == Xalifman 1982 və 1984-cü ildə SSRİ Yeniyetmələr arası Çempionatın qalibi, 1985-ci ildə Qroningen şəhərində keçirilmiş 20 yaşlılar arası Avropa Çempionatının qalibi, 1985 və 1987-ci illərdə Moskva çempionu, 1990-cı il Qroningen, 1993-cü il Ter Arpel, 1994-cü il Eupen Open turnirinin, 1995-ci ildə Sankt Peterburq Open turnirinin, 1996-cı ildə Rusiya çempionu, 1996 və 1997-ci illərdə Sankt Peterburq Çempionatının qalibi, 1997-ci il Sankt Peterburq Qrossmeyster Turnirinin qalibi, 1997-ci ildə Orhus, 1997 və 1998-ci illərdə Bad Visze , 2000-ci ildə isə Hoqeven turnirini qazanmağa müvəffəq olmuşdur. O, 1992, 2000 və 2002-ci illərdə Şahmat Olimpiyadasının qalibi olmuş Rusiya yığmasının üzvü idi. Həmçinin millinin tərkibində 1997-ci ildə komandalararası Dünya Çempionatının qalibi olmuşdur. O, qrosmeyster titulunu 1990-cı ildə Nyu-Yorkda təşkil olunmuş və bir çox yerli qrosmeysterlərin mübarizə apardığı turnirdə birinci yeri tutmaqla əldə etmişdir. Onun ən yüksək nailiyyəti isə 1999-cu ildə FİDE Dünya Çempionatında qalib olması olmuşdur. O finalda erməni qrosmeyster Vladimir Akopyana 3,5 - 2,5 hesabı ilə qalib gəlmişdir.
Alisa Xaleyeva
Alisa Xalıyeva (26 sentyabr 1978) — Azərbaycanı təmsil edən üzgüçü. == Həyatı == Alisa Xalıyeva 1978-ci il sentyabrın 26-da anadan olub. == Karyerası == Alisa Xalıyeva Azərbaycanı 2020-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 50 metr məsafəyə sərbəst üsulla üzmə turnirnində 28.78 saniyə nəticə göstərdi və 59-cu pillənin sahibi olub.
Alpan xalçaları
Alpan xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təsnifatı == Bu xalça kompozisiyası Quba rayonunun Alpan, Susay və Səbət kəndlərində yayılmışdır. == Bədii xüsusiyyətləri == === Birinci nümunə === Alpan xalçalarının ara sahəsinin kompozisiyası kvadrat şəbəkə prinsipi əsasında qurulub. Kompozisiyanın əsas elementlərindən biri olan kiçik və orta çoxbucaqlı göllər rapport oxlarının təpələri boyunca keçən künc nöqtələrini təşkil edir. «Xərçəng» adlanan element göllərin ətrafında diaqonal xətt boyunca yerləşərək xalçanın kompozisiya əsasını təşkil edir. «Alpan» qrupundan olan bütün xalçaların bütövlükdə köbəsi və ayrılıqda hər bir zolağı Azərbaycanın digər xalçalarının köbə zolaqları ilə oxşardır. Birinci variantda olan «Alpan» xalçalarının ara sahəsi əksər hallarda göy və ya mavi olur. Bəzən qırmızı və ya açıq – şabalıdı fonlu xalçalara da rast gəlinir. Köbə zolaqlarının rəngi ara sahənin rənginə uyğunlaşdırılmışdır. === İkinci nümunə === «Alpan» xalçasının ikinci variantının kompozisiyası birinci variantın kompozisiyasından tamamilə fərqlənir.
Alqonkin xalqları
Alqonkinlər — Şimali Amerikada dilcə qohum hindi tayfalar qrupu. Atlantik okeanı sahillərindən Qayalı dağlara qədər uzanan geniş ərazidə yaşayırdılar. Alqonkinlərin xeyli hissəsi Avropa müstəmləkəçiləri tərəfindən qırılmışdır. Sağ qalanları rezervasiyalarda yaşayırlar. Dilləri alqonkin dilləri ailəsinə mənsubdur. Əkinçilik və ovçuluqla məşğul olur, meşə təsərrüfatı və mədənlərdə işləyirlər. Alqonkinlərin dini totemizm və ona yaxın olan etiqaddır. == Adlandırma == Alqonkin adı ən dar (Algonquin) mənası ilə alqonkinləri və dillərini, ən geniş (Algonquian) mənası ilə də Alqonkin xalqları və dillərini ifadə edir. Alqonkin termini maliset dilindəki "elakómkwik" (ɛlæˈɡomoɡwik ;«bizim qohumlar») sözündən yarandığı iddia olunur. == Təsnifat == Mədəni cəhətdən alqonkinlər 4 qrupa ayrılır: 1.
Alqonkinlər (xalqlar qrupu)
Alqonkinlər — Şimali Amerikada dilcə qohum hindi tayfalar qrupu. Atlantik okeanı sahillərindən Qayalı dağlara qədər uzanan geniş ərazidə yaşayırdılar. Alqonkinlərin xeyli hissəsi Avropa müstəmləkəçiləri tərəfindən qırılmışdır. Sağ qalanları rezervasiyalarda yaşayırlar. Dilləri alqonkin dilləri ailəsinə mənsubdur. Əkinçilik və ovçuluqla məşğul olur, meşə təsərrüfatı və mədənlərdə işləyirlər. Alqonkinlərin dini totemizm və ona yaxın olan etiqaddır. == Adlandırma == Alqonkin adı ən dar (Algonquin) mənası ilə alqonkinləri və dillərini, ən geniş (Algonquian) mənası ilə də Alqonkin xalqları və dillərini ifadə edir. Alqonkin termini maliset dilindəki "elakómkwik" (ɛlæˈɡomoɡwik ;«bizim qohumlar») sözündən yarandığı iddia olunur. == Təsnifat == Mədəni cəhətdən alqonkinlər 4 qrupa ayrılır: 1.
Aran xalçaları
Aran xalçaları — Qarabağ tipinin yüksək kateqoriyalı xalça növü. == Ümumi məlumat == Qarabağ tipinə aid olan bu xalçaların istehsalının mərkəzi Bərdə olmuşdur. XIX əsrin II yarısından başlayaraq, bu xalçalar Cəbrayılın xalçaçılıq müəssisələrində də istehsal edilməyə başladı. Haqqında danışılan xalçanın əsil adı – "Ərran"dır. Ərran (Aran) – Azərbaycanın şimal hissəsindən başlayan və Şirvanın cənub-qərb rayonlarını əhatə edən (Kür və Araz çayları arasında) çox geniş bir ərazidir. Tarixi mənbələrdən məlumdur ki, IX-X əsrlərdə Aranın mərkəzi Bərdə şəhəri olmuşdur. Son zamanlar "Aran" xalçaları Cəbrayılın xalçaçılıq müəssisələrində geniş istehsal olunmağa başlandığı üçün onu "Cəbrayıl" adlandırırlar. == Bədii analiz == "Aran" xalçalarının orta sahəsindəki kompozisiyanın bəzəyi "Qotazlı buta"dan ibarətdir. Bu butalar – əsas elementlər – orta sahədə tək – tük, lakin butalı xalçalar üçün səciyyəvi olan qaydada yerləşdirilmişdir. Butanın arasında quş və müxtəlif formalı elementlərin təsviri verilir.
