DƏYİŞDİRİCİ

is. xüs. Elektrik cərəyanının, qazın və s.-nin istiqamətini, gücünü, müxtəlif mexanizmlərin işinin xarakterini dəyişdirən alət, qurğu, cihaz.
DƏYİŞ-DÜYÜŞ
DƏYİŞDİRİLMƏ
OBASTAN VİKİ
Dəyişdirici
Dəyişdirici, açar(switch ~ переключатель, коммутатор)-1. Elektronikada: iki durumu (“açıqdır” və “qapalıdır”) olan sxem elementi. “Açıqdır” vəziyyətində açar elektrik siqnalını maneəsiz buraxır, “qapalıdır” vəziyyətində isə buraxmır. Açar mexaniki də ola bilər, rele kimi elektriklə idarə olunan da. 2. Telekommunikasiyada və şəbəkələrdə: bir yeri başqa bir yerlə bağlamaq üçün telefon operatoru kimi işləyən qurğu. Məsələn, kompüter şəbəkələrində switch zərurət yarandıqda müxtəlif seqmentlər arasında müvəqqəti olaraq yüksək sürətli yol qurur. O, qovşaq (HUB) kimi işləyir, ancaq ondan sürətlidir. İki əsas növü var: körpülər (BRIDGE) və yönləndiricilər (ROUTER). Bax: BRIDGE; Tut: HUB, ROUTER. 3.
Cins dəyişdirici
Cins dəyişdirici' — (ingiliscə gender changer, rusca разнополый переходник) – hər iki ucunda ya çəngəl, ya da yuva olan bağlayıcı (konnektor). O, çəngələ qoşulduqda rozet olur və tərsinə; bu qayda ilə iki çəngəli və ya iki rozeti birləşdirmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Dəyişdirici, açar
İstilik dəyişdirici
İstilik dəyişdirici — istiliyin iki və daha artıq maye və ya qaz arasında ötürülməsini təmin edən sistemdir. İstilik dəyişdiricilər həm isitmə, həm də soyutma sistemlərində istifadə olunur. İstilik dəyişdiricidəki maye və ya qaz, qarışmasının qarşını almaq üçün bərk divarla ayrıla bilər və ya birbaşa təmasda ola bilər. Onlar, məkanların qızdırılmasında, soyuducularda, hava sistemlərində, elektrik stansiyalarında, kimyəvi zavodlarda, neft emalı zavodları, təbii qaz emalı və kanalizasiya təmizlənməsi sistemlərində istifadə olunur. İstilik dəyişdiricilərinin axın tənzimləmələrinə görə üç əsas təsnifatı var. Paralel axan istilik dəyişdiricilərində iki maye eyni anda dəyişdiriciyə daxil olur və bir-birinə paralel olaraq digər tərəfə keçir. Əks axın istilik dəyişdiricilərində mayelər əks istiqamətdən dəyişdiriciyə daxil olur. Maye və ya qazın vahid kütləsinə düşən ötürülən istilik miqdarı cəhətdən əks cərəyan dizaynı ən səmərəli dizayndır. Bu, əks axındakı istənilən iki nöqtə arasındakı orta temperatur cəminin paralel axına nisbətən daha çox olması ilə əlaqədardır. Çarpaz axını olan bir istilik dəyişdiricisində isə maye və ya qazlar bir-birinə təxminən perpendikulyar istiqamətdə hərəkət edir.
İstilik dəyişdiricisi

Значение слова в других словарях