Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Komu Vnız
Komu Vnız (ukr. Кому Вниз) - 1988-ci ildə Kiyevda yaranmış Ukraynanın rok qrupudur.
Ənizə
Ənizə (ərəb. عنزة‎, ʻanizah, [ʕni.zah]) — Ərəbistan yarımadasında, Yuxarı Mesopotamiyada və Levantda ərəb qəbiləsi. Ənizə qəbiləsinin nümayəndələri Nəcd, Hicaz və Levant (Hüms, Həma, Hələb) ərazisində yaşayırlar. Coğrafi cəhətdən onları aşağıdakı qruplara bölmək olar: İraq ənizələri, Fərat və Cəzirə ənizələri, Həma ənizələri, Hüms ənizələri, Dəməşq ənizələri və Hicaz ənizələri. "Sübh əl-Əşa"da Qəlqəşəndiyə görə, ənizələr əvvəlcə Mədinə yaxınlığındakı Xeybərdə yaşayırdılar. İbn Xəlduna görə, ənizə qəbiləsi əvvəlcə Əyn-Təmrada (indiki Kərbəla və ətrafı) yaşamış, sonra isə Xeybərə köçmüşdür.
Vizeu
Vizeu (port. Viseu [viˈzew]) — Portuqaliyada şəhər.
Niau
Niau (fr. Niau) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). taiti dilindən tərcümədə «Kokos palması» mənasını verir. Fakarava atolundan 53 km qərbdə yerləşir. Dairəvi formaya malikdir. Diametri 8 km-dir. Atollun sahəsi 20 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 32 km²-dir. Okean sularından tam təcrid olunmuşdur.
Nizə
Nizə, mizraq və ya cida — qədim atıcı, deşici və kəsici soyuq silah. Müxtəlif uzunluqda olur. Qısa və yüngül nizələr məsafədən atmaq, nisbətən ağır və uzun nizələr yaxın döyüş üçün istifadə olunurdu. Nizədən həm piyada, həm də at belində yararlanırdılar.
Vaiz
Vaiz — minbərdən vəz (moizə) söyləyən şəxs. İslamla bağlı danışılan hər hansı bir hadisə və ya İslamdan bəhs edən söhbət vaiz adlanır. Vaiz ərəb sözü olub "vəz və nəsihət edən, moizə edən" mənasını verir. "Vaiz olaraq ölüm kifayətdir" yəni, nəsihət olaraq ölüm kifayətdir.
Viza
Viza (lat. visus — ziyarət) — Bir xarici ölkəyə daxil olmaq, orada yaşamaq, yaxud oradan getmək üçün xarici pasportda edilən xüsusi qeyd və ya rəsmi icazə. Alınma məqsədinə görə viza növləri aşağıda verilmişdir. Tranzit vizalar Qısa müddətli viza Uzun müddətli viza İmmiqrasiya vizası Rəsmi viza Transit Viza Tranzit vizası, bir ölkədən digərinə getmək üçün üçüncü ölkənin ərazisindən keçmək lazım gəldiyi hallarda alınan viza növüdür. Tranzit vizası viza sahibinə bu ölkənin ərazisindən keçməyə imkan verir. Tranzit vizası qısamüddətli vizadır. Qısamüddətli viza Qısamüddətli viza, viza müraciətinin edildiyi ölkəyə qısa müddətə səyahət etməyə imkan verən bir viza növüdür. Turist vizası, tibbi viza, ziyarət vizası, atletik və ya sənət vizası, qaçqın vizası, rəqəmsal köçəri vizası, xüsusi viza kimi vizalar qısamüddətli viza növünə daxildir. Qısamüddətli viza sahibləri səyahət etdikləri ölkədə maksimum 90 gün qala bilərlər. Uzun müddətli viza Uzunmüddətli viza bir ölkədə 90 gündən çox qalmağa imkan verən viza növüdür.
Vıru
Vıru (est. Võru) — Estoniyanın cənub-şərqində yerləşən şəhər, Vırumaa qəzasının inzibati mərkəzidir. Hal-hazırda(2012), burada 12,9 min sakin yaşayır.Əsasını Verro adı ilə 1784 ildə qoyuldu. Şəhərdə yağ-pendir və mebel müəssisələr fəaliyyət göstərir.
Ferdinand (Vizeu hersoqu)
İnfant Ferdinand (port. Infante Fernando) (17 noyabr 1433 – 18 noyabr 1470, Setubal[d]) — Portuqaliya kralı I Eduardın oğlu, Portuqaliya infantı. Ferdinand 1433-cü ildə dünyaya gəldi. Atası Portuqaliya kralı I Eduard, anası isə Araqon kralı I Ferdinandın qızı Araqonlu Eleonoradır. İki dəfə Portuqaliya taxtının vəliəhdi kimi and içdi: ilk dəfə 1438-ci ildə atasının vəfatının ardından taxta çıxan qardaşı V Afonsonun vəliəhdi elan edildi. Ancaq 1451-ci ildə kralın bir oğlu doğuldu və bu ünvanını itirdi. Bununla birlikdə uşaq 1 aylıqkən vəfat etdi və Ferdinand ikinci dəfə vəliəhd elan olundu. Bu dəfə vəliəhdlik dönəmi 1 il oldu çünki ertəsi il 1452-ci ildə kralın bir qızı - Yuanna dünyaya gəldi. Ünvanını itirən Ferdinand həmin il ölkədən qaçdı. Bəzi rəvayətlərlə görə, o, dayısı olan Araqon və Neapol kralı V Alfonsonun cənubi İtaliyaya tərtiblədiyi səfərlərə qatılmışdı.
Mizu şobay
Mizu şobay (水商売) və ya hərfi tərcümədə su ticarəti – Yaponiyada seks, bar, gecə klubu, karaoke kimi əyləncələrdən ibarət gecə həyatını bildirən termin. Əsasən kişiləri məmnun etməyə diqqət ayıran bu cür əyləncə şirkətləri Tokionun Akasaka və Qinza rayonlarında cəmlənib. Edo dövründə Tokuqava şoqunluğu tərəfindən lisenziyalaşdırılan həzz kvartalları "ukiyo" (üzən dünya) adlandırılırdı. Bu kvartallardan ən məşhuru Tokioda yerləşən Yoşivara kvartalı idi. Bir çox kişi samuray və tacir buradakı çay evlərinə, fahişəxanalara, kabuki və bunraku teatrlarına və ictimai hamamlara gəlirdi. "Mizu şobay" (su ticarəti) termini də ilk dəfə Edo dövründə işlədilmişdir. Belə ki, ucuz, lisenziyası olmayan fahişələr müştəri tapmaq üçün çayın sahilində gözləyirdilər və qayıqda müştərilərlə cinsi əlaqəyə girirdilər. "Su ticarəti" termini ingilis dilində ilk dəfə Con Morli tərəfindən "Su ticarətinin şəkilləri: Bir qərblinin Yaponiya macəraları" (1985) əsərində işlədilmişdir. Yaponiyada bir çox kişi evdə əylənmək və arvadları ilə çöldə vaxt keçirmək əvəzinə işdən sonra qrup şəklində mizu şobayla məşğul olmağa gedirlər. Karaoke barları, xüsusilə, populyardır.
Müqəddəs Nizə
Müqəddəs Nizə, Longinus Nizəsi (Müqəddəs Longinusun adına görə) və ya Taleyin Nizəsi kimi də tanınan bu nizə, əfsanəyə görə İsa çarmıxa çəkildiyi zaman çarmıxdan asılmış olduğu halda bədənini deşmiş nizədir . İncildə deyilir ki, romalılar İsanın ayaqlarını sındırmağı planlaşdırırdılar, bu, çarmıxa çəkilmə zamanı ölümü sürətləndirmək üsulu olan crurifragium adlanan bir təcrübə idi. Şənbə günü ərəfəsi olduğu üçün (cümə günü gün batımından şənbə günü batana qədər) İsanın davamçıları Şənbə qanunlarına görə onu "qəbrə basdırmalı" idilər. Onlar bunu etməzdən əvvəl İsanın artıq öldüyünü və onun ayaqlarını sındırmaq üçün heç bir səbəb olmadığının fərqinə vardılar. Onun öldüyünə əmin olmaq üçün Roma əsgərlərindən biri nizə ilə onun böyrünü deşdi və dərhal qan və su çıxdı.
Vaiz Qəzvini
Molla Rəfiəddin Məhəmməd Vaiz Qəzvini — Azərbaycanın Səfəvi dövründə şair. azərbaycan və fars dillərində şer yazıb. Bu şair 1027 Hicri-qəməridə Qəzvinin Səfiabad kəndində anadan olub və 1089 Hicri-qəməridə vəfat etmişdir.
Viyu (İran)
Viyu (fars. ويو‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 65 nəfər yaşayır (20 ailə).
Vize Kırklareli
Vize — Kırklarelinin təbiətində, İstanbuldan 140 km məsafədə tarixi və təbii gözəllikləri ilə önə çıxan bir ilçədir. "Cittaslow" deyilən sakit şəhər adı ilə Türkiyədəki 10 ilçədən biri olmuşdur. 2015 Türkiyə statistika qurumunun məlumatlarına görə rayon əhalisi 13.095 nəfərdir. Vize eyni zamanda Bolqarıstan şəhərlərinə bənzər Frakiyadakı Qara dəniz ilçələrindən biridir. Vize Yunanıstan və Bolqarıstan ilə mədəniyyət və turist mübadiləsini davam etdirən Balkan ilçəsidir. Tarixdə fərqli adlarla tanınan şəhər Buzia, Bizye, Bida, Biza, Vuza, Vizii və nəhayət, Vize kimi tanınır. Adının kökü Buzasdan gəlir, Bizas Poseydonun bir oğlunun adıdır. Eyni zamanda Buzas Frak dilində keçi deməkdir və Frakiyalılar üçün bu çox işlədilən bir addır. Həmçinin Byzas adının əfsanəvi bir Frakiya kralının adından gəldiyi deyilir ki, bu da Byzas su pərisi Semestranın oğludur. Vizedə ilk dəfə Frakyalıların bir qolu olan Astaylar məskunlaşmışdı.
Vize adası
Vize adası və ya Vize Torpağı — Şimal Buzlu okeannın Kara dənizi sularında yerləşən ada. Kara dənizinin şimalında qərarlaşır. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində qərarlaşır. 1910-cu illərdə Georgi Lvoviç Brusilovun təşkil etdiyi ekspedisiya zamanı Müqəddəs Anna buxarlı şxununu Kara dənizində dreyf edərirdi. 1914-cü ildə gəmi sulara qər olur. Ancaq gəmi şturmanı Valerian İvanoviç Albanov gəmi jurnalını vilas edə bilir. 1924-cü ildə sovet okeanoqrafı, metroroloqu və qütb araşdırmaçısı Vladimir Yuleviç Vize gəminin buzlara sıxılaraq dreyf etdiyi əraziləri tətqiq etmişdir. O, gəminin məhv olmasının səbəbini onun adaya sıxılaraq parçalanmasında görürdü. Hətta gəminin batdığı ərzinin ada olmasını bildirmişdir. «Georgi Sedov» gəmisində 1930-cu ildə Vize Otto Şmitdin təşkil etdiyi ekspedisiyada özü tərəfindən ehtimal edilən adanı kəşf etmişdir.
Yinpaçi Nezu
Yinpaçi Nezu (根津 甚八, Nezu Jinpachi) (1 Dekabr 1947 – 29 Dekabr 2016) — Yaponiyalı film aktyoru. O, 1974-cü il ilə 2010-cu il arasında 56-dan çox film və televiziya şousunda rol oynamışdır. Film yaradıcılığına 1982-ci ildə çəkilən Əlvida torpaqlar filmi ilə başlamışdır. Film 32-ci Beynəlxalq Berlin Film Festivalında iştirak etmişdir.
Viru bataqlığı
Viru (est. Viru raba) — Estoniyanın şimalında, Baltik dənizi yaxınlığında bataqlıq. Viru bataqlığı üst bataqlıq tipinə aiddir. Lahemaa Milli Parkı ərazisində yerləşir. Pudisoo çayının hövzəsinə daxildir. Tallin — Narva magistral yolundan şimalda, Loksa şəhərinin şərqində yerləşir. Viru bataqlığını şam ağacları və böyük olmayan qum dyunləri əhatə edir. Batqlığın təxmini sahəsi 235 hektardır. Viru bataqlığı təxminən 5 min əvvəl mövcud olmuş Viru gölünün bataqlıqlaşması nəticəsində meydana gəlmişdir. Viru gölü buzlaq mənşəli olub buzlağın çəkilməsi nəticəsində meydana gəlmişdir.
Azərbaycanın viza siyasəti
Azərbaycanın viza siyasəti — Azərbaycan Hökuməti, müəyyən ölkələrin vətəndaşlarına, müəyyən bir müddət üçün viza almaq məcburiyyətində qalmadan, ümumi Azərbaycan pasportu ilə turizm və ya iş məqsədli Azərbaycan ziyarəti və diplomatik və xidmət pasportu ilə rəsmi məqsədli Azərbaycan ziyarəti üçün giriş icazəsi verir. Digər ölkələrin vətəndaşları, Azərbaycan Respublikası səfirliklərində və ya konsulluqlarında Azərbaycana səyahət etmədən əvvəl viza almalıdırlar. Pasport, verilən Azərbaycan vizasının bitmə tarixindən sonra ən az 6 ay etibarlı olmalıdır. Bir xarici ölkə vətəndaşlarının pasport müddətinin bitməsinə 4 aydan az bir müddət varsa,(Türkiyə vətəndaşları üçün bu müddət 150 gündür) viza verilməyəcək. Ümumi pasport ilə xidmət pasportu üçün viza alması lazım olan sadalanan müəyyən ölkələrin vətəndaşları, Azərbaycana səyahət etmədən əvvəl viza almalıdırlar. Vizalar, Azərbaycan Respublikası səfirliklərindən və ya konsulluqlarında ya da Azərbaycan Respublikası sərhədindəki keçid məntəqələrində verilir. Siyahıda olmayan ölkələrin vətəndaşları Azərbaycana səyahət etməmişdən əvvəl viza almalıdırlar. Vizalar Azərbaycan Respublikası səfirliklərindən və ya konsulluqlarında ya da Azərbaycan Respublikası sərhədindəki keçid məntəqələrində. Ermənistan Respublikası ilə müharibə vəziyyəti səbəbindən Ermənistan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasına girişi qadağandır. Azərbaycan Hökuməti, qanuna Azərbaycanın hissəsi olan və Ermənistan tərəfindən işğal edilmiş, separatçı Dağlıq Qarabağ bölgəsini (qanunsuz "Dağlıq Qarabağ Respublikası"), onu əhatə edən torpaqları və tamamilə Ermənistan torpaqları içində iştirak edən Kərki, Yuxarı Əskipara, Barxudarlı və Sofulu anklavlarını, Azərbaycan hökumətinin icazəsi olmadan xarici ölkə vətəndaşlarının ziyarət etmələrini qətiliklə qadağan edib.
Dnestryanı viza siyasəti
Dnestryanı viza siyasəti — xarici ziyarətçilərin Dnestryanıya vizaya ehtiyacı yoxdur. Xarici ziyarətçilərdən yalnız girişdə səlahiyyətli orqanlarda qeydiyyatdan keçmələri tələb olunur. Bu arada daha 3 postsovet münaqişəli vətəndaş Dnestryanıya pulsuz səyahət edə bilər. Demokratiya və Millətlərin Hüquqları Birliyinin bütün üzvlərinin vətəndaşları üçün viza tələblərinin ləğv edilməsi qərara alınıb: Xarici vətəndaşlar Dnestryanı əraziyə gəldikdən sonra, dəvət, təhsil və ya iş məqsədilə qohumlarının və ya dostlarının yanında qaldıqları zaman pasport və şəxsiyyət vəsiqələri 24 saat ərzində qeydiyyat üçün Viza Departamentinə və Daxili İşlər Nazirliyinin qeydiyyat və pasport idarələrinə təqdim olunur. Xarici vətəndaşlar hotelə gəldikdən sonra otel rəhbərliyinə, Daxili İşlər Nazirliyinin rəsmilərinə məlumat vermək və vaxtında qeydiyyatdan keçmək üçün məsuliyyət daşıyırlar. Ev sahibləri isə xarici vətəndaşların səfər tarixini və məqsədini üç gün əvvəldən Daxili İşlər və Dövlət Təhlükəsizliyi Nazirliyinə bildirməyə borcludurlar.
Hüseyn Vaiz Kaşifi
Mövlanə Kəmaləddin Hüseyn ibn Əli Beyhəki-yi Səbzəvari (1461, Səbzivar[d], Rəzəvi Xorasan ostanı – 1504, Herat) — İranlı müfəssir, mütəsəvvüf və şair. İranın Xorasan bölgəsində Səbzəvarda doğuldu. 1456-cı ildə Məşhədə getdiyi sıralarda iyirmi yaşlarında olduğu qəbul edilirsə 1436-cı il civarında doğulduğu söylənə bilər. Vəəzləriylə tanındığı üçün "Vaiz" ləqəbi və şeirlərində istifadə etdiyi Kaşifi təxəllüsü ilə tanınır. Uşaqlıq və gənclik illərini Səbzəvar və yörərəsində keçirən Hüseyn Vaizin mükəmməl bir təhsil gördüyü, Herata getdiyində elmi və vəəzləri ilə özünü qısa müddətdə qəbul etdirməsindən anlaşılır. Hüseyn Vaiz, geniş bilgisi və təsirli vəəzləriylə şöhrəti ətrafa yayılınca ölkəsindən ayrılıb Nişapura getdi, oradan Məşhədə yollandı. Dönəmin böyük Nəqşibəndi şeyxi Sadəddin Qaşqarinin Heratda öldüyünü (may 1456) öyrəndiyi günlərdə yuxusunda onu görməsi, məzarını ziyarət etmək üzrə Herata getməsinə səbəb oldu. Burada Sadəddin Qaşqarinin müridi ünlü sufi və şair Əbdürrəhman Cami ilə tanış oldu və onun vasitəsiylə Nəqşibəndi təriqətinə intisab etdi. Heratda verdiyi vəəzlərlə qısa zamanda məşhur olan Hüseyn Vaiz, bir müddət sonra Hüseyn Baykara və Əlişir Nəvainin himayəsinə daxil oldu. Onların təşviqiylə müxtəlif kitablar yazdı.
Mirzə Hüseyn Vaiz
Mirzə Hüseyn Vaiz (?-1955) — Məşrutə hərəkatının üzvü. Şeyx Həsən Rüşdiyyənin xalası oğludur. Mirzə Hüseyn Vaiz Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Əvvəlcə məsciddə vaiz kimi xidmət etmişdi.Qafqaza gediş-gəlişi sayəsində azadxahlara meyl etmişdi.Siyasi azadlıq uğrunda mübarizə qalxmışdı. 1905-ci ildən etibarən Tehranda başlayan Məşrutə hərəkatı 5 avqust 1906-cı ildə Müzəffərəddin şah Qacarın Məsrutə fərmanını imzalamasıyla genişləndi. Məşrutə fərmanı ölkədəki siyasi fəzanın açılmasına gətirib çıxardı. Zülmün və haqsızlığın aradan götürülməsi, ədalətin və müstəqilliyin bərpası şüarı altında başlanmış xalq hərəkatı iştirakçılarının əsas tələbi qanunlara söykənən bir hökumətin yaradılması və bir vətəndaş olaraq onların həyat tərzini formalaşdıracaq hüquqların təmin olunmasıydı. Mirzə Hüseyn Vaiz məşrutəpərəstlərə qoşuldu.Təbriz əncüməninin başçısının müavini olmuşdu.Eynüddövlənin və Şücaüddövlənin Təbriz şəhərini mühasirəsi sırasında Əncümən tərəfindən bu iki irtica nümayəndəsi ilə danışıqlara getmişdi.Təbrizin işğalı dönəmində 6 ay Mirzə Hüseyn Mağazanın evində gizlənmişdi.Sonra tutulmuş Hacı Şücaüddövləyə təhvil verilmişdi.Rusiya səfirinin xahişi ilə ölümdən qurtulmuşdu. Əncümən sədri Bəsirəssəltənə və İclaülmülk rus, Hacı Mehdi Kuzəkünani və Şeyx Səlim osmanlı, Mirzə Hüseyn Vaiz - fransız konsulluqlarında bəstə oturdular.
Qazaxıstanın viza siyasəti
Qazaxıstana gələn ziyarətçilər viza tətbiq olunmayan ölkələrdən gəlmədikləri təqdirdə Qazaxıstanın diplomatik nümayəndəliklərindən birindən viza almalıdırlar. Aşağıdakı ölkələrin və ərazilərin vətəndaşları Qazaxıstana vizasız səfər edə bilərlər: 11 iyul 2020-ci ildən bəri vizasız gələn şəxslər ölkədə 180 gün ərzində ən çox 90 gün qala bilərlər (ilk giriş anından etibarən hesablanır). Qeydlər ^ ŞV – Milli şəxsiyyət vəsiqəsi ilə daxil ola bilərlər ^ IP – Daxili pasportla daxil ola bilərlər 2 – 30 günədək, istənilən 180 günlük dövr ərzində ölkədə qalma müddəti ən çox 60 gün ola bilər 3 – 180 gün ərzində 30 günədək 4 – il ərzində 30 günədək Türkmənistan— Balkan vilayətinin sakinləri Atırau və Mangistau vilayətlərinə vizasız 5 günlük səfər edə bilərlər. Qazaxıstan iqtisadiyyatına böyük xarici investisiyalar qoyan aşağıda sadalanan ölkələrin vətəndaşlarına tətbiq olunan vizasız siyasət çərçivəsində 30 gündən az qalmaq müddəti üçün viza tələb olunmur. Proqram əvvəlcə 15 iyul 2014-cü ildə başlamış və 10 ölkəyə birtərəfli vizasız giriş imkanı təqdim etdi, 2015-ci ilin iyul ayında isə siyahı 19 ölkəyə qədər genişləndirilmişdir, daha sonra 2017-ci ilin yanvar ayında bu say 43-ə və 2019-cu ilin sentyabr ayında isə 54-ə qədər yüksəlmişdir. Həmin ölkələr bunlardır: Qırğızıstanın etibarlı turizm vizasını əldə etmiş bu ölkələrin vətəndaşları bu tip vizanın qüvvədə olduğu müddətdə Qazaxıstanın Almatı və Cambul vilayətlərinin sərhəd bölgələrini ziyarət edə bilərlər: ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Danimarka, Fransa, Finlandiya, Xorvatiya, İngiltərə, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Lixtenşteyn, Lüksemburq, Macarıstan, Malayziya, Monako, Niderland, Norveç, Polşa, Portuqaliya, Səudiyyə Ərəbistanı, Sinqapur, Slovakiya, Yaponiya, Yeni Zelandiya və Yunanistan. Yalnız Almaniya, Benilüks, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, İspaniya, İsveçrə, İtaliya, Latviya, Litva, Norveç, Portuqaliya, Sloveniya, Vatikan və Yunanıstan diplomatik pasportlarına sahib vətəndaşlar və həmçinin Bolqarıstan, Birləşmiş Ərəb Əmirlikləri, Çili, Xorvatiya, İsrail, Kipr, Meksika, Monteneqro, Rumıniya, Slovakiya və Şimali Makedoniya diplomatik və xidmət kateqoriyası pasportlarına malik şəxslər 90 günə qədər Qazaxıstanda vizasız qala bilərlər. Yalnız Misir, Polşa diplomatik pasport sahibləri və Bosniya və Herseqovina, Çin, Filippin, Hindistan, İndoneziya, İordaniya, İran, Kuba, Macarıstan, Pakistan, Şri-Lanka, Tailand, Türkmənistan, Vyetnam və Yaponiya ölkələrinə aid yalnız diplomatik və xidmət kateqoriyalı pasport sahibləri 30 günə qədər Qazaxıstanda vizasız qala bilərlər. Birləşmiş Millətlər Təşkilatının pasportu sahiblərindən 180 gün müddətində 30 gün ərzində viza tələb olunmur. 2019-cu ilin dekabr ayında Kolumbiya ilə diplomatik və xidməti pasport sahibləri üçün vizasız müqavilə imzalanmışdı, lakin o, hələ təsdiqlənməyib.
Alovlanan nizə əməliyyatı
"Alovlanan nizə" əməliyyatı (ing. Flaming Dart) — Vyetnam müharibəsi zamanı, 1965-ci ilin fevralında Cənubi Vyetnamda ABŞ hərbi personalına qarşı CVMAC partizanlarının hərəkətlərinə cavab olaraq ABŞ-nin hava əməliyyatı. Əməliyyat iki mərhələdə həyata keçirilib: "Alovlanan nizə I" — 7–8 fevral tarixlərində keçirilən hücumlara cavab olaraq Kemp-Hollovey vertolyot bazasına və Cənubi Vyetnam II Korpusunun Pleykuda yerləşən qərargahına edilən hücumlar ilə eyni gecədə həyata keçirilmişdir. Zərbə ABŞ Hərbi Dəniz Qüvvələri və Cənubi Vyetnam Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr tərəfindən həyata keçirilmişdir. "Alovlanan nizə II" — 11 fevralda amerikalı hərbi məsləhətçilərin yaşadığı Kuinyon şəhərindəki otelin bombalanmasına cavab olaraq keçirilmişdir. İki reyd zamanı Amerika və Cənubi Vyetnam təyyarələri Cənubi Vyetnama göndərilmədən əvvəl Şimali Vyetnam ordusunun əsgərlərinin təlimi ilə əlaqəli Şimali Vyetnamın cənubunda (Vyetnam silahsızlaşdırılmış zonasının şimalında) yerləşən hərbi obyektlərə hücum edilmişdir. "Alovlanan nizə" əməliyyatı ABŞ təyyarələrinin müharibə başlayandan bəri Şimali Vyetnamı ikinci dəfə bombardman etməsi idi. 1964-cü ilin avqustunda "Deşici ox" əməliyyatı zamanı yalnız bir hava hücumu edilmişdi.
Kəndim+nizə qayıdın!?
Filmdə hadisələr can üstdə olan Ziyadxan kişinin (Rauf Şahsuvarov) öz övladlarını başına yığması ilə başlayır. İllərlə atalarına baş çəkməyən, xüsusən də analarının ölümündən sonra ataları ilə maraqlanmayan övladların fərsizliyi, naxələfliyi ifşa edilir. Filmdə ən acınacaqlı hal ölüm ayağında olan Ziyadxan kişinin adicə kəlimeyi-şəhadətini də bilməməsidir. Lakin ingilis Maykl (Elman Rəfiyev) həm türkcə təmiz danışır, həm də müsəlmanın kəlimeyi-şəhadətini yaxşı bilir. Bu isə əcnəbilərin bizi özümüzdən daha yaxşı tanıdığına ünvanlanan uğurlu ştrixdir. Onun elə azəri qızı Məryəmlə (Aynur Dadaşova) evlənmək istəyi və Ziyadxan kişini Gülnisə arvadla (Brilliant Babayeva) evləndirməsi də əslində bir sıra beynəlxalq siyasi atmacalardan xəbər verir. Elə milli-mənəvi problemləri ortaya qoyan nüanslar da bu filmdə az deyil. Cəbhəyə getməkdən qorxub, illərdir öz evinin çardağında gizlənən Nuruşun (Azər Axşam) tez-tez bəlağətlə "Təki Vətən sağ olsun!" deməsi, II Dünya Müharibəsinin iştirakçısı Gopçu Musanın (Elnur Hüseynov) Qarabağın müdafiəsi uğrunda döyüşlərdən basıb-bağlaması çox incə mətləbləri açıq ifadə edir.
Hüriyə Öniz Baha
Hüriye Öniz Baha (1887, Konstantinopol – 2 noyabr 1950, İstanbul) ― türk pedaqoq, yazıçı və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci parlamentində Diyarbəkir seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. Baha Türkiyənin cümhuriyyət dövrü uşaq ədəbiyyatının ilk orijinal nümunələrindən olan Köprüaltı uşaqları adlı uşaq romanının müəllifidir. Hüriye Baha 1887-ci ildə İstanbulda anadan olub. Atası Bahəddin bəy, anası Ayşə xanımdır. İbtidai və orta təhsilini Leyli sənaye məktəbində başa vurduqdan sonra özəl təhsil almışdır. O, bir müddət Bursa Amerikan Qız Kollecində türk dili müəllimi işlədikdən sonra London Universitetinin qadın şöbəsi olan Bedford Kollecində pedaqogika təhsili alıb. Hayrəttin bəylə evlənmiş və bir uşağı olmuşdur. İngilis və yunan dillərini bilirdi. O , İstanbul qız müəllim məktəbində və İstanbul İnas liseyində dərs keçib, Balkan müharibəsindən sonra mühacirlər üçün açılmış kurslarda mühazirə oxumuş, müxtəlif xeyriyyə işlərində iştirak etmiş, Hilal-i Ahmer cəmiyyətinin açdığı kursa gedərək könüllü xəstə baxıcısı olmuşdur.