DADLI


1. sif. Yaxşı dadı olan, ləzzətli. Dadlı meyvə. Dadlı yeməklər.
– Baxmaz guşeyi-çəşm ilə fəqiranə tərəf; Yüyürürsüz ora kim, dadlı, fisincanlı olur. M.Ə.Sabir.
[Piri baba:] Onun balı çox dadlıdır. S.S.Axundov.
Üç ay qabaq qazılmış quyu bol, dadlı və sərin su verirdi. Ə.Vəliyev.

// məc. Xoşagələn, ləzzətverən, ruhu oxşayan, ürəyəyatan, lətif, xoş, şirin.
Dadlı söz – can arzusu, dadsız söz – baş ağrısı. ( Ata. sözü ).
Şairim! Seyr elə ətrafı, təbiət nə gözəl! Bax mənim hüsnümə, inşad elə bir dadlı qəzəl. A.Səhhət.
…Hacı Qulu dadlı röyasından oyanmış kimi oldu. A.Şaiq.

2. is. Xörəkdən sonra yeyilən şirniyyat, məzə.
…Konsulun evində təbrizlilərə məxsus bütün şirniyyatı və dadlıları görmək mümkün idi. M.S.Ordubadi.

Синонимы

  • DADLI dadlı bax ləzzətli, şirin
  • DADLI duzlu — gözəşirin — qanışirin
  • DADLI lətif — xoş — şirin
  • DADLI ləzzətli — tamlı

Антонимы

  • DADLI DADLI – ACI Onun balı çox dadlıdır (S.S.Axundov); Mümkün deyil ki, kişi sənə görə, sənə acı söz deməyə (N
DADLANMAQ
DADLI-DADLI
OBASTAN VİKİ
Dadlı.az
Dadlı (Miyanə)
Dadlı (fars. ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 711 nəfər yaşayır (128 ailə).
Dadlıq
Dadlıq — xüsusi bir dad, dadı artırmaq, və ya yeməyi tamamlamaq üçün adətən bişdikdən sonra yeməyə əlavə olunan ədviyyat və ya sous. Dadlıqlar bəzən qidaya başlamazdan əvvəl, məsələn, ketçup, xardal və ya mayonezlə hazırlanmış sendviçə əlavə olunur. Yemək zamanı dad və ya toxuma əlavə etmək üçün bəzi dadlıqlardan istifadə olunur: barbekü sousu, qarışıq kərə yağı, teriyaki, soya sousu, xama və s.
Çou Çou Momo dadlıdır, yoxsa Şinqcu Bora? (film, 2013)
"Çou Çou Momo dadlıdır, yoxsa Şinqcu Bora?" filmi — 2013-cü ildə çəkilmiş meytey dilli Hindistan filmi. == Filmin haqqında == 27 oktyabr 2013-cü ildə nümayiş olunan film ən uzun adlı hind filmidir. Film Mani ilə Nuqşitombinin arasındakı sevgi eskizlərini cızır və onların qarşılaşdıqları kiber cinayətdən bəhs edir.

Значение слова в других словарях