Aran xalçası
Aran xalçaları — Qarabağ tipinin yüksək kateqoriyalı xalça növü. == Ümumi məlumat == Qarabağ tipinə aid olan bu xalçaların istehsalının mərkəzi Bərdə olmuşdur. XIX əsrin II yarısından başlayaraq, bu xalçalar Cəbrayılın xalçaçılıq müəssisələrində də istehsal edilməyə başladı. Haqqında danışılan xalçanın əsil adı – "Ərran"dır. Ərran (Aran) – Azərbaycanın şimal hissəsindən başlayan və Şirvanın cənub-qərb rayonlarını əhatə edən (Kür və Araz çayları arasında) çox geniş bir ərazidir. Tarixi mənbələrdən məlumdur ki, IX-X əsrlərdə Aranın mərkəzi Bərdə şəhəri olmuşdur. Son zamanlar "Aran" xalçaları Cəbrayılın xalçaçılıq müəssisələrində geniş istehsal olunmağa başlandığı üçün onu "Cəbrayıl" adlandırırlar. == Bədii analiz == "Aran" xalçalarının orta sahəsindəki kompozisiyanın bəzəyi "Qotazlı buta"dan ibarətdir. Bu butalar – əsas elementlər – orta sahədə tək – tük, lakin butalı xalçalar üçün səciyyəvi olan qaydada yerləşdirilmişdir. Butanın arasında quş və müxtəlif formalı elementlərin təsviri verilir.
Avropa Xalq Partiyası
Avropa Xalq Partiyası (ing. EPP) — ümumavropa məkanında böyük nüfuza malik partiyadır və müasir Avropa dəyərlərinin formalaşmasında aparıcı rol oynayır. EPP deputatlar qrupunun mövqeyi Avropanın əsas beynəlxalq təşkilatlarında, o cümlədən Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT və NATO Parlament Assambleyalarında hər hansı məsələ ilə bağlı qərarların qəbul edilməsi zamanı həlledici rol oynaya bilir. 39 Avropa ölkəsindən 72 üzvü olan partiya qitənin 20 ölkəsinin, o cümlədən Avropa İttifaqına üzv 14 ölkənin və Avropa İttifaqına üzv olmayan 6 ölkənin hökumət başçılarını təmsil edir. 14 Avropa Komissarı, o cümlədən Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo EPP-nin üzvləridir. Hazırda Avropa Parlamentinin ən böyük qrupu EPP qrupudur və 265 deputata malikdir. Avropa Şurası Parlament Assambleyasında 218 üzvü vardır. EPP ATƏT və NATO Parlament Assambleyalarında geniş siyasi qruplarla təmsil olunur. EPP demokratik prinsiplərə əsaslanan sağ mərkəzçi siyasi partiyadır. Məqsədi demokratiklik, şəffaflıq və effektivlik prinsiplərilə federal Avropa quruculuğuna nail olmaqdır.
Avstraliya–Okeaniya xalqları
Avstraliya–Okeaniya xalqları — Dünya xalqları ailəsindən Avropalılar tərəfindən dünyanın beşinci qitəsi kimi kəşf olunan Avstraliyanın sahəsi 7,7 milyon kv.km-dir. Okeaniyanın sahəsi isə 1,3 milyon kv.km-dir. Geoloji baxımdan Avstraliya materiki dünyanın ən qədim kontinentidir. Ən yüksək nöqtəsi isə materikin şərqində yerləşən Kostyuşko zirvəsidir və dəniz səviyyəsindən hündürlüyü 2200 metrdir. Avstraliya tropik və subtropik zonada yerləşməklə faunası yoxsuldur. Materik tektonik cəhətdən ən sabit region hesab olunur. Avstraliya və Okeaniyanın əhalisinin mənşəyi barədə bir çox alimlər müxtəlif fikirlər söyləyir və bu yerlərin məskunlaşması tarixini araşdırmağa təşəbbüs göstərirlər. Son 20-25 il ərzində bu problemin öyrənilməsi arxeoloji qazıntı materiallarına və bu bölgədəki mövcud dillərin dərin etnolinqvistik təhlilinə əsaslanaraq tam elmi bünövrə üzərinə qoyulmuşdur. Bu tədqiqatlardan aydın olur ki, bu ərazidə ilk dəfə Avstraliya və Yeni Qvineya məskunlaşmışdır. Bütün tədqiqatları və etnolinqvistik xüsusiyyətləri nəzərə alaraq Okeaniyada aşağıdakı tarixi-mədəni rayonları qeydə almaq mümkündür: == Təsnifat == Papuasiya; Melaneziya; Avstromelanezasiya; Melano-Polineziya; Hind-Mikroneziya; Mikroneziya; Polineziya.
Avstriya Xalq Partiyası
Avstriya Xalq Partiyası (AXP; alm. Österreichische Volkspartei‎ [ˈøːstəraɪçɪʃə fɔlksparˈtaɪ], ÖVP [øːfaʊˈpeː]) — Avstriyada xristian-demokrat və liberal-mühafizəkar siyasi partiya. 2021-ci ilin dekabrından partiyaya müvəqqəti olaraq Karl Nehammer rəhbərlik edir. Hazırda Milli Şurada 183 yerdən 71-nə sahib olan ən böyük partiyadır və 2019-cu il qanunvericilik seçkilərində səslərin 37,5%-ni qazanıb. O, bütün doqquz əyalətin qanunverici orqanında yer tutur və altı əyalətin idarə etdiyi yeddi ştatda hökumətin bir hissəsidir. ÖVP, Beynəlxalq Demokratik Birlik və Avropa Xalq Partiyasının üzvüdür. O, Avropa Parlamentində EPP qrupu ilə birlikdə yer alır; Avstriyanın 19 deputatından 7-si ÖVP-nin üzvüdür. Üzvlərinin sayına görə Avropanın ən böyük partiyasıdır. ÖVP 1945-ci ildə Avstriya Respublikasının yenidən qurulmasından dərhal sonra 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Xristian Sosial Partiyasının qeyri-rəsmi varisi kimi yaradılıb. O vaxtdan bəri Avstriya Sosial Demokrat Partiyası (SPÖ) ilə birlikdə Avstriyanın iki ənənəvi əsas partiyasından biri olmuşdur.
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri
Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri — birinci notlu Azərbaycan xalq çalğı alətləri orkestri. 1931-ci ildə bəstəkar Üzeyir Hacıbəyovun təşəbbüsü ilə simfonik orkestr prinsipi ilə yaradılıb. Orkestrin baş dirijoru Üzeyir Hacıbəyov, dirijor köməkçisi və konsertmeysteri isə Səid Rüstəmov idi. == Tarixi == Orkestr 1 may 1931-ci ildə Azərbaycan bəstəkarlıq məktəbinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təşkil edilmişdir. Şərqdə simfonik orkestr prinsipi ilə yaradılmış ilk xalq çalğı alətləri orkestri olan bu kollektiv Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında əhəmiyyətli rol oynamışdır. Orkestrin ilk tərkibi tar, kamança, balaban, dəf və nağaradan ibarət olmuş, sonralar orkestrə tütək, zurna, qoşanağara, klarnet, qanun, fortepiano və s. alətlər daxil edilmişdir.Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri 2000-ci ildə F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı nəzdində yaradılmışdır. Yarandığı gündən orkestr bir çox dövlət əhəmiyyətli tədbirlərdə çıxışlar etmiş, beynəlxalq festivallarda uğurlar qazanmışdır. Belə ki, 2004, 2005 və 2010-cu illərdə İranda keçirilən ənənəvi "Fəcr" Beynəlxalq musiqi festivallarında "Qızıl Çəng" mükafatına layiq görülmüşdür. Belarusiya, Moldova, Tacikistan, Ukraynada keçirilən mədəniyyət günlərində tamaşaçıların böyük rəğbətini qazanmışdır.
Azərbaycan Milli Xalça Muzeyi
Azərbaycan Milli Xalça Muzeyi — Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanan muzey. Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli 130 nömrəli sərəncamı ilə yaradılmışdır. 1967–1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993–2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014–2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi adlanır. Yarandığı dövrdə dünyanın yeganə ixtisaslaşdırılmış xalça muzeyi idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur. Muzey özündə 7 kolleksiyanı birləşdirir: "Xovlu xalçalar", "Xovsuz xalçalar", "Xalça məmulatları", "Bədii metal", "Keramika, şüşə, ağac, kağız", "Parça, geyim, tikmə" və "Zərgərlik məmulatları". == Məzmun == Azərbaycan xalqın maddi və mənəvi irsini təşkil edən Azərbaycan Milli Xalça Muzeyi dünyada xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası, xalça sənəti üzrə birinci, nüfuzlu, ixtisaslaşmış muzeydir. Arxeoloji materiallara əsasən Azərbaycanda xalçaçılıqla hələ tunc dövründən (e.ə. II minillik) məşğul olmuşlar. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont kimi antik tarixçilərin, eləcə də orta əsr ərəb tarixçilərinin və Azərbaycan şairlərinin (Nizami Gəncəvi (XII əsr), Xaqani Şirvani (XII əsr)) əsərlərində məlumat verilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti-İran birgə komissiyası
Azərbaycan Xalq Cümhuriyyəti-İran birgə komissiyası, iki dövlət arasında əməkdaşlıq haqqında müqavilənin əsaslarını hazırlamaq üçün Parisdə yaradılmış işçi qrup (1919, oktyabr). == Komissiyanın tərkibi == Komissiyanın tərkibinə Azərbaycan nümayəndələrindən Mir Yaqub Mehdiyev və Ceyhun Hacıbəyli, İran tərəfindən Zəkov Mülk və Mustan Sarüs-Səltənə daxil idi. == Komissiyanın iclasları == Oktyabrın 29-da komissiyanın ilk iclası keçirilmişdi. Oktyabrın 30–31-i və noyabrın 1-də müzakirələr davam etdirilmiş, Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşovun Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədrinə göndərdiyi məlumata görə, sonuncu iclasda İran nümayəndələri Azərbaycan nümayəndəliyinin təqdim etdiyi saziş layihəsini qəbul etmişdi. == Sazişin şərtləri == Saziş 4 maddədən ibarət idi: Qafqaz Azərbaycanı Azərbaycannümayəndəliyinin Sülh konfransına təqdim etdiyi tələbnamə və xəritələrdə göstərilmiş sərhədlərdə, Rusiyada dövlət idarəsi və quraluşunun hansı şəkildə və formada quralmasından asılı olmayaraq, qəti və birdəfəlik ondan (Rusiyadan) ayrılır; Qafqaz Azərbaycanının göstərilən hüdudlarında 1918 ilin 28 mayından mövcud olan Azərbaycan Cümhuriyyəti, Bakı şəhəripaytaxt olmaqla, Azərbaycan Hökuməti tərəfindən ümumi seçki hüququ əsasında çağırılan Azərbaycan Müəssislər Məclisinin müəyyən etdiyi qanunlarla fəaliyyət göstərən seçilmiş prezident və parlamentli müstəqil, demokratik respublika kimi tanınır; Azərbaycan Xalq Cümhuriyyəti qonşu İran dövlətilə əsasları və formaları, eyni zamanda, həyata keçirilməüsulları İran və Azərbaycan Hökumətlərinin hər iki dövlətin parlamentlərinin bəyəndiyi qarşılıqlı razılığına əsasən hazırlanan və müəyyən edilən siyasi-iqtisadi əlaqələr qurar. Bununla birgə xarici işlər sahəsində İran və Azərbaycan Hökumətlərinin fəaliyyətinin birləşdirilməsi arzu olunur; Azərbaycan Cümhuriyyətinin 1-ci və 2-ci bəndlər üzrə yuxarıdagöstərilən məqsədlərə çatmaq, Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin tanınması, onun bütövlüyü və müstəqilliyinə, siyasi, iqtisadi, mədəni və hərbi qüvvələrinin inkişafına hər cür təhdiddən təhlükəsizliyinə nail olmaq üçün İrana göstərilən şəkildə İngiltərənin həqiqi köməyinə ehtiyacı vardır. == Nəticə == Məlumatda qeyd edilirdi ki, bütün bu dörd maddə bir-birilə bağlıdır və Azərbaycan nümayəndələrinin özü tərəfindən kimə lazımdırsa, elan edilməlidir. Digər bir qeydə görə, Azərbaycan nümayəndələri ingilis hökumətinin nümayəndələri ilə görüşüb müvafiq izahat verməli idi. Azərbaycan — İran birgə komissiyasının Parisdəki fəaliyyəti az sonra bu ölkələr arasında əməkdaşlığın və işgüzar münasibətlərin yaradılmasında uğurlu başlanğıc oldu. 1920 ilin mart-aprelində Azərbaycan — İran konfransı keçirildi.
Azərbaycan Xalq Cümhuriyyəti (film, 2001)
Azərbaycan Xalq Cümhuriyyəti qısametrajlı sənədli televiziya filmi rejissor Rövşən İsax tərəfindən 2001-ci ildə çəkilmişdir. "STV Xəzər"in istehsalıdır. Film Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edir. == Məzmun == Film Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edir.
Azərbaycan Xalq Cümhuriyyəti - Dağıstan ittifaqı
Dağıstanın Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsi — Dağıstanın Azərbaycanla birləşmək uğrunda mübarizəsi. == Zəmin == 1919-cu il aprelin əvvəlində Denikinin Könüllü ordusu Terek vilayətinin işğalını əsasən başa çatdırdı. Bundan sonra Dağıstanda Dağlılar Respublikasından ayrılıb Azərbaycana birləşmək ideyası sürətlə yayılmağa başladı. Dağıstanın ictimai xadimləri Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasındakı diplomatik nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevə müraciətlər edərək, bu haqda Azərbaycan hökumətinin prinsipial razılıq verməsini xahiş etdilər. Haqverdiyevin aprelin 15-də xarici işlər naziri Məmməd Yusif Cəfərova göndərdiyi məlumatda bildirilirdi ki, Dağıstanın 10 dairəsindən 4-ü açıq şəkildə Azərbaycana birləşmək tərəfdarıdır, qalanları isə gizlicə bunu arzu edirlər. Dağıstanlı zabitlər, o cümlədən Dağlı Respublikasında hərbi nazirin müavini olmuş general H.M.Xəlilov da bu mövqedən çıxış edirdilər. Könüllü ordunun cənuba doğru irəliləməsi ilə əlaqədar Dağıstanda Azərbaycanla birləşmək tərəfdarları sürətlə artırdı. Kürə, Qaytaq, Tabasaran, Avar və Dərbənd bölgələrini təmsil edən nümayəndələr tarixən, həm də iqtisadi cəhətdən Azərbaycanla sıx bağlı olduqlarını bildirir və siyasi ittifaq yaradılmasını zəruri sayırdılar. Aprelin 29-da Dağıstanın Azərbaycana birləşdirilməsi məsələsi Dağlılar Respublikası parlamenti üzvlərinin, zabitlərinin, ruhanilərinin və ziyalılarının birgə iclasında müzakirə edildi. Zabitlər Könüllü orduya qarşı mübarizənin davam etdirilməsini və hərbi əməliyyatlar başa çatdıqdan sonra Dağıstanla Azərbaycanın federasiya və ya konfederasiya formasında birləşməsini təklif etdilər.
Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Müdafiə Komitəsi
Dövlət Müdafiə Komitəsi və ya qısaca: DMK — 1919-cu ilin yazında Denikin ordularının Azərbaycana hücum təhlükəsi ilə bağlı olaraq ölkənin müdafiəsi məqsədilə yaradılmış xüsusi hərbi qurum. == Hadisələr == 1919-cu il mayın axırlarında Şimali Qafqazı və Dağıstanı tutan Denikin ordusu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Azərbaycan Xalq Cümhuriyyəti xarici təcavüz təhlükəsi qarşısında qaldı. Bu vaxt Cümhuriyyət Parlamentinin bir neçə iclasında hökumətin sədri Nəsib bəy Yusifbəylinin iştirakı ilə Denikin ordularının Azərbaycana hücumu məsələsi müzakirə olundu. 1919-cu il iyunun 5-də parlamentin 45-ci iclasında müxtəlif fraksiyaların üzvləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cövdət Pepinov, Səməd ağa Ağamalıoğlu, Əsədulla Əhmədov, Abdulla bəy Əfəndizadə, Qara bəy Qarabəyov, V.Bakradze və b. çıxış edərək, partiya və fraksiya mənsubiyyətlərindən asılı olmayaraq, Parlament üzvlərinin və xalqın bütün qüvvələrinin Denikin ordusuna qarşı mübarizəyə səfərbər olunmasının zəruriliyini vurğuladılar. Bununla bağlı iyunda "Müsavat" partiyası ilə sosialistlər bloku Bakıda Denikinə qarşı izdihamlı mitinq — küçə yürüşü keçirdilər. Denikin təhlükəsi ilə bağlı Parlament Hökumət daxilində ölkənin müdafiəsini təşkil edə biləcək işlək heyətin yaradılması barədə qərar qəbul etdi. Beləliklə, 5 nəfər Hökumət üzvündən ibarət DMK yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 9 iyun tarixli qərarı ilə yaradılmış həmin komitənin tərkibinə Nazirlər Şurasının sədri, hərbi nazir, yollar naziri, xarici işlər naziri və ədliyyə naziri daxil idilər.
Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Nəzarəti İdarəsi
Dövlət Nəzarəti İdarəsi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə mülki və hərbi idarələrin, müəssisələrin, digər idarəçilik strukturlarının fəaliyyətinə nəzarət edən Hökumət orqanı. == Tarixi == Bu orqanı formalaşdırmaq məqsədilə Bakı Nəzarət Palatası 1918-ci ilin oktyabrında DNİ adlandırılmışdır. DNİ-yə əvvəlcə xarici işlər naziri Məmməd Həsən Hacınski, sonra, müvəqqəti olaraq, yollar naziri Xudadat bəy Məlik-Aslanov, daha sonra 1918-ci il dekabrın 28-dək Əbdüləli bəy Əmircanov rəhbərlik etmişdi. İdarənin nəzdində dəftərxana yaradılmış, mülki və hərbi idarələrə, habelə dəmir yoluna dair bütün təftiş kargüzarlığı burada cəmləşdirilmişdi. Təftiş xarakterli bütün işlər DNİ-yə verilmişdi. Sonralar müstəqil nazirliyə çevrilmişdi. 1918-ci il dekabrın 28-də Məmməd Həsən Hacınski nəzarət naziri təyin olunmuş, lakin o, Paris sülh konfransına ezam olunduğundan, nazirliyə Əliağa Həsənov, 1919-cu il aprelin 15-dən dekabrın 22-dək isə Nəriman bəy Nərimanbəyli rəhbərlik etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası — Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəri.Ensiklopediya ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 2004–2005-ci illərdə nəşr olunub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən ölkə kitabxanalarına hədiyyə edilib. == Haqqında == İki cilddən ibarət olan Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının səhifələrində Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixinin ən mühüm məqamlarını, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və fəaliyyətini, Azərbaycan Xalq Cümhuriyyətini doğuran tarixi şəraiti, Cümhuriyyət xadimlərinin həyat və mübarizəsini, Azərbaycan xalqına qarşı həyata keçirilən kütləvi soyqırımlarını, Qafqaz İslam Ordusunun xilaskarlıq əməliyyatlarını, böyük dövlətlərin və qonşu ölkələrin Azərbaycanla bağlı qəsbkarlıq planlarını, Cümhuriyyət Parlamenti və Hökumətinin fəaliyyətini, dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu və ölkənin ərazi bütövlüyü uğrunda mübarizəni, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatını, xarici dövlətlərdəki Azərbaycan diplomatik nümayəndəliklərinin fəaliyyətini, habelə Cümhuriyyətin süqutundan sonra istiqlal ideallarını yaşadan milli hərəkat, siyasi mühacirət və s. məsələləri işıqlandıran 1500-ə qədər termin-məqalə verilir.Ensiklopediyada Azərbaycan Xalq Cümhuriyyəti dövrünün inzibati-ərazi bölgüsünü əks etdirən çoxsaylı rəngli xəritələr, mətndaxili ağ-qara və rəngli şəkillər, xəritələr, cədvəllər, diaqramlar, portretlər, hərbi əməliyyat planları və başqa illüstrasiya materialları verilir. Bunların bir çoxu ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında işıq üzü görür. Tarixi varislik və dövlətçilik prinsipləri əsas götürülərək, həm də Şimali Azərbaycanda dövlət müstəqilliyinin bərpası, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin ən önəmli məqamlarını əks etdirmək məqsədilə ensiklopediyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyev haqqında da ayrıca məqalələr verilir. Ensiklopediya 2014-cü ildə təkmilləşdirilərək, yenidən nəşr olunub. == Redaksiya heyəti == == Əsas məqalələrin müəllifləri == == Həmçinin bax == Şablon:AXCE Azərbaycan Sovet Ensiklopediyası Azərbaycan Milli Ensiklopediyası == İstinadlar == == Xarici keçidlər == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild (PDF). Bakı: “Lider nəşriyyat”, 2004. — 440 səh.
Qal Xan
Qal Xan - türk, monqol və altay mifologiyasında atəş ilahı adlandırılır. Atəşin və ocağın davamlılığını təmin edir. Al/Hal inancı ilə əlaqəlidir. Monqol mənşəli bir anlayışdır. Türklərdəki Al (Hal) Ananın qarşılığı olaraq düşünülə bilər. Təhlükəli və zaman-zaman hirslənib yanğınlar çıxaran bir varlıqdır. Bu sözdən törəyən və ocaq ilahı mənasını verən Qolomto Xan adlı bir xarakterə yenə monqol mifologiyasında rast gəlmək mümkündür. === Qalçan xan === Qalçan xan - türk, monqol və altay mifologiyasında atəş tanrısıdır. Kalçan/Galçan xan da deyilir. Bəzən Qal xan ilə ekvivalent olaraq görülər.
Xan (xalq)
Han və ya xan (çin. ənən. 漢族, sadə. 汉族, pinyin: hànzú, hərfi mənası: "xantzu", eləcə də çin. ənən. 漢人, sadə. 汉人, pinyin: hànrén, hərfi mənası: "xanjen") — çinlilərin özlərini verdikləri ad, Çinin və dünyanın ən böyük xalqı. == Ümumi məlumat == Çində 50-dən artıq millət yaşayır və onların arasında ən böyüyü xanlar və xueylərdir. Bu iki xalqın ana dili Çin dilidir. 1 milyard 300 milyonun içərisində xanların sayı 200 milyondur.
Zal xan
Zal xan — Çuxursəəd bəylərbəyi (1679–1688-ci illər). == Həyatı == Zal xan Çuxur Səəd əyalətinin İrəvan mərkəzi olan şəhərində doğulmuşdu. Z. Kanakertsi isə yazır ki, Səfiqulu xanın dövründə yollarda oğrular və yolkəsənlərin sayı çoxalmışdır. Oğrular cəzalandırılmırdı. Onlardan cərimə alaraq buraxırdılar. Onlar yenidən oğurluq edirdilər. Bütün İrəvan əhalisi və qoşunlarının şikayəti nəticəsində Səfiqulu xan həbs olundu. Şah İrəvanın keçmiş hakimi Abbas xanın kürəkəni Zal xanı İrəvana hakim təyin etdi. Zal xan İravana Azərbaycanın baş vəziri Mirzə İbrahimlə gizli gəlir. Onları qarşılamağa adam getməmişdi.
Zal xan məscidi
Zal xan məscidi — İrəvan şəhərinin qədim hissələrindən biri olan Şəhər bölməsində yerləşən məşhur məscidlərdən biri. == Tarixi == Məscid İrəvan şəhərinin Qala və Təpəbaşı məhəllərinin arasında yerləşmişdir. Güman edilir ki, məscid 1649–1685-ci illərdə ucaldılmışdır. Henri Linçə görə, məscidin üzərində ərəb qrafikası ilə Azərbaycan türkcəsində olmaqla məscidin 1687-ci ildə tikildiyi qeyd olunmuşdur. Burdan belə başa düşülür ki, 1679-cu ildə tikilmişdir. 1928-ci ildə məscidin böyük zalı sökülmüş və yerində İrəvan oteli tikilmişdir. 1999-cu ildəki rekonstruksiyadan sonra otel Qolden Tulip İrəvan Otel adlandırılmaqdadır. Azərbaycan Dövlət Arxiv İdarəsində saxlanılan və 1949-cu ilə aid məlumata görə, Zal xan məscidi sovet dövründə sərgi salonu kimi istifadə olunmuşdur. Zal xan məscidinin istifadə məqsədi II Dünya müharibəsindən sonra dəyişdirilmişdir. Buna qədər məscidin iki mərtəbəli binası və bir çox hücrəsi mövcud olmuşdur.
Çal, oyna! (xalq mahnısı)
Çal, oyna! — Azərbaycan xalq mahnısı. Ermənilər keşiş Komitasın əsəri kimi təqdim edirlər. 1969-cu ildə Rəşid Behbudovun ifası ilə məşhurlaşmışdır. == Haqqında == Xalq mahnılarının, məişət mahnıları qrupuna daxildir və öz növbəsində məişət mahnılarının lirik mahnılar növünə aiddir. Sözlərinin və musiqisinin yaranma tarixi haqqında dəqiq məlumat yoxdur. Mahnı bəzən "Mehribanım, mehriban" kimi də adlandırılır. İlk dəfə 1965-ci ildə, Rafiq Babayev və Rəşid Behbudovun tərtibatı ilə "Qaya qrupu"nun ifasında efirdə səslənmişdir. 1969-cu ildə Rəşid Behbudovun ifası ilə məşhurlaşmışdır.. Mahnı ümumiyyətlə, Rast muğamı təməlindədir.
Bal
Bal, bir neçə arı növü tərəfindən hazırlanan şirin və qatı bir maddədir. Bu arı növlərindən ən məşhuru bal arılarıdır. Arı ailələri balı qidalanmaq üçün hazırlayır və saxlayırlar. Arılar bitkilərin şəkərli ifrazatlarını (əsasən çiçək nektarını) toplayıb təmizləyərək bal istehsal edirlər. Bu təmizləmə, həm arı orqanizminin daxilində requrqitasiya və fermentativ proseslərlə, həm də pətəkdə saxlama zamanı suyun buxarlanması nəticəsində baldakı şəkərlərin qatı və özlü olana qədər konsentrasiyasının artması ilə baş verir. Bal arıları balı şanda toplayırlar. Şanın içərisində bal pətəyi adlanan mumdan hazırlanmış bir quruluş var. Pətək yüzlərlə və ya minlərlə altıbucaqlı hüceyrələrdən ibarətdir və arılar onları balı saxlamaq üçün istifadə edirlər. Bal istehsal edən digər arı növləri isə maddəni müxtəlif quruluşlarda, məsələn, iynəsiz arıların istifadə etdiyi kimi mum və qatrandan hazırlanan qablarda saxlayırlar. İnsan istehlakı üçün nəzərdə tutulan bal çeşidləri vəhşi arı koloniyalarından və ya əhliləşdirilmiş arıların pətəklərindən toplanır.
Dal
Dal (həmçinin дал, даал; hind दाल, kann. ತೊವ್ವೆ) - hind mətbəxinin milli şorbasıdır. == Etimologiyası == Bu söz (dāl) ilk dəfə Sanskrit regionunda işlənib, mənası ayırmaq deməkdir. == Tərkibi == Hind mətbəxinə məxsus lobyadan ibarət vegetirian şorba-puredir. Şorbanı hazırlayarkən ona toz darçın, kokos südü, limon şirəsi, pomidor, sarımsaq və qızardılmış soğan əlavə edilir. Serviz zamanı onu müxtəlif buğda məhsullarından, o cümlədən qırmızı mərci, xırda lobya, maş, qoyunnoxudu və göyərçin noxudu istifadə edilir. == Qidalanma == Yeməyin 100 qr tərkibində 9% protein, 70% su, 20% karbohidrat (8% lif daxildir) və 1% yağ vardır.
Fal
Fal — gələcəklə bağlı məlumat əldə etmək məqsədilə fövqəltəbii qüvvələrlə təmas qurmağı nəzərdə tutan ritual; Sehrin fərqli növü; Gələcək həqiqətləri və ya sadəcə bilinməyən faktları öyrənməyə imkan verən və bir çox millətlərin mədəniyyətlərində mövcud olan okkultik metodları və ritualları özündə birləşdirir. == Tarixi == Türk xalqlarında falın yaranmasının tarixi çox qədimlərə gedir. Şərqi Türküstanda tapılmış VIII əsrə aid edilən “Irq bitik” faldan bəhs edən ən mükəmməl əlyazma hesab olunur. Zərlə fala baxmanın prinsiplərinin verildiyi bu kitab ilk arifmomantika nümunəsi sayılır. Türk xalqlarında qədimdə nisbətən sadə, bəsit fala baxma üsullarından (məsələn, odla, oxla, heyvan içalatı ilə və s.) istifadə olunmuşdur. İslam dinində falçılıq müsbət qəbul olunmamış, hətta bu işlə məşğul olmaq kafirliyə bərabər tutulmuş, dua yazmaq, cadu etmək, paltarın üstündə dua-pitik gəzdirmək, gələcəkdən xəbər vermək Allahın işinə qarışmaq kimi qəbul olunmuş və belə adamların qırx gecəlik namazının qəbul olunmadığına inanılmışdır. Dünyasını dəyişmiş falçıları torpağın qəbul etməməsi haqqında rəvayətlər bu gün də xalq arasında dolaşmaqdadır. Bu mənfi münsibətlərə baxmayaraq, islam dini falçılığı məişətdən təcrid edə bilməmişdir. Qədimdə xalq məişətində çox güclü mövqeyi olan fal icra vasitələrinə görə aşağıdakı növlərə ayrılır: Piromantiya (odla fala baxma); Hidromantiya (su ilə fala baxma); Nekromantiya (ruhları çağırmaqla fala baxma); Ornitomantiya (quşların uçuşu ilə fala baxma); Xiromantiya (əl çizgilərinə görə fala baxma); Astrologiya (ulduzlarla fala baxma); Arifmomantiya (rəqəmlərlə fala baxma). == Fal Azərbaycanda qeyri-maddi mədəni irs nümunəsi kimi == Azərbaycanda “fala inanma, faldan da qalma” məsəli əslində falçılığın Azərbaycan məişətində nə qədər geniş yayıldığının bir göstəricisidir.
Gal
Gal (əvvəlki adı: Qal) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Şurud kənd inzibati ərazi dairəsi tərkibindəki Qal kəndi Gal kəndi adlandırılmışdır.
HAL
Hindustan Aeronautics Limited, Hindistan mərkəzli bir aviasiya və müdafiə şirkətidir. Şirkət 23 dekabr 1940-cı ildə Hindustan Aircraft olaraq yaradılmış və 1 oktyabr 1964-cü ildə indiki adını almışdır. Şirkətin mərkəzi ofisi Bangaloreda yerləşir. HAL bir dövlət təşkilatıdır və əsasən aviasiya sənayesi fəaliyyətləri ilə məşğul olur. Bu gün təyyarələrin, reaktiv mühərriklərin, helikopterlərin və onların ehtiyat hissələrinin dizaynı, istehsalı və montajında ​​iştirak edir.
MAL
MyAnimeList (azərb. Mənim anime siyahım‎) və ya qısaca MAL — istifadəçilərə animanqa siyahıları yaratmaq və animanqa forumlarında iştirak etmək kimi imkanlar təklif edən sosial şəbəkə və məlumat bazası. 2004-cü ildə Qarret Qissler tərəfindən şəxsi sayt kimi yaradılmış, 2006-cı ildə ictimai sayta çevrilmişdir. Sayt 2019-cu ildə satılana qədər mobil tətbiq istehsalçısı DeNA-nın budaq şirkəti olan MyAnimeList LLC tərəfindən idarə olunmuşdur.Saytda 4,4 milyon anime başlığı və 775.000 manqa başlığı var. 2015-ci ildə saytı ayda 125 milyon nəfər ziyarət etmişdir. == Tarix == Qarret Qissler tərəfindən (istifadəçi adı Xinil) AnimeList adı ilə 2004-cü ildə şəxsi sayt kimi yaradılmışdır. O daha sonra Myspace sosial şəbəkəsindən ilhamlanaraq saytın adını MyAnimeList olaraq dəyişdirmiş və 2006-cı ildə saytın indiki domen adını əldə etmişdir. Qisslerin dediyinə görə sayt qurulanda cəmi 228 istifadəçisi var idi.Əvvəlcə saytda ancaq anime başlıqlarının məlumat bazası vardı. 2007-ci ildə Qissler manqa başlıqlarının da məlumat bazasına əldə edilməsini zəruri hesab etmiş və bir neçə ay sonra bu xüsusiyyət sayta əlavə edilmişdir. 2007-ci ilin fevralında personaj məlumat bazası da əlavə edilmişdir.
Nal
Nal — at, eşşək, öküz və bənzəri heyvanların ayaqlarını zədələnmədən qorumaq üçün istifadə olunan, əksər hallarda metaldan, bəzən də qismən, yaxud tamamilə müasir sintetik materialdan düzəldilən əşya. Az da olsa, bəzi hallarda nalların yapışdırılan formalarına rast gəlinir. Heyvanların ayaqlarına nal vuran şəxsə nalbənd deyilir. == Mədəniyyətlərdə yeri == === Xənədanlıq simvollarında === İngiltərənin ən balaca tarixi əyaləti olan Rutlandın bayrağında meşə palamutları səpələnmiş sahəyə qoyulmuş qızıl nal təsvir olunmuşdur.
PAL
PAL (qısaca Phase Alternating Line), dünyanın ən çox istifadə edilən rəng kodlaşdırma sistemidir. PAL analoq bir format olub televiziya yayım sistemlərində istifadə edilir. Bir çox fərqli versiyası olan PAL-ın versiyalarının ortaq xüsusiyyəti 625 üfiqi xət, 25 fps görüntü/saniyə, 50i (interlaced layer) olmasıdır. Sistem Valter Bruch tərəfindən, Almaniyada təkmilləşdirilib və ilk dəfə 1963-cü ildə nümayiş etdirilib. == Texniki xüsusiyyətlər == Rəngli televiziyanın qalan sistemləri kimi, PAL-da ağ-qara televiziya yayımıyla birləşib. Alternativ olaraq yaradılmış keyfiyyətli NTSC sistemi, PAL sisteminin uğurlu müasirləşdirilməsidir. Ağ-qara televiziyalarda əsas rənglərin bilavasitə ötürülməsinin yerinə sistem Y parlaqlığının siqnalının ötürür. Onda müvafiq olaraq qırmızı və göy rəngləri ötürülməsi R-Y, B-Y-ın iki fərqli siqnalı vasitəsilə ötürülür. G- yaşıl rəngi ötürən siqnalı çatmayan informasiya qəbuledicidə parlaqlıq fərqli rəngli siqnalların çıxılmasıyla bərpa olunur. Ağ-qara televizorda proqrama baxış halında yalnız parlaqlıq siqnalı istifadə olunur.
Sal
Sal — yan-yan bağlanmış taxta və ya tirlərdən ibarət olan qədim su nəqliyyatı vasitəsi. Qədim zamanlarda çayın bir sahilindən digər sahilinə keçmək və bəzən də müəyyən yerlərə getmək üçün ağac kötükləri suya salıb ondan tutur və yaxud da üstünə minib üzürdülər. Sonralar bu məqsədilə içərisi hava ilə doldurulmuş tuluqdan da istifadə edilirdi. Tikinti, yanacaq və sairə üçün çay kənarı meşlərdən qırılmış ağacları kəndir və ya tənək çubuqları ilə bir-birinə çatır, çayın axarı istiqamətində hərəkət etdirərək istənilən sahili çıxarırdılar. Ağac materiallarını su ilə bu cür axıdılması xalq arasında sal adlanırdı. Yan-yan bağlanmış taxta və ya tirlərdən ibarət olub, su nəqliyyatı vasitəsi hesab edilən sal Azərbaycan dilində "ibtidai gəmi" mənasında işlədilmişdir. Salı çayın dayaz və burulğan yerlərindən keçirmək üçün üzgüçülər onun qabaq tərəfindən tutub çəkir, istiqamətini dəyişdirir, arxadan qabağa doğru itələyidilər. Sakit axınlı çaylarda isə salın arxa tərəfində, onun üstündə dayanaraq "çəp" (təxminən 2, 5–3 metr uzunluğunda) ucu iti ağac vasitəsilə istiqamətini lazımi səmtə yönəldirdilər.
Txal
Txal səhrası - Pakistanın Pəncab əyalətində yerləşir. Bu geniş ərazi Celam çayı ilə Hind çayı arasında yerləşir. Onun sahəsi Potxoxar platosunda yerləşir. Onun şimaldan cənuba uzunluğu 305 km, onun ən yenli yeri 112 km, ensiz yeri isə 32 km təşkil edir. Bu vilayət Bxakkar, Xuşab, Mianvali, Cxanq, Layya və Müzəffərqar. Coğrafi baxımından Çolistan və Tar səhrası ilə oxşarlıqları vardır. Txal səhrası qumluqlardan ibarətdir. Burada hündür dyunlara rast gəlinir. Bu xüsisiyyətlər baxımından Mərkəzi Asiyada yerləşən qumlu səhralara bənzəyir. Burada qum tufanlarına müşahidə edilir ki, bu hadisələr səhrada temperaturu aşağı salır.
Val
Val — sadə fomalı fırlanma səthinə malik olan maşın hissəsi olub fırlanma hərəkətini və qüvvəni ötürmək və həmçinin fırlanan hissələrə dayaq vermək üçün təbiq olunur. == Təsnifatı == eksentrik (dirsəkli) vallar fırlanma hərəkətini irəli-geri hərəkətə çevirmək üçündür.Onlar əsasən mühərriklərdə tətbiq olunurlar. çevik vallar iş zamanı fırlanan element bir başa əl çatmaz yerdədirsə istifadə olunurlar(məsələn, diş həkiminin alətini fırladan val və ya taxometrin valı). hamar vallar üzərindəki hissənin hərəkətli oturmasını təmin edirlər. pilləli vallar müxtəlif ölçülü hissələri götürmək və çəkini azaltmaq baxımından tətbiq olunurlar. işi boş və ya dolu vallar ötürüləcək yükdən asılı olaraq möhkəmlik baxımından tətbiq olunurlar.
XML
Extensible Markup Language (genişlənən işarələmə dili, qısaca XML) — həm insanlar həm informasiya əməliyyat sistemləri tərəfindən asanca oxuna biləcək sənədlər yaratmağa yarayan, W3C tərəfindən təyin olunmuş bir standartdır. Bu xüsusiyyəti ilə məlumat saxlamanız yanında fərqli sistemlər arasında məlumat mübadiləsi etməyə yarayan bir ara format vəzifəsi də görər. SGML'in sadələşdirilmiş bir alt hinidir. XML - ing. <eks-em-el> (Extensible Markup Language – genişlənəbilən nişanlama dili) – World-Wide Web sənədlərini formatlaşdırmaq üçün metadil, SGML dilinin altçoxluğu. Con Bosak’ın (Jon Bosak) rəhbərliyi altında işlənib hazırlanıb və 1998-ci ildə W3C tərəfindən təklif olunub. XML verilmiş mövzu sahəsinin sənədlərinin spesifikasını nəzərə alan nişanlama dilləri yaratmağa imkan verir (məsələn, MathML, XLink, SMIL, XSL və s.). XML-sənədi iki hissədən ibarətdir: istifadə olunan dilin təyinindən və sənədin özündən. Dilin təyini DTD şablonları vasitəsilə verilir və istər sənədin olduğu faylda, istərsə də ayrıca saxlanıla bilər. == İnkişafı == XML-in dizayneri, HTML-i də hazırlamış olan Tim Berners Leedir.
XUL
XUL - ing. XUL <zu:l> (Extensible User-interface Language) – dinamik istifadəçi interfeyslərini yaratmaq üçün XML-əsaslı nişanlama dili. XUL dili brauzerlər, poçt müştəriləri və s. kimi proqramlarda interfeyslərin yaradılması üçün işlənib hazırlanıb. Lakin veb-resurslarla aktiv qarşılıqlı əlaqədə olan istənilən tətbiqi proqramın yaradılmasında XUL effektli istifadə oluna bilər. == Nümunə == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xaf
Xaf—Xorasanda qədim şəhər. == Tarixi == == Coğrafiyası == Qədimdə vilayət idi. Tarixçi Hafiz Əbruya görə şərqdən Baxərz, qərbdən Kuhistan, şimaldan Zavə və Nişapur, cənubdan səhradır ki, Kuhistan, Fərah və Sistan arasında yerləşir.
Xalq
Xalq — müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin fərqli insanlar bir hüquq məkanında yaşayırlar, dövlət qarşısında eyni məsuliyyəti daşıyır. Yer kürəsində yaşayan bütün insanlar mənşəyinə görə eynidir. Lakin bütün insanlar ayrı-ayrı qruplara ayrılır ki, bu qruplar da xalq adlanır. Hər bir xalqın özünəməxsus mədəniyyəti, dili, dini, adət-ənənəsi, yaşayış tərzi, milli paltarları, folkloru, milli mətbəxi olur. Dünya əhalisi dilinə və başqa milli əlamətlərinə görə böyük və kiçik qruplara bölünür. Belə əhali qrupuna xalq deyilir. Xalq sözü bir neçə mənada işlədilir: Adi mənada - dövlətin, ölkənin əhalisi Elmi mənada - insanların tarixən dəyişməkdə olan bilgisiDünyada sayca ən böyük xalq çinlilərdir. Onların sayı 1 milyarddan çoxdur. Xalq - insanların birliyinin tarixən qəbilə - tayfa birliyinin ardınca gələn və ibtidai icma qurluşunun xüsusi mülkiyyətçilik münasibətləri ilə əvəz edilməsi, siniflərin meydana gəməsi və inkişafı şəraitində müxtəlif tayfaların qovuşması, birləşməsi nəticəsində bərqərar olmuş formalardan biridir.
Xalı
Xalı — ənənəvi xalça məmulatlarının ölçü etibarilə ən böyük növü olub, çox vaxt dəst halında toxunur. Xalılar əsasən, evin döşəməsinə salındığından xalının boyu otağın ölçüsünə müvafiq olaraq, 4,5 arşından 6, bəzən isə 7 arşına çatırdı. Xalı adətən, dəst halında işləndiyindən o, "miyanə xalılar", yaxud "ortalıq xalılar" adlanmaqla, 2 arşın enində toxunurdu.Bu gün dilimizdə xalı kimi işlənən söz vaxtı ilə dilimizdə və bütün türkdilli xalqların dilində xali, qali və yaxud da qalı formasında rast gəlinir. Böyük xovlu xalçalar Ərəb əlifbalı türk ədəbiyyatında "qalı" kimi yazılmış, müəyyən zaman ərzində "xalı" formasını almışdır. "Qalı" sözü qalmaq sözü ilə də səsləşir ki, bu da xovlu xalçalara xas olan uzunömürlülük, davamlılıq mənasını ifadə edir. Bu gün də indiki İran ərazisində böyük xovlu xalçaları "qali" adlandırırlar.
Xan
Xan (Türk dili: Han, kaan, kağan, hakan) - Monqol və türk dövlətlərində hökmdarlar tərəfindən istifadə edilən ünvanlardan biri və nisbi olaraq ən köhnələrindəndir. == İstifadəsi == Xan — ilk dəfə jujanlar dövründə istifadə edilən bir tituldur. Xaqandan daha aşağı titul idi. Avropa feodalizmində krala bərabərdir. Xan sözündən yaranan sözlər: Gurxan — Qaraxitaylar dövlətinin idarəçilərinə deyilirdi. İlxan — Müəyyən bir elin ya da bölgənin idarəçilərinə deyilirdi. Xani-xanan (fars. خان خانان‎) — Böyük Moğol İmperiyasının sərkərdələrinə deyilirdi. Xan Sahib Şri Babi — Bantva Manavadar dövlətinin hökmdarlarına deyilirdi. Qan — Koreyadakı qəbilə başçılarına verilən titul idi.
Xaç
Xaç, bir-birlərini düz bucaqlarda kəsən iki xətt və ya çubuqdan ibarət olan şəkildir. Şəkillərdən biriir və ya hər ikisi də ortasından ikiya bölünür. Plus (+) və ya vurma (x) şəklində ola bilər. Əsrlər boyu xaç müxtəlif dinlərdə və mədəniyyətlərdə çox fərqli şeyləri simvolizə etmək üçün istifadə edilmişdir. Fərqli mənaları olan xaçlar forma etibarı ilə tamamilə eyni deyildirlər. == Qırmızı Xaç == == Qamalı xaç == == Xaç motivli bayraqlar == Bəzi xristian ölkələr bayraqlarını xaçdan təsirlənərək yaratmışlar.