1. Bir şeyin, üzərindən ta dibinə, yaxud aşağıya doğru gedən istiqamətdəki nöqtəsinə qədər olan məsafə. Quyunun dərinliyi 10 metrdir.
– Həbib şumun dərinliyini yoxlayır, Mədəd Həbibin dediklərini bloknotuna qeyd edirdi.
Bu xəndək bir kilometr uzunluğu, qırx metr eni, otuz metr dərinliyi olan nəhəng bir dərədən ibarətdir.
// Dərin şeyin halı. Dənizin dərinliyi. Gölün dərinliyi. Bu dərənin dərinliyi adamı qorxudur.
// Dərin qat, təbəqə mənasında.
2. Çox uzaqlıq, çox yüksəklik (intəhasızlıq) mənasında. Hava yerin üzündə dəryada su duran kimi durubdur.
Bu hava dəryasının dərinliyi 7-8 verstdən ziyadədir.
Çamırlı yerdən qalxan buxar dibsiz fəzanın dərinliklərinə uçub getdi.
// İç, uzaq tərəflər, içərilər.
Rüstəm xeyli zaman çovğunla əlləşə-əlləşə meşənin dərinliyinə girdi.
3. məc. “Qəlbinin”, “ürəyinin” və s.
sözlərlə – bir şəxsin daxili duyğuları, hissiyyatı, təəssüratı haqqında.
Uşaqlıqdan qəlbimin dərinliklərində iz salmış yekrəng olmayan o qiymətli və silinməz xatirələr!…
Şair ən inadkar bir çocuq kimi; Endi xəyalının dərinliyinə…
4. məc. Ciddilik, dərin mənalılıq, dərin məzmunluluq. Fikrin dərinliyi. Əsərin məzmunca dərinliyi.
– Dərinlik çox gözəldir; sadə olarsa; Nə çıxar o şeirdən, başımı yorsa?
◊ Dərinlik nasosu tex. – dərin neft quyularından neft çıxaran nasosların xüsusi növü.
Hazırda neft quyulardan üç üsulla çıxarılır; fontan, dərinlik nasosu, kompressor.
Dərinlik nasosu ilə istismar zamanı bir çox hallarda quyuların təmizlənməsini təxirə salmaq mümkün olmur.