[Səlim qızı:] …Aydəmir də, bilirsən ki, dağdadaşda, ona qızmı yaraşar?
[Əmiraslan baba:] Bax, o zaman bizim bu Ağbulaq obasına, dağ-daşdan keçən darısqal cığırlarla, birtəhər, güc-bəla ilə gəlmək olardı.
// Ümumiyyətlə, dağlıq, qayalıq, təpəlik.
Su gələr axar, doymaz; Dağdaşı yıxar, doymaz. ( ).
Hər kim məni belə görə, bil, ağlar; Dağ-daş yanar; ulus, oymaq, el ağlar.
// məc. Cansız təbiət mənasında.
Qanad verir dağa-daşa; Ana yurdun havaları.
◊ Dağa-daşa düşmək – 1) ev-eşiyindən avara olmaq; avara-sərgərdan olub insan yaşamayan yerləri gəzmək;
2) axtarmaq.
Dağa-daşa salmaq – çətinliyə salmaq, ora-bura göndərmək, avara etmək.
Di belə de, rəhmətliyin oğlu, ta məni niyə dağa-daşa salırsan?
Dağa-daşa sığmamaq (sevinməkdən, şadlıqdan) – sevincinin həddi-hüdudu olmamaq.
Biz sevincimizdən dağa-daşa sığmırdıq.
Dağdaş dilə gəlmək, dağ-daş titrəmək (səsdən, fəryaddan, nərədən və s.-dən) – çox güclü səs, gurultu haqqında.
Yazıq heyvan elə bağırdı ki, səsindən dağ-daş titrədi.
Özünü dağa-daşa vurmaq (çırpmaq) – öz məqsədinə çatmaq və ya başqa səbəbə görə heç bir çətinlikdən qorxmayaraq özünü hər yerə vurmaq, yorulmaq bilmədən çalışmaq.
Hərgah maral bilsə ki, bu səsşıppıltı yel əsib kolu tərpətməkdən, yarpaqları bir-birinə toxundurmaqdan əmələ gəlir, o vaxt o, qorxmaz və qorxudan özünü dağadaşa çırpmaz.
[Zeynəb xanım:] Mənim yəqinimdir ki, o dinc olmayacaq, özünü dağa-daşa vuracaqdır